Məhkəmə qərarları › İş №2(079)-439/2025

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-439/2025

11.08.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-439/2025 11.08.2025 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X8 məhkəmə iclas katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin azaldılması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n е t d i: İddiaçı 18 iyun 2025-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Babək rayon Məhkəməsinin 18 mart 2025-ci il tarixli, 8(079)-11/2025 saylı qərardadı ilə hər ay hər uşağa görə Cavabdeh xeyrinə tutulması qət edilən alimentin məbləğinin sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0.76 misli həddində indeksasiya edilməklə kəsilmiş alimentin miqdarının dəyişdirilərək 12 aprel 2009-cu il təvəllüdlü X13 və 08 iyul 2010-cu il təvəllüdlü X10 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün müəyyən olunmuş alimentin məbləğinin hər ay hər birinə 150 manat olmaqla, cəmi birlikdə 300 manatadək azaldılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq qeyd etmişdir ki, mən İddiaçı Təfıl oğlu Cavabdeh ilə 13 iyul 2006-cı il tarixdə nikahımızı rəsmiləşdirərək ailə qurmuşdum və həmin nikahdan 2 nəfər övladımız doğulmuşdur: 12 aprel 2009-cu il təvəllüdlü X13 və 08 iyul 2010-cu ıl təvəllüdlü X16. Lakin aramızda olan nikah Babək Rayon Məhkəməsinin 06 dekabr 2016-cı il tarixli, 2(079)-375/2016 nömrəli qətnaməsi ilə pozulmuş, həmin qətnaməyə əsasən hər iki uşaq Samirə ilə Səma anasının yanında saxlanılıb və onların yetkinlik yaşlarına çatanadək saxlanılmaları ilə bağlı mənim hər ay qazancımın (başqa gəlirlərimin) 1/3 hissəsi miqdarında alimentin tutulub, anaları Cavabdehnm xeyrinə ödənilməsi göstərilmişdir. Bundan sonra mən ikinci dəfə X11 ilə 28 avqusı 2017-ci il tarixdə ali qurdum və həmin nikahdan da 2 nəfər övladımız doğulmuşdur: xx.xx.2017-ci il təvəllüdlü X14 və xx.xx.2020-ci il təvəllüdlü X15. Ancaq ikinci nikahımız da uğursuz alındığına görə hal-hazırda X12 aramızda olan nikahın pozulması barədə Babək rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edib, işimiz halhazırda məhkəmənin icraatında baxılmaqdadır. Amma biz mediasiyada olduğumuz müddətdə qarşı tərəflə barışıq sazişi bağlayaraq ikinci nikahdan olan övladlarım Rahil ilə Fidanın yetkinilik yaşlarına çatanadək saxlanılmaları üçün hər birinə 100 manat olmaqla cəmi birlikdə 200 manat aliment ödəməyi öz öhdəmə götürdüm və hər ay 200 manat da aliment ikinci nikahdan olan övladlarımın saxlanılması üçün anaları X4 ödəyirəm. Bütün bunlara baxmayaraq Cavabdeh yenidən alimentin artırılması ilə bağlı məhkəməyə ərizə ilə müraciət etdiyinə görə Babək Rayon Məhkəməsinin 18 mart 2025-ci il tarixli, 8(078)-11/2025 saylı qərardadı ilə alimentin məbləği artırılaraq məndən hər ay hər bir uşağa görə Cavabdeh xeyrinə tutulması qət edilən alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0.70 misli həddində indeksasiya edilməklə aliment kəsilmişdir ki, bu da hər bir uşağa 304 manat olmaqla cəmi birlikdə 608 manat təşkil edir, əlavə olaraq ikinci nikahdan olan uşaqlara da ödədiyim 200 manat alimenti onların üstə gələndə 804 manat təşkil edir. Özüm sürücü işləyirəm, ayda 400 manat əmək haqqı alıram. Başqa hər hansı gəlir, qazanc yerim yoxdur. Ona görə də alimenti çatdırıb ödəyə bilmirəm. Cavabdeh özü Naxçıvanda Hərbi Kollecdə işləyir, ayda 450 maııat əmək haqqı alır. Anam yaşlı qoca qarıdır, onun müalicə məsrəflərini ancaq çatdırıb ödəyirəm. Ərzağı və anamın dərmanlarını çox vaxt nisyə götürməli oluram. Demək olar ki, ikinci dəfə ailəmin dağılması maddi çətinlik üzündən ailəmizdə də yaranan narazılıqlar üzündən baş verdi. Səhhətim də məni ağır işlərdə işləməyə imkan vermir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq İddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə mülki işə iddiaçının şəxsən iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə hazırlıq iclasında verdiyi izahatında bir uşağa 304 manat olmaqla ümümilikdə 2 uşağa görə 608 manat aliment təyin edildiyini, əlavə heç bir gəlirinin olmadığını, ikinci nikahından olan uşaqlara görə isə 200 manat aliment ödədiyini, ürəyində xəstəliyinin olduğunu, alimenti ödəməkdə çətinlik çəkdiyini, əvvəllər tır sürdüyünü, Finca banka 230 manat, Kapital banka isə 35 manat aylıq kredit ödədiyini, qarşı tərəfin 340 manat sosial yardım, həmçinin 500 manat əmək haqqı aldığını, alimentin azaldılmasını istədiyini, iki dəfə ailə qurduğunu, birinci nikahının Gülanə ilə olduğunu və onunla birgə nikahlarından 2 uşağının olduğunu, ikinci nikahından isə Rahil Cəfərzadə və Fidan Cəfərzadə adında iki övladının olduğunu, Rahilin 8, Fidanın 5 yaşının olduğunu, onların saxlanılması üçün ikinci nikahından olan Sənubər ilə Mediasiya Təşkilatında hər uşağa 100 manat olmaqla iki uşağa görə 200 manat alimentin ödənilməsi barədə razılığa gəldiklərini, hazırda Bakı şəhərində işlədiyini və orada yaşadığını, mülkiyyətində abək rayonu, Hacıvar kəndində istifadəyə yararsız 0.37 hektar torpaq sahəsindən başqa heç bir əmlakın olmadığını, hər ay alimenti gücü çatdığı qədər vaxtı-vaxtında ödədiyini, əvvəllər bir uşağa 100 manat olmaqla 2 uşağa görə ümumilikdə qarşı tərəfə 200 manat aliment ödədiyini, digər övladlarının alimentini isə ümumiyyətlə ödəyə bilmədiyini, qarşı tərəfin onsuz da alimenti uşaqlara xərcləmədiyini, böyük qızının zəng edib ondan əlavə pul istədiyini, alimentin azaldılaraq bir uşağa görə 150 manat olmaqla iki uşağa görə ümumilikdə 300 manat təyin edilməsini xahiş etdiyini bildirmişdir. İddiaçının nümayəndəsi Nümayəndə iddiaçının əmək haqqısına uyğun olaraq alimentin azaldılmasını istədiyini, oğlunun indeksasiyadan sonra ayda 400 manat aliment ödədiyini, 608 manat təyin olunan alimenti ödəməyə isə gücünün çatmadığını, oğlunun Bakıda sürücü olduğunu, cəmi 400 manat əmək haqqı aldığını, ürəyinin xəstə olduğunu, iki uşağa cəmi 350 manat ödəməyə gücünün çatdığını bildirmiş, iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında Naxçıvan şəhəri, Əlincə məhəlləsi, döngə 2, ev 49-da kirayədə yaşadığını, iddiaçının isə kirayədə yaşamadığını, aldığı sosial yardımı kirayə puluna, əmək haqqını isə kreditə verdiyini, qızının 16 yaşında olduğunu və məcbur qalıb “Hilal” kafedə günü 10 manata ofisiant işlədiyini, digər övladının isə kosmetika mağazasında satıcı işlədiyini, böyük qızı Samirənin 11, kiçik qızı Səmanın isə 10-cu sinfə gedəcəyini, Samirənin kollecə qəbul olduğunu, kiçik qızının isə kamança öyrənməyi üçün kollecə getmək istədiyini, təkcə kamançanın qiymətinin 500 manat olduğunu, çatdırıb ehtiyaclarını ödəyə bilmədiyini, həmçinin qızının Azərbaycan dili, riyaziyyat və ingilis dilindən hazırlığa getdiyini, 420 manat əmək haqqı aldığını, bu ay isə məzuniyyətə çıxdığına görə 200 manat əmək haqqı aldığını, indeksasiyadan sonra qarşı tərəfin 2 dəfə 400 manat aliment ödədiyini, 9 il bir uşağa görə 100 manat olmaqla 2 uşağa görə ümumilikdə 200 manat aliment aldığını, evi dəyişdiyinə görə sosial yardımın da dayandırıldığını, uşağı üçün test toplusu ala bilmədiyini, qarşı tərəfin 450 manat aliment ödəməsinə etiraz etmədiyini bildirmişdir. Mülki işin materiallarını işdə iştirak edən şəxslərin izahatları ilə əlaqəli şəkildə tədqiq edərək məhkəmə müəyyən edir ki, tərəflər arasında bağlanmış nikah pozulduqdan sonra birgə nikahdan olan iki uşağın cavabdehin yanında saxlanılması, Babək Rayon Məhkəməsinin 03 may 2018-ci il tarixli, 2(079)-173/2018 nömrəli qətnaməsi ilə təyin olunmuş aliment məbləğinin artırılaraq hər uşağa 100 manat olmaqla, iki uşağa 200 manat alimentin təyin edilməsi, alimentin Babək Rayon Məhkəməsinin 18 mart 2025-ci il tarixli, 8(078)- 11/2025 saylı qərardadı ilə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0,76 misli həddində indeksasiya edilməsi, tərəflər arasında alimentin azaldılması ilə bağlı mediasiya prosesində razılığa gəlinməməsi işin mübahisəsiz hallarıdır. Belə ki, iş materiallarına əlavə edilmiş: - Babək Rayon Məhkəməsinin 2(079)375/2016 nömrəli, xx.xx.2016-cı il tarixli qətnaməsinin təsdiq olunmuş surətindən İddiaçı ilə X9 arasında bağlanmış nikahın pozulması və yetkinlik yaşına çatmayan X13 və X10 anaları X3 yanında saxlanılması; - Babək Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 506458 nömrəli, xx.xx.2025-ci il tarixli çıxarışdan tərəflərin birgə nikahından X10 xx.xx.2010-cu il tarixdə anadan olması; - Babək Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 332547 nömrəli, xx.xx.2025-ci il tarixli çıxarışdan tərəflərin birgə nikahından X5 xx.xx.2009-cu il tarixdə anadan olması; - Babək Rayon Məhkəməsinin 03 may 2018-ci il tarixli, 2(079)-173/2018 nömrəli qətnaməsi ilə həmin məhkəmənin 07 mart 2017-ci il tarixli, 2(079)-90/2017 nömrəli qətnaməsi ilə müəyyən olunmuş aliment məbləğinin dəyişdirilərək İddiaçı hər ay hər uşaq üçün 100 manat olmaqla cəmi 200 manat sabit pul məbləğində alimentin X13 və X2 üçün anaları X3 xeyrinə tutulması; - Babək Rayon Məhkəməsinin 8(079)-11/2025 nömrəli, xx.xx.2025-ci il tarixli və xx.xx.2025-ci il qərardadlarının təsdiq olunmuş surətindən Babək Rayon Məhkəməsinin 2(079)-173/2018 nömrəli, 03 may 2018-ci il tarixli qətnaməsi ilə 12 aprel 2009-cu il təvəllüdlü X13 və 08 iyul 2010-cu il təvəllüdlü X10 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün İddiaçı hər ay hər uşağa görə Cavabdeh xeyrinə tutulması qət edilən alimentin məbləğinin sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0,76 misli həddində indeksasiya edilməsinin qərara alınması müəyyən olunur. İddia tələbinin qanuni əsasını təşkil edən Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. İddiaçı aliment məbləğinin azaldılması ilə bağlı tələbini qətnamə ilə müəyyən olunmuş aliment məbləğinin indeksasiya olunması nəticəsində bir uşağa görə 304 manat, ümumilikdə iki uşağa 608 manat aliment ödəməli olması, ikinci dəfə ailə həyatı qurması, hazırda həmin nikahdan doğulmuş iki övladı üçün də mediasiya nəticəsində bağlanmış barışıq sazişi ilə hər uşaq üçün 100 (bir yüz) manat olmaqla, ümumilikdə 200 (iki yüz) manat aliment ödəməklə bağlı razılığa gəlməsi ilə əsaslandırmışdır. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirməsi üçün tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olması, yaxud diqqətəlayiq başqa maraqlar mövcud olmalıdır. İddiaçının Elektron Məhkəmə İnformasiya Sistemindən sorğulanmış gəlir məlumatları üzrə çıxarışdan və ″URAL LOGİSTİKA″ Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş arayışdan İddiaçı xx.xx.2025-ci il tarixdən ″URAL LOGİSTİKA″ Məhdud Məsuliyyətli Cəmiyyətində sürücü vəzifəsində işlədiyi və 400 manat əmək haqqı aldığı müəyyən olunur. Həmçinin, iddiaçının Elektron Məhkəmə İnformasiya Sistemindən vergi məlumatları üzrə çıxarışdan fəaliyyət istiqaməti avtomobillərin daşınması olan, ********** VÖEN nömrəli fərdi sahibkar olduğu müəyyən olunur. Cavabdehin gəlir məlumatları üzrə Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan Naxçıvan Hərbi Kollecində qabyuyan vəzifəsində işlədiyi, 400 mant əmək haqqı aldığı müəyyən olunur. Əlavə olaraq, cavabdehin Elektron Məhkəmə İnformasiya Sistemindən vergi məlumatları üzrə çıxarışdan fəaliyyət istiqaməti arpanın becərilməsi olan, ********** VÖEN nömrəli fərdi sahibkar olduğu müəyyən olunur. İddiaçının Elektron Məhkəmə İnformasiya Sistemindən sorğulanmış qohumluq məlumatları üzrə çıxarışdan onun həmçinin barışıq sazişi ilə aliment öhdəliyinin müəyyən olunduğu (hər uşağa 100 manat olmaqla iki uşaq üçün 200 manat sabit pul məbləğində) xx.xx.2017-ci il təvəllüdlü Cəfərzadə Rahil və xx.xx.2020-ci il təvəllüdlü Cəfərzadə Fidan adlı övladlarının olduğu müəyyən edilir. Belə ki, iş materiallarına əlavə edilmiş X7 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, MŞN/25-C-00411 nömrəli barışıq sazişindən İddiaçı X11 ilə övladları - xx.xx.2017-ci il təvəllüdlü X14 və xx.xx.2020-ci il təvəllüdlü X1 üçün ataları İddiaçı hər uşağa 100 (bir yüz) manat olmaqla, 200 (iki yüz) manat dəyərində aliment pulunun X4 məxsus müvafiq bank hesabına ödənilməsi üzrə mediasiya prosesində razılığa gəldikləri müəyyən olunur. Məhkəmə qeyd edir ki, qanunvericiliyin normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanılmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi alimentin tutulması zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Məhkəmə İddiaçı nəzərinə çatdırır ki, məhkəmə bu qəbildən olan işlərə baxarkən, ilk öncə daha çox qayğıya ehtiyacı olan uşağın mənafeyini, daha sonra valideynlərin mənafeyini nəzərə almağa borcludur. Bununla birlikdə hər bir uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərcləri ilə təmin edilməsində hər iki valideyn bərabər və eyni öhdəliyə sahibdir. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2025-ci il üçün ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 246 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, Ailə Məcəlləsinin aliment öhdəlikləri ilə bağlı normalarında bilavasitə “Yaşayış minumumu haqqında” Azərbaycan Respublikası Qanununa istinad olunmasa da, «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsində deyilir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat hüququ vardır. Uşağın minimum dolanacaq xərcləri isə “Yaşayış minumumu haqqında” Qanunla müəyyən edilmişdir. Babək Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə qət edilən alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0.76 misli həddində indeksasiya edilməsi iddiaçının ayda 608 (altı yüz səkkiz) manat məbləğində aliment öhdəliyinin yaranmasına səbəb olmuşdur. Bütün bunları ümumiləşdirən məhkəmə İddiaçı müəyyən olunan aylıq gəlirlərinin ümumi alimentin miqdarından xeyli aşağı olmasını, sübutetmə yükünün bölüşdürülməsinin ümumi qaydasını, alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0.76 misli həddində indeksasiya edilməsi nəticəsində 1 uşağa görə 304 manat, iki uşağa görə ümumilikdə 608 manat aliment öhdəliyinin yaranması nəticəsində iddiaçının özünün şəxsi ehtiyaclarını ödəmək qabiliyyətindən məhrum olmasına gətirib çıxara biləcəyini, hər iki valideynin uşağın saxlanılmasında bərabər öhdəliklərə malik olmasını, ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumunun məbləğini, aliment təyin edildikdən sonra iddiaçının nikahından digər iki uşağın dünyaya gəlməsini, həmin uşaqlarla bağlı da aliment öhdəliyinin olmasını onun ailə vəziyyətində baş vermiş dəyişiklik kimi, həmçinin indeksasiyanın nəticəsini diqqətəlayiq hal kimi nəzərə alaraq iddianı qismən əsaslı hesab edir. Belə ki, məhkəmənin qənaətinə görə iddiaçının əsaslandığı alimentin miqdarı müəyyən olunduqdan sonra onun ailə və ya maddi vəziyyətində baş vermiş dəyişikliklər müvafiq olaraq alimentin azadılması üçün əsas kimi qəbul edilməlidir. Cavabdeh tərəfindən iddia tələbi ilə əlaqədar etirazını bildirdiyi fakt və halları təsdiq edən hər hansı sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə tərəflərin nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Məhkəmə yuxarıda göstərilənləri, uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasının zəruriliyini, 2025-ci ildə ölkədə yaşayış minimumunun uşaqlar üçün 246 (iki yüz qırx altı) manat məbləğində müəyyən edilməsini, uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun mövcudluğunu nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Babək Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(079)-173/2018 nömrəli qətnaməsi ilə 12 aprel 2009-cu il təvəllüdlü X13 və 08 iyul 2010-cu il təvəllüdlü X10 yetkinlik yaşına çatana kimi saxlanılması üçün İddiaçı Cavabdeh xeyrinə tutulması qət edilən və həmin məhkəmənin 8(079)-11/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə indeksasiya edilən aliment məbləği azaldılaraq ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0.45 misli həddində müəyyən edilməli, iddia qalan hissədə əsalı olmadığından rədd edilməlidir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublİkasının Qanununun 100- cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlar və məhkəmə iclasında tədqiq olmuş həqiqi və tədqiq olunmuş hallar üzrə çıxarılır. Məhkəmə iddianın qismən təmin edilməsi nəzərə alınmaqla təmin edilmiş hissəsinə mütənasib olan dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi məsələsinə münasibətdə bildirir ki, alimentin azaldılması ilə bağlı iddianın alimentin indeksasiyasının nəticəsi olaraq irəli sürülməsini və iddianın qismən təmin olunmasının cavabdehin məhkəmə xərcləri ilə bağlı məhrumiyyətlərə məruz qalmağa səbəb olacaq iradəsinin nəticəsi olmadığını nəzərə alaraq məhkəmə belə hesab edir ki, ödənilmiş dövlət rüsumu bütünlüklə iddiaçıya aid edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia qismən təmin edilsin. Babək Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(079)-173/2018 nömrəli qətnaməsi ilə 12 aprel 2009-cu il təvəllüdlü X13 və 08 iyul 2010-cu il təvəllüdlü X10 yetkinlik yaşına çatana kimi saxlanılması üçün İddiaçı Cavabdeh xeyrinə tutulması qət edilən, həmin məhkəmənin 8(079)-11/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə indeksasiya edilən aliment məbləği azaldılaraq ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0.45 misli həddində müəyyən edilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar