Məhkəmə qərarları › İş №2(079)-347/2020

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-347/2020

02.12.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(079)-347/2020 02.12.2020 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Hakim Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, Rzayeva Günay tapdıq qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit üzrə borcun tutulması, tələbin ipoteka qoyulmuş əmlaka yönəldilməsi, mənzildən çıxarılma və mənzilin boşaldılması” tələbinə dair mülki işə Babək Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı təşkilat İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 xx xxxxxx 2018-ci il tarixli, 102810-628470/1 nömrəli kredit müqaviləsi üzrə əsas borc 3347 (üç min üç yüz qırx yeddi manat, 89 qəpik) manat, əsas borca hesablanmış faiz borcu 478 (dörd yüz yetmiş səkkiz manat, 70 qəpik) manat olmaqla, cəmi 3826.59 (üç min səkkiz iyirmi altı manat, 59 qəpik) manat məbləğində borcun ipoteka haqqında bildirişin dövlət qeydiyyatına alınması üçün köçürülmüş 10 (on) manat dövlət rüsumu və 20 (iyirmi) manat xidmət haqqı olmaqla, cəmi 30 (otuz) manat xərcin və iddia ərizəsinin verilməsi üçün köçürülmüş 30.40 manat dövlət rüsumunun tutularaq “İddiaçı“ ASC-yə ödənilməsi, tutmanın Bank qarşısında ipotekaya qoyulmuş və mülkiyyət hüququ ilə Cavabdeh1 tam mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0.0231 ha torpaq sahəsi və onun üzərində olan ümumi sahəsi 125.8 kv.m-dən ibarət fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetinin hərracda satılması üçün ilkin satış qiymətinin müəyyən edilməsi, açıq hərracda satılması və satışdan əldə olunacaq vəsait hesabına borcun yönəldilməsi, ipoteka predmeti hərracda satıldıqda Cavabdeh1 və Cavabdeh2 ünvan 1 ünvanında yerləşən 0.0231 ha torpaq sahəsi və onun üzərində olan ümumi sahəsi 125.8 kv.m-dən ibarət fərdi yaşayış evindən çıxarılması və həmin evin boşaldılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı təşkilat İddiaçı ASC iddia ərizəsində göstərmişdir ki, "İddiaçı" ASC ilə borcalan Cavabdeh1 arasında xx xxxxxx 2018-ci il tarixli, 102810-628470/1 nömrəli kredit müqaviləsi imzalanmışdır. Bağlanmış kredit müqaviləsinin şərtlərinə görə "İddiaçı" ASC tərəfindən Cavabdeh1 illik 26 faiz dərəcəsi ilə 24 ay müddətinə 11000 (on bir min) manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq, Cavabdeh1 mülkiyyətində olan ünvan 1 2 ünvanında yerləşən 0.0231 ha torpaq sahəsi və onun üzərində olan ümumi sahəsi 125.8 kv.m-dan ibarət fərdi yaşayış evi xx xxxxxx 2018-ci il tarixli, 102810-628470/1 nömrəli ipoteka müqaviləsinə əsasən banka ipoteka qoyulmuşdur. X2 üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Bununla əlaqədar, dəfələrlə yazılı formada xəbərdarlıqlar edilməsinə baxmayaraq, cavabdeh bundan heç bir nəticə çıxarmamışdır. Bu halda, Bank tərəfindən "İpoteka haqqında" AR-nın Qanununun 36.1-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka predmetinə tutma yönəldilməsi barədə xx.xx.2020-ci il tarixli, 001/007/2638/2020 nömrəli Bildiriş ipotekaqoyan Cavabdeh1 xx.xx.2020-ci il tarixdə sifarişli poçt göndərişi üsulu ilə göndərilmişdir. Poçt göndərişi vasitəsi ilə göndərilmiş həmin bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, yəni xx.xx.2020-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır (bildirişin dövlət qeydiyyatına alınması barədə ərizə, Elektron Hökumət Portalı vasitəsi ilə müraciətin qəbulu və dövlət rüsumunun ödənilməsi barədə təsdiqetmə bildirişi iddia ərizəsinə əlavə edilir). Kredit Müqaviləsi üzrə borclu Cavabdeh1 öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyinə görə, "İddiaçı" ASC-nin ipoteka predmetinə tutmanın yönəldilməsinə başlamaq hüququ yaranmışdır. Bununla bağlı olaraq, qanunvericiliyin tələbinə uyğun ipoteka predmetinə tutmanın yönəldilməsinin tam əsaslı olması Qanunvericiliklə bağlı müddəalarda ətraflı qeyd edilmişdir. Sonda iddiaçı təşkilat İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh1 xx xxxxxx 2018-ci il tarixli, 102810- 628470/1 nömrəli kredit müqaviləsi üzrə əsas borc 3347 (üç min üç yüz qırx yeddi manat, 89 qəpik) manat, əsas borca hesablanmış faiz borcu 478 (dörd yüz yetmiş səkkiz manat, 70 qəpik) manat olmaqla, cəmi 3826.59 (üç min səkkiz iyirmi altı manat, 59 qəpik) manat məbləğində borcun ipoteka haqqında bildirişin dövlət qeydiyyatına alınması üçün köçürülmüş 10 (on) manat dövlət rüsumu və 20 (iyirmi) manat xidmət haqqı olmaqla, cəmi 30 (otuz) manat xərcin və iddia ərizəsinin verilməsi üçün köçürülmüş 30.40 manat dövlət rüsumunun tutularaq “İddiaçı“ASCyə ödənilməsi, tutmanın Bank qarşısında ipotekaya qoyulmuş və mülkiyyət hüququ ilə Cavabdeh1 tam mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0.0231 ha torpaq sahəsi və onun üzərində olan ümumi sahəsi 125.8 kv.m-dən ibarət fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetinin hərracda satılması üçün ilkin satış qiymətinin müəyyən edilməsi, açıq hərracda satılması və satışdan əldə olunacaq vəsait hesabına borcun yönəldilməsi, ipoteka predmeti hərracda satıldıqda Cavabdeh1 və Cavabdeh2 ünvan 1 ünvanında yerləşən 0.0231 ha torpaq sahəsi və onun üzərində olan ümumi sahəsi 125.8 kv.m-dən ibarət fərdi yaşayış evindən çıxarılması və həmin evin boşaldılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə iş üzrə iddiaçı təşkilat İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qanunvericiliklə müəyyən olunmuş rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı təşkilatın nümayəndəsi gəlməmiş, lakin xx.xx.2020-ci il tarixdə məhkəmənin ünvanına iddiaçı təşkilatın nümayəndəsi Z.Kazımov tərəfindən daxil olmuş teleqramda ölkədə tətbiq edilən karantin rejimi ilə əlaqədar nümayəndə ilə təmsil olunmaqda çətinliklər yarandığı üçün üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəklərini, ona görə də “İddiaçı“ ASC-nin nümayəndəsinin iştirakı olmadan işə baxaraq iddia tələbinin tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qanunvericiliklə müəyyən olunmuş rəsmi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmiş və gəlməməsinin hər hansı üzrlü səbəbdən olması barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinin məzmununa görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə... məhkəmə işə baxmağa haqlıdır. Bunu nəzərə alan məhkəmə işə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki işin materiallarına əlavə olunmuş xx.xx.2018-ci il tarixdə bağlanmış 102810-628470/1 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, həqiqətən İddiaçı ASC ilə Cavabdeh1 arasında qeyd olunan kredit müqaviləsi bağlanmış və tərəflər üzərilərinə müqavilədən irəli gələn bir sıra öhdəliklər götürmüşlər. Müqavilənin 1-ci fəslinə əsasən Bank Borcalana illik 26% dərəcəsi ilə 24 ay müddətinə 11000 (on bir min) manat məbləğində kredit verilməsini, Borcalan isə verilmiş krediti qəbul edib, Müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada kreditdən istifadə etməyi və kredit qaytarmağı, habelə kreditdən müqavilənin 1 nömrəli əlavəsi olan ödəniş cədvəli ilə müəyyən edilmiş müddətlərdə Banka ödəməyi öhdəsinə götürmüşdür. Həmin kredit müqaviləsinin təminatı olaraq, Cavabdeh1 mülkiyyətində olan ünvan 1 2 ünvanında yerləşən 0.0231 ha torpaq sahəsi və onun üzərində olan ümumi sahəsi 125.8 kv.m-dan ibarət fərdi yaşayış evi xx xxxxxx 2018-ci il tarixli, 102810-628470/1 nömrəli ipoteka müqaviləsinə əsasən banka ipoteka qoyulmuşdur. Müqavilənin 3.1.-ci bəndinə əsasən bu Müqavilə üzrə Əsas borc və faizlər (bundan sonra “kredit öhdəliyi adlandırılacaq) Ödəniş cədvəlinə (Əlavə №1) əsasən Borc alanın Bankdakı AZ42AZEN******************** nömrəli cari hesabına köçürmə yolu ilə və ya nağd şəkildə mədaxil edilməklə həmin vəsaitin silinməsi yolu ilə Kredit müddətində tam həcmdə qaytarılır. Həmin Müqavilənin 3.3-cü bəndinə əsasən Kredit müddətinin axımı kredit Borc alanın cari hesabına köçürüldüyü təqvim tarixindən (bundan sonra “Kredit verilmə tarixi” adlandırılacaq) başlanır və müddətin sonuncu günü, əgər bu tarix qeyri-iş gününə düşərsə, növbəti iş günü qaytarır. Həmin Müqavilənin 5.1.5 və 5.1.6.-cı bəndlərinə əsasən ödəniş cədvəlinə uyğun olaraq əsas borcun vaxtında icra olunmaması və ya lazımı qaydada icra olunmaması və ya faizlərin Borcalan tərəfindən Ödəniş cədvəli ilə müəyyən edilən ödəniş tarixindən 2 (iki) dəfə ardıcıl olaraq ödəməməsi (gecikdirilməsi) və ya Borcalan bu Müqavilə ilə müəyyənləşdirilən öhdəliklərinin bir və ya bir neçəsini icra etmədikdə və ya lazımınca icra etmədikdə Bank bu Müqavilə üzrə kredit öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. Həmin Müqavilənin 6.1.-ci bəndinə əsasən bu müqavilə Tərəflərin imzaları və möhürü ilə təsdiq edildiyi tarixdən hüquqi qüvvəyə minir və Borcalan tərəfindən Əsas borcu, faizlər və digər xərclər Banka tam həcmdə ödənildiyi tarixdən qüvvədən düşür. İş materiallarına əlavə edilmiş kredit müqaviləsinə Əlavədən müəyyən edilir ki, tərəflər kredit müqaviləsi üzrə aylıq ödənişlərin hansı qaydada və məbləğdə ödənilməsinə dair razılığa gələrək həmin qrafiki ikitərəfli qaydada imzalamışlar. İş materiallarına əlavə olunmuş xx.xx.2018-ci il tarixli, TT 183627V6MR nömrəli kassa məxaric orderinin surətindən məlum olur ki, iş üzrə Cavabdeh1 11.000 (on bir min) manat məbləğində pulu iddiaçı təşkilatdan həmin tarixdə təhvil alaraq bu barədə müvafiq imza etmişdir. Cavabdeh1 Banka olan əsas borcun və ona hesablanmış faiz borcunun ödənilməsi ilə bağlı xx.xx.2019-cu il tarixli, 102/102/0386/2019 nömrəli və xx.xx.2020-ci il tarixli, 102/102/0115/2020 nömrəli xəbərdarlıq, ipoteka qoyan Cavabdeh1 xx.xx.2020-ci il tarixdə 102/102/0035/2020 nömrəli xəbərdarlıq məktubları göndərilməsinə baxmayaraq, iş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli maliyyə arayışından məlum olur ki, Cavabdeh1 həmin tarixə Banka 3347.89 manat əsas, 478.7 manat faiz borcu olmaqla, cəmi 3826.59 manat məbləğində borcu mövcuddur. İş materiallarına əlavə olunmuş xx xxxxxx 2018-ci il tarixli, 102810-628470/1 saylı İpoteka müqaviləsinin surətindən məlum olur ki, həqiqətən qeyd olunan tarixdə İddiaçı ASC ilə Cavabdeh1 arasında qeyd olunan ipoteka müqaviləsi bağlanmışdır. İpoteka müqaviləsinə əsasən bir tərəfdən İddiaçı ASC ilə Cavabdeh1 arasında xx xxxxxx 2018-ci il tarixli 102810-628470/1 saylı Kredit müqaviləsi üzrə öhdəliyin icrasını təmin etmək məqsədilə İpoteka müqaviləsi bağlamışdırlar. Müqavilənin 2 və 3-cü fəsillərinə əsasən İpoteka qoyan Bank tərəfindən xx xxxxxx 2018-ci il tarixli, 102810-628470/1 saylı Kredit müqaviləsinə əsasən Borcalana 11000 manat məbləğində verilmiş kreditə dair öhdəliyin icrasını təminatı kimi ünvan 1 ünvanında yerləşən 0.0231 ha torpaq sahəsi və onun üzərində olan ümumi sahəsi 125.8 kv.m-dən ibarət fərdi yaşayış evi İpoteka ilə yüklü edir. İpoteka predmetinin likvid dəyəri 60000 (altmış min) manat müəyyən edilir. Müqavilənin 9.1-ci bəndinə əsasən Borc alan və ya ipoteka qoyan ipoteka ilə təmin edilmiş öhdəliyi yerinə yetirmədikdə və ya lazımınca yerinə yetirmədikdə İpoteka saxlayan tələblərinin ödənilməsi üçün ipoteka ilə yüklü edilmiş əmlaka “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununa əsasən məhkəmədən kənar tutma yönəldə bilər. Həmin Müqavilənin 9.5-ci bəndinə əsasən tutma, məhkəmə qətnaməsi ilə İpoteka qoyulan əmlaka və Borc alanın digər əmlakına yönəldilə bilər. Mülki iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş RX seriyalı, ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”ın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 0.0231 ha torpaq sahəsi və onun üzərində olan ümumi sahəsi 125.8 kv.m-dən ibarət fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində 11 nömrəli reyestr kitabının 146 nömrəli vərəqində qeydiyyata alınmışdır. Mülki iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş RX seriyalı, ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”ın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 0.0231 ha torpaq sahəsi və onun üzərində olan ümumi sahəsi 125.8 kv.m-dən ibarət fərdi yaşayış evi İddiaçı ASC-nin xeyrinə yüklü edilməsi daşınmaz əmlakın dövlət reyestrində 11 nömrəli reyestr kitabının 146 nömrəli vərəqində qeydiyyata alınmışdır. Mülki iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2020-ci il tarixli bildirişindən görünür ki, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə xx.xx.2020-ci tarixli, 001/007/2638/2020 nömrəli bildiriş daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BPQMİ-nin MAPS Şöbəsinin arayışına əsasən Cavabdeh1 Babək rayonu, Nehrəm kəndində qeydiyyatdadır. Məhkəmə işin faktiki hallarını və toplanmış sübutları tədqiq edib onları əlaqəli şəkildə qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52.2-ci maddəsinin məzmununa görə cavabdeh ərizə verməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmənin ünvanına xx xxxxxx 2020-ci il tarixdə daxil olmuş Cavabdeh1 notariat qaydada təsdiq olunmuş ərizəsində İddiaçı Açıq Səhmdar Cəmiyyətindən Cavabdeh1 xx xxxxxx 2018-ci il tarixli, 102810-628470/1 nömrəli kredit müqaviləsinə əsasən 11000 (on bir min) manat məbləğində pul götürdüyünü və kredit müqaviləsinin təminatı olaraq mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 0.0231 ha torpaq sahəsi və onun üzərində olan fərdi yaşayış evinin banka ipoteka qoyduğunu, Bank tərəfindən tələb olunan 3826.59 manat məbləğində kredit borcunu tam qəbul etdiyini, heç bir etirazının olmadığını göstərmişdir. Digər Cavabdeh2 da məhkəmənin ünvanına xx xxxxxx 2020-ci il tarixdə daxil olmuş notariat qaydada təsdiq olunmuş ərizəsində əri Cavabdeh1 İddiaçı Açıq Səhmdar Cəmiyyətindən xx xxxxxx 2018-ci il tarixli, 102810-628470/1 nömrəli kredit müqaviləsinə əsasən 11000 (on bir min) manat məbləğində pul götürdüyünü və kredit müqaviləsinin təminatı olaraq mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 0.0231 ha torpaq sahəsi və onun üzərində olan fərdi yaşayış evinin banka ipoteka qoyduğunu, Bank tərəfindən tələb olunan 3826.59 manat məbləğində kredit borcunu tam qəbul etdiyini, heç bir etirazının olmadığını göstərmişdir. Məhkəmə iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddianı etiraf etməsini müzakirə edərək belə nəticəyə gəlir ki, işdə etirafın qəbul edilməməsi üçün əsas verən Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 52.5ci maddəsində göstərilən hallar yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 220.4-cü maddəsinin tələbinə görə cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Beləliklə, yuxarıda qeyd olunan xüsusatları nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin olunmalı, Cavabdeh1 xx xxxxxx 2018-ci il tarixli, 102810-628470/1 nömrəli kredit müqaviləsi üzrə əsas borc 3347 (üç min üç yüz qırx yeddi manat, 89 qəpik) manat, əsas borca hesablanmış faiz borcu 478 (dörd yüz yetmiş səkkiz manat, 70 qəpik) manat olmaqla, cəmi 3826.59 (üç min səkkiz iyirmi altı manat, 59 qəpik) manat məbləğində borcun ipoteka haqqında bildirişin dövlət qeydiyyatına alınması üçün köçürülmüş 10 (on) manat dövlət rüsumu və 20 (iyirmi) manat xidmət haqqı olmaqla, cəmi 30 (otuz) manat xərcin və iddia ərizəsinin verilməsi üçün köçürülmüş 30.40 manat dövlət rüsumunun tutularaq “İddiaçı“ ASC-yə ödənilməli, tutmanın Bank qarşısında ipotekaya qoyulmuş və mülkiyyət hüququ ilə Cavabdeh1 tam mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0.0231 ha torpaq sahəsi və onun üzərində olan ümumi sahəsi 125.8 kv.m-dən ibarət fərdi yaşayış evinə yönəldilməli, ipoteka predmetinin hərracda satılması üçün ilkin satış qiyməti 60000 (altmış min) manat müəyyən edilməklə, açıq hərracda satılmalı və satışdan əldə olunacaq vəsait hesabına borca yönəldilməli, ipoteka predmeti hərracda satıldıqda Cavabdeh1 və Cavabdeh2 ünvan 1 ünvanında yerləşən 0.0231 ha torpaq sahəsi və onun üzərində olan ümumi sahəsi 125.8 kv.m-dən ibarət fərdi yaşayış evindən çıxarılmalı və həmin ev boşaldılmalıdır. Məhkəmə ödənilmiş dövlət rüsumu ilə bağlı məsələni həll edərkən belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq, iddia təmin olunduğundan iddiaçı təşkilat İddiaçı ASC tərəfindən ipoteka haqqında bildirişin dövlət qeydiyyatına alınması üçün köçürülmüş 10 (on) manat dövlət rüsumu və 20 (iyirmi) manat xidmət haqqı olmaqla, cəmi 30 (otuz) manat xərcin və iddia ərizəsinin verilməsi üçün köçürülmüş 30.40 manat dövlət rüsumundan ibarət məhkəmə xərci Cavabdeh1 alınaraq iddiaçı təşkilata qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh1 xx xxxxxx 2018-ci il tarixli, 102810-628470/1 nömrəli kredit müqaviləsi üzrə əsas borc 3347 (üç min üç yüz qırx yeddi manat, 89 qəpik) manat, əsas borca hesablanmış faiz borcu 478 (dörd yüz yetmiş səkkiz manat, 70 qəpik) manat olmaqla, cəmi 3826.59 (üç min səkkiz iyirmi altı manat, 59 qəpik) manat məbləğində borcun, ipoteka haqqında bildirişin dövlət qeydiyyatına alınması üçün köçürülmüş 10 (on) manat dövlət rüsumu və 20 (iyirmi) manat xidmət haqqı olmaqla, cəmi 30 (otuz) manat xərcin və iddia ərizəsinin verilməsi üçün köçürülmüş 30.40 manat dövlət rüsumu olmaqla, ümumilikdə 3886.99 (üç min səkkiz yüz səksən altı manat, 99 qəpik) manat pul tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Tutma ipoteka predmeti olan, mülkiyyət hüququ ilə Cavabdeh1 tam mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0.0231 ha torpaq sahəsi və onun üzərində olan ümumi sahəsi 125.8 kv.m-dən ibarət fərdi yaşayış evinə yönəldilsin. Cavabdeh1 tam mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0.0231 ha torpaq sahəsi və onun üzərində olan ümumi sahəsi 125.8 kv.m-dən ibarət fərdi yaşayış evi açıq hərracda satılsın və həmin satışdan əldə olunacaq gəlir tutmaya yönəldilsin. İpoteka predmetinin satışından əldə olunan vəsaitin borc məbləğindən artıq qalan hissəsi Cavabdeh1 qaytarılsın, həmin vəsait qətnamənin icrasına yetərli olmadığı halda isə çatışmayan məbləğ Cavabdeh1 başqa əmlakından alınsın. ünvan 1 ünvanında yerləşən 0.0231 ha torpaq sahəsi və onun üzərində olan ümumi sahəsi 125.8 kv.m-dən ibarət fərdi yaşayış evin ilkin satış qiyməti 60000 (altmış min) manat məbləğində müəyyən edilsin. Cavabdehlər Cavabdeh1 və Rzayeva X1 rayonu, Masazır kəndi, İlyas Bayramov küçəsi, döngə 2, dalan 2, ev ünvanında yerləşən 0.0231 ha torpaq sahəsi və onun üzərində olan ümumi sahəsi 125.8 kv.m-dən ibarət fərdi yaşayış evindən çıxarılsınlar və həmin ev boşaldılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Daşqın Səfərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar