Məhkəmə qərarları › İş №2(079)-374/2021

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-374/2021

18.08.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-374/2021 18.08.2021 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X6 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən е t d i: İddiaçı “17” iyul 2021-ci ildə iddia ərizəsi ilə Babək Rayon Məhkəməsinə müraciət edərək, 14 may 2021-ci il tarixdə doğulmuş X3 üçün 170 (bir yüz yetmiş) manat aliment tutulub uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq qeyd etmişdir ki, Cavabdeh ilə 12 aprel 2019-cu il tarixində nikah qeydiyyatından keçməklə nikahımızı rəsmiləşdirmişik. Birgə nikahımızdan 11 iyul 2019-cu il təvəllüdlü X9 və 14 may 2021-ci il təvəllüdlü X11 dünyaya gəlmişlər. Babək Rayon Məhkəməsinin 25 fevral 2021-ci il tarixli qətnaməsi əsasında 11 iyul 2019-cu il təvəllüdlü X2 üçün 100 (bir yüz) manat aliment müəyyən olunan zaman ana bətnində olduğundan 14 may 2021-ci il tarixdə doğulmuş X8 aliment müəyyən olunmamışdır. Bu səbəbdən 14 may 2021-ci il təvəllüdlü X1 170 (bir yüz yetmiş) manat cavabdehdən aliment tutulmalıdır. Hesab edirəm ki, bugünkü gün bir uşağın saxlanılması üçün ayda 170 (bir yüz yetmiş) manat yetərli olar və cavabdehin də bu məbləği ödəmək imkanı var. Dolanışığımız çətindir, övladlarımın saxlanması üçün maddi köməkliyə ehtiyacım vardır. İddiaçı məhkəmədə verdiyi izahatında cavabdeh ilə 2018-ci ildə el adəti ilə toy edib ailə qurduqlarını, nikahlarını isə 2019-cu ilin aprel ayında rəsmiləşdirdiklərini, birgə nikahlarından iki uşağın dünyaya gəldiyini, Ümidlə ailə qurduqdan sonra təqribən 7-8 ay normal yola getdiklərini, lakin sonradan aralarında olan münasibətlərin pozulduğunu, lakin daha sonra cavabdehin ona xəyanət etməsi, qayınanası və cavabdehin evdə onu yola verməmələri səbəbindən 2020-ci ilin sentyabr ayında qızını da götürüb Naxçıvana, ata evinə qayıtdığını, daha sonra qarşı tərəfin təkidi ilə yenidən Bakıya getdiyini, həmin vaxt 2-ci dəfə hamilə qaldığını, cavabdeh və onu valideynlərinin başqa bir uşağın dünyaya gəlməsinə razı olmadıqlarını bildiyi üçün hamiləliyini barədə onlara bildirmədən Naxçıvana gəldiyini, bura ayrılmaq fikri ilə gəldiyini, lakin mane olarlar deyə onlara bir şey bildirmədiyini, daha sonra yaşadıqlarını ailəsinə bildirdiyini, cavabdehin onun atasına zəng edərək ona qarşı nalayiq ifadələr işlədiyini, qızı Zəhra 14 may 2021-ci ildə anadan olduqdan sonra cavabdeh tərəfindən ona heç bir maddi yardım edilmədiyini, cavabdehin Bakı şəhərində, özünün isə Babək rayonu, Cəhri qəsəbəsində yaşadığını, birgə nikahlarından olan uşaqlarının da öz yanında qaldığını, uşaqları saxlamağın onun üçün çətin olduğunu, özünün heç bir yerdə işləmədiyini, Ümid uşağın saxlanılmasında iştirak etmədiyindən Babək Rayon Məhkəməsində qızı Fatimənin saxlanılması üçün aliment tələbi ilə bağlı iddia qaldırdığını, məhkəmənin 25 fevral 2021-ci il tarixli qətnaməsi əsasında 11 iyul 2019-cu il təvəllüdlü X2 üçün 100 (bir yüz) manat aliment müəyyən olunduğunu, həmin vaxt hamilə olduğunu, qızı Zəhranın 14 may 2021-ci ildə dünyaya gəldiyini, hazırda həmin uşağın da saxlanılması üçün aliment istədiyini, cavabdehin isə qızı Zəhranın saxlanılmasında könüllü olaraq iştirak etmədiyini qeyd edərək, yekunda iddiasının təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə verdiyi izahatında iddiaçı ilə 12 aprel 2019-cu ildə ailə qurduqdan sonra Bakı şəhəri Ramana qəsəbəsində valideynləri ilə birlikdə yaşadıqlarını, hər ailədə söz-söhbət olduğu kimi onların da evində müəyyən problemlər olduğunu, bunu öz aralarında həll etməyə çalışdıqlarını, 2020-ci ilin sentyabr ayında Ayşəni qonaq getməsi məqsədilə atası evinə yola saldığını, bir neçə gündən sonra qayınatasının ona zəng vuraraq guya onların iddiaçını döyüb təhqir etmələrini bəhanə gətirərək artıq qızını Bakıya göndərməyəcəyini bildirdiyini, özünün isə “o, mənim ailəmdir, göndərin gəlsin Bakıya” dediyini, Ayşənin atasının isə “əgər birlikdə yaşamaq istəyirsənsə dur gəl Naxçıvana” deyərək ona şərt qoyduğundan, özünün əsəbləşib telefonda onun atasını təhqir etdiyini, Ayşənin atası evinə getdikdən sonra ona zəng edərək yenidən hamilə olduğunu bildirdiyini, uşaq anadan olduqdan sonra telefonda uşağın şəklini ona göndərmələrini istəsə də iddiaçı bundan imtina etdiyini, hal-hazırda Naxçıvana gəldiyindən Bakıda olan işindən azad edildiyini və heç bir yerdə işləmədiyini, birgə nikahda olduğu müddətdə mühafizəçi işlədiyini və aylıq 500 manat əmək haqqı aldığını, ayrı yaşadığı müddətdə birinci qızının alimentini ödədiyini, digərinə heç bir maddi yardım etmədiyini qeyd edərək, yekunda iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Mülki işin materiallarını işdə iştirak edən şəxsin izahatı ilə əlaqəli şəkildə tədqiq edərək məhkəmə müəyyən edir ki, tərəflərin 12 aprel 2019-cu tarixdə nikaha daxil olması, onların birgə nikahından 11 iyul 2019-cu il təvəllüdlü X5 və 14 may 2021-ci il təvəllüdlü X7 dünyaya gəlməsi, tərəflərin ayrı yaşaması, onların birgə nikahından olan uşaqların isə hazırda iddiaçının yanında qalması, X4 üçün cavabdehdən aliment tutulması mülki işin mübahisəsiz hallarıdır. Bu faktların işin mübahisəsiz halları olması aşağıdakılarla təsdiq olunur: -iddia ərizəsinə əlavə olunan Babək rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 30 iyun 2021-ci il tarixli AZ-İİ seriyalı, 215424 nömrəli akt qeydindən çıxarışdan tərəflər arasında 12 aprel 2019-cu il tarixdə nikah bağlanması, bunun akt qeydləri kitabında 64 nömrə ilə qeyd edilməsi, nikah bağlanması zamanı iddiaçının özünə cavabdehin soyadını, yəni “Qənbərova” soyadını seçməsi; -iddia ərizəsinə əlavə olunan Babək Rayon Məhkəməsinin 25 fevral 2021-ci tarixli, 2(079)-116/2021 nömrəli qətnaməsinin təsdiq edilmiş surətindən tərəflərin 11 iyul 2019-cu ildə X9 adlı uşağın anadan olması; -iddia ərizəsinə əlavə olunan Babək rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 17 iyun 2021-ci il tarixli, AZ-İV seriyalı, 627689 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən iş üzrə tərəflərin 14 may 2021-ci ildə X11 adlı uşağın anadan olması; -tərəflərin məhkəmədə verdiyi izahatlardan, həmçinin Babək Rayon Məhkəməsinin 25 fevral 2021-ci tarixli, 2(079)-116/2021 nömrəli qətnaməsinin təsdiq edilmiş surətindən onların ayrı yaşaması, birgə nikahların olan uşaqların iddiaçı ilə birlikdə qalması; -iddia ərizəsinə əlavə edilmiş və Babək Rayon Məhkəməsinin 25 fevral 2021-ci tarixli, 2(079)-116/2021 nömrəli qətnaməsinin surətindən iddiaçının 11 iyul 2019-cu il tarixdə anadan olan X2 üçün 03 fevral 2021-ci il tarixdə aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi və məhkəmə tərəfindən uşağın yetkinlik yaşına çatanadək hər ay cavabdehdən 100 manat miqdarında aliment tutularaq iddiaçıya verilməsinin qət olunması aydın olur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Bundan əlavə olaraq məhkəmə onu da qeyd edir ki, “Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 23 fevral 2016-cı il tarixli qərarında qeyd olunur ki, mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazın predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Məhkəmənin yuxarıda qeyd olunan normativ hüquqi aktları qeyd etməkdə məqsədi, Babək Rayon Məhkəməsinin “25” fevral 2021-ci il tarixli 2(079)-116/2021 nömrəli qətnaməsi ilə müəyyən edilmiş halların hazırki vəziyyətdə işə baxan məhkəmə üçün məcburi xarakter daşımasını tərəflərinin nəzərinə çatdırmaqdır. İşin mübahisəli halı isə iddiaçının cavabdehlə birgə nikahından olan övladı X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay Cavabdeh 170 (bir yüz yetmiş) manat miqdarında aliment tutulmasını tələb etməsidir. İşin bu mübahisəli halını həlli ilə bağlı məhkəmə istinad etdiyi maddi və prosessual hüquq normaları ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Aliment öhdəliyi dedikdə, ailə münasibətlərinin iştirakçısı olan şəxslər arasında yaranan elə hüquq münasibətləri başa düşülür ki, burada bir tərəf digər tərəfin saxlanılması üçün onlar arasında olan razılıq əsasında və ya qanunverciliyə uyğun olaraq məcburi qaydada müəyyən edilən vəsaiti, yəni alimenti ödəməyə borclu olur. Ailə qanunvericiliyinin tələbinə əsasən məhkəmə qaydasında alimentin tutulmasının iki qaydası müəyyən edilib: aliment ödəyənin aylıq qazancının (gəlirinin) müəyyən hissəsi miqdarında və sabit pul məbləğində. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci hissəsində qeyd olunur ki, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə əsasən valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsində və “Uşaq hüquqları haqqında Azərbaycan Respublikası Qanunun 19-cu maddəsində əks olunmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78-ci maddəsində uşağın saxlanılması üçün alimentin sabit pul məbləğində tutulmasını əsası kimi şəxsin bu barədə olan xahişi qeyd olunmuşdur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də, aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq, qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Qeyd olunan maddi hüquq normalarını mülki iş materialları ilə qarşılıqlı şəkildə əlaqələndirən məhkəmə belə hesab edir ki, iddiaçının tələbi əsaslıdır. Alimentin miqdarının müəyyən edilməsinə gəldikdə isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq, müəyyən edilir. İddiaçı övladı X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 170 (bir yüz yetmiş) manat miqdarında aliment tələb etsə də, bu məbləğlə bağlı öz tələbini əsaslandıran faktları təsdiq edəcək sübutları məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə iddiaçının nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövZəhraudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi 18 mart 2019cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Alimentin miqdarı ilə bağlı iddiaçı tərəf öz tələbini əsaslandıran halları sübuta yetirə bilmədiyindən məhkəmə qanunvericiliyin tələbini nəzərə alaraq belə hesab edir ki, alimentin miqdarının qanunverciliyin tələbləri nəzərə alınmaqla təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında formalaşdırdığı hüquqi mövqe isə ondan ibarətdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, həmin Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Göstərilən hallara qiymət verərkən isə məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərZəhralərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, 2021-ci ildə ölkədə yaşayış minimumu uşaqlar üçün 175 (bir yüz yetmiş beş) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə yuxarıda göstərilən maddi hüquq normalarını, uşaqlar barəsində valideynlərin bərabər hüquq və vəzifələrə malik olmasını, uşağın təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını, 2021-ci ildə ölkədə yaşayış minimumunun uşaqlar üçün 175 (bir yüz yetmiş beş) manat məbləğində müəyyən edilməsini, uşaqların iddiaçının yanında qalması, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu vaxt ərzində onun üzərinə düşməsini, aliment ödənilməli olan uşaqların sayını, saxlanılması üçün aliment təyin edilməsi tələb edilən uşağın yaşını, X2 üçün təyin edilən alimentin miqdarını nəzərə alaraq belə nəticəyə gəlir ki, iddiaçının tələbi qismən təmin edilməli və yetkinlik yaşına çatmayan uşağın saxlanması üçün hər ay cavabdehdən 90 (doxsan) manat məbləğində aliment tutulmalıdır. Aliment sabit pul məbləğində müəyyənləşdirilərkən o nəzərə alınmışdır ki, uşaqların saxlanması üçün aliment tələb edən iş üzrə iddiaçı isə alimentin sabit pul məbləğində müəyyənləşdirilməsini xahiş edir. Alimentin hansı vaxtdan tutulması məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinin tələbinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından aydın olur ki, İddiaçı Babək Rayon Məhkəməsinə 17 iyul 2021-ci il tarixdə müraciət etmişdir, buna görə də alimentin tutulmasının əvvəli həmin tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsində dərhal icra olunmalı qətnamələrdən biri kimi şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması qeyd olunduğundan qətnamə dərhal icra edilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına görə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə müvafiq olaraq, iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmələrin məcmusu ilə müəyyən edildiyindən, iddianın (12x170=2040) təmin edilmiş hissəsinə (12x90=1080) münasib olan 16,00 manat miqdarında dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq, cavabdehdən tutularaq dövlət gəlirinə alınır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia qismən təmin olunmalı; -17 iyul 2021-ci il tarixdən hesablanmaqla, 14 may 2021-ci ildə anadan olan X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay Cavabdeh 90 (doxsan) manat miqdarında aliment tutulmaqla uşağın anası İddiaçı Nəsrulla qızına ödənilməli; - Cavabdeh 16 (on altı) manat miqdarında rüsum tutularaq dövlət büdcəsinə keçirilməli; - qətnamə alimentə dair hissədə dərhal icra olunmalı; - iddia qalan hissədə əsaslı olmadığından təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia qismən təmin edilsin. 17 iyul 2021-ci il tarixdən hesablanmaqla, 14 may 2021-ci ildə anadan olan X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay Cavabdeh 90 (doxsan) manat miqdarında aliment tutulmaqla uşağın anası İddiaçı Nəsrulla qızına ödənilsin. Cavabdeh 16 (on altı) manat miqdarında rüsum tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamə alimentə dair hissədə dərhal icra olunsun. İddia qalan hissədə əsaslı olmadığından təmin edilməsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamiq Əliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar