Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-485/2025 13.08.2025 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X2 məhkəmə iclas katibliyi, iddiaçının vəkil-nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin tutulma qaydasının dəyişdirilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n е t d i: İddiaçı 10 iyul 2025-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Babək Rayon Məhkəməsinin 11 oktyabr 2023-cü il tarixli, 2(079)-447/2023 nömrəli qətnaməsi ilə müəyyən olunan alimentin tutulma qaydasının dəyişdirilərək 07 iyul 2008-ci il təvəllüdlü X11, 11 oktyabr 2010-cu il təvəllüdlü X7 və 24 noyabr 2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay bir uşağa 200 manat olmaqla ümumilikdə üç uşağa sabit pul məbləğdə 600 manat alimentin alınaraq ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq bildirmişdir ki, X9 ilə 06 fevral 2008-ci il tarixdə ildə rəsmi nikah qeyd etdirərək evlənmişik. Birgə nikahdan üç övladımız olmuşdur. 1. 07 iyul 2008-ci il təvəllüdlü X12 2. 11 oktyabr 2010-cu il təvəllüdlü X8 3. 24 noyabr 2018-ci il təvəllüdlü X13. Bildirirəm ki, Babək Rayon Məhkəməsinin 11 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə cavabdehlə aramızda olan nikah pozulmuş və uşaqların mənim yanımda saxlanılması və onların saxlanılmasına görə Samir Quliyevin qazancının və (və ya) başqa gəlirlərinin yarısı miqdarında aliment tutulub mənə verilməsi müəyyən edilmişdir. Göstərmək istəyirəm ki, aliment qət edildikdən sonra cavabdeh müxtəlif məbləğlərdə 300, 200 gah da 150 manat aliment ödəmişdir. Sonradan işini Bakıya dəyişdikdən sonra bir dəfə 800 manat aliment ödəmişdir. Hazırda övladlarımla bərabər kirayə yaşayırıq. Yaşamağa şəxsi evimiz yoxdur. Onların tələbatlarını lazımi qaydada yerinə yetirə bilmirəm. Cavabdehin qazancı qeyrimüntəzəm dəyişən olduğundan üç uşağın saxlanılmasında çətinliklər çəkirəm. Samir isə ödədiyi alimentdən başqa uşaqlara heç bir köməklik etmir. Hətta iki övladının əməliyyat keçirdiyini bildiyi halda belə yenə heç bir köməklik etməmişdir. Buna görə ödənilən aliment məbləğinin Samir Quliyevin qazancının və (və ya) başqa gəlirlərinin yarısı miqdarında deyil, sabit pul məbləğində müəyyən olunmasını istəyirəm. Həmçinin göstərmək istəyirəm cavabdeh öz işindən əlavə fərdi qaydada fəhləlik edərək əlavə gəlir əldə edir. Həmçinin bildirirəm ki, " Mediasiya haqqında" Azərbaycan Respublikası Qanuna uyğun olaraq cavabdehlə 11 mart 2025-ci il tarixdə keçirilən ilkin mediasiya sesiyasında razılığa gəlinməmişdir. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərini nəzərə alaraq mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının vəkil-nümayəndəsi Nümayəndə məhkəmə iclasında verdiyi izahatında Babək Rayon Məhkəməsinin 11 oktyabr 2023-cü il tarixli, 2(079)-447/2023 nömrəli qətnaməsi ilə xx.xx.2008-ci il təvəllüdlü X11, xx.xx.2010-cu il təvəllüdlü X7 və xx.xx.2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh üç uşağın saxlanılmasına görə qazancının və (və ya) başqa gəlirlərinin yarısı miqdarında alimentin tutulub uşaqların anası X5 verilməsinin qət edildiyini, qarşı tərəfin gəlirinin qeyri-müntəzəm olduğunu, cavabdehin gah 200, gah 300, gah da 800 manat aliment ödədiyini, iddiaçının uşaqları saxlamaqda çətinlik çəkdiyini, onun hazırda işləmədiyini və uşaqlarla birgə kirayədə yaşadığını, cavabdehin ödədiyi alimentdən başqa uşaqlara heç bir köməklik etmədiyini, uşaqların ikisinin əməliyyat olunduğunu, lakin cavabdehin heç bir maddi köməklik etmədiyini bildirib iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında uşaqlar əməliyyat olunduqdan sonra onlardan xəbərinin olduğunu, evi satıb pulun yarısını iddiaçıya verdiyini, "X24" Məhdud Məsuliyyətli Cəmiyyətində mebel ustası kimi fəaliyyət göstərdiyini, hazırda iş olmadığından işləmədiyini, əmək müqaviləsi aktiv olsa da iş olmadığından işləmədiyini və əmək haqqı almadığını, bu müddətdə bir-iki dəfə aliment borcunu qardaşlarının ödədiyini, normalda isə işlədiyi saata görə pul aldığını, artıq işləsə artıq pul veriləcəyini, işləməsə ümumiyyətlə gəlirinin olmadığını, əlavə qazancının olmadığını, iddiaçının Babək rayonu, Vayxır kəndində evi olduğunu, gəlib orada niyə yaşamaq yerinə kirayə pulu verdiyini, özünün də hazırda maddi vəziyyətinin aşağı olduğunu, iddiaçının onun uşaqlarla əlaqə saxlamasına maneə yaratdığını, ata kimi uşaqlarımı görə bilmədiyini, sonda hər uşağa 100 manat olmaqla, cəmi 300 manat aliment ödəyə biləcəyini bildirmişdir. Mülki işin materiallarını işdə iştirak edən şəxslərin izahatları ilə əlaqəli şəkildə tədqiq edərək məhkəmə müəyyən edir ki, tərəflər arasındakı nikahın pozulması, tərəflərin yetkinlik yaşına çatmayan 3 (üç) ümumi uşaqlarının olması, uşaqların ananın yanında saxlanılması və cavabdehin gəlirlərinin yarısı miqdarında alimentin qət edilməsi işin mübahisəsiz hallarıdır. Belə ki, iş materiallarına əlavə edilmiş: - Babək rayon Yarımca kənd İƏDN tərəfindən verilmiş AZ-İİ seriyalı 170288 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən atası Cavabdeh, anası X10 olan X6 xx.xx.2008-ci il tarixdə anadan olması; - Babək rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 507056 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən atası Cavabdeh, anası X10 olan X1 xx.xx.2010-cu il tarixdə anadan olması; - Babək rayon Yarımca kənd İƏDN tərəfindən verilmiş AZ-İİİ seriyalı 965838 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən atası Cavabdeh, anası X10 olan X4 xx.xx.2018-ci il tarixdə anadan olması; - Babək Rayon Məhkəməsinin 11 oktyabr 2023-cü il tarixli, 2(079)-447/2023 nömrəli qətnaməsinə əsasən Cavabdeh ilə X10 arasında xx.xx.2008-ci il tarixdə Babək rayon Yarımca kənd İnzibati ərazi Dairəsi üzrə Nümayəndəliyində bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahından olan xx.xx.2008-ci il təvəllüdlü X11, xx.xx.2010-cu il təvəllüdlü X7 və xx.xx.2018-ci il təvəllüdlü X14 anası X3 yanında qalması və alimentin tutulmasının əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla 3 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh qazancının və (və ya) başqa gəlirlərinin yarısı miqdarında alimentin tutulub uşaqların anası X5 verilməsinin qət edilməsi müəyyən edilir. Məhkəmə iddia tələbi barədə ilk növbədə onu qeyd edir ki, alimentin miqdarının dəyişdirilməsi ilə onun tutulması qaydasının dəyişdirilməsini eyniləşdirmək olmaz. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112-ci maddəsində məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi və aliment ödəməkdən azadetmənin əsasları öz əksini tapıb. İstər həmin maddənin adından, istərsə də onun mahiyyətindən görünür ki, sözügedən norma məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsini özündə ehtiva edir. Ailə Məcəlləsi (bundan sonra “AM”) uşaqların qayğısına qalmaq konstitusiya prinsipinə əsaslanaraq valideynlərin üzərinə uşaqları saxlamaq vəzifəsini qoymuşdur. Belə ki, həmin Məcəllənin 75.1 və 75.2-ci maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. AM-in 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə qanunvericiliyində məhkəmə qaydasında alimentin tutulmasının 2 qaydası müəyyən edilmişdir: - aliment ödəyənin aylıq qazancının (gəlirinin) müəyyən hissəsi miqdarında; - sabit pul məbləğində. Ailə Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Göründüyü kimi qanunverici göstərilən maddədə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin sabit məbləğdə tutulmasının bir neçə əsasını müəyyən etmişdir. Bu əsaslardan hər hansı biri mövcud olduqda alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Məhkəmə, alimenti qazancın (gəlirin) müəyyən hissəsi kimi deyil, sabit pul məbləğində tutarsa bunu qətnamədə əsaslandırmalıdır. Qanunvericinin yuxarıda göstərilən maddədə müəyyən etdiyi əsas şərtlərdən biri də ondan ibarətdir ki, alimentin sabit məbləğində tutulması yalnız uşaqların saxlanılması üçün aliment tutulması ilə bağlı məhkəməyə müraciət edən şəxsin tələbi əsasında mümkündür. Yəni qanunverici məhkəməyə alimentin sabit pul məbləğində tutulmasını öz təşəbbüsü əsasında, yaxud cavabdehin vəsatəti əsasında həll etmək hüququnu verməmişdir. (Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin qərarı). Məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən iddiaya qarşı etiraz irəli sürülməmiş, cavabdehin sabit qazanca malik olması halı müəyyən edilməmişdir. Əksinə cavabdeh məhkəmə iclasında verdiyi izahatında hazırda işlərin dayandığını, belə ki, işdə hesab olunsa da iş olmadığı vaxtlar işləmədiyini və əmək haqqı almadığını, mebel ustası kimi vaxtamuzd olaraq işləyib əmək haqqı aldığını, belə olan vaxtlar əmək haqqından tutmaların aparılmadığını bildirməklə qazancının qeyri-müntəzəm (dəyişən) olduğunu təsdiqləmişdir. Məhkəmə həmçinin hazırda cavabdehin elektron məhkəmə informasiya sistemindən əldə edilən məlumata əsasən aldığı 777.34 əmək haqqına yönəldilən və tutulan aliment məbləği nəzərə alınmaqla alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulmasının (3 uşağa cəmi 259 manat olmaqla) iddiaçının, dolayısı ilə də uşaqların marağının əhəmiyyətli dərəcədə pozulmasına səbəb olduğu qənaətinə gələrək alimentin tutulma qaydasının dəyişdirilərək sabit pul məbləğində müəyyən olunması ilə bağlı iddiaçının tələbini əsaslı sayır. AM-in 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Məhkəmə nəzərə alır ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Mülki Prosessual Məcəllənin 13.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə mübahisələri Azərbaycan Respublikasının Konstitusiyasına, referendumla qəbul edilən hüquqi aktlara, qanunlara, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarına, habelə Azərbaycan Respublikasının tərəfdar olduğu beynəlxalq müqavilələrə əsasən həll edir. Bu baxımdan nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir (Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin qərarı). Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2025-ci il üçün yaşayış minimumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “ 20 ” dekabr 2024cü il tarixli qərarının 8.4-1-ci bəndinə əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə ilk olaraq Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Göstərilən hallara qiymət verərkən isə məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ və İİ hissələrinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Həmçinin ali qanunun 34-cü maddəsinin İİİ və İV hissələrində müəyyən olunmuşdur ki, analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Bundan əlavə “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci hissəsində qeyd olunur ki, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə əsasən valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 7 saylı Protokolunun 5-ci maddəsinə görə, ərlə arvad bərabər hüquqlara malikdirlər və uşaqları ilə münasibətlərdə, habelə nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. Yuxarıda qeyd edilən maddi hüquq normaları, həmçinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsində əks olunmuş bərabərlik hüququnun mahiyyətindən belə məlum olur ki, uşaqlara münasibətdə valideynlər bərabər hüquq və vəzifələrə malikdir. Bu isə onu deməyə əsas verir ki, hər bir uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərcləri ilə təmin edilməsində hər iki valideyn bərabər və eyni öhdəliyə sahibdir. Yuxarıda adı çəkilən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında vurğulanmışdır ki, ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurub-qurmaması, yeni ailədə uşaqların olubolmaması, başqa aliment ödəmələrinin olub-olmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir. Məhkəmə araşdırması zamanı cavabdehin yenidən ailə qurması və başqa aliment ödəmələrinin olması müəyyən edilməmişdir. Məhkəmə sözügedən normaları, uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun mövcudluğunu, uşaqların məişət qayğılarının hazırda yanında yaşadığı valideynin üzərinə düşməsini, iddiaçının gəlirlərinin müəyyən edilməməsini, cavabdehin gəlir vəziyyətini və uşaqların yaşını və sayını nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, alimentin tutulma qaydası dəyişdirilməli və yetkinlik yaşına çatmayan uşaqların saxlanması üçün hər ay Cavabdeh İddiaçı xeyrinə bir uşaq üçün 136 manat olmaqla üç uşaq üçün 408 manat sabit pul məbləğində aliment tutulmalıdır. AM-in 55.2-ci maddəsinə əsasən aliment, pensiyalar, müavinətlər şəklində uşağa ödənilən məbləğ valideynlərin (onları əvəz edən şəxslərin) sərəncamına daxil olur, onlar tərəfindən uşaqların saxlanmasına, tərbiyəsinə və təhsilinə xərclənir. Yuxarıda istinad edilən Plenum qərarına dəyişikliyin 8.11-1-ci bəndinə görə alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmasına dair Ailə Məcəlləsinin 100.2-ci maddəsində nəzərdə tutulmuş qayda həmin Məcəllənin 112-ci maddəsinə əsasən artırılmış aliment məbləğinin tutulmasına da şamil edilir. Plenum qərarının mahiyyətindən irəli gələn hal odur ki, əgər yetkinlik yaşına çatmayan uşağa başqa əsasla ödənilən daha əvvəl müəyyən olunmuş aliment mövcuddursa ödənilən aliment məbləğinin artırılmasına və ya tutulma formasının dəyişidirilməsinə səbəb olan yeni məhkəmə qətnaməsi ilə müəyyən olunan aliment məbləği də məhkəməyə müraciət edildiyi vaxtdan hesablanmalıdır. Beləliklə məhkəmə hesab edir ki, tutulma qaydası dəyişdirilmiş aliment məbləği məhkəməyə müraciət edildiyi vaxtdan hesablanmalıdır. Məhkəmə iddianın qismən təmin edilməsi nəzərə alınmaqla təmin edilmiş hissəsinə mütənasib olan dövlət rüsumunun cavabdehdən alınıb dövlət büdcəsinə keçirilməsi məsələsinə münasibətdə bildirir ki, alimentin tutulma qaydasının dəyişdirilməsi ilə bağlı iddianın qismən təmin olunmasının cavabdehin məhkəmə xərcləri ilə bağlı məhrumiyyətlərə məruz qalmağa səbəb olacaq iradəsinin nəticəsi olmadığı nəzərə alınaraq məhkəmə belə hesab edir ki, cavabdehdən dövlət büdcəsinin hesabına rüsumun tutulması üçün əsaslar mövcud deyildir. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalı, Babək Rayon Məhkəməsinin 11 oktyabr 2023-cü il tarixli, 2(079)-447/2023 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin tutulması qaydası dəyişdirilməli, xx.xx.2008-ci il təvəllüdlü X11, xx.xx.2010-cu il təvəllüdlü X7 və xx.xx.2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0.34 misli həddində sabit pul məbləğində aliment tutulmalı, dəyişdirilmiş aliment miqdarı məhkəməyə müraciət edildiyi vaxtdan hesablanmalı, iddia qalmış hissədə rədd edilməlidir. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia qismən təmin olunsun. Babək Rayon Məhkəməsinin 11 oktyabr 2023-cü il tarixli, 2(079)-447/2023 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin tutulması qaydası dəyişdirilsin. Məhkəməyə müraciət edildiyi xx.xx.2025-ci il tarixdən hesablanmaqla xx.xx.2008-ci il təvəllüdlü X11, xx.xx.2010-cu il təvəllüdlü X7 və xx.xx.2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0.34 misli həddində sabit pul məbləğində aliment tutulsun. İddia qalmış hissədə rədd edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(079)-485/2025
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-485/2025
13.08.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver