Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-569/2023 15.11.2023 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı sabit pul məbləğində aliment tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı xx.xx.2023-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yetkinlik yaşlarına çatmamış xx.xx.2019-cu il təvəllüdlü X6 və xx.xx.2021-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatana kimi saxlanılması üçün Cavabdeh bir uşaq üçün 220 manat olmaqla ümumilikdə 440 ( dörd yüz qırx) manat məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddiasını əsaslandıraraq bildirmişdir ki, Cavabdeh ilə xx.xx.2019-cu il tarixdə nikaha daxil olmaqla nikahımızı rəsmiləşdirmişik. Birgə nikahdan xx.xx.2019-cu il təvəllüdlü X6 və xx.xx.2021-ci il təvəllüdlü X7 dünyaya gəlmişdir. 2023-cü ilin iyul ayından etibarən cavabdehlə ayrı yaşayırıq. Cavabdeh ailəsinin ehtiyaclarını ödəmir, uşaqlarla maraqlanmır, övladlarımızın saxlanılmasında köməklik etmir. Mən hal-hazırda işləmirəm. Uşaqlarımın ehtiyacını ödəməkdə çətinlik çəkirəm. Cavabdeh rəsmi şəkildə işləməsə də iki uşağın tələbatını ödəmək üçün kifayət qədər qazancı vardır. Buna görə də alimentin sabit məbləğdə tutulmasını istəyirəm. Uşaqların saxlanılması üçün bir uşaq üçün 220 manat olmaqla ümumilikdə 440 manat məbləğində aliment ödənilməsini istəyirəm. Məhkəməyə müraciət etməzdən əvvəl Mediasiya Təşkilatına müraciət etdim. Lakin cavabdeh mediasiya prosesində cavabdehlə razılığa gələ bilmədik. Bu barədə müvafiq arayışı da ərizəmə əlavə edirəm. İddiaçı nümayəndəsi Nümayəndə məhkəmə baxışı iclasında verdiyi izahatında tərəflərin evli olduğu 4 il müddətində dəfələrlə ayrılıb-barışdıqlarını, həmin müddətin heç iki ilini qızının cavabdehlə birlikdə yaşamadığını, birlikdə yaşadığı müddətdə də həm özünün, həm də uşaqlarının ehtiyac içində və yenə də öz köməkliyi ilə yaşadığını, əgər cavabdeh gözdən əliliiyi ilə əlaqədar olaraq işləmədiyini iddia edirsə onda məhkəmə sənədlərinə eynək olmadan belə rahatlıqla imza etməsinin sual doğurduğunu, cavabdehi illərdir işaxtaran kimi bildiyini, amma həmçinin tikinti sahəsində fərdi işlərdə qeydiyyatsız işlədiyini, iddiaçının 2023-cü ilin iyun ayının ortalarından öz yanında olduğunu, arada iyul-avqust aylarında barışıb yenidən Naxçıvanda 1 ay birlikdə yaşadıqlarını, daha sonra yenidən ayrılı öz yanına qayıtdığını, Zəhranın 2, Fatimənin 4 yaşında olduğunu, körpə uşaqları aylardır təminatsız qoymağın bir ataya yaraşmadığını, cavabdehin gəlirlərini gizlətdiyini, belə ki, Bakı şəhərində Ramana qəsəbəsində yaşadıqları köhnə evi kirayə verib təzəlikdə yeni evə köçdüklərini, əgər heç bir gəliri yoxdursa bunun necə mümkün olduğunu, bütün bunları cavabdehin Naxçıvanda tibb bacısı işləyən xalasının yardımı ilə etdiyini dediklərini, həqiqətən də xalasının bir dəfə onun vasitəsilə cavabdehin onunla birlikdə yaşayan anasına 500-700 manat aralığında pulu öz vasitəsilə göndərdiyini, cavabdehin bu yaşında hələ də öz atasından maddi kömək qəbul etdiyini, onda öz körpə uşaqlarını nəyə görə ehtiyac içində böyütmək istədiyini başa düşmədiyini, cavabdehin qızını döyüb, evinə başqa qadınlar gətirdiyini, onun səbəbsiz yerə evdən ayrılmadığını, tərəflərin hazırda nikahlarının pozulmadığını, qızının Cəhri qəsəbəsində öz yanında yaşadığını, qızının işləmədiyini, gəlirinin olmadığını, cavabdehin aylıq gəlirləri barədə konkret məlumatlarının olmadığını, ancaq cavabdehin ev tikdiyini, tikinti sahəsində işlədiyini, maşın aldığını, həm Cəhri qəsəbəsində, həm də Bakı şəhərində evlərinin olduğunu, həmçinin Naxçıvanda Xətai məhəlləsində evlərinin olduğunu, həmin evlərdən kirayə haqqı aldıqlarını, anası ilə ildə 4-5 dəfə Naxçıvana gəldiklərini, imkansız birinin bunları etməsinin mümkün olmadığını bildirmiş, uşaqların saxlanılması üçün iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə baxışı iclasında verdiyi izahatında 2018-cu ildən faktiki ailə qurduqlarını, Bakı şəhərində Ramana qəsəbəsində xalasına məxsus evdə yaşadıqlarını, valideynlərinin ayrıldığını, özünün uşaqlıqdan gözdən əlil olduğunu, hazırda İİİ dərəcə əlilliyə görə 150 manat pensiya aldığını, bundan başqa gəlirinin olmadığını, uzaq görmə probleminə görə heç bir yerdə işləyə bilmədiyini, işləmə qabiliyyətinin olmadığını, arvadının qayınatasının müdaxiləsi ucbatından tez-tez ayrılıb Naxçıvana gəlib aylarla qaldığını, 2019-cu ildən 2021-ci ilə qədər aliment ödədiyini, Bakıda yaşadıqları müddətdə iddiaçının da işləmədiyini, 2023-cü ilin iyun ayında iddiaçının uşaqlarla birlikdə Naxçıvana atası evinə qayıtdığını, ondan sonra barışıb iyunun 30-dan avqustun 28-ə kimi xalasının Naxçıvan şəhəri Xətai məhəlləsindəki evində yaşadıqlarını, evin əslində kirayədə olduğunu, bir müddət yaşamaları üçün onlara verildiyini, uşaqları birlikdə yaşadıqları müddətdə pensiyası və anasının gəliri ilə saxladıqlarını, uşaqlara yaxşı baxdığını, iddiaçının nümayəndəsinin qeyd etdiyi evlərin xalasının olduğunu, özünə məxsus heç bir əmlakının olmadığını, anasının evlərə gündəlikçi olaraq gedib işləyib onlara baxdığını, hazırda əməliyyat olunduğundan onun da işləmədiyini bildirmiş, ayrı olduqları müddətdə imkansızlıq ucbatından uşaqların saxlanılmasında iştirak etmədiyini, onlarla əlaqə saxlaya bilmədiyini, aralarında nikahın pozulması üçün məhkəməyə müraciət etdiyini, gəlir vəziyyəti nəzərə alınmaqla iki uşaq üçün cəmi 150 manat alimentin tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə baxışı iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərini nəzərə alaraq mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh həmçinin məhkəmə araşdırması gedişində xx.xx.2023-cü il tarixdə yazılı ərizə göndərərək İİİ qrup əlil olduğunu, hər ay 150 manat pensiya aldığını və heç bir yerdə işləmədiyini, işləmə qabiliyyətinin məhdud olduğunu, heç bir yerdən əlavə gəlirinin olmadığını, 440 manat aliment ödəməyin imkanı xaricində olduğunu, aldığı 150 manat pensiyanı övladlarının saxlanılması üçün ödəməyə etiraz etmədiyini, bütün bunlar nəzərə alınmaqla hər uşağa 75 manat olmaqla iki uşaq üçün 150 manat məbləğində alimentin tutulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Mülki işin materiallarını tədqiq edən məhkəmə qeyd edir ki, tərəflərin 12 aprel 2023-cü il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə münasibətlərinə daxil olmaları, birgə nikahdan 11 iyul 2019-cu il təvəllüdlü X6 və 14 may 2021-ci il təvəllüdlü X7 adlı 2 (iki) övladlarının dünyaya gəlməsi, hər iki uşağın hazırda ananın yanında qalması, tərəflərin aralarında uşaqların saxlanma qaydası ilə bağlı razılıq olmaması, atanın uşaqların saxlanılmasında iştirak etməməsi işin mübahisəsiz hallarıdır. İş materiallarına əlavə edilmiş AZ-İİ seriyalı, 215424 nömrəli nikah haqqında akt qeydləri kitabından çıxarışdan belə məlum olur ki, Cavabdeh ilə X4 arasında 12 aprel 2019-cu il tarixdə nikahın bağlanmış olması; İş materiallarına əlavə edilmiş AZ-İV seriyalı, 167415 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən belə məlum olur ki, tərəflərin birgə nikahından 11 iyul 2019-cu il təvəllüdlü X2 doğulması; İş materiallarına əlavə edilmiş AZ-İV seriyalı, 627689 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən belə məlum olur ki, tərəflərin birgə nikahından 14 may 2021-ci il təvəllüdlü X3 doğulması müəyyən olunur; Proses iştirakçılarının izahatlarından isə ər-arvadın hazırda ayrı yaşaması, hər iki uşağın ananın-iddiaçının yanında qalmaları və cavabdehin uşaqlarını saxlamaq vəzifəsini yerinə yetirmədiyi məlum olur. Məhkəmə uşaqların yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün cavabdehdən hər ay bir uşaq üçün 220 (iki yüz iyirmi) manat olmaqla cəmi 440 (dörd yüz qırx) manat sabit pul məbləğində alimentin alınaraq iddiaçıya verilməsi ilə bağlı tələbi barədə aşağıdakı normaları qeyd etməyi zəruri hesab edir. Ailə Məcəlləsi (bundan sonra - “AM”) uşaqların qayğısına qalmaq konstitusiya prinsipinə əsaslanaraq valideynlərin üzərinə uşaqları saxlamaq vəzifəsini qoymuşdur. Belə ki, AM-in 75.1 və 75.2-ci maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. AM-in 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə qanunvericiliyində məhkəmə qaydasında alimentin tutulmasının 2 qaydası müəyyən edilmişdir: - aliment ödəyənin aylıq qazancının (gəlirinin) müəyyən hissəsi miqdarında; - sabit pul məbləğində. Ailə Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsaitin tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Göründüyü kimi qanunverici göstərilən maddədə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin sabit məbləğdə tutulmasının bir neçə əsasını müəyyən etmişdir. Bu əsaslardan hər hansı biri mövcud olduqda alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Məhkəmə, alimenti qazancın (gəlirin) müəyyən hissəsi kimi deyil, sabit pul məbləğində tutarsa bunu qətnamədə əsaslandırmalıdır. Qanunvericinin yuxarıda göstərilən maddədə müəyyən etdiyi əsas şərtlərdən biri də ondan ibarətdir ki, alimentin sabit məbləğində tutulması yalnız uşaqların saxlanılması üçün aliment tutulması ilə bağlı məhkəməyə müraciət edən şəxsin tələbi əsasında mümkündür. Yəni qanunverici məhkəməyə sabit pul məbləğində alimentnı öz təşəbbüsü əsasında, yaxud cavabdehin vəsatəti əsasında həll etmək hüququnu verməmişdir. (Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin qərarı). Cavabdehin məhkəməyə təqdim etdiyi arayışdan belə məlum olur ki, Qənbərov X5 Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Publik hüquqi şəxsin Babək Rayon şöbəsində orqanizmin funksiyasının 31-60 faiz pozulmasına görə müavinət alır, müavinətinin aylıq məbləği 150 manat (bir yüz əlli manat) təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 may tarixli 98 nömrəli qərarı ilə təsdiq edilmiş “Uşaqlar üçün valideynlərinin aliment tutulan, manat və xarici valyuta ilə aldıqları əmək haqqının və (və ya) başqa gəlirlərinin növlərinin siyahısında həmçinin faktiki alınan pensiyası da nəzərdə tutulmuşdur. Məhkəmə sözügedən halın sabit pul məbləğində aliment təyin edilməsindən imtina üçün əsas sayıla bilməyəcəyini bununla əsaslandırır ki, cavabdehin qazancı və ya sair gəliri barədə təqdim edilmiş sübutlardan belə məlum olur ki, onun aylıq gəliri aldığı 150 manat (bir yüz əlli manat) pensiya məbləğindən ibarətdir. Belə olan halda 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında aliment təyin edilə biləcəyi nəzərə alındıqda bu tərəflərdən birinin, yəni uşaqların yanında olduğu ananın marağının əhəmiyyətli dərəcədə pozulması ilə nəticələnəcəkdir. Belə ki, “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanun”una əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Beləliklə məhkəmə sabit pul məbləğində alimentdən imtina üçün əsasların müəyyən edilməməsini, sübutetmə yükünün bölüşdürülməsinin ümumi qaydası nəzərə alınmaqla cavabdehin müəyyən edilmiş qazancı və ya sair gəlirlərindən müəyyən hissə kimi tutulmasının iddiaçının və dolayısı ilə uşaqların marağının əhəmiyyətli dərəcədə pozulması ilə nəticələnə biləcəyini nəzərə alaraq və sübutetmə yükünün bölüşdürülməsinin ümumi qaydasını rəhbər tutaraq alimentin sabit məbləğdə tutulması ilə bağlı iddiaçının tələbini əsaslı sayır. AM-in 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Uşağın əvvəlki təminatının səviyyəsinin araşdırılması zamanı məhkəmə nəzərə alır ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Mülki Prosessual Məcəllənin 13.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə mübahisələri Azərbaycan Respublikasının Konstitusiyasına, referendumla qəbul edilən hüquqi aktlara, qanunlara, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarına, habelə Azərbaycan Respublikasının tərəfdar olduğu beynəlxalq müqavilələrə əsasən həll edir. Bu baxımdan nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir (Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin qərarı). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə ilk olaraq Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Göstərilən hallara qiymət verərkən isə məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Elektron məhkəmə informasiya sistemindən tərəflərin gəlir, əmlak və vergi məlumatları üzrə çıxarışdan əmək müqaviləsi əsasında işləmədikləri, mülkiyyətində daşınmaz əmlak və ya avtonəqliyyat vasitəsinin olmadığı, vergi ödəyicisi kimi qeydiyyatda durmadıqları aydın olur. İddiaçının aliment məbləğinin yaşayış minimumu həddində təyin olunması ilə bağlı tələbinə münasibətdə isə məhkəmə qeyd edir ki, yaşayış minimumu məbləği Azərbaycan Respublikasında bir uşağın saxlanması üçün zəruri olan minimal məbləği ehtiva etməklə, özü-özlüyündə aliment məbləğinin bu həddə müəyyən edilməsi anlamına gəlmir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ və İİ hissələrinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Həmçinin ali qanunun 34-cü maddəsinin İİİ və İV hissələrində müəyyən olunmuşdur ki, analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Bundan əlavə “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci hissəsində qeyd olunur ki, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Həmin Konvensiyanın 27-ci maddəsinin 2ci hissəsinə əsasən valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Həmçinin iddiaçı tərəfindən cavabdehin gəlirləri və əmlak vəziyyəti barəsində iddia etdikləri halları təsdiq edən hər hansı sübutlar məhkəməyə təqdim olunmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər (77.3). Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir (78.1). Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Konstitusiyasının 125ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair qərarına əsasən işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər (Mülki Prosessual Məcəllənin 77.3-cü maddəsi). Lakin işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər (Mülki Prosessual Məcəllənin 78.2-ci maddəsi). Göründüyü kimi, məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Əks yanaşma məhkəmənin tərəflərin prosessual səlahiyyətlərini öz üzərinə götürərək, onlardan hər hansı birinin tərəfində dayanması, yaxud onları əvəz etməsi görüntüsü yarada bilər. Halbuki məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 7 saylı Protokolunun 5-ci maddəsinə görə, ərlə arvad bərabər hüquqlara malikdirlər və uşaqları ilə münasibətlərdə, habelə nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. Yuxarıda qeyd edilən maddi hüquq normaları, həmçinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsində əks olunmuş bərabərlik hüququnun mahiyyətindən belə məlum olur ki, uşaqlara münasibətdə valideynlər bərabər hüquq və vəzifələrə malikdir. Bu isə onu deməyə əsas verir ki, hər bir uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərcləri ilə təmin edilməsində hər iki valideyn bərabər və eyni öhdəliyə sahibdir. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun təmini üçün hər iki valideynin uşaqların saxlanılmasında ümumi və eyni məsuliyyət daşıması prinsipini nəzərə almaqla minimum dolanacaq xərcləri həddində məbləğin bir valideynin üzərinə qoyulmasını məhkəmə məqsədəuyğun hesab etmir. Bununla belə, məhkəmə uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın yanında olduğu valideynin üzərinə düşməsini nəzərə alaraq və yuxarıda sadalananlara əsasən belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli və yetkinlik yaşına çatmayan uşaqların saxlanması üçün hər ay bir uşağa görə 130 (bir yüz otuz) manat olmaqla, ümumilikdə isə iki uşağa görə 260 (iki yüz altmış) manat məbləğində aliment tutulmalıdır. AM-in 55.2-ci maddəsinə əsasən aliment, pensiyalar, müavinətlər şəklində uşağa ödənilən məbləğ valideynlərin (onları əvəz edən şəxslərin) sərəncamına daxil olur, onlar tərəfindən uşaqların saxlanmasına, tərbiyəsinə və təhsilinə xərclənir. Yetkinlik yaşına çatmayanların ananın yanında saxlanılması və yuxarıda qeyd edilən normanın mahiyyətini nəzərə alan məhkəmə qeyd edir ki, uşaqların saxlanılması üçün müəyyən edilən aliment məbləği iddiaçının sərəncamına daxil olmalı, aliment uşaqların anasına ödənilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinin tələbinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İddiaçının iddia ərizəsi isə Babək Rayon Məhkəməsinin icraatına xx.xx.2023ci il tarixdə daxil olmuşdur. Aliment tələbinin icra edilməsi anı ilə bağlı isə məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsində dərhal icra olunmalı qətnamələrdən biri kimi şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması qeyd olunmuşdur. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, MPM-in 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Belə olan halda 58.80 (əlli səkkiz manat səksən qəpik) məbləğində dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. 12X260=3120 30+(2120X1%)=51.20 Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, 03 oktyabr 2023-cü il tarixdən hesablanmaqla, 11 iyul 2019-cü il təvəllüdlü X6 və 14 may 2021-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün iş üzrə Cavabdeh hər ay bir uşaq üçün 130 (bir yüz otuz) manat olmaqla, ümumilikdə iki uşağa görə 260 (iki yüz altmış) manat miqdarında aliment tutulub uşaqların anası İddiaçı ödənilməli, iddia qalmış hissədə rədd olunmalı, qətnamə alimentə dair hissədə dərhal icra olunmalı, Cavabdeh 51.20 manat (əlli bir manat iyirmi qəpik) məbləğində dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia qismən təmin edilsin. 03 oktyabr 2023-cü il tarixdən hesablanmaqla, 11 iyul 2019-cü il təvəllüdlü X6 və 14 may 2021-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün iş üzrə Cavabdeh hər ay bir uşaq üçün 130 (bir yüz otuz) manat olmaqla, ümumilikdə iki uşağa görə 260 (iki yüz altmış) manat miqdarında aliment tutulub uşaqların anası İddiaçı ödənilsin. İddia qalmış hissədə rədd olunsun. Qətnamə alimentə dair hissədə dərhal icra olunsun. Cavabdeh 51.20 manat (əlli bir manat iyirmi qəpik) məbləğində dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(079)-569/2023
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-569/2023
15.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver