Məhkəmə qərarları › İş №2(079)-412/2020

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-412/2020

09.12.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(079)-412/2020 09.12.2020 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, X3 iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair mülki işə Babək Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı xx xxxxxx 2020-ci il tarixdə iddia ərizəsi ilə Babək Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh xx xxxxxx 2020-ci il təvəllüdlü X4 və xx xxxxxx 2020-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün qazancının və başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında hər bir uşaq üçün 170 manat olmaqla, iki uşaq üçün 340 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsinin xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı məhkəməyə verdiyi izahatında bildirdi ki, Cavabdeh ilə 2012-ci il tarixdən qeyri-rəsmi ailə quraraq bir yerdə yaşamışlar, onların ailəli kimi bir yerdə yaşadıqları dövrdə əkiz uşaqları xx xxxxxx 2020-ci il təvəllüdlü X4 və xx xxxxxx 2020-ci il təvəllüdlü X5 dünyaya gəlibdir, cavabdehlə faktiki olaraq bir ailə kimi bir yerdə yaşasalar da rəsmi qeydiyyata düşməyiblər, onların övladları Zeynəb və Fatimənin atasının Cavabdeh olması barədə Babək rayon Qeydiyyat Şöbəsi tərəfindən xx xxxxxx 2020-ci il tarixdə atalığın müəyyən olunması barədə şəhadətnamə verilibdir. Təxminən iki ay müddətdir ki, cavabdeh uşaqları ilə maraqlanmır, onların maddi təminatlarını qarşılamır, hal-hazırda onlar ayrı yaşayırlar, övladları Zeynəb və Fatimə isə onunla birlikdə yaşayır, o uşaqlarını tək başına böyüdür, cavabdeh isə heç bir maddi köməklik etmir, uşaqlarına o tək baxır, uşaqlarının təminatını qarşılaya bilmir, ona görə də maddi köməkliyə ehtiyacı vardır. Cavabdeh “Cahan” Ticarət Mərkəzində ayaqqabı dükanı işlədir və yaxşı qazanc əldə edir, təxminən cavabdehin aylıq qazancı 2000 manat təşkil edir, bu səbəbdən də cavabdehdən hər uşaq üçün 170 manat olmaqla, cəmi 340 manat alimentin tutulmasını xahiş edir. Məhkəmə iclasında sualları cavablandıran İddiaçı bildirdi ki, cavabdehin gəlirləri barədə onda hər hansı bir sübut yoxdur, uşaqları azyaşlıdır o isə halhazırda hamilədir və işləmir. Məhkəmə iclasında cavabdeh qismində izahat verən Cavabdeh izahatında bildirdi ki, həqiqətən də İddiaçı ilə o qeyri-rəsmi olaraq bir ailə kimi yaşayıblar, onlar rəsmi nikah bağlamayıblar, onların qeyri-rəsmi evliliklərindən xx xxxxxx 2020-ci il təvəllüdlü X4 və xx xxxxxx 2020-ci il təvəllüdlü X5 adlı iki övladları dünyaya gəlibdir, uşaqlarının atası olması barədə onlar Babək rayon Qeydiyyat Şöbəsi tərəfindən xx xxxxxx 2020-ci il tarixdə atalığın müəyyən olunması barədə şəhadətnamə verilibdir. O uşaqlarına aliment ödəmək istəyir lakin, iddiaçının qeyd etdiyi kimi onun aylıq gəliri 2000 manat təşkil etmir, o “Cahan” ticarət mərkəzində ayaqqabı dükanında işləyir, həmin dükan tək onun deyil, həmin dükandakı mallar da şəriklidir, dükanın aylıq xərci 670 manat olur, ölkədə olan pandemiya ilə əlaqədar alver də zəiflədiyi üçün onun gəlirləri aşağıdır, onun gəliri sabit deyildir, o hər uşaq üçün 120 manat aliment ödəyə bilər, bu barədə məhkəməyə ərizə də təqdim edibdir, hal-hazırda iddiaçı ilə ayrı-yaşayırlar, uşaqları da iddiaçı ilə yaşayır, əvvəllər də iddiaçı ilə ayrı yaşayıblar, lakin o iddiaçının evinə gedib-gəlibdir, bir iki gün uşaqları və iddiaçı ilə bir yerdə qalıb sonra isə öz evinə qayıdıbdır, hal-hazırda 2020-ci ilin sentyabr ayından başqası ilə rəsmi-qeydiyyata düşüb ailə qurubdur, təzə evliliyindən uşağı yoxdur, sonda cavabdeh göstərilənləri nəzərə alaraq məhkəmədən ədalətli qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında sualları cavablandıran Cavabdeh bildirdi ki, onun gəlirləri sabit deyildir, o işlətdiyi dükan tək ona məxsus deyil, həmin dükanı o şəriki ilə işlədir, iddiaçının dediyi kimi onun gəliri aylıq 2000 manat olmur, o uşaqlarına alimentdən əlavə olaraq da maddi yardım edəcəkdir, hal-hazırda o hər bir uşaq üçün 120 manat aliment ödəyə bilər. İş materiallarında olan “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemində şəxsiyyət vəsiqəsi haqqında məlumatdan görünür ki, Cavabdeh Babək rayonu, Cəhri kəndində qeydiyyatdadır. İş materiallarında olan “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemində şəxsiyyət vəsiqəsi haqqında məlumatdan görünür ki, İddiaçı Babək rayonu, Cəhri kəndində qeydiyyatdadır. İş materiallarında olan Babək rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ- İV seriyalı, 625366 nömrəli doğum haqqında Şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X5 xx xxxxxx 2020-ci ildə doğulmuş, doğum haqqında şəhadətnamənin ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı qeyd edilmişdir. İş materiallarında olan Babək rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ- İ seriyalı, 177006 nömrəli atalığın müəyyən olunması haqqında Şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh İddiaçı xx xxxxxx 2020-ci ildə doğulmuş X1 atası hesab edilmiş, bu barədə atalığın müəyyən edilməsi akt qeydləri kitabında xx xxxxxx 2020-ci il tarixdə, 31 nömrə ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan Babək rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ- Vİ seriyalı, 625365 nömrəli doğum haqqında çıxarışdan görünür ki, X4 xx xxxxxx 2020-ci ildə doğulmuş, doğum haqqında şəhadətnamənin ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı qeyd edilmişdir. İş materiallarında olan Babək rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ- İ seriyalı, 177005 nömrəli atalığın müəyyən olunması haqqında Şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh İddiaçı xx xxxxxx 2020-ci ildə doğulmuş X2 atası hesab edilmiş, bu barədə atalığın müəyyən edilməsi akt qeydləri kitabında xx xxxxxx 2020-ci il tarixdə, 30 nömrə ilə qeydiyyat aparılmışdır. Məhkəmə iddiaçının ərizəsini, iş materiallarını araşdırıb, toplanmış sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. İddiaçı Cavabdeh aylıq qazancının 2000 manat olduğunu bildirsə də bu barədə məhkəməyə hər-hansı sübut təqdim etməmişdir. Cavabdeh da qazancının olub-olmaması, aylıq qazancının məbləği barədə məhkəməyə sübut təqdim etməmişdir, lakin Cavabdeh məhkəməyə təqdim etdiyi ərizəsində hər uşaq üçün 120 manat aliment ödəmək imkanının olduğunu göstərmişdir. Göstərilənlər ilə bağlı məhkəmə ilk olaraq qeyd etmək istəyir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsində göstərilir ki, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Odur ki, qazancının olub-olmamasından və ya qazancının məbləğindən asılı olmayaraq cavabdeh uşağın yaşayışı üçün zəruri olan xərclərinin minimum səviyyədə ödənilməsi üçün məsuliyyət daşıyır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə görə də valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitinin təmin edilməsinə görə əsas məsuliyyət daşıyırlar. “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2020-ci ildə ölkədə uşaqlar üçün yaşayış minimumu 170 (bir yüz yetmiş) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə bir daha qeyd edir ki, İddiaçı xx xxxxxx 2020-ci ildə doğulmuş X4 və xx xxxxxx 2020-ci ildə doğulmuş X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər bir uşaq üçün 170 manat olmaqla, ümumilikdə 340 manat miqdarında aliment tələb etsə də, İddiaçı Cavabdeh aylıq qazancı barədə məhkəməyə sübut təqdim etməmiş və tələb etdiyi məbləğlə bağlı öz tələbini əsaslandıran faktları məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə iddiaçının nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 209.1-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işdə iştirak edən şəxslərdən onların məhkəmə tədqiqatının materiallarını daha nə ilə tamamlamağı arzu etdiklərini soruşsa da, tərəflərin hər hansı başqa sübut növlərinin təmin olunmasına dair vəsatətləri olmamışdır. Beləliklə məhkəmə hesab edir ki, uşaqların analarının himayəsində yaşamalarını, onların yaşlarını, gündəlik tələbatları nəzərə alınaraq və Ailə qanunvericiliyinə əsasən yetkinlik yaşına çatmayan uşaqların öhdəliklərində hər iki valideynin iştirak etdiyini, eyni zamanda tərəflərin uşaqları olan xx xxxxxx 2020-ci ildə doğulmuş X4 və xx xxxxxx 2020-ci ildə doğulmuş X1 analarının himayəsində yaşamalarını nəzərə aldıqda, Cavabdeh hər ay hər bir uşaq üçün 120 (bir yüz iyirmi) manat olmaqla, ümumilikdə sabit məbləğdə 240 (iki yüz qırx) manat aliment tutularaq İddiaçı verilməlidir. xx xxxxxx 2020-ci ildə doğulmuş X4 və xx xxxxxx 2020-ci ildə doğulmuş X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün aliment tutulması ilə əlaqədar nəticəyə gələrkən məhkəmə onu nəzərə almışdır ki, iddiaçı iddia tələbində alimentin cavabdehdən sabit pul məbləğində tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Odur ki, hazırki qətnamə ilə müəyyən edilən aliment məbləği iddiaçının məhkəməyə müraciət etdiyi vaxtdan, yəni «16» noyabr 2020-ci il tarixdən tutulmalıdır. Məhkəmə bu nəticəyə gələrkən “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli qərarını da nəzərə almışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 234.2-ci maddəsinə əsasən qətnamə dərhal icra olunmalıdır. Məhkəmə tutulacaq dövlət rüsumu ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edildiyindən, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət nəfinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına görə və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə müvafiq olaraq, iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmələrin məcmusu ilə müəyyən edildiyinə görə, iddianın (2x12x170)=4080) təmin edilmiş hissəsinə (2x12x120)=2880) münasib olan 21 (iyirmi bir) manat miqdarında dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Mülki işə baxılması zamanı isə cavabdehin dövlət rüsumu ödəməkdən azad edilməsinə əsas olan hər hansı bir sübut məhkəməyə təqdim edilmədiyindən, məhkəmə belə nəticəyə gəlir ki, iddianın təmin edilmiş hissəsinə münasib olaraq dövlət rüsumu cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3-360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. xx xxxxxx 2020-ci ildə doğulmuş X4 və xx xxxxxx 2020-ci ildə doğulmuş X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər bir uşaq üçün sabit məbləğdə 120 (bir yüz iyirmi) manat olmaqla, ümumilikdə 240 (iki yüz qırx) manat aliment tutularaq İddiaçı verilsin. Qətnamənin alimentə dair hissəsi dərhal icra olunsun. Alimentin tutulmasının əvvəli «16» noyabr 2020-ci il tarixdən hesablansın. Cavabdeh 21 (iyirmi bir) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, o, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Daşqın Səfərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar