Azərbaycan Respublikası adından QƏRARDAD Babək şəhəri İş № 2(079)-535/2025 04.09.2025 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi əvəzi X17 oğlunun sədrliyi, X8 məhkəmə iclas katibliyi, İddiaçı X1 qarşı alimentin azaldılması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı xx.xx.2025-ci il tarixdə Babək Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Babək Rayon Məhkəməsinin 12 mart 2025-ci il tarixli, 2(079)-25/2025 nömrəli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının dəyişdirilərək xx.xx.2012-ci il təvəllüdlü X2, xx.xx.2014-cü il təvəllüdlü X9 və xx.xx.2016-cı il təvəllüdlü X5 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay sabit məbləğdə üç uşağa ümumilikdə 235 (iki yüz otuz beş) manat müəyyən olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı X14 iddiasını əsaslandıraraq qeyd etmişdir ki, mənimlə X6 arasında olan nikah Babək Rayon Məhkəməsinin 12 mart 2025-ci il tarixli qətnaməsi ilə pozulmuş, azyaşlı övladlarımız xx.xx.2012-ci il təvəllüdlü X7, xx.xx.2014-cü il təvəllüdlü X10 və xx.xx.2016-cı il təvəllüdlü X3 ananında yanında saxlanılması və onlara sonrakı artımlar nəzərə alınmaqla hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0.33 misli həddində sabit pul məbləğində aliment ödənilməsi qət edilmişdir. Qeyd etmək istəyirəm ki, təyin olunmuş alimenti ödəməkdə çətinlik çəkirəm, heç yerdə işləmirəm, İİ qrup əliləm, parkinson xəstəliyindən əziyyət çəkirəm və aldığım pensiyam heç mənim dərmanlarımı görmür. Bu səbəbdən də alimentin miqdarının dəyişdirilməsi zərurəti yaranmışdır. İddia ərizəsi Babək Rayon Məhkəməsinin icraatına qəbul edilmiş, mülki iş üzrə 26 avqust 2025-ci il tarixə təyin edilmiş məhkəmə hazırlıq iclası keçirilərək məhkəmə baxışı iclası 04 sentyabr 2025-ci il tarixə təyin olunmuşdur. İddiaçı xx.xx.2025-ci ildə ərizə ilə məhkəməyə müraciət edərək X4 qarşı alimentin azaldılması tələbi ilə bağlı məhkəmədə iddia qaldırdığını, iddia tələbindən imtina etdiyini, bütün məhkəmə iclaslarını iştirakı olmadan keçirilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdiyini bildirmişdir. İddiaçının iddiadan imtinasını nəzərə alan məhkəmə qeyd edir ki, MPM-in 14.3-cü maddəsinə əsasən məhkəmə tərəflərə, məhkəmə baxışını barışıq sazişi ilə tamamlamağı təklif etməyə borcludur və tərəflər qanunda nəzərdə tutulan hallar istisna edilməklə, iddianı etiraf edə və yaxud ondan imtina edə bilərlər. MPM-in 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında vurğulamışdır ki, dispozitivlik prinsipi işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməsində ifadə olunur. Bu prinsipə əsasən hakim deyil, yalnız tərəflər mülki prosesin başlanması, onun predmetinin dairəsi və mülki prosesin yekunlaşdırılması barədə qərar qəbul edir. Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir. Belə ki, iş yalnız şəxsin ərizə və ya şikayəti əsasında başlanır (MPM-in 5.1-5.3-cü maddələri). İddiaçı iddiadan imtina edə bilər, cavabdeh iddianı etiraf edə bilər, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla tamamlaya bilər (MPM-in 5.4, 52.1-52.3-cü maddələri). MPM-in 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Bununla belə nəzərə almaq lazımdır ki, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır (MPM-in maddə 52.5-ci maddəsi). Məhkəmə İddiaçı X1 qarşı alimentin azaldılması tələbinə dair iddiasından imtina etməsi haqqında ərizəsini müzakirə edib, belə nəticəyə gəlir ki, işdə iddiadan imtinanın qəbul edilməməsinə əsas verən MPM-in 52.5-ci maddəsində göstərilən hallar yoxdur. Bu səbəbdən də, İddiaçı iddiadan imtinası məhkəmə tərəfindən qəbul olunmalı və iş üzrə icraata xitam verilməlidir. MPM-in 191.2-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina etdikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. MPM-in 261.0 və 261.0.4-cü maddələrinə əsasən, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. MPM-in 114.1 və 114.1.4-cü maddələrinin tələbinə görə, həmin Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Odur ki, İddiaçı iddia qaldırılarkən ”Kapital Bank” ASC-nin Babək filialı vasitəsilə xx.xx.2025-ci il tarixli, 1045 nömrəli qəbzlə (GPP qəbz nömrəsi – **********) ödədiyi 50 (əlli) manat miqdarında dövlət rüsumu ona geri qaytarılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 262-264, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r v e r d i: İddiaçı X1 qarşı alimentin azaldılması tələbinə dair mülki iş üzrə iddiaçının iddiadan imtinası qəbul olunsun və iş üzrə icraata xitam verilsin. İddiaçı iddia qaldırılarkən ”Kapital Bank” ASC-nin Babək filialı vasitəsilə xx.xx.2025ci il tarixli, 1045 nömrəli qəbzlə (GPP qəbz nömrəsi – **********) ödədiyi 50 (əlli) manat miqdarında dövlət rüsumu ona geri qaytarılsın. Qərardaddan şikayət, qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində qərardadı çıxaran məhkəməyə verilə bilər.
Məhkəmə qərarları › İş №2(079)-535/2025
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərardad — İş №2(079)-535/2025
04.09.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver