Azərbaycan Respublikası adından QƏRARDAD Babək şəhəri İş № 2(079)-47/2022 03.02.2022 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X3 məhkəmə iclas katibliyi ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəy yən etdi: İddiaçı 13 dekabr 2021-ci ildə Cavabdeh qarşı iddia ərizəsi ilə Babək Rayon Məhkəməsinə müraciət edərək, 14 iyun 2011-ci il tarixdə doğulmuş X4, 02 yanvar 2015-ci il tarixdə doğulmuş X1 və 10 mart 2016-cı il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay bir uşaq üçün 175 manat olmaqla, cəmi 525 manat məbləğində alimentin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq qeyd etmişdir ki, 07 dekabr 2007-ci il tarixində Babək rayonu, Payız kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlikdə rəsmi nikaha daxil olmaqla Cavabdeh ilə evlənib, nikahımızı nikah akt qeydləri kitabında 12 nömrə ilə qeydiyyatdan keçirmişik. Birgə nikahımızdan birgə yaşadığımız müddətdə 14 iyun 2011-ci il tarixdə X7, 02 yanvar 2015-ci il tarixdə X5 və 10 mart 2016-cı il tarixdə X6 doğulmuşdur. Cavabdeh ailəsinin dolanışığı ilə maraqlanmır, övladlarına baxmır, 3 aydır atamgildə yaşayıram. Özünün traktoru, ot biçəni, ot üyüdəni və ot presliyəni var, demək olar ki, yay-qız işləyir, lakin qazancından ailəsinə vermir. Mən də bir uşağımızın saxlanması üçün Cavabdeh 175 manat sabit məbləğdə alimentin tutularaq azyaşlı övladlarımız 14 iyun 2011ci il tarixdə doğulmuş X4, 02 yanvar 2015-ci il tarixdə doğulmuş X1 və 10 mart 2016-cı il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün mənə ödənilməsini istəyirəm. Məhkəmə iclasının vaxtı, yeri barədə tərəflərə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydada rəsmi məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclaslarında iştirak etməmişdi. İddiaçı 19 yanvar 2022-ci ildə məhkəməyə ərizə ilə müraciət edərək, Cavabdeh qarşı aliment tələbinə dair iddia qaldırdığını, hal-hazırda məsələnin həlli ilə bağlı öz aralarında razılığa gəldiklərini, ona görə də işin icraatına xitam verilməsini və məhkəmə baxışı iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanmaqla tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçının tələbindən imtina etməsi ilə bağlı məhkəmə qeyd edir ki, hüququn hamılıqla qəbul olunmuş dispozitivlik prinsipi onu nəzərdə tutur ki, tərəflər bu prinsipdən çıxış edərək pozulmuş hüquqlarının müdafiəsinin zəruriliyi məsələsini özləri həll edir, müdafiə üçün məhkəməyə müraciət etmək və ya etməmək, iddia qaldırmaq, onu geri götürmək, mübahisədən imtina etmək, yaxud da tələb olunan müdafiənin həcmini müəyyən etmək şəxsin özündən asılı olur. Bundan irəli gələrək, öz məqsədinə nail olmaq üçün prosessual vasitələri seçmək də onun sərbəst sərəncamında olmalıdır. Lakin bununla bərabər mülki prosessual qanunvericilikdə qeyd olunur ki, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır (maddə 52.5). Məhkəmə İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiadan imtina etməsi haqqında ərizəsini müzakirə edib belə nəticəyə gəlir ki, işdə iddiadan imtinanın qəbul edilməməsi üçün əsas verən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.5-ci maddəsinə göstərən hallar yoxdur. Bu səbəbdən də, İddiaçı iddiadan imtinası məhkəmə tərəfindən qəbul olunmalı və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 191.2-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina etdikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 261.0 və 261.0.4-cü maddələrinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 262-264, 267- 268-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r v e r d i: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki iş üzrə iddiaçının iddiadan imtinası qəbul olunsun və iş üzrə icraata xitam verilsin. Qərardaddan şikayət, qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində qərardadı çıxaran məhkəməyə verilə bilər.
Məhkəmə qərarları › İş №2(079)-47/2022
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərardad — İş №2(079)-47/2022
03.02.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver