Azərbaycan Respublikası adından QƏRARDAD Babək şəhəri İş № 2(079)-497/2023 05.10.2023 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ İş üzrə icraata xitam verilməsi haqqında Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı ilə 21 avqust 2023-cü ildə iddia ərizəsi ilə Babək Rayon Məhkəməsinə müraciət edərək, 23 noyabr 2022-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay Cavabdeh qazancının dörddə bir hissəsi miqdarında alimentin alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. O, tələbini əsaslandıraraq qeyd etmişdir ki, 19 may 2021-ci ildə rəsmi nikah qeydiyyatından keçməklə Cavabdeh ilə evlənmişəm. Birgə nikahdan 23 noyabr 2022-ci ildə X3 adlı bir övladımız olmuşdur. Xasiyyətimiz uyğun gəlmədiyindən yola gedə bilmirik. Ona görə də beş aya yaxındır ki, ayrı yaşayırıq. Bu müddət ərzində Cavabdeh bizimlə maraqlanmır, uşağına heç bir maddi yardım göstərmir. Hazırda o, Naxçıvan MR Fövqəladə Hallar Nazirliyində işləyir və normal əmək haqqı alır. Mən alimentin əmək haqqının dörddə biri miqdarında müəyyən olunmasını istəyirəm. Mən özüm heç bir yerdə işləmirəm. Mən uşağımı valideynlərimin maddi köməkliyi ilə böyüdürəm. Təkbaşına maddi cəhətdən uşağı böyütməkdə çətinlik çəkirəm. Məhkəmə iclasının vaxtı, yeri barədə işdə iştirak edən şəxslərə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydada rəsmi məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclaslarında iştirak etməmişdi. İddiaçı nümayəndəsi Nümayəndə “19” sentyabr 2023-cü il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, Babək Rayon Məhkəməsində İddiaçı Cavabdehna qarşı aliment tələbinə dair iddia qaldırdığını, hazırda cavabdehlə barışıq əldə edərək bir yerdə yaşadıqlarını, bu səbəbdən də iddia tələbindən imtina etməklə iş üzrə icraata xitam verilməsini və növbəti məhkəmə iclasının özünün və iddiaçının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanmaqla işdə iştirak edən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsinin tələbdən imtina etməsi ilə bağlı məhkəmə qeyd edir ki, hüququn hamılıqla qəbul olunmuş dispozitivlik prinsipi onu nəzərdə tutur ki, tərəflər bu prinsipdən çıxış edərək pozulmuş hüquqlarının müdafiəsinin zəruriliyi məsələsini özləri həll edir, müdafiə üçün məhkəməyə müraciət etmək və ya etməmək, iddia qaldırmaq, onu geri götürmək, mübahisədən imtina etmək, yaxud da tələb olunan müdafiənin həcmini müəyyən etmək şəxsin özündən asılı olur. Bundan irəli gələrək, öz məqsədinə nail olmaq üçün prosessual vasitələri seçmək də onun sərbəst sərəncamında olmalıdır. Lakin bununla bərabər mülki prosessual qanunvericilikdə qeyd olunur ki, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır (maddə 52.5). Bundan başqa iddia tələbindən iddiaçının nümayəndəsi imtina etdiyindən məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 74.2-ci maddəsinə əsasən iddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. İş materiallarına əlavə edilmiş 17 avqust 2023-cü il tarixli, AR-İİ seriyalı, 838090 nömrəli etibarnamədən iddiaçının nümayəndəsinə iddia tələbindən imtina etmək səlahiyyəti verməsi müəyyən edilir. Məhkəmə İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiasından imtina etməsi haqqında ərizəni müzakirə edib, belə nəticəyə gəlir ki, işdə iddiadan imtinanın qəbul edilməməsi üçün əsas verən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52.5ci maddəsinə göstərən hallar yoxdur. Bu səbəbdən də, İddiaçı nümayəndəsinin iddiadan imtinası məhkəmə tərəfindən qəbul olunmalı və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 191.2-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina etdikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 261.0 və 261.0.4-cü maddələrinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 114.1 və 114.1.4-cü maddələrinin tələbinə görə, həmin Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Lakin “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun tələbinə görə aliment tələbinə dair iddialar üzrə iddiaçı dövlət rüsumu ödəməkdən azad olunduğundan və bu səbəbdən İddiaçı məhkəmə müraciət edərkən rüsum ödəmədiyindən, hazırda həmin məsələnin hüquqi həllinə ehtiyac yaranmır. Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 262-264, 267- 268-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r v e r d i: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki iş üzrə iddiaçının nümayəndəsinin iddiadan imtinası qəbul olunsun və iş üzrə icraata xitam verilsin. Qərardaddan şikayət, qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində qərardadı çıxaran məhkəməyə verilə bilər. Sədrlik edən: Zamiq Əliyev.
Məhkəmə qərarları › İş №2(079)-497/2023
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərardad — İş №2(079)-497/2023
05.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver