Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-527/2023 27.10.2023 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X3 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının dəyişdirilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n е t d i: İddiaçı “07” sentyabr 2023-cü il tarixdə vəkili-nümayəndəsi Vəkil vasitəsi ilə məhkəməyə müraciət edərək, Babək Rayon Məhkəməsinin 14 fevral 2012-ci il tarixli, 2(079)-7/2012 nömrəli qətnaməsi ilə müəyyən edilmiş Cavabdeh tutulan alimentin tutulma qaydasının dəyişdirilməklə, 02 noyabr 2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay 220 (iki yüz iyirmi) manat məbləğində aliment tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq qeyd etmişdi ki, Cavabdeh ilə 13 iyul 2010-cu il tarixdə rəsmi qeydiyyatdan keçməklə nikaha daxil olmuşuq. Birgə nikahımızdan 02 noyabr 2010-cu il təvəllüdlü X4 doğulmuşdur. Cavabdehlə aramızda yaranan mübahisələr nəticəsində Babək Rayon Məhkəməsinin 14 fevral 2012-ci il tarixli, 2(079)-7/2012 nömrəli qətnaməsi ilə son qoyulmuşdur. Həmin məhkəmə qətnaməsi ilə uşağın yetkinlik yaşına çatanadək mənim yanımda qalması müəyyən edilmiş və Cavabdeh hər ay daimi iş yeri olduqda aylıq qazancının (başqa gəlirlərinin) 1/4 hissəsi miqdarında, bu mümkün olmadıqda isə 50 (əlli) manat aliment tutularaq 02 noyabr 2010-cu il təvəllüdlü X1 üçün mənim xeyrimə ödənilməsi qət edilmişdir. Cavabdehin uşağa ödədiyi aliment uşağımızın maddi tələbatını qarşılamağa yetmir. Uşaq elə yaş həddindədir ki, onun digər xərclərinə, müalicəsinə də pul lazım olur. Aldığım aliment bu gün uşağımızın təminatını ödəmir və tək qadın olaraq mən bunun öhdəsindən gəlməkdə çətinlik çəkirəm. Uşağa aliment 2012-ci ildə kəsilib, həmin tarixdən bu günədək hər bir əşyanın qiymətində artım müşahidə olunur və bu da bizim ailə büdcəmizə təsir edir. Bu səbəbdən də övladımızın saxlanması, inkişafı və gələcəyi üçün cavabdehin ödədiyi alimentin məbləğinin artırılmasını istəyirəm. Qeyd edim ki, uşağın yaşı artdıqca xərcləri də artır. Övladımız artıq böyüyüb məsrəfləri yetərincə artmışdır. Ona görə də 02 noyabr 2010-cu il təvəllüdlü X1 üçün cavabdehdən hər ay sabit məbləğdə 220 manat alimentin tutularaq mənə ödənilməsini istəyirəm. Alimentin artırılması üçün ilkin mediasiya sesiyasında iştirak etsəm də, orada mübahisəmiz öz həllini tapmadığından artıq məhkəməyə müraciət etmək qərarına gəlmişəm. Mülki iş üzrə 09 oktyabr 2023-cü ildə keçirilən məhkəmə hazırlıq iclasında İddiaçı ərizə ilə məhkəməyə müraciət edib, iddianın predmetini dəyişərək Babək Rayon Məhkəməsinin 31 may 2016-cı il tarixli, 2(079)-173/2016 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılmasını məhkəmədən xahiş etmişdi. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsaslanmaqla mülki işə alimentin miqdarının dəyişdirilməsi-artırılması kimi baxmışdı. İddiaçı məhkəmədə verdiyi izahatında iddia tələbini müdafiə etdiyini, Elnar ilə 2009cu ildə ailə qurduğunu, birgə nikahlarından bir uşaq olduğunu, 2010-cu ildə cavabdeh ilə ayrıldığını, Elnarın əvvəlcə 50 manat aliment verdiyini, 2016-cı ildə isə alimentin artırılması ilə bağlı məhkəməyə müraciət etdiyini və alimentin miqdarının 90 manat olduğunu, həmin vaxt özünün işlədiyini, lakin hazırda işlədiyi müəssisənin rəhbərinin barəsində cinayət işi başlanıldığından işləmədiyini, özünün qalmağa evi olmadığını, valideynləri ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Şuşa qəsəbəsi, Yeni Ramana, sahə 2, ev 1-də yaşadığını, övladının 8-ci sinifdə oxuduğunu, cavabdehin alimentdən başqa uşağın digər xərclərində iştirak etmədiyini, övladı ancaq Naxçıvana gələndən-gələnə Elnarın onunla görüşdüyünü, bir neçə dəfə oğlunun Elnara zəng etdiyini, lakin cavabdehin telefona cavab vermədiyini, Elnarın maşın düzəltdiyini, yaxşı qazancı olduğunu, onun qazancı və gəlirləri barədə sübutunun olmadığını, məhkəmədə iddia qaldırmazdan öncə cavabdehlə əlaqə saxlayaraq alimentin miqdarının artırmasını təklif etdiyini, lakin o, qəbul etmədiyindən məhkəməyə müraciət etdiyini, oğlunun hazırlığa qoyduğunu, hazırda dolanışığın çətin olduğunu, özünün işsiz olduğunu, övladının hazırlığının pulunu verə bilmədiyini, özünün hazırda ailə qurmadığını qeyd edərək yekunda məhkəmədən tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə mülki prosessual qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasında iştirak etməmişdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanan məhkəmə Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün saymışdı. Cavabdeh məhkəmə hazırlıq iclasında verdiyi izahatında iddianı qismən qəbul etdiyini, Tutu ilə 2009-cu ildə ailə qurduğunu, birgə nikahlarından bir uşaq olduğunu, 2010-cu ildə cavabdeh ilə ayrıldığını, 2011-ci ildə isə boşandıqlarını, əvvəlcə 50 manat aliment verdiyini, 2016-cı ildə isə alimentin miqdarının artırılaraq 90 manat olduğunu, həmin vaxtdan 90 manat aliment verdiyini, alimentdən başqa övladının digər xərclərində iştirak etmədiyini, hazırda ailə qurduğunu, həmin nikahından dörd uşaq dünyaya gəldiyini, bunlardan birinin əlil olduğunu, Naxçıvan şəhərində kirayədə qaldığını, ayda 320 manat kirayə pulu verdiyini, həmçinin vergi də daxil olmaqla ayda 800 manata yaxın sexə kirayə haqqı ödədiyini, bundan başqa 360 manat da kredit verdiyini, bu səbəbdən də ayda 150- 160 manat miqdarında alimenti ancaq verə biləcəyini qeyd etmişdir. Mülki işin materiallarını nəzərdən keçirən məhkəmə qeyd edir ki, iddiaçı ilə cavabdeh arasında əvvəllər nikah bağlanması, onların birgə nikahından X4 adlı ümumu uşağın dünyaya gəlməsi, iddiaçı və cavabdeh arasında bağlanmış nikahın pozulması, tərəflər arasında bağlanmış nikahın pozulmasından sonra onların birgə nikahından olan uşağın iddiaçının yanında qalması və uşağın saxlanılması üçün cavabdehdən hər ay 90 (doxsan) manat miqdarında alimentin tutularaq İddiaçı ödənilməsinin qət olunması mülki işin mübahisəsiz hallarıdır. Bu halların işin mübahisəsiz olması aşağıdakılarla təsdiq olunur: - iddia ərizəsinə əlavə edilmiş Babək Rayon Məhkəməsinin 14 fevral 2012-ci il tarixli, 2(079)-7/2012 nömrəli qətnaməsinin təsdiq olunmuş surətindən tərəflər arasında 13 iyul 2010-cu ildə nikah bağlanması; - iş materiallarına əlavə olunmuş Babək rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 507108 nömrəli doğum haqqında akt qeydindən çıxarışdan iş üzrə tərəflərin 02 noyabr 2010-cu il tarixdə X4 adlı övladlarının doğulması; - iddia ərizəsinə əlavə edilmiş Babək Rayon Məhkəməsinin 14 fevral 2012-ci il tarixli, 2(079)-7/2012 nömrəli qətnaməsinin təsdiq olunmuş surətindən tərəflər arasından bağlanmış nikahın pozulması və onların birgə nikahından olan X2 iddiaçının yanında qalması; - iddia ərizəsinə əlavə edilmiş Babək Rayon Məhkəməsinin 31 may 2016-cı il tarixli, 2(079)-173/2016 nömrəli qətnaməsinin təsdiq olunmuş surətindən X1 üçün cavabdehdən hər ay 90 (doxsan) manat miqdarında alimentin tutularaq İddiaçı ödənilməsinin qət olunması aydın olur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Bundan əlavə olaraq məhkəmə onu da qeyd edir ki, “Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 23 fevral 2016-cı il tarixli qərarında qeyd olunur ki, mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazın predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Məhkəmənin yuxarıda qeyd olunan normativ hüquqi aktları qeyd etməkdə məqsədi iddia tərəflərinin nəzərinə çatdırmaqdır ki, Babək Rayon Məhkəməsinin 14 fevral 2012-ci il tarixli, 2(079)-7/2012 nömrəli qətnaməsi ilə müəyyən edilmiş hallar hazırki vəziyyətdə işə baxan məhkəmə üçün məcburi xarakter daşıyır. İşin mübahisəli halı isə iddiaçının Babək Rayon Məhkəməsinin 31 may 2016-cı il tarixli, 2(079)-173/2016 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək, X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay cavabdehdən 220 (iki yüz iyirmi) manat məbləğində aliment tələb etməsi və cavabdehin bunu qəbul etməməsidir. Mülki işin mübahisəli halını məhkəmə iş materialları, işə baxılması zamanı məhkəmə tərəfindən tədqiq edilmiş sübutları qanunvericiliyin tələbləri daxilində və onları bir-biri ilə əlaqəli şəkildə tədqiq edərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Aliment öhdəliyi dedikdə, ailə münasibətlərinin iştirakçısı olan şəxslər arasında yaranan elə hüquq münasibətləri başa düşülür ki, burada bir tərəf digər tərəfin saxlanılması üçün onlar arasında olan razılıq əsasında və ya qanunvericiliyə uyğun olaraq məcburi qaydada müəyyən edilən vəsaiti, yəni alimenti ödəməyə borclu olur. Ailə qanunvericiliyinin tələbinə əsasən məhkəmə qaydasında alimentin tutulmasının iki qaydası müəyyən edilib: aliment ödəyənin aylıq qazancının (gəlirinin) müəyyən hissəsi miqdarında və sabit pul məbləğində. İşin mübahisəsiz hallarından görünür ki, iddiaçının tələbi əsasında məhkəmə onların birgə nikahından olan uşağın saxlanılmaları üçün aliment sabit pul məbləğində müəyyən edilmişdi. Hazırki mübahisə üzrə isə iddiaçının artırılmasını istədiyi məhz Babək Rayon Məhkəməsinin 31 may 2016-cı il tarixli, 2(079)-173/2016 nömrəli qətnaməsi ilə müəyyən edilmiş sabit pul məbləğində olan aliment miqdarıdır. Sabit pul məbləğində müəyyən edilmiş alimentin miqdarının müəyyən edilməsi əsasları Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsi ilə müəyyən edilir. Belə ki, həmin maddəyə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq, müəyyən edilir. İddiaçı qətnamə ilə müəyyən edilmiş sabit pul məbləğində alimentin miqdarının dəyişdirilməsini tələb etdiyindən məhkəmə bildirir ki, Azərbaycan Respublikası Ailə Məcəllənin 112-ci maddəsində məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi və aliment ödəməkdən azadetmənin əsasları qeyd edilib. 112.1-ci maddəyə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Maddi hüquq normasının tələbindən də aydın olur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirməsi üçün tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olması, yaxud diqqətəlayiq başqa maraqlar mövcud olmalıdır. Həmin halların mövcudluğunun sübut edilməsi yükü isə alimentin miqdarının dəyişdirilməsini tələb edən tərəfin üzərinə yəni, iddiaçının üzərinə düşür. Tərəflərin məhkəmədə verdiyi izahatlarından Babək Rayon Məhkəməsinin 31 may 2016-cı il tarixli, 2(079)-173/2016 nömrəli qətnaməsinin qəbul edildiyi vaxtdan indiyədək iddiaçının ailə həyatında dəyişiklik baş verməməsi, cavabdehin isə yenidən ailə qurması müəyyən edilir. Həmçinin "Elektron Məhkəmə" informasiya sistemindən çıxarılmış məlumatdan Cavabdeh ikinci evliliyindən dörd övladının olması aydın olur. Onların maddi vəziyyətində ciddi dəyişikliyin olmasına gəldikdə isə iddiaçı tərəf bununla bağlı məhkəməyə mötəbər sübut təqdim etməyib. İddiaçı məhkəmədə verdiyi izahatında 2016-cı ildə, yəni aliment təyin ediləndə işlədiyini, lakin hazırda işsiz olduğunu bildirmişdi. Digər diqqətəlayiq başqa maraqlar mövcudluğunun yoxlanılmasına gəldikdə isə iddiaçı tələbini uşağın böyüməsi, bununla bağlı onun tələbatlarının da artması, aliment məbləğinin övladının saxlanılmasına yetməməsi əsaslandırmışdı. Məhkəmə iddia tələbinin hüquqi həlli ilə bağlı istinad etdiyi maddi hüquq normaları ilə əlaqədar aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ və İİ hissələrinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. X8 34-cü maddəsinin İİİ və İV hissələrində müəyyən olunmuşdur ki, analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Bundan əlavə “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci hissəsində qeyd olunur ki, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə əsasən valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsi uşaqların qayğısına qalmaq konstitusiya prinsipinə əsaslanaraq valideynlərin üzərinə uşaqları saxlamaq vəzifəsini qoymuşdur ki, həmin Məcəllənin 75.1 və 75.2-ci maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 7 saylı Protokolunun 5-ci maddəsinə görə, ərlə arvad bərabər hüquqlara malikdirlər və uşaqları ilə münasibətlərdə, habelə nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. Yuxarıda qeyd edilən maddi hüquq normalarının, həmçinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsində əks olunmuş bərabərlik hüququndan mahiyyətindən də aydın olur ki, uşaqlara münasibətdə valideynlər bərabər hüquq və vəzifələrə malikdir. Alimentin miqdarının müəyyən edilməsinə gəldikdə isə məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddələrinin tələblərinə əsaslanır. Belə ki, maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İddiaçı Cavabdeh birgə nikahlarından olan uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən 220 (iki yüz iyirmi) manat sabit məbləğdə aliment tələb etsə də, bu məbləğlə bağlı öz tələbini əsaslandıran faktları məhkəməyə təqdim edə bilməmişdi. Lakin məhkəmə X1 üçün aliment təyin edildiyi vaxtdan yeddi il keçməsini, bu müddət ərzində hər bir əşyanın qiymətində artım müşahidə edilməsini, iddiaçının övladı ilə birlikdə Bakı şəhərində yaşamasını, Naxçıvan Muxtar Respublikası ilə müqayisədə Bakı şəhərində gündəlik həyat ehtiyaclarının yüksək olmasını, həmçinin 2016-cı illə müqayisədə bu il üçün müəyyən edilmiş yaşayış ehtiyacını məhkəmə diqqətəlayiq başqa maraqlar kimi qəbul edərək belə hesab edir ki, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbi qismən əsaslı sayılmalıdır. Alimentin miqdarı ilə bağlı iddiaçı tərəf öz tələbini əsaslandıran halları sübuta yetirə bilmədiyindən məhkəmə belə hesab edir ki, onun miqdarı qanunvericiliyin tələbləri və işin faktiki halları nəzərə alınmaqla müəyyən edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında formalaşdırdığı hüquqi mövqe isə ondan ibarətdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Göstərilən hallara qiymət verərkən isə məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, 2023-cü ildə ölkədə yaşayış minimumu uşaqlar üçün 220 (iki yüz iyirmi) manat məbləğində müəyyən edilmişdir. Cavabdeh isə məhkəmədə verdiyi izahatında İddiaçı ilə birgə nikahından olan Cavabdeh yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay iddiaçıya 150-160 manat məbləğində aliment ödəməyə biləcəyini qeyd etmişdi. "Elektron Məhkəmə" informasiya sistemindən çıxarılmış məlumatlardan İddiaçı "X5- Azerbaıjan" Məhdud Məsuliyyətli Cəmiyyətində mütəxəssis işləməsi müəyyən edilir. İddiaçı məhkəmədə verdiyi izahatında hazırda həmin müəssisənin rəhbərinin cinayət məsuliyyətinə cəlb edilməsi səbəbdən də işə çıxmadığını, buna görə alimentin miqdarının artırılmasını istədiyini bildirmişdi. Həmçinin "Elektron Məhkəmə" informasiya sistemindən çıxarılmış məlumatdan Cavabdeh vergi ödəyicisi kimi qeydə alınması və “yağ dəyişmə” fəaliyyəti ilə məşğul olması aydın olur. Məhkəmə yuxarıda göstərilən maddi hüquq normalarını, uşaqlar barəsində valideynlərin bərabər hüquq və vəzifələrə malik olmasını, onların təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını, 2023-cü ildə ölkədə yaşayış minimumunun uşaqlar üçün 220 (iki yüz iyirmi) manat məbləğində müəyyən edilməsini, uşağın iddiaçının yanında qalması, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu vaxt ərzində onun üzərinə düşməsini, aliment ödənilməli olan uşağın sayını, saxlanılması üçün aliment təyin edilməsi tələb edilən uşağın yaşını, onun yaşına uyğun olaraq təhsili ilə bağlı yaranmış xərcləri, həmçinin cavabdehin ailə qurmasını, onun uşaqlarının sayını nəzərə alaraq belə nəticəyə gəlir ki, iddiaçının tələbi qismən təmin edilməli və yetkinlik yaşına çatmayan uşağın saxlanılması üçün hər ay cavabdehdən 160 (bir yüz altmış) manat məbləğində aliment tutulmalıdır. Alimentin hansı vaxtdan tutulmalı olmasının müəyyən edilməsi ilə bağlı isə məhkəmə bildirir ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 nömrəli qərarının 8.14-cü bəndinə əsasən, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə iddiaçının tələbini qismən əsaslı saydığından məhkəmə xərclərinin bölüşdürülməsi ilə bağlı qeyd edir ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azaddır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.6-cı maddəsinə görə ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda iddianın qiyməti ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edilir (220x12=2640. 12x90=1080. 2640-1080=1560). Həmçinin həmin Məcəllənin 119.2-ci maddəsi ilə müəyyən edilir ki, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq (12x160=1920. 1920-(12x90)=840) cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda qeyd edilənlərin nəticəsi olaraq məhkəmə qeyd edir ki, İddiaçı dövlət rüsumu ödəməkdən azad olduğundan iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq 16 (on altı) manat, 20 (iyirmi) qəpik miqdarında dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə keçirilməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia qismən təmin olunmalı; -Babək Rayon Məhkəməsinin 31 may 2016-cı il tarixli, 2(079)-173/2016 nömrəli qətnaməsi müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməli; -qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla, tərəflərin birgə nikahından olan 02 noyabr 2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay Cavabdeh 160 (bir yüz altmış) manat miqdarında aliment tutulmaqla uşağın anası İddiaçı ödənilməli; - iş üzrə Cavabdeh 16 (on altı) manat, 20 (iyirmi) qəpik miqdarında dövlət rüsumu alınaraq dövlət büdcəsinə keçirilməli; - iddia digər hissədə əsassız olduğundan rədd edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia qismən təmin olunsun. Babək Rayon Məhkəməsinin 31 may 2016-cı il tarixli, 2(079)-173/2016 nömrəli qətnaməsi müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin. Qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla, tərəflərin birgə nikahından olan 02 noyabr 2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay Cavabdeh 160 (bir yüz altmış) manat miqdarında aliment tutularaq uşağın anası İddiaçı ödənilsin. Cavabdeh 16 (on altı) manat, 20 (iyirmi) qəpik miqdarında rüsumu tutularaq, dövlət büdcəsinə keçirilsin. İddia qalan hissədə əsassız olduğundan təmin edilməsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamiq Əliyev.
Məhkəmə qərarları › İş №2(079)-527/2023
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-527/2023
27.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver