Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-538/2023 27.10.2023 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X4 məhkəmə iclas katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n е t d i: İddiaçı 15 sentyabr 2023-cü ildə iddia ərizəsi ilə Babək Rayon Məhkəməsinə müraciət edərək, 09 aprel 2020-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay Cavabdeh qazancının və (və ya başqa gəlirlərinin) dörddə bir hissəsi miqdarında alimentin alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. O, tələbini əsaslandıraraq qeyd etmişdir ki, 02 noyabr 2017-cı il tarixdə Cavabdeh ilə rəsmi nikah qeydiyyatından keçməklə ailə həyatı qurmuşam. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 23 nömrə ilə qeydiyyat aparılmışdır. Birgə nikahımızdan 09 aprel 2020-ci il tarixdə X2 adlı övladımız olmuşdur. Cavabdeh 6 aydır ki, bizdən ayrı yaşayır. Hal-hazırda Yardımlıda hərbiçidir. Özüm heç bir yerdə işləmirəm. Ayrı yaşadığımız müddət ərzində cavabdeh ailəsinin dolanışığı ilə maraqlanmır, övladımızı maddi cəhətdən təmin etmir, bu səbəbdən də biz maddi cəhətdən sıxıntı içində yaşayırıq. Ona görə də mən Cavabdeh uşağa aylıq qazancının və ( və ya) digər gəlirlərinin dörddə bir hissəsi qədər aliment ödəməsini istəyirəm. Aliment tələbi ilə bağlı Naxçıvan Mediasiya təşkilatına müraciət olunub müvafiq arayış alınmışdır. İddiaçı məhkəmədə verdiyi izahatında iddianı müdafiə etdiyini, 2017-ci ilin noyabr ayında İmamrza ilə nikaha daxil olub 2019-cu ilin iyul ayının 7-də toy etdiklərini, onunla ailə qurduqdan sonra 1 ay Naxçıvanda, 5 ay isə Şəmkir rayonunda yaşadıqlarını, daha sonra özünün təhsili ilə bağlı olaraq Naxçıvana qayıtmalı olduğunu, bundan sonra əvvəlcə pandemiya, daha sonra isə müharibə başladığından bir müddət iddiaçı ilə ayrı yaşadığını, birgə nikahlarından bir uşaq dünyaya gəldiyini, 2023-cü ilin aprel ayının 27-dən ayrıldıqlarını, birgə nikahlarından olan uşağın özü ilə qaldığını, ayrı yaşadıqları vaxt ərzində qarşı tərəfin uşağın saxlanılmasında iştirak etmədiyini, cavabdehin ona qarşı nikahın pozulması ilə bağlı iddia qaldırdığını və hazırda barışıq üçün üç ay vaxt verildiyini, onun hərbi qulluqçu işlədiyini bildirmişdi. Məhkəmə iclaslarının vaxtı və yeri barədə cavabdehə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydada rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclaslarında iştirak etməmişdir. Cavabdeh nümayəndəsi Nümayəndə məhkəmədə verdiyi izahatında oğlunun hərbi qulluqçu işlədiyini, onun aliment verməyə etiraz etmədiyini, buna həmişə hazır olduqlarını, iddiaçının uşağı onlara vermədiyini, bu səbəbdən də ona baxa bilmədiklərini, oğlunun başqa gəlirlərinin olmadığını, onun müalicə aldığını, oğluna verilən müalicə pulundan aliment tutulmasını istəmədiklərini, çünki bu onun lazımınca müalicə almasına təsir etdiyini, həmçinin İmamrzanın yaxşı xidməti ilə bağlı ona mükafat verildiyini, bunlar oğlunun yaxşı xidmətinin nəticəsi olduğunu, onların gəlir kimi sayılmalı olmadığını, alimentin yaşayış meyarları nəzərə alınmaqla təyin edilməsini istədiyini, tərəflərin 2023-cü ilin aprel ayının 27-dən ayrı yaşadığını, bu müddət ərzində nəvəsinin saxlanılmasında iştirak etmədiklərini bildirmişdi. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə müvafiq olaraq məhkəmə cavabdehin iştirakı olmadan məhkəmə baxışı iclasının keçirilməsini mümkün hesab etmişdir. Mülki işin materiallarını tədqiq edərək məhkəmə qeyd edir ki, tərəflərin 02 noyabr 2017-ci il tarixdə nikaha daxil olması, onların birgə nikahından bir ümumi qız övladının dünyaya gəlməsi, tərəflərin hazırda ayrı yaşaması, onların birgə nikahından olan uşağın İddiaçı yanında qalması işin mübahisəsiz hallarıdır. Bu faktların işin mübahisəsiz halları olması aşağıdakılarla təsdiq olunur: -iddia ərizəsinə əlavə olunan və Babək rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 14 sentyabr 2023-cü il tarixli, AZ-İ seriyalı, 883760 nömrəli akt qeydindən çıxarışdan Cavabdeh ilə X3 arasında “02” noyabr 2017-ci tarixdə nikah bağlanması, bunun akt qeydləri kitabında 23 nömrə ilə qeydə alınması, nikah bağlanması zamanı iddiaçının özünə cavabdehin soyadını, yəni “Tarverdiyeva” soyadını seçməsi; - iddia ərizəsinə əlavə olunan və Babək rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 14 sentyabr 2023-cü il tarixli, AZ-İV seriyalı, 168795 nömrəli akt qeydindən çıxarışdan tərəflərin 09 aprel 2020-ci il tarixdə X2 adlı uşağın anadan olması; -iddia tələbindən və işdə iştirak edən şəxsin məhkəmə iclasında verdiyi izahatından tərəflərin hazırda ayrı yaşaması, onların birgə nikahından olan uşağın isə İddiaçı yanında qalması aydın olur. İşin mübahisəli halı isə iddiaçının cavabdehdən uşağın saxlanılması üçün aliment tələb etməsidir. Belə ki, iddiaçı iddia ərizəsində övladı X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay qazancının və (və ya başqa gəlirlərinin) dörddə bir hissəsi miqdarında aliment tutularaq ona verilməsini tələb etmişdir. İşin mübahisəli halını həlli ilə bağlı məhkəmə istinad etdiyi maddi və prosessual hüquq normaları ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci hissəsində qeyd olunur ki, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə əsasən valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi həmçinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsində və “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsində əks olunmuşdur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda, uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Aliment öhdəliyi dedikdə, ailə münasibətlərinin iştirakçısı olan şəxslər arasında yaranan elə hüquq münasibətləri başa düşülür ki, burada bir tərəf digər tərəfin saxlanılması üçün onlar arasında olan razılıq əsasında və ya qanunvericiliyə uyğun olaraq məcburi qaydada müəyyən edilən vəsaiti, yəni alimenti ödəməyə borclu olur. Ailə qanunvericiliyinin tələbinə əsasən məhkəmə qaydasında alimentin tutulmasının iki qaydası müəyyən edilib: aliment ödəyənin aylıq qazancının (gəlirinin) müəyyən hissəsi miqdarında və sabit pul məbləğində. Qeyd olunan maddi hüquq normalarını mülki iş materialları ilə qarşılıqlı şəkildə əlaqələndirən məhkəmə belə hesab edir ki, iddiaçının tələbi əsaslıdır və təmin olunmalıdır. Alimentin miqdarının müəyyən edilməsinə gəldikdə isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78-ci maddəsində uşağın saxlanılması üçün alimentin sabit pul məbləğində tutulmasını əsası kimi şəxsin bu barədə olan xahişi qeyd olunmuşdur. Hazırki vəziyyətdə iddiaçı tərəfindən məhkəməyə belə bir xahiş ünvanlanmadığından və ya iddia ərizəsində belə bir tələb qeyd olunmadığından, iş materialları ilə tərəflərin bir uşağının olması sübuta yetirildiyindən məhkəmə qeyd edir ki, həmin Məcəllənin 76.1.1-ci maddəsinə 1 uşağa görə-qazancın (başqa gəlirlərin) dörddə bir hissəsi miqdarında aliment tutulmalıdır. Alimentin hansı vaxtdan tutulması məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinin tələbinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından aydın olur ki, İddiaçı Babək Rayon Məhkəməsinə 15 sentyabr 2023-cü il tarixdə müraciət etmişdir, buna görə də alimentin tutulmasının əvvəli həmin tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsində dərhal icra olunmalı qətnamələrdən biri kimi şəxsin saxlanılması üçün vəsaitlərin o cümlədən alimentlərin alınması qeyd olunduğundan qətnamə dərhal icra edilməlidir. Məhkəmə həmçinin onu da qeyd edir ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunur. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən isə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq, cavabdehdən tutularaq dövlət gəlirinə alınır. Mülki işə baxılması zamanı isə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9-cu maddəsində göstərilən cavabdehin dövlət rüsumu ödəməkdən azad edilməsinə əsas olan hər hansı bir sübut məhkəməyə təqdim olunmadığından, məhkəmə belə nəticəyə gəlir ki, iddianın təmin edilmiş hissəsinə münasib olaraq dövlət rüsumu cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 112.1 və 112.1.3-cü maddələrinin tələbinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 8.1-ci maddəsində isə qiymətləndirilən iddia tələbləri üzrə dövlət rüsumunun məbləğləri müəyyən edilmişdi. Hazırki vəziyyətdə cavabdehin gəlirlərinin miqdarı barədə məhkəməyə hər hansı bir sübut təqdim edilmədiyindən və bu da özü-özlüyündə bir il ərzində ödənilməli olan alimentin miqdarının müəyyən edilməsində çətinlik yaratdığından məhkəmə belə hesab edir ki, cavabdehin vəziyyəti ağırlaşdırıla bilməz və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş qiymətləndirilən iddia tələbinə dair iddialar üzrə dövlət rüsumunun ən aşağı məbləği əsas götürülməklə, ondan 30 (otuz) manat məbləğində dövlət rüsum tutulmalıdır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia təmin olunmalı; -tərəflərin birgə nikahından olan 09 aprel 2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün 15 sentyabr 2023-cü il tarixdən hesablanmaqla Cavabdeh hər ay qazancın (başqa gəlirlərin) dörddə bir hissəsi miqdarında aliment tutularaq uşağın anası İddiaçı ödənilməli; - Cavabdeh 30 (otuz) manat miqdarında dövlət rüsumu tutularaq, dövlət büdcəsinə keçirilməli; - qətnamə alimentə dair hissədə dərhal icra olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia təmin edilsin. Tərəflərin birgə nikahından olan 09 aprel 2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün 15 sentyabr 2023-cü il tarixdən hesablanmaqla Cavabdeh hər ay qazancın (başqa gəlirlərin) dörddə bir hissəsi miqdarında aliment tutularaq, uşağın anası İddiaçı ödənilsin. Cavabdeh 30 (otuz) manat miqdarında dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamə alimentə dair hissədə dərhal icra olunsun. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamiq Əliyev.
Məhkəmə qərarları › İş №2(079)-538/2023
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-538/2023
27.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver