Azərbaycan Respublikası adından QƏRARDAD Babək şəhəri İş № 2(079)-358/2025 27.05.2025 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, müəyyənetdi: İddiaçı xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək Cavabdeh 06 iyun 2007-ci ildə doğulmuş X4 və 18 yanvar 2022-ci ildə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit pul miqdarında bir uşaq üçün 246 manat olmaqla iki uşaq üçün 492 manat alimentin (ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli məbləğində müəyyən edilməklə) tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddiasını əsaslandıraraq qeyd etmişdir ki, mən 07 noyabr 2007-ci ildə Cavabdeh ilə rəsmi nikaha daxil olmaqla evlənmişəm. Birgə nikahdan 06 iyun 2007-ci ildə X4 və 18 yanvar 2022-ci ildə X3 adlı iki övladımız olmuşdur. Çapay 2025-ci ilin əvvəllərindən çıxıb gedib. Uşağı ilə maraqlanmır. Özüm heç yerdə işləmirəm, uşağı maddi cəhətdən təkbaşına böyütməkdə çətinlik çəkirəm. Ona görə də cavabdehdən iki uşağın saxlanması üçün aliment ödənilməsini istəyirəm. Tələbimin əsası kimi istinad etdiyim fakt və halların sübutlar siyahısı olaraq nikah akt qeydindən çıxarışı, doğum haqqında şəhadətnamənin surətini, doğum akt qeydindən çıxarışı və mediasiya arayışını ərizəmə əlavə edirəm. Həmçinin bildirirəm ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası qanununa uyğun olaraq Cavabdeh 25 aprel 2025-ci il tarixdə keçirilən ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddia ərizəsi Babək Rayon Məhkəməsinin icraatına qəbul edilmiş, məhkəmə hazırlıq iclası 27 may 2025-ci il tarixə təyin edilmişdir. Mülki iş üzrə məhkəmə hazırlıq iclasının təyin edilməsi barədə məhkəmə bildirişi iddiaçı və cavabdehə poçt göndərişi vasitəsilə rəsmi qaydada verilməsinə baxmayaraq onlar məhkəmə iclasında iştirak etməmiş və işə onların iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etməmişlər. Halbuki məhkəmə hazırlıq iclasının sözügedən tarixə təyin olunması haqqında məhkəmə bildirişləri tərəflərə rəsmi qaydada verilmişdir. Mülki iş materiallarına əlavə edilmiş sifarişli poçt göndərişinin verilməsi haqqında xəbərnamələrdən aydın olur ki, məhkəmə bildirişi tərəflərə müvafiq olaraq xx.xx.2025-ci il tarixdə təqdim edilmişdir. Həmçinin mülki iş üzrə işdə iştirak edən şəxslərə iddia ərizəsində qeyd olunmuş əlaqə nömrələri üzərindən sms xəbərdarlıqlar “AZEMİS” vasitəsilə göndərilmişdir. İşin yuxarıda qeyd edilən faktiki hallarına əsaslanan məhkəmə tərəflərə bildirir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinin tələbinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.4-cü maddəsinə görə isə tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6-cı və 259.0.7-ci maddələri tətbiq edilir. Məhkəmə işin yuxarıda qeyd olunan hallarını və qanunvericiliyin sadalanan tələblərini nəzərə alaraq hesab edir ki, hazırki vəziyyətdə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.7-ci maddəsi tətbiq olunmalı və iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0 və 259.0.7-ci maddələrinin tələbinə görə işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. İş materiallardan da aydın olur ki, hazırki iş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış, onlar isə məhkəmə iclasına gəlməmiş və işə onların iştirakı olmadan baxılıb-baxılmaması barədə məhkəməyə rəsmi qaydada məlumat verməmişlər, cavabdeh isə işə mahiyyəti üzrə baxılmasını məhkəmədən xahiş etməmişdir. Yəni hazırki vəziyyətdə yaranmış hüquqi şərait mülki işə baxmağa imkan vermir. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenum qərarının 2-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Sözügedən qərarın 9.1-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəmə iclasına gəlmədikdə ərizə baxılmamış saxlanılır. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Həmçinin tərəflərə izah olunmalıdır ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 260.5-ci maddəsinə müvafiq olaraq məhkəmə iddiaçı və ya cavabdehin vəsatəti üzrə, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzrlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etdikdə, həmin Məcəllənin 259.0.6 və 259.0.7-ci maddələrində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv edir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının MPM-in 260, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r v e r d i: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Tərəflərə izah olunsun ki, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzrlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim edərsə, bu zaman məhkəmə ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv edir. Qərardaddan şikayət, qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində qərardadı çıxaran məhkəməyə verilə bilər.
Məhkəmə qərarları › İş №2(079)-358/2025
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərardad — İş №2(079)-358/2025
27.05.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver