Məhkəmə qərarları › İş №2(079)-537/2021

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-537/2021

16.12.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-537/2021 16.12.2021 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X3 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən е t d i: İddiaçı ilə 04 noyabr 2021-ci ildə iddia ərizəsi ilə Babək Rayon Məhkəməsinə müraciət edərək, 17 fevral 2012-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay atası Cavabdeh qazancının və (və ya başqa gəlirlərinin) dörddə bir hissəsi miqdarında alimentin alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. O, tələbini əsaslandıraraq qeyd etmişdir ki, Cavabdeh ilə rəsmi ailə həyatı qurmaqla nikahımızı 25 iyul 1999-cu ildə Şıxmahmud kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlikdə 20 nömrə ilə qeydiyyata aldırmışıq. Birgə nikahımızdan 17 fevral 2012-ci il tarixdə X5 adlı övladımız doğulmuşdur. Cavabdeh yük maşını (Tır) sürücüsü işləyir. Türkiyə Respublikasına, Sədərək və İran gömrük keçidlərindən keçməklə Bakı şəhərinə yük daşıyır. Özünün deməsinə görə Türkiyədən Bakıya ayda iki dəfə yük aparır. Hər apardığı yükə görə 800 manatdan artıq, bir ay ərzində isə 1600 manat qazancı olur. Biz 7 aya yaxındır k i , faktiki olaraq ayrı yaşayırıq. Bu aylar ərzində Ramil övladı Fatimənin maddi tələbatının ödənilməsi üçün bir manat da olsun pul verməmişdir. Qızım Fatimə hazırda mənimlə birlikdə yaşayır və onu 10 yaşı var. Dəfələrlə onun maddi təlabatının ödənilməsi üçün Ramilə müraciət etsəm də övladımıza heç bir maddi köməklik göstərməmişdir. Bununla bağlı mediasiya xidmətinə tərəfimdən müraciət olunmuş, lakin müraciətim müsbət həllini tapmamışdır. Mən də övladımızın saxlanılması üçün Cavabdeh qazancının (başqa gəlirlərinin) dörddə bir hissəsi miqdarında aliment ödəməsini istəyirəm. Məhkəmə iclaslarının vaxtı və yeri barədə cavabdehə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydada rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclaslarında iştirak etməmişdir. İddiaçı məhkəmədə verdiyi izahatında iddia ərizəsində qeyd edilənləri bildirərək yekunda məhkəmədən iddiasının təmin olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə müvafiq olaraq məhkəmə cavabdehin iştirakı olmadan məhkəmə baxışı iclasının keçirilməsini mümkün hesab etmişdir. Mülki işin materiallarını tədqiq edərək məhkəmə qeyd edir ki, tərəflərin 25 iyun 1999-cu il tarixdə nikaha daxil olması, onların birgə nikahından bir qız övladının dünyaya gəlməsi, tərəflərin hazırda ayrı yaşaması, onların birgə nikahından olan uşağın İddiaçı yanında qalması işin mübahisəsiz hallarıdır. Bu faktların işin mübahisəsiz halları olması aşağıdakılarla təsdiq olunur: -iddia ərizəsinə əlavə edilmiş və Babək Rayon İcra Hakimiyyətinin Şıxmahmud kənd icra nümayəndəliyi tərəfindən verilmiş 25 iyun 1999-cu il tarixli, İV-JQ seriyalı, 492555 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən Cavabdeh ilə X4 arasında 25 iyun 1999-cu il tarixdə nikah bağlanması, bunun nikah bağlanması haqında akt qeydləri kitabında 20 nömrəli ilə qeyd edilməsi, nikah bğlanması zamanı iddiaçının özünə cavabdehin soyadını, yəni “Məmmədova” soyadını seçməsi; -iddia ərizəsinə əlavə edilmiş və Babək Rayon İcra Hakimiyyətinin Şıxmahmud kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 16 mart 2012-ci il tarixli, AZ-İİ seriyalı, 664553 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən tərəflərin 17 fevral 2012-ci il tarixdə X5 adlı uşağının anadan olması; -iddia tələbindən və işdə iştirak edən şəxsin məhkəmə iclasında verdiyi izahatından tərəflərin hazırda ayrı yaşaması, onların birgə nikahından olan uşağın isə İddiaçı yanında qalması aydın olur. Sonuncu qeyd edilən halla bağlı məhkəmə yalnız iddiaçının qeyd etdiklərinə əsaslanması ilə bağlı onu da qeyd edir ki, cavabdehə məhkəmə sənədləri, yəni iddia ərizəsinin surəti, ona əlavə olunmuş sübutlar və məhkəmənin 04 noyabr 2021-ci il tarixli, 2(079)-537/2021 nömrəli məhkəmə bildirişi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq ona rəsmi qaydada göndərilmişdi. Ona ünvanlanmış məhkəmə sənədləri Cavabdeh Babək rayonu, Şıxmahmud kəndində yaşamaması səbəbindən poçt xidməti tərəfindən məhkəməyə geri qaytarılsa da, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 135.3-cü maddəsinin tələbinə uyğun olaraq həmin sənədlər onun qeydiyyatda olduğu yer üzrə Babək Rayon İcra Hakimiyyətinin Şıxmahmud kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə göndərilmişdi. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən sonuncu qeyd edilən hal məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi hesab edilir. Məhkəmə bildirişində cavabdehə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 154.1-ci maddəsinin tələbinə görə iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etiraz, qoyulmuş suallara cavablar və ərizəyə əlavə olunmuş sənədlərə münasibəti, həmçinin iddiaya etiraz və ona əlavə olunmuş sənədlərin surətləri iddiaçıya və məhkəməyə təqdim edə bilməsi izah olunsa da, Cavabdeh tərəfindən iddia tələbinə qarşı hər hansı etiraz daxil olmamışdır. İşin mübahisəli halı isə iddiaçının cavabdehdən uşağın saxlanılması üçün aliment tələb etməsidir. Belə ki, iddiaçı iddia ərizəsində övladı X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay qazancının və (və ya başqa gəlirlərinin) dörddə bir hissəsi miqdarında aliment tutularaq ona verilməsini tələb etmişdir. İşin mübahisəli halını həlli ilə bağlı məhkəmə istinad etdiyi maddi və prosessual hüquq normaları ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci hissəsində qeyd olunur ki, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə əsasən valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi həmçinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsində və “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsində əks olunmuşdur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda, uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Aliment öhdəliyi dedikdə, ailə münasibətlərinin iştirakçısı olan şəxslər arasında yaranan elə hüquq münasibətləri başa düşülür ki, burada bir tərəf digər tərəfin saxlanılması üçün onlar arasında olan razılıq əsasında və ya qanunvericiliyə uyğun olaraq məcburi qaydada müəyyən edilən vəsaiti, yəni alimenti ödəməyə borclu olur. Ailə qanunvericiliyinin tələbinə əsasən məhkəmə qaydasında alimentin tutulmasının iki qaydası müəyyən edilib: aliment ödəyənin aylıq qazancının (gəlirinin) müəyyən hissəsi miqdarında və sabit pul məbləğində. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78-ci maddəsində uşağın saxlanılması üçün alimentin sabit pul məbləğində tutulmasını əsası kimi şəxsin bu barədə olan xahişi qeyd olunmuşdur. Qeyd olunan maddi hüquq normalarını mülki iş materialları ilə qarşılıqlı şəkildə əlaqələndirən məhkəmə belə hesab edir ki, iddiaçının tələbi əsaslıdır və təmin olunmalıdır. Alimentin miqdarının müəyyən edilməsinə gəldikdə isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78-ci maddəsində uşağın saxlanılması üçün alimentin sabit pul məbləğində tutulmasını əsası kimi şəxsin bu barədə olan xahişi qeyd olunmuşdur. Hazırki vəziyyətdə iddiaçı tərəfindən məhkəməyə belə bir xahiş ünvanlanmadığından və ya iddia ərizəsində belə bir tələb qeyd olunmadığından, iş materialları ilə tərəflərin bir uşağının olması sübuta yetirildiyindən məhkəmə qeyd edir ki, həmin Məcəllənin 76.1.1-ci maddəsinə 1 uşağa görə-qazancın (başqa gəlirlərin) dörddə bir hissəsi miqdarında aliment tutulmalıdır. Alimentin hansı vaxtdan tutulması məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinin tələbinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından aydın olur ki, İddiaçı Babək Rayon Məhkəməsinə 04 noyabr 2021-ci il tarixdə müraciət etmişdir, buna görə də alimentin tutulmasının əvvəli həmin tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsində dərhal icra olunmalı qətnamələrdən biri kimi şəxsin saxlanılması üçün vəsaitlərin o cümlədən alimentlərin alınması qeyd olunduğundan qətnamə dərhal icra edilməlidir. Məhkəmə həmçinin onu da qeyd edir ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunur. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən isə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq, cavabdehdən tutularaq dövlət gəlirinə alınır. Mülki işə baxılması zamanı isə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9-cu maddəsində göstərilən cavabdehin dövlət rüsumu ödəməkdən azad edilməsinə əsas olan hər hansı bir sübut məhkəməyə təqdim olunmadığından, məhkəmə belə nəticəyə gəlir ki, iddianın təmin edilmiş hissəsinə münasib olaraq dövlət rüsumu cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 112.1 və 112.1.3-cü maddələrinin tələbinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 8.1-ci maddəsində isə qiymətləndirilən iddia tələbləri üzrə dövlət rüsumunun məbləğləri müəyyən edilmişdi. Hazırki vəziyyətdə cavabdehin gəlirlərinin miqdarı barədə məhkəməyə hər hansı bir sübut təqdim edilmədiyindən və bu da özü-özlüyündə bir il ərzində ödənilməli olan alimentin miqdarının müəyyən edilməsində çətinlik yaratdığından məhkəmə belə hesab edir ki, cavabdehin vəziyyəti ağırlaşdırıla bilməz və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş qiymətləndirilən iddia tələbinə dair iddialar üzrə dövlət rüsumunun ən aşağı məbləği əsas götürülməklə, ondan 30 (otuz) manat məbləğində dövlət rüsum tutulmalıdır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia təmin olunmalı; -tərəflərin birgə nikahından olan 17 fevral 2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün 04 noyabr 2021-ci il tarixdən hesablanmaqla Cavabdeh hər ay qazancın (başqa gəlirlərin) dörddə bir hissəsi miqdarında aliment tutularaq uşağın anası İddiaçı ödənilməli; - Cavabdeh 30 (otuz) manat miqdarında dövlət rüsumu tutularaq, dövlət büdcəsinə keçirilməli; - qətnamə alimentə dair hissədə dərhal icra olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia təmin edilsin. Tərəflərin birgə nikahından olan 17 fevral 2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün 04 noyabr 2021-ci il tarixdən hesablanmaqla Cavabdeh hər ay qazancın (başqa gəlirlərin) dörddə bir hissəsi miqdarında aliment tutularaq, uşağın anası İddiaçı ödənilsin. Cavabdeh 30 (otuz) manat miqdarında dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamə alimentə dair hissədə dərhal icra olunsun. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamiq Əliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar