Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Babək şəhəri İş № 2(079)-500/2021 05.10.2021 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Mən, Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq oğlu Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 72/49 ünvanında yerləşən kreditor "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin “24” yanvar 1983-cü ildə Babək rayonu, Cəhri kəndində anadan olan, Babək rayonu, Cəhri qəsəbəsində yaşayan, Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumata əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində yuyucu işləyən Borclu qarşı borcun tutulması barədə məhkəmə əmrinin verilməsinə dair ərizəni və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək m ü ə y y ə n e t d i m: Kreditor "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti «05» oktyabr 2021-ci ildə məhkəməyə ərizə ilə müraciət edərək 10 iyun 2020-ci il tarixli,11442059 nömrəli müqavilə üzrə 912 (doqquz yüz on iki) manat miqdarında borcun, həmçinin ərizənin verilməsi ilə bağlı ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumunun Borclu onun xeyrinə tutulması barədə məhkəmə əmrinin verilməsini xahiş etmişdir. Kreditor ərizəsini onunla əsaslandırmışdır ki, alqı-satqı müqaviləsinə əsasən Borclu ona 6 ay müddətinə ümumi-qiyməti 1215 manat dəyərində olan məişət texnikası-paltar yuyan satmışam. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601-ci maddəsinə və alqısatqı müqaviləsinin 3.4-cü bəndinə əsasən alınmış malların dəyərindən 120 manat ilkin ödəniş etməklə, hər ay üçün 182.5 manat ödəmək şərti ilə aldığı malın dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Lakin borclu alqı-satqı müqaviləsində nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməyərək əsas borcundan bu günədək ödəniş etməmiş, bununlada alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Alqı-satqı müqaviləsinin 10.2.1-ci bəndinə əsasən alıcı və satıcı müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirmədikdə müqaviləyə birtərəfli, qaydada xitam verilir. Dəfələrlə ona edilmiş şifahi və yazılı xəbərdarlıqlara məhəl qoymayaraq müqavilə üzrə yaranmış borcunu ödəməkdən yayınmış və nəticədə mənim biznes fəaliyyətimə ciddi ziyan vurmuşdur. Kreditorun məhkəmə təqdim etdiyi sənədləri qanunvericiliyin tələbləri daxilində tədqiq edən məhkəmə aşağıdakıları qeyd edir. Məhkəmə ilk olaraq iş üzrə kreditor və borclunun nəzərinə çatdırır ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Borclu qarşı olan tələbi, dairəsi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 276-cı maddəsi ilə müəyyən edilmiş tələblərdən biri olduğundan və kreditorun müraciəti mülki işə əmr icraatı formasında baxılması ilə bağlı olduğundan, işə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 275.1-ci maddəsinə əsasən əmr icraatı qaydasında sadələşdirilmiş icraat formasında baxılmışdır. Həmin Məcəllənin 280-ci maddəsinin tələbinə görə isə məhkəmə əmri, irəli sürülmüş tələb məhkəməyə daxil olan gündən 3 gün ərzində, məhkəmə baxışı keçirilmədən və izahatları dinlənilmək üçün tərəflər çağırılmadan çıxarılmalı olması qeyd olunduğundan məhkəmə iş üzrə tərəflərin iştirakı olmadan işə baxmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10.8-1-ci maddəsinə əsasən bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Məhkəmə kreditor "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin ərizəsini qanunvericiliyin tələbləri daxilində tədqiq edərək belə hesab edir ki, onun tələbi təmin olunmalı və məhkəmə əmri çıxarılmalıdır. Belə ki, məhkəmə əmrinin verilməsi şərtləri Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 275.1 və 276.1-ci maddələri ilə müəyyən edilir. Həmin maddələrin mahiyyətinə əsasən kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa müəyyən pul məbləğinin ödənilməsi tələbləri və ya əmlakın tələb edilməsi üzrə işlərə baxılmasının sadələşdirilmiş qaydasına yol verilir. Prosessual normanın tələbindən göründüyü kimi kreditorun tələbi pul və ya əmlak tələbi ilə bağlı olmalıdır. Ərizə və ona əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Borclu qarşı borcun tutulması tələbi ilə bağlı müraciət etmişdi. Həmçinin yuxarıda qeyd edilən normalardan da görünür ki, məhkəmə əmrin verilməsinin əsas şərtlərindən biri də kreditorun tələbi aşkar olması və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanmasıdır. Bundan əlavə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 262.2-ci maddəsində məhkəmə əmrinin verilə biləcəyi halların dairəsi müəyyən edilmişdir ki, həmin Məcəllənin 276.2.2-ci maddəsinə əsasən, tələbin sadə yazılı formada bağlanmış əqdə əsaslanmasıdır. Ərizəni və ona əlavə edilmiş sənədləri yuxarıda qeyd edilən prosessual normaların tələbləri daxilində nəzərdən keçirən məhkəmə qeyd edir ki, iş materiallarından 10 iyun 2020-ci il tarixdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Borclu arasında alqı-satqı müqaviləsinin bağlanılması aydın olur. Bu isə o deməkdir ki, kreditorun tələbi borclu ilə arasında bağlanmış yazılı əqdə əsaslanır. Mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi isə bir qayda olaraq, müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 6-cı maddəsinin mahiyyətinə əsasən hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir. Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Həmin Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Göründüyü kimi mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. İş materiallarına əlavə olunmuş sənədlərdən aydın olur ki, Borclu ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 10 iyun 2020-ci il tarixli,11442059 nömrəli alqı-satqı müqaviləsi bağlanmış və həmin müqavilə üzrə aşağıda qeyd edilən iş üçün əhəmiyyətli olan şərtlər barədə razılığa gəlmişlər: -müqavilənin predmeti adlanan 1-ci bəndinə əsasən onun predmeti Samsung markalı paltaryuyan maşındır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə uyğun olaraq bu müqaviləyə görə satıcı müqavilənin 1.1-ci bəndində göstərilən əşyanı alıcının mülkiyyətinə verilməyi, alıcı isə əşyanı qəbul edib əvəzinə müqavilənin 3.1-ci bəndində qeyd edilən pul məbləğini (qiyməti) müqavilədə göstərilmiş qaydada və müddətdə ödəməyi öhdəsinə götürür; - 2.2-ci bəndin tələbinə görə müqavilə imzalandıqdan dərhal sonra satıcı müqavilənin 1.1-ci bəndində göstərilən əşyanı alıcıya verir. Satıcı əşya ilə birlikdə onun ləvazimatını, habelə əşyaya aid olan texniki pasportu, keyfiyyət sertifikatını, istismar təlimatını və bu müqaviləyə əlavə edilən digər sənədləri alıcıya verir; -müqavilənin 3.1 və 3.4-cü bəndlərindən müəyyən edilir ki, satılan əşyanın qiyməti 1095 (bir min doxsan beş) manat təşkil edir. Satılan əşyanın qiyməti alıcı tərəfindən satıcıya hissə-hissə, 6 (altı) ay müddətində ödənilir. Ödənişlərin vaxtı və məbləğləri bu müqaviləyə əlavə edilən cədvələ uyğun tənzimlənir. Əşyanın qiymətinin sonradan dəyişməsi yenidən hesablaşmaya səbəb ola bilməz; -müqavilənin 4.1, 4.3 - 4.4-cü bəndlərində qeyd edilir ki, satılan əşya bir ədəd Samsung markalı məişət əşyası olan paltaryuyan maşındır. O təyinatı üzrə istifadəyə yararlıdır və müəyyən edilmiş məcburi tələblərə uyğun gəlir. Qarantiya müddəti 1 ildir. Qarantiya müddəti əşya ilə yanaşı onun tərkib hissələrinə (komplektləşdirici məlumata) də şamil edilir. Qarantiya müddətinin axımı bu müqavilə ilə imzalandığı məqamdan başlanır; -5.1, 5.1.2 və 5.2.1-ci bəndlərdən müəyyən edilir ki, müqavilənin predmeti olan əşyanı müqavilə imzalandıqdan dərhal sonra ləvazimatı, habelə əşyaya aid olan texniki pasportu, keyfiyyət sertifikatını, istismar təlimatı və qaimə ilə birlikdə alıcıya vermək satıcının vəzifəsi, müqavilə ilə müəyyən edilmiş müddətdə, miqdarda və qaydada satılan əşyanın qiymətinin ödənilməsini alıcıdan tələb etmək satıcının hüququdur; -6.1, 6.1.1, 6.1.2 və 6.1.3-cü bəndlərə görə satılan əşyanı müqavilə imzalandıqdan dərhal sonra satıcıdan qəbul etmək, müqavilənin predmeti olan əşyanı müqavilə imzalandıqdan dərhal sonra ləvazimatı, habelə əşyaya aid olan texniki pasportu və qaimə ilə birlikdə qəbul etmək və müqavilə və müvafiq cədvəl ilə müəyyən edilmiş müddətdə, miqdarda və qaydada satılan əşyanın qiymətini satıcıya ödəmək alıcının vəzifəsidir; - 11.1 və 11.2-ci bəndlərə əsasən müqavilənin yerinə yetirilməsi prosesində yaranmış mübahisələr danışıq yolu ilə həll edilir. Mübahisələri danışıq yolları ilə həll etmək mümkün olmadıqda, onlar məhkəmə qaydasında həll olunur; -müqaviləyə əlavə edilmiş ödəniş cədvəlindən Borclu müqavilə ilə satılmış əşyanın dəyəri üçün “ödəniş cədvəli” əsasında 10 iyul 2020-ci ildən başlayaraq 06 ay ərzində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə hər ay 182.5 (bir yüz səksən iki manat, əlli qəpik) manat ödəməyi öhdəsinə götürür. Tərəflər arasında olan razılaşmadan aydın olur ki, onlar arasında əşyanın dəyərinin hissə-hissə ödənilməsi şərti ilə nisyə alqı-satqı müqaviləsi bağlanılıb. Kreditorun tələbinin aşkarlılığı və ya borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanması ilə bağlı şərtlərin mövcudluğuna gəldikdə isə məhkəmə bildirir ki, iş materiallarından aydın olur ki, kreditor və borclu arasında alqı-satqı müqaviləsi bağlanılmış və həmin müqaviləyə əsasən əşya nisyə satılaraq onun dəyərinin hissə-hissə ödənilməsi nəzərdə tutulmuş və nəticə Borclu kreditora borcu yaranmışdı. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568-ci maddəsində satıcının əşyanı vermək vəzifəsi müəyyən edilir ki, həmin maddənin tələbinə görə satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Qeyd edilən Məcəllənin 601.2-ci maddəsinə görə isə hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edildiyindən, həmin Məcəllənin 600.4-cü maddəsinə istinad edərək, qeyd olunur ki, həmin maddəyə görə əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Maddi hüquq normalarının məzmunundan da aydın olur ki, satıcıya qarşı olan öhdəliyin icrası üsulunu seçmək hüququ satıcıya məxsusdur və o isə verilmiş əşyanın dəyərinin ödənilməsini tələb edir. Kreditor "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin öz öhdəliyi icra edərək məişət əşyası olan paltaryuyanı borcluya verməsi təhvil-təslim aktından aydın olur. Belə ki, məhkəməyə təqdim edilmiş 10 iyun 2020-ci il tarixli təhvil-təslim aktından, yəni müqaviləyə 1 nömrəli əlavədən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Borclu 10 iyun 2020-ci il tarixli,11442059 nömrəli müqavilə üzrə “Samsung” markalı paltaryuyanı təhvil verməsi müəyyən edilir. Müqavilənin 2.1-ci bəndindən o da aydın olur ki, müqavilə tərəflərin razılığına əsasən imzalandığı gündən qüvvəyə minir və tərəflər üçün icrası məcburidir. Ərizəyə əlavə olunmuş sənədlərlə kreditor "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin tələbinin aşkar olduğu, tələbin sadə yazılı formada bağlanmış əqdə və borclunun mübahisə edilməyən vəzifəsinə əsaslandığı təsdiq olunur. Yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə bildirir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Borclu qarşı olan borcun qaytarılması barədə tələbi əsaslıdır. Borcun miqdarına gəldikdə isə ərizəyə əlavə edilmiş maliyyə arayışından aydın olur ki, 10 iyun 2020-ci il tarixli,11442059 nömrəli müqavilə üzrə iddiaçı 303 (üç yüz üç) manat ödəniş etmiş və hazırda onun əsas borcu 912 (doqquz yüz on iki) manat təşkil edir. Yuxarıda qeyd olunanları qanunvericiliyin tələbləri daxilində tədqiq edərək, belə nəticəyə gəlirəm ki, kreditorun tələbi təmin olunmalı və tələb üzrə məhkəmə əmri verilməlidir. Məhkəmə tərəfindən kreditorun tələbinin əsaslı saydığından onu da bildirir ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edildiyindən və hazırki iş üzrə məhkəmə əmri verilməli olduğundan kreditor tərəfindən ərizə verilən zaman ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu borcludan alınaraq kreditora ödənilməlidir. Məhkəmə əmri verilməli olduğundan borcluya izah edilir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284.1-ci maddəsinin tələbinə görə məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Lakin məhkəmə əmrindən şikayət edilə bilməməsi borclunun kreditorun tələbini mübahisələndirməsi hüququndan məhrum etmir. Belə ki, həmin Məcəllənin 282-ci maddəsinə əsasən borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284.2-ci maddəsinin tələbəbinə görə əgər müəyyən edilmiş müddətdə məhkəməyə borclunun etirazı daxil olmazsa, hakim kreditora dərhal məhkəmənin möhürü ilə təsdiq edilmiş icrası məcburi olan məhkəmə əmrinin surətini verir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 275, 276, 280 və 281-ci maddələrini rəhbər tutaraq ə m r e t d i m: 10 iyun 2020-ci il tarixli,11442059 nömrəli müqavilə üzrə 912 (doqquz yüz on iki) manat məbləğində borc və ərizənin verilməsi ilə bağlı ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumu “24” yanvar 1983-cü ildə Babək rayonu, Cəhri kəndində anadan olan, Babək rayonu, Cəhri qəsəbəsində yaşayan, Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumata əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində yuyucu işləyən Borclu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Borclu məhkəmə əmrini aldığı gündən 10 gün ərzində verilmiş tələbə və ya onun hissəsinə qarşı Babək Rayon Məhkəməsini yazılı xəbərdar etməklə etiraz edə bilər. Hakim: Zamiq Əliyev.
Məhkəmə qərarları › İş №2(079)-500/2021
Naxçıvan MR Babək Rayon Məhkəməsi Məhkəmə əmri — İş №2(079)-500/2021
05.10.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver