Azərbaycan Respublikası adından QƏRARDAD Babək şəhəri İş № 2(079)-529/2024 24.09.2024 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X3 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n е t d i: İddiaçı “02” avqust 2024-cü ildə iddia ərizəsi ilə Babək Rayon Məhkəməsinə müraciət edərək 04 iyul 2015-ci il tarixdə anadan olan X1 və 15 may 2021-ci il tarixdə anadan olan X2 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün Cavabdeh hər ay bir uşaq üçün 235 (iki yüz otuz beş) manat olmaqla, ümumilikdə iki uşağa görə 470 (dörd yüz yetmiş) manat miqdarında aliment tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. O, tələbini əsaslandıraraq bildirmişdi ki, 17 iyun 2014-cü ildə Cavabdeh ilə evlənmişəm. Rəsmi olaraq nikahımızı 17 iyun 2016-cı ildə qeyd etdirmişik. Birgə nikahdan 04 iyul 2015-ci ildə X4 və 15 may 2021-ci ildə X5 adlı iki övladımız olmuşdur. Xasiyyətimiz uyğun gəlmədiyindən Babək Rayon Məhkəməsinin 28 sentyabr 2023-cü il tarixli qətnaməsinə əsasən nikahımız pozulmuşdur. Mən nikahın pozulması zamanı uşaqları normal böyüdəcəyimi düşünərək Sadiqdən aliment tələb etmədim, lakin indi uşaqları maddi cəhətdən təkbaşına böyütməkdə çətinlik çəkirəm. Oğlum orta məktəbdə oxuyur. Onların maddi tələbatları günü-gündən artır. Sadiq övladlarına əlavə heç bir köməklik göstərmir. Onun qazancı qeyri-müəyyəndir. Ona görə də cavabdehdən 2024cü il üçün yaşayış minimumuna uyğun olaraq iki uşağın saxlanması üçün aliment ödənilməsini istəyirəm. Mülki iş üzrə 24 sentyabr 2024-cü il tarixdə keçirilən məhkəmə baxışı iclasında iddiaçı hazırda 355 manat məbləğində sosial yardım aldığını, buna görə də iddia tələbindən imtina etdiyini, iş üzrə icraata xitam verilməsini istədiyini bildirərək, bu barədə məhkəməyə ərizə təqdim etmişdi. İddiaçının tələbdən imtina etməsi ilə bağlı məhkəmə qeyd edir ki, hüququn hamılıqla qəbul olunmuş dispozitivlik prinsipi onu nəzərdə tutur ki, tərəflər bu prinsipdən çıxış edərək pozulmuş hüquqlarının müdafiəsinin zəruriliyi məsələsini özləri həll edir, müdafiə üçün məhkəməyə müraciət etmək və ya etməmək, iddia qaldırmaq, onu geri götürmək, mübahisədən imtina etmək, yaxud da tələb olunan müdafiənin həcmini müəyyən etmək şəxsin özündən asılı olur. Bundan irəli gələrək, öz məqsədinə nail olmaq üçün prosessual vasitələri seçmək də onun sərbəst sərəncamında olmalıdır. Lakin bununla bərabər mülki prosessual qanunvericilikdə qeyd olunur ki, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır (maddə 52.5). Məhkəmə İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiasından imtina etməsi haqqında ərizəni müzakirə edib, belə nəticəyə gəlir ki, işdə iddiadan imtinanın qəbul edilməməsi üçün əsas verən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52.5-ci maddəsinə göstərən hallar yoxdur. Bu səbəbdən də, İddiaçı iddiadan imtinası məhkəmə tərəfindən qəbul olunmalı və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 191.2-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina etdikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 261.0 və 261.0.4-cü maddələrinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 114.1 və 114.1.4-cü maddələrinin tələbinə görə, həmin Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Lakin “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun tələbinə görə aliment tələbinə dair iddialar üzrə iddiaçı dövlət rüsumu ödəməkdən azad olunduğundan və bu səbəbdən İddiaçıməhkəmə müraciət edərkən rüsum ödəmədiyindən, hazırda həmin məsələnin hüquqi həllinə ehtiyac yaranmır. Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 262- 264, 267- 268-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r v e r d i: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki iş üzrə iddiaçının iddiadan imtinası qəbul olunsun və iş üzrə icraata xitam verilsin. Qərardaddan şikayət, qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində qərardadı çıxaran məhkəməyə verilə bilər. Sədrlik edən: Zamiq Əliyev.
Məhkəmə qərarları › İş №2(079)-529/2024
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərardad — İş №2(079)-529/2024
24.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver