Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-490/2023 05.10.2023 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X5 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n е t d i: X2 “18” avqust 2023-cü ildə iddia ərizəsi ilə Babək Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh 13 noyabr 2010-cu ildə anadan olan X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 220 (iki yüz iyirmi) manat məbləğində aliment tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. O, tələbini əsaslandıraraq qeyd etmişdir ki, Cavabdeh ilə 22 dekabr 1998-ci il tarixdə nikahımızı rəsmiləşdirib ailə qurmuşuq. Bizim həmin nikahdan 16 mart 1999-cu il təvəllüdlü X3 və 13 noyabr 2010-cu il təvəllüdlü X4 doğulmuşdur. Böyük qızım X3 ailə qurub, əri evində yaşayır. Mənim iddiam əsasında aramızda olan nikah Babək Rayon Məhkəməsinin 30 noyabr 2021-ci il tarixli, 2(079)-376/2021 nömrəli qətnaməsi ilə pozulmuş, həmin qətnaməyə əsasən balaca qızım Yağmur mənim yanımda saxlanılmış və onun yetkinlik yaşına çatanadək saxlanılması üçün 120 manat məbləğində aliment qət olunmuşdur. Lakin məhkəməmiz olub qurtarandan sonra atamın təkidi ilə barışıb birlikdə yaşadıq və mən məcburiyyət qarşısında qaldığımdan alimentdən imtina barədə ərizə verdim, aliment işi üzrə icraata xitam verildi. Son 3 aya kimi qeyri-rəsmi olaraq birlikdə yaşadıq. Lakin Hafiz yenə də əvvəlki nalayiq hərəkətlərini davam etdirdiyindən ayrılıb ayrı yaşayırıq. Ona görə də istəyirəm ki, Yağmurun mənim yanımda qaldığı üçün onun yetkinlik yaşına çatanadək saxlanılması üçün sabit məbləğdə aliment müəyyən edilsin. Hal-hazırda özüm heç bir yerdə işləmirəm. Bu səbəbdən də maddi imkanım yaxşı deyil. Yağmur elə yaş həddindədir ki, onun təhsilinə, təliminə və digər xərclərinə pul lazım olur, tək qadın olaraq mən bunun öhdəsindən gəlməkdə çətinlik çəkirəm. Hər bir əşyanın qiymətində artım müşahidə olunur və bu da bizim ailə büdcəmizə təsir edir. Qeyd edim ki, Hafiz hal-hazırda Bakı şəhərində yaşayır, özünün “Kamaz” markalı maşını var, yüksək məbləğdə qazanc əldə edir. İddiaçı məhkəmədə verdiyi izahatında cavabdeh ilə 1998-ci ildə ailə qurduğunu, birgə nikahlarından iki uşaq dünyaya gəldiyini, böyük qızının ailə qurduğunu, balaca qızının isə özü ilə birlikdə qaldığını, cavabdehlə aralarında bağlanmış nikahın 2021-ci ildə pozulduğunu, həmin vaxtadək məhkəmədə üç dəfə aralarında bağlanmış nikahın pozulması ilə bağlı iddia qaldırdıqlarını, hər dəfəsində barışdıqlarını, sonuncu dəfə aralarında bağlanmış nikah pozulduqdan 20-25 gün sonra atasının təkidi ilə ailəsini yenə bərpa etdiyini, lakin cavabdehin hərəkətlərində heç nəyin dəyişilmədiyini, bu səbəbdən də 2023-cü ilin may ayından ayrıldıqlarını, evdə bir paltarını götürüb çıxdığını, ayrılmalarına səbəb Hafizin daimi spirtli içki qəbul etməsi, onu döyməsi və evə qadınlar gətirərək ona başqa qadınlarla xəyanət etməsi olduğunu, özünün əvvələ xəstəxanada işlədiyini, bankdan kredit götürüb cavabdehə iki ədəd “Kamaz” markalı maşın aldıqlarını, lakin onun heç birinin cavabdehin adına olmadığını, həmin maşınlar üzərində özünün hüququ yaranmasın deyə cavabdehin maşınların dostların adına keçirdiyini, ondan ayrıldıqdan sonra bankan götürdüyü krediti də özünün verdiyini, əvvəllər atası ona maddi cəhətdən kömək etsə də, hazırda atasının da rəhmətə getdiyini, bu səbəbdən alimentlə bağlı iddia qaldırdığını, bankın sonucu ayının ödənişini baldızından alıb ödədiyini, ayrı yaşadıqları vaxt ərzində bir dəfə özünün tələbi əsasında Hafizin 200 manat pul göndərdiyini, Bakı şəhərində torpaq alıb ev tiksələr də, hazırda həmin evdən çıxdığını, gah ata evində, gah da qayınanasının yanında qaldığını, Hafizin sürücü işlədiyini, ayda ***-**** manat arası gəlir əldə etdiyini qeyd etmişdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmi məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasında iştirak etməmişdi. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanmaqla cavabdehin iştirakı olmadan məhkəmə baxışı iclasının keçirilməsini mümkün hesab etmişdir. Mülki işin materiallarını işdə iştirak edən şəxslərin izahatları ilə qarşılıqlı şəkildə tədqiq edərək məhkəmə müəyyən edir ki, tərəflərin 22 dekabr 1998-ci il tarixdə nikaha daxil olması, onların birgə nikahından X3 və X4 adlı ümumi uşaqlarının olması, Zeynəb Allahverdiyevanın yetkinlik yaşına çatması, tərəflər arasında bağlanmış nikahın pozulması və onların birgə nikahından olan X1 iddiaçının yanında qalması işin mübahisəsiz hallarıdır. Bu faktların işin mübahisəsiz halları olması aşağıdakılarla təsdiq olunur: - iddia ərizəsinə əlavə edilmiş Babək Rayon Məhkəməsinin 30 noyabr 2021-ci il tarixli, 2(079)-376/2021 nömrəli qətnaməsinin təsdiq edilmiş surətindən Cavabdeh ilə İddiaçı arasında 22 dekabr 1998-ci il tarixdə nikah bağlanması, bunun nikahın bağlanması haqqında akt qeydləri kitabında 100 nömrə ilə qeyd edilməsi, nikah bağlanması zamanı iddiaçının özünə cavabdehin soyadını, yəni “Allahverdiyeva” soyadını seçməsi; - iddia ərizəsinə əlavə edilən və Babək rayon qeydiyyat şöbəsi tərəfindən 19 iyul 2023-cü il tarixdə verilmiş İ-AZ seriyalı, 017655 nömrəli akt qeydindən çıxarışdan tərəflərin 16 mart 1999-cu il tarixdə X3 adlı övladının dünyaya gəlməsi; - iddia ərizəsinə əlavə edilən və Babək rayon qeydiyyat şöbəsi tərəfindən 18 avqust 2023-cü il tarixdə verilmiş AZ-İİ seriyalı, 505814 nömrəli akt qeydindən çıxarışdan iş üzrə tərəflərin 13 noyabr 2010-cu il tarixdə X4 adlı övladının dünyaya gəlməsi; - iddia ərizəsinə əlavə edilən Babək Rayon Məhkəməsinin 30 noyabr 2021-ci il tarixli, 2(079)-376/2021 nömrəli qətnaməsinin təsdiq edilmiş surətindən tərəflər arasında bağlanmış nikahın pozulması və onların birgə nikahından olan X1 iddiaçının yanında qalması; - iddia ərizəsinə əlavə edilən Babək rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 402364 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən tərəflər arasında bağlanmış nikahın pozulması və bunun dövlət qeydiyyatına alınması zamanı iddiaçının özünə “Bağırova” soyadı seçməsi aydın olur. İşin mübahisəli halı isə iddiaçının cavabdehlə birgə evliliyindən olan övladı X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay Cavabdeh qızından 220 (iki yüz iyirmi) manat miqdarında aliment tutulmasını tələb etməsidir. İddiaçının tələbinin hüquqi həllinə keçməzdən özcə məhkəmə bildirir ki, o, iddia ərizəsində soyadını “Allahverdiyeva kimi qeyd etsə də, mülki işin mübahisəsiz hallarından onun soyadının “Bağırova” olması müəyyən edilir. Bu səbəbdən də qeyd edilən hal nəzərə alınmaqla mülki işə baxılmışdı. İşin bu mübahisəli halını həlli ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Aliment öhdəliyi dedikdə, ailə münasibətlərinin iştirakçısı olan şəxslər arasında yaranan elə hüquq münasibətləri başa düşülür ki, burada bir tərəf digər tərəfin saxlanılması üçün onlar arasında olan razılıq əsasında və ya qanunverciliyə uyğun olaraq məcburi qaydada müəyyən edilən vəsaiti, yəni alimenti ödəməyə borclu olur. Ailə qanunvericiliyinin tələbinə əsasən məhkəmə qaydasında alimentin tutulmasının iki qaydası müəyyən edilib: aliment ödəyənin aylıq qazancının (gəlirinin) müəyyən hissəsi miqdarında və sabit pul məbləğində. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci hissəsində qeyd olunur ki, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə əsasən valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsində və “Uşaq hüquqları haqqında Azərbaycan Respublikası Qanunun 19-cu maddəsində əks olunmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78-ci maddəsində uşağın saxlanılması üçün alimentin sabit pul məbləğində tutulmasını əsası kimi şəxsin bu barədə olan xahişi qeyd olunmuşdur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də, aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq, qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Qeyd olunan maddi hüquq normalarını mülki iş materialları ilə qarşılıqlı şəkildə əlaqələndirən məhkəmə belə hesab edir ki, iddiaçının tələbi əsaslıdır. Alimentin miqdarının müəyyən edilməsinə gəldikdə isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq, müəyyən edilir. İddiaçı övladı X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 220 (iki yüz iyirmi) manat miqdarında aliment tələb edərək cavabdehin sürücü işləməklə yüksək qazanc əldə etməsi ilə əsaslandırsa da, məbləğlə bağlı öz tələbini əsaslandıran faktları təsdiq edəcək sübutları məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə tərəflərin nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövZəhraudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Alimentin miqdarı ilə bağlı iddiaçı tərəf öz tələbini əsaslandıran halları sübuta yetirə bilmədiyindən məhkəmə qanunvericiliyin tələbini nəzərə alaraq belə hesab edir ki, alimentin miqdarının qanunverciliyin tələbləri nəzərə alınmaqla təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında formalaşdırdığı hüquqi mövqe isə ondan ibarətdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, həmin Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Göstərilən hallara qiymət verərkən isə məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərZəhralərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, 2023-cü ildə ölkədə yaşayış minimumu uşaqlar üçün 220 (iki yüz iyirmi) manat məbləğində müəyyən edilmişdir. "Elektron Məhkəmə" informasiya sistemindən çıxarılmış məlumatlardan Cavabdeh adına qazanc, gəlir və ya nəqliyyat vasitəsi olmasına rast gəlinmir. Həmçinin orada olan məlumatlardan iddiaçının xadimə işləməsi və ayda 345 (üç yüz qırx beş) manat əmək haqı alması müəyyən edilir. Məhkəmə yuxarıda göstərilən maddi hüquq normalarını, uşaqlar barəsində valideynlərin bərabər hüquq və vəzifələrə malik olmasını, uşağın təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını, 2023-cü ildə ölkədə yaşayış minimumunun uşaqlar üçün 220 (iki yüz iyirmi) manat məbləğində müəyyən edilməsini, uşağın iddiaçının yanında qalması, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu vaxt ərzində onun üzərinə düşməsini, aliment ödənilməli olan uşağın sayını, saxlanılması üçün aliment təyin edilməsi tələb edilən uşağın yaşını nəzərə alaraq belə nəticəyə gəlir ki, iddiaçının tələbi qismən təmin edilməli və yetkinlik yaşına çatmayan uşağın saxlanması üçün hər ay cavabdehdən 180 (bir yüz səksən) manat məbləğində aliment tutulmalıdır. Aliment sabit pul məbləğində müəyyənləşdirilərkən o nəzərə alınmışdır ki, uşağın saxlanması üçün aliment tələb edən iş üzrə iddiaçı isə alimentin sabit pul məbləğində müəyyənləşdirilməsini xahiş edir. Alimentin hansı vaxtdan tutulması məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinin tələbinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından aydın olur ki, İddiaçı Babək Rayon Məhkəməsinə 18 avqust 2023cü il tarixdə müraciət etmişdir, buna görə də alimentin tutulmasının əvvəli həmin tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsində dərhal icra olunmalı qətnamələrdən biri kimi şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması qeyd olunduğundan qətnamə dərhal icra edilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına görə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə müvafiq olaraq, iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmələrin məcmusu ilə müəyyən edildiyindən, iddianın (12x220=2640) təmin edilmiş hissəsinə (12x180=2160) mütənasib olan 38 (otuz səkkiz) manat, 51 (əlli bir) qəpik miqdarında dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq, cavabdehdən tutularaq dövlət gəlirinə alınır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia qismən təmin olunmalı; - 18 avqust 2023-cü il tarixdən hesablanmaqla, 13 noyabr 2010-cu ildə anadan olan X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay Cavabdeh 180 (bir yüz səksən) manat miqdarında aliment tutularaq uşağın anası İddiaçı ödənilməli; - Cavabdeh 38 (otuz səkkiz) manat, 51 (əlli bir) qəpik miqdarında rüsum tutularaq dövlət büdcəsinə keçirilməli; - qətnamə alimentə dair hissədə dərhal icra olunmalı; - iddia qalan hissədə əsaslı olmadığından rədd edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia qismən təmin edilsin. 18 avqust 2023-cü il tarixdən hesablanmaqla, 13 noyabr 2010-cu ildə anadan olan X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay Cavabdeh 180 (bir yüz səksən) manat miqdarında aliment tutularaq uşağın anası İddiaçı ödənilsin. Cavabdeh 38 (otuz səkkiz) manat, 51 (əlli bir) qəpik miqdarında rüsum tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamə alimentə dair hissədə dərhal icra olunsun. İddia qalan hissədə əsaslı olmadığından rədd edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamiq Əliyev.
Məhkəmə qərarları › İş №2(079)-490/2023
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-490/2023
05.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver