Məhkəmə qərarları › İş №2(079)-348/2020

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-348/2020

19.10.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(079)-348/2020 19.10.2020 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsi hakimi Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, X6 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair mülki işə Babək Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı xx xxxxxxxx 2020-ci il tarixdə iddia ərizəsi ilə Babək Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh xx xxx 2012-ci il tarixdə doğulmuş X4, xx xxxxx 2017-ci ildə doğulmuş X5 və xx xxxx 2019-cu ildə doğulmuş X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh aylıq gəlirlərini 1/2 hissəsi məbləğində alimentin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı bildirdi ki, cavabdeh ilə xx xxxxxxxx 2011-ci il tarixdə rəsmi olaraq evləniblər, onların birgə nikahlarından onların xx xxx 2012-ci il təvəllüdlü X4, xx xxxxx 2017-ci il təvəllüdlü X5 və xx xxxx 2019-cu il təvəllüdlü X3 adlı övladları vardır, Cavabdeh ilə aralarında baş verən mübahisəyə görə üç aya yaxındır ki, onlar ayrı yaşayırlar, bu müddət ərzində cavabdeh uşaqları ilə maraqlanmayıbdır, onlara heç bir maddi köməklik etməyibdir, Cavabdeh hərbiçidir və o yüksək əmək haqqı alır, ona görə də alimentin cavabdehin aylıq gəlirlərindən tutulmasını istəyir. Sonda İddiaçı deyilənlərin nəzərə alınaraq məhkəmədən uşaqların saxlanılması üçün aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə iş üzrə Cavabdeh qanunvericiliklə müəyyən olunmuş rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinin məzmununa görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə... məhkəmə işə baxmağa haqlıdır. Bunu nəzərə alan məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Babək rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 604654 nömrəli nikah haqqında çıxarışdan görünür ki, Cavabdeh ilə İddiaçı arasında xx xxxxxxxx 2011-ci il tarixdə nikah bağlanmış, həmin tarixdə bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 11 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Babək rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ- İİ seriyalı, 669893 nömrəli doğum haqqında çıxarışdan görünür ki, iş üzrə tərəflərin övladı X4 xx xxx 2012-ci ildə doğulmuş, atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan Babək rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ- İİİ seriyalı, 748336 nömrəli doğum haqqında çıxarışdan görünür ki, iş üzrə tərəflərin övladı X5 xx xxxxx 2017-ci ildə doğulmuş, atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan Babək rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ- İV seriyalı, 169520 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, iş üzrə tərəflərin övladı X3 xx xxxx 2019-cu ildə doğulmuş, atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan Babək Rayon İcra Hakimiyyətinin Vayxır kənd İƏDNnin verdiyi xx xxxxxxxx 2020-ci il tarixli 546 nömrəli arayışından görünür ki, İddiaçı Babək rayonu, Vayxır kəndində yaşayır. İş materiallarında olan Babək Rayon İcra Hakimiyyətinin Vayxır kənd İƏDNnin verdiyi xx xxxxxxxx 2020-ci il tarixli 547 nömrəli arayışından görünür ki, Cavabdeh Babək rayonu, Vayxır kəndində yaşayır. İş materiallarında olan AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı Babək rayonu, Vayxır kəndində qeydiyyatdadır. Azərbaycan Respublikasının Konstitusiyanın 60-cı maddəsində qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1 və 4.2-ci maddələrində isə qeyd olunur ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Həmin Məcəllənin 172.2.-ci maddəsinin tələbinə görə işə bərpa, aliment tutulması, övladlığa götürmə, dövlət orqanlarının, ictimai birliklərin, vəzifəli şəxslərin qərarlarının, hərəkətlərinin (və ya hərəkətsizliklərinin) düzgün olmaması barədə işlərə 1 ay müddətində baxılır və həll edilir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Mülki işin materialları ilə tərəflərin xx xxxxxxxx 2011-ci il tarixdə nikaha daxil olmaları, onların birgə nikahından xx xxx 2012-ci il təvəllüdlü X4, xx xxxxx 2017-ci il təvəllüdlü X5 və xx xxxx 2019-cu il təvəllüdlü X2 olması, uşaqların İddiaçı yanında qalması müəyyən olunur. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar. “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci hissəsində qeyd olunur ki, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə əsasən valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsində və “Uşaq hüquqları haqqında Azərbaycan Respublikası Qanunun 19-cu maddəsində əks olunmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1.3.-cü maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda 3 və daha çox uşağa görə uşağın valideynlərindən qazancın (başqa gəlirlərin) yarısı miqdarında aliment tutulur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Ailə qanunvericiliyinə əsasən yetkinlik yaşına çatmayan uşaqların öhdəliklərində hər iki valideynin iştirak etdiyini və X4, X5 və X2 analarının himayəsində yaşamalarını nəzərə alaraq, xx xxx 2012-ci il təvəllüdlü X4, xx xxxxx 2017-ci il təvəllüdlü X5 və xx xxxx 2019-cu il təvəllüdlü X1 üçün Cavabdeh aylıq qazancının (başqa gəlirlərinin) yarısı miqdarında aliment tutularaq İddiaçı verilməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Odur ki, hazırki qətnamə ilə müəyyən edilən aliment məbləği iddiaçının məhkəməyə müraciət etdiyi vaxtdan, yəni xx xxxxxxxx 2020-ci il tarixdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsində dərhal icra olunmalı qətnamələrdən biri kimi şəxsin saxlanılması üçün vəsaitlərin o cümlədən alimentlərin alınması qeyd olunduğundan qətnamə dərhal icra edilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına görə və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə müvafiq olaraq, iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmələrin məcmusu ilə müəyyən edildiyindən, 30 (otuz) manat miqdarında dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Mülki işə baxılması zamanı isə cavabdehin dövlət rüsumu ödəməkdən azad edilməsinə əsas olan hər hansı bir sübut məhkəməyə təqdim edilmədiyindən, məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edildiyindən dövlət rüsumu cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. xx xxx 2012-ci ildə doğulmuş X4, xx xxxxx 2017-ci ildə doğulmuş X5 və xx xxxx 2019-cu ildə doğulmuş X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh aylıq qazancının (başqa gəlirlərinin) yarısı miqdarında aliment tutularaq İddiaçı ödənilsin. Alimentin tutulmasının əvvəli xx xxxxxxxx 2020-ci ildən hesablansın. Qətnamənin alimentə dair hissəsi dərhal icra olunsun. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Daşqın Səfərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar