Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-503/2024 10.09.2024 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n е t d i: İddiaçı “12” iyul 2024-cü ildə iddia ərizəsi ilə Babək Rayon Məhkəməsinə müraciət edərək 17 iyun 2022-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay Cavabdeh 200 (iki yüz) manat miqdarında aliment tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. O, tələbini əsaslandıraraq qeyd etmişdir ki, Cavabdeh ilə 08 iyul 2021-ci il tarixdə Babək rayon qeydiyyat şöbəsində nikahımızı rəsmiləşdirmişik. Həmin nikahdan 17 iyun 2022-ci il təvəllüdlü X6 doğulmuşdur. Cavabdehlə aramızda mübahisə olduğu üçün aıtıq 2024-cü ilin aprel ayından ayrı-ayrı ünvanlarda yaşayırıq. Övladım azyaşlı olduğu üçün o da mənimlə birlikdə valideynlərimin yanında qalır. Lakin cavabdeh övladının ehtiyacları ilə maraqlanmır, valideyn kimi övladının qayğısına qalmır. Mən isə valideynlərimin köməyilə övladımın zəruri ehtiyaclarını qarşılamağa çalışıram. Cavabdeh fərdi fəaliyyətlə məşğuldur və yeganə övladının ehtiyacını qarşılaya biləcək qədər maddi vəsaitə malikdir. Buna görə də mən övladım 17 iyun 2022-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 200 (iki yüz) manat məbləğdə alimentin cavabdehdən alınaraq mənə ödənilməsini istəyirəm. Mübahisənin məhkəmədən kənar həlli üçün X1 müraciət edilməsinə baxmayaraq cavabdeh mediyasiya prosesində iştirak etmədiyi üçün müvafiq arayış verilərək məhkəməyə müraciət etməli olduğum bildirildi. İddiaçı məhkəmədə verdiyi izahatında iddia tələbini müdafiə etdiyini, cavabdehlə birbirlərini sevərək 2021-ci ildə ailə qurduqlarını, birgə nikahlarından 17 iyun 2022-cu ildə Uğur adlı uşaqlarının dünyaya gəldiyini, uşaq dünyaya gələnədək ailənin ehtiyaclarını Əli qarşılasa da, özü işləməyə başladıqdan sonra həm özünün, həm də uşağının ehtiyaclarını özünün qarşıladığını, Əlinin əvvəllər Türkiyə Respublikasında işlədiyini, aylıq ***-**** manat qazancı olduğunu, hazırda isə cavabdehin nə işlə məşğul olmasından məlumatsız olduğunu, onun daş döşəmə işi ilə məşğul olduğunu, özünün isə aylıq əmək haqının 322 manat təşkil etdiyini, aralarında olan mübahisəyə görə 2024-cü ilin aprel ayının 1-dən ayrı yaşadıqlarını, birgə nikahlarından olan uşağın özü qaldığını, cavabdehin uşaqla demək olar ki, hər həftə görüşdüyün, övladının bəzən onun yanında qaldığını, özünün heç vaxt övladı ilə cavabdehin görüşməsinə etiraz etmədiyini, onunla ayrı yaşadığı vaxt ərzində Əlinin uşağın saxlanılmasında iştirak etmədiyini qeyd edərək, yekunda iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdi. Cavabdeh məhkəmədə verdiyi izahatında iddia tələbini qismən qəbul etdiyini, Kubra ilə bir-birlərini sevərək 16 iyun 2021-ci ildə ailə qurduqlarını, birgə nikahlarından 17 iyun 2022-ci təvəllüdlü bir oğlan övladlarının olduğunu, özünün əvvəllər marketdə işlədiyini, aylıq 500-600 manat maaş aldığını, iddiaçının işləməsinə razı olmadığını, çünki həmin vaxt oğlunun beş alıq olduğunu, lakin buna baxmayaraq Kubranın uşağı anasının yanında qoyaraq işə getdiyini, daha sonra özünün burada tikintidə işlədiyini, əvvəllər günlük 30 manata işləsə də sonradan Naxçıvanda tikinti işlərinin dayandığını, buna görə də işləmək üçün Türkiyə Respublikasına getdiyini, orada olarkən iddiaçının ondan xəbərsiz oğlunu sünnət etdirdiyini, ondan da həkim üçün pul istədiyini, pulu az olduğundan Kubraya 100 manat pul göndərə bildiyini, Türkiyə Respublikasında işləməyə getdikdən sonra qayınanasının ona “küçələrdə qalmısan” dediyini, halbuki özünün ailəsini saxlamaq üçün başqa ölkəyə işləməyə getdiyini, təqribən üç ay olar ki, Kubra ilə ayrı yaşadığını, oğlunun iddiaçı ilə qaldığını, uşağa özünün oyuncaq, bəzən də banan aldığını, lakin iddiaçının ona övladı ilə görüşməyə imkan vermədiyini qeyd edərək, iddianın qismən təmin edilməsini məhkəmədən xahiş etmişdi. Mülki işin materiallarını işdə iştirak edən şəxslərin izahatları ilə qarşılıqlı şəkildə tədqiq edərək məhkəmə müəyyən edir ki, tərəflər arasında nikah bağlanması, onların birgə nikahında X6 adlı ümumi uşağın dünyaya gəlməsi, tərəflərin ayrı yaşaması və X4 iddiaçının yanında qalması işin mübahisəsiz hallarıdır. Bu faktların işin mübahisəsiz halları olması aşağıdakılarla təsdiq olunur: - iddia ərizəsinə əlavə edilmiş Naxçıvan “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsi tərəfindən verilmiş 10 iyul 2024-cü il tarixli, 2021 nömrəli arayışdan Cavabdeh ilə X5 arasında Babək rayon qeydiyyat şöbəsində 08 iyul 2021-ci il tarixdə nikah bağlanması, bunun akt qeydləri kitabında 170 nömrə ilə qeydə alınması, nikah bağlanan zaman iddiaçının özünə cavabdehin soyadını seçməsi; - iddia ərizəsinə əlavə edilmiş və Babək rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 27 iyul 2022-ci il tarixli, AZ-İV seriyalı, 632616 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən tərəflərin 17 iyun 2022-ci il tarixdə X6 adlı övladının dünyaya gəlməsi; - iddia tələbindən və işdə iştirak edən şəxslərin məhkəmədə verdiyi izahatlardan tərəflərin ayrı yaşaması və onların birgə nikahından olan ümumi uşağın iddiaçının yanında qalması aydın olur. İşin mübahisəli halı isə iddiaçının cavabdehlə birgə nikahından olan övladı X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay Cavabdeh 200 (iki yüz) manat miqdarında aliment tutulmasını tələb etməsidir. İşin mübahisəli halını həlli ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Aliment öhdəliyi dedikdə, ailə münasibətlərinin iştirakçısı olan şəxslər arasında yaranan elə hüquq münasibətləri başa düşülür ki, burada bir tərəf digər tərəfin saxlanılması üçün onlar arasında olan razılıq əsasında və ya qanunverciliyə uyğun olaraq məcburi qaydada müəyyən edilən vəsaiti, yəni alimenti ödəməyə borclu olur. Ailə qanunvericiliyinin tələbinə əsasən məhkəmə qaydasında alimentin tutulmasının iki qaydası müəyyən edilib: aliment ödəyənin aylıq qazancının (gəlirinin) müəyyən hissəsi miqdarında və sabit pul məbləğində. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci hissəsində qeyd olunur ki, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə əsasən valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsində və “Uşaq hüquqları haqqında Azərbaycan Respublikası Qanunun 19-cu maddəsində əks olunmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78-ci maddəsində uşağın saxlanılması üçün alimentin sabit pul məbləğində tutulmasını əsası kimi şəxsin bu barədə olan xahişi qeyd olunmuşdur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də, aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq, qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Qeyd olunan maddi hüquq normalarını mülki iş materialları ilə qarşılıqlı şəkildə əlaqələndirən məhkəmə belə hesab edir ki, iddiaçının tələbi əsaslıdır. Alimentin miqdarının müəyyən edilməsinə gəldikdə isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq, müəyyən edilir. İddiaçı övladı X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 200 (iki yüz) manat miqdarında aliment tələb edərək buna cavabdeh fərdi fəaliyyətlə məşğul olması, yeganə övladının ehtiyacını qarşılaya biləcək qədər maddi vəsaitə malik olması ilə əsaslandırsa da, öz tələbini əsaslandıran faktları təsdiq edəcək sübutları məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə tərəflərin nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövZəhraudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Alimentin miqdarı ilə bağlı iddiaçı tərəf öz tələbini əsaslandıran halları sübuta yetirə bilmədiyindən məhkəmə qanunvericiliyin tələbini nəzərə alaraq belə hesab edir ki, alimentin miqdarının qanunverciliyin tələbləri nəzərə alınmaqla təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında formalaşdırdığı hüquqi mövqe isə ondan ibarətdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, həmin Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Göstərilən hallara qiymət verərkən isə məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərZəhralərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, 2024-cü ildə ölkədə yaşayış minimumu uşaqlar üçün 235 (iki yüz otuz beş) manat məbləğində müəyyən edilmişdir. "Elektron Məhkəmə" informasiya sistemindən çıxarılmış məlumatlardan Cavabdeh adına qazanc, gəlir və ya əmlak olmasına rast gəlinmir. Həmçinin həmin məlumatlardan iddiaçının "Naxçıvanpoçt" X7 idarə qulluqçusu vəzifəsində işləməsi və ayda 370 (üç yüz yetmiş) manat miqdarında əmək haqqı alması müəyyən edilir. Məhkəmə yuxarıda göstərilən maddi hüquq normalarını, uşaqlar barəsində valideynlərin bərabər hüquq və vəzifələrə malik olmasını, uşağın təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını, 2024-cü ildə ölkədə yaşayış minimumunun uşaqlar üçün 235 (iki yüz otuz beş) manat məbləğində müəyyən edilməsini, uşağın iddiaçının yanında qalması, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu vaxt ərzində onun üzərinə düşməsini, aliment ödənilməli olan uşağın sayını, saxlanılması üçün aliment təyin edilməsi tələb edilən uşağın yaşını və buna əsaslanan ehtiyacını, cavabdehin daimi iş yerinin olmamasını, onun övladı ilə tez-tez görüşməsini və bəzi hallarda uşağın onunla qalmasını və həmin vaxt uşağın ehtiyacının cavabdeh tərəfindən qarşılanmasını nəzərə alaraq belə nəticəyə gəlir ki, iddiaçının tələbi qismən təmin edilməli və yetkinlik yaşına çatmayan uşağın saxlanması üçün hər ay cavabdehdən 130 (bir yüz otuz) manat məbləğində aliment tutulmalıdır. Aliment sabit pul məbləğində müəyyənləşdirilərkən o nəzərə alınmışdır ki, uşağın saxlanması üçün aliment tələb edən iş üzrə iddiaçı isə alimentin sabit pul məbləğində müəyyənləşdirilməsini xahiş edir. Alimentin hansı vaxtdan tutulması məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinin tələbinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından aydın olur ki, İddiaçı Babək Rayon Məhkəməsinə “12” iyul 2024cü il tarixdə müraciət etmişdir, buna görə də alimentin tutulmasının əvvəli həmin tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsində dərhal icra olunmalı qətnamələrdən biri kimi şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması qeyd olunduğundan qətnamə dərhal icra edilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına görə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə müvafiq olaraq, iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmələrin məcmusu ilə müəyyən edildiyindən, iddianın (12 x 200 =2400) təmin edilmiş hissəsinə (12x130=1560) mütənasib olan 28 (iyirmi səkkiz) manat, 60 (altmış) qəpik miqdarında dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq, cavabdehdən tutularaq dövlət gəlirinə alınır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia qismən təmin olunmalı; - “12” iyul 2024-cü il tarixdən hesablanmaqla, tərəflərin birgə nikahından olan 17 iyun 2022-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay Cavabdeh 130 (bir yüz otuz) manat miqdarında aliment tutularaq uşağın anası İddiaçı ödənilməli; - Cavabdeh 28 (iyirmi səkkiz) manat, 60 (altmış) qəpik miqdarında rüsum tutularaq dövlət büdcəsinə keçirilməli; - qətnamə alimentə dair hissədə dərhal icra olunmalı; - iddia qalan hissədə əsaslı olmadığından rədd edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia qismən təmin edilsin. “12” iyul 2024-cü il tarixdən hesablanmaqla, tərəflərin birgə nikahından olan 17 iyun 2022-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay Cavabdeh 130 (bir yüz otuz) manat miqdarında aliment tutularaq uşağın anası İddiaçı ödənilsin. Cavabdeh 28 (iyirmi səkkiz) manat, 60 (altmış) qəpik miqdarında rüsum tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamə alimentə dair hissədə dərhal icra olunsun. İddia qalan hissədə əsaslı olmadığından rədd edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamiq Əliyev.
Məhkəmə qərarları › İş №2(079)-503/2024
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-503/2024
10.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver