Məhkəmə qərarları › İş №2(079)-385/2020

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-385/2020

18.11.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(079)-385/2020 18.11.2020 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair mülki işə Babək Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı «23» oktyabr 2020-ci il tarixdə iddia ərizəsi ilə Babək Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh xx xxxxxx 2011-ci il tarixdə doğulmuş X5 və xx xxxxx 2014-cü il tarixdə doğulmuş X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər birinə ayrılıqda hər ay 130 manat olmaqla, ümumilikdə 260 manat alimentin alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsinin xahiş etmişdir. Məhkəmə baxışı iclasında iddiaçı qismində izahat verən İddiaçı izahatında bildirdi ki, Cavabdeh ilə xx xxxxxxx 2009-cu il tarixdə rəsmi nikaha daxil olublar, onların birgə nikahlarından X5 və X6 adlı övladları anadan olubdur, Babək Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə onların nikahı pozulub, qızları Leyla və Lalə onun yanında saxlanılıbdır, həmin qətnamə ilə qızlarının saxlanması üçün hər ay hər uşaq üçün 110 manat olmaqla, 220 manat miqdarında alimentin Cavabdeh alınaraq ona verilməsi qət edilibdir. Uşaqlarına təyin edilən alimenti o, 2020-ci ilin fevral ayına qədər alıbdır, həmin ilin mart ayında Cavabdehla barışıblar, bu səbəbdən də 2020-ci ilin aprel ayında o alimentdən imtina barədə Babək rayon İcra və Probasiya Şöbəsinə ərizə veribdir, həmin ərizə əsasında alimentin tutulması barədə icra sənədinin icraatına xitam verilibdir, Cavabdeh ilə barışdıqdan sonra onlar üç ay birlikdə yaşayıblar, cavabdeh xx xxxxxx 2020-ci il tarixdə işləmək adı ilə Bakı şəhərinə gedibdir və həmin gündən cavabdeh onlarla maraqlanmayıbdır, hazırda Cavabdeh Bakı şəhərində dizayn işləri görür və yüksək məbləğdə gəlir əldə edir, buna baxmayaraq cavabdeh uşaqlarına maddi yardım etmir, hal-hazırda o uşaqlarının maddi tələbatlarını tək qarşılayır və uşaqlarının maddi tələbatlarının qarşılanmasında çətinlik çəkir. Sonda iddiaçı məhkəmədən Cavabdeh X5 və X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər uşaq üçün 130 manat olmaqla, cəmi olaraq iki uşaq üçün 260 manat alimentin ona verilməsi barədə qətnamə qəbul edilməsinin xahiş etmişdir. Məhkəmədə sualları cavablandıran İddiaçı bildirdi ki, Cavabdeh gəlirləri barədə onda hər hansı sübut yoxdur, cavabdeh özəl evlərdə, idarələrdə işləyir gəlir əldə edir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh qanunvericiliklə müəyyən olunmuş rəsmi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinin məzmununa görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Bunu nəzərə alan məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemində şəxsiyyət vəsiqəsi haqqında məlumatdan görünür ki, Cavabdeh Babək rayonu, Babək şəhəri, M.Füzuli küçəsi, ev 8-də qeydiyyatdadır. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, Seyidova X3 şəhəri, Əliabad qəsəbəsi, döngə 11, ev 8-də qeydiyyatdadır. İş materiallarında olan Babək rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 669788 nömrəli doğum haqqında çıxarışdan görünür ki, iş üzrə tərəflərin övladları X5 xx xxxxxx 2011-ci ildə doğulmuş, atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan Babək rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ- İİİ seriyalı, 079655 nömrəli doğum haqqında çıxarışdan görünür ki, iş üzrə tərəflərin övladları X6 xx xxxxx 2014-cü ildə doğulmuş, atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan Babək Rayon Məhkəməsinin 2(079)-348/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasında xx xxxxxxx 2009-cu il tarixdə bağlanmış bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 178 nömrə ilə qeyd edilmiş nikahın pozulması, xx xxxxxx 2011-ci ildə doğulmuş X5 və xx xxxxx 2014-cü ildə doğulmuş X6 anaları İddiaçı yanında saxlanılması, Cavabdeh xx xxxxxx 2019-cu il tarixdən başlayaraq hər ay hər bir uşaq üçün 110 (bir yüz on) manat olmaqla, ümumilikdə 220 (iki yüz iyirmi) manat sabit məbləğdə aliment tutularaq xx xxxxxx 2011-ci ildə doğulmuş X5 və xx xxxxx 2014-cü ildə doğulmuş X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün İddiaçı xeyrinə ödənilməsinin qət edildiyi müəyyən olunur. İş materiallarında olan Babək rayon İcra və Probasiya Şöbəsinin xx xxxxx 2020-ci il tarixli qərarı ilə Babək Rayon Məhkəməsinin 2(079)-348/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli icra sənədinin icraatına xitam verilməsi müəyyən olunur. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. İddiaçı Cavabdeh aylıq qazancının yüksək olduğunu bildirsə də İddiaçı Cavabdeh qazancı barədə məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Cavabdeh da qazancının olub-olmaması, aylıq qazancının məbləği barədə məhkəməyə sübut təqdim etməmişdir. Cavabdeh qazancının olmaması isə alimentin sabit pul məbləğində tutulması üçün əsasdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsində göstərilir ki, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Odur ki, qazancının olub-olmamasından və ya qazancının məbləğindən asılı olmayaraq cavabdeh uşağın yaşayışı üçün zəruri olan xərclərinin minimum səviyyədə ödənilməsi üçün məsuliyyət daşıyır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə görə də valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitinin təmin edilməsinə görə əsas məsuliyyət daşıyırlar. “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2020-ci ildə ölkədə uşaqlar üçün yaşayış minimumu 170 (bir yüz yetmiş) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə bir daha qeyd edir ki, İddiaçı xx xxxxxx 2011-ci ildə doğulmuş X5 və xx xxxxx 2014-cü ildə doğulmuş X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər bir uşaq üçün 130 manat olmaqla, ümumilikdə 260 manat miqdarında aliment tələb etsə də, İddiaçı Cavabdeh aylıq qazancı barədə məhkəməyə sübut təqdim etməmiş və tələb etdiyi məbləğlə bağlı öz tələbini əsaslandıran faktları məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə iddiaçının nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 209.1-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işdə iştirak edən şəxslərdən onların məhkəmə tədqiqatının materiallarını daha nə ilə tamamlamağı arzu etdiklərini soruşsa da, tərəflərin hər hansı başqa sübut növlərinin təmin olunmasına dair vəsatətləri olmamışdır. Beləliklə məhkəmə hesab edir ki, uşaqların analarının himayəsində yaşamalarını, onların yaşlarını, gündəlik tələbatları nəzərə alınaraq və Ailə qanunvericiliyinə əsasən yetkinlik yaşına çatmayan uşaqların öhdəliklərində hər iki valideynin iştirak etdiyini, eyni zamanda tərəflərin birgə nikahlarından olan xx xxxxxx 2011-ci ildə doğulmuş X5 və xx xxxxx 2014-cü ildə doğulmuş X4 analarının himayəsində yaşamalarını nəzərə aldıqda, Cavabdeh hər ay hər bir uşaq üçün 110 (bir yüz on) manat olmaqla, ümumilikdə sabit məbləğdə 220 (iki yüz iyirmi) manat aliment tutularaq İddiaçı verilməlidir. xx xxxxxx 2011-ci il tarixdə doğulmuş X5 və xx xxxxx 2014-cü il tarixdə doğulmuş X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün aliment tutulması ilə əlaqədar nəticəyə gələrkən məhkəmə onu nəzərə almışdır ki, iddiaçı iddia tələbində alimentin cavabdeh sabit pul məbləğində tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Odur ki, hazırki qətnamə ilə müəyyən edilən aliment məbləği iddiaçının məhkəməyə müraciət etdiyi vaxtdan, yəni «23» oktyabr 2020-ci il tarixdən tutulmalıdır. Məhkəmə bu nəticəyə gələrkən “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli qərarını da nəzərə almışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 234.2-ci maddəsinə əsasən qətnamə dərhal icra olunmalıdır. Məhkəmə tutulacaq dövlət rüsumu ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edildiyindən, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət nəfinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına görə və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə müvafiq olaraq, iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmələrin məcmusu ilə müəyyən edildiyinə görə, iddianın (2x12x130)=3120) təmin edilmiş hissəsinə (2x12x110)=2640) münasib olan 25.40 (iyirmi beş manat, 40 qəpik) manat miqdarında dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Mülki işə baxılması zamanı isə cavabdehin dövlət rüsumu ödəməkdən azad edilməsinə əsas olan hər hansı bir sübut məhkəməyə təqdim edilmədiyindən, məhkəmə belə nəticəyə gəlir ki, iddianın təmin edilmiş hissəsinə münasib olaraq dövlət rüsumu cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3-360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. xx xxxxxx 2011-ci il tarixdə doğulmuş X5 və xx xxxxx 2014-cü il tarixdə doğulmuş X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər bir uşaq üçün sabit məbləğdə 110 (bir yüz on) manat olmaqla, ümumilikdə 220 (iki yüz iyirmi) manat aliment tutularaq İddiaçı verilsin. Qətnamənin alimentə dair hissəsi dərhal icra olunsun. Alimentin tutulmasının əvvəli «23» oktyabr 2020-ci il tarixdən hesablansın. Cavabdeh 25.40 (iyirmi beş manat, 40 qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, o, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Daşqın Səfərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar