Azərbaycan Respublikası adından QƏRARDAD Babək şəhəri İş № 2(079)-588/2025 08.10.2025 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X3 məhkəmə iclas katibliyi ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, müəyyənetdi: İddiaçı xx.xx.2025-ci il tarixdə məhkəməyə iddia ərizəsi ilə müraciət edərək xx.xx.2025ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehin qazancının və digər gəlirlərinin dörddə bir hissəsi həddində alimentin tutularaq mənə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddiasını əsaslandıraraq qeyd etmişdir ki, Cavabdeh ilə xx.xx.2017-ci ildə tarixdə Babək rayon Məmmədrza Dizə kənd İƏD üzrə nümayəndəliyində nikah qeydiyyatından keçməklə ailə həyatı qurmuşuq. Bizim birgə nikahımızdan 3 övladımız - xx.xx.2019-cu il təvəllüdlü X6, xx.xx.2021-ci il təvəllüdlü X5, xx.xx.2025-ci il təvəllüdlü X4 dünyaya gəlmişdir. Babək Rayon Məhkəməsinin xx.xx.2025 tarixli 2(079) -300/2025 saylı qətnaməsi ilə xx.xx.2019-cu il təvəllüdlü X6, xx.xx.2021-ci il təvəllüdlü X2 yetkinlik yaşma çatanadək saxlanması üçün cavabdehin qazancının 1/3 hissəsi məbləğində aliment tutulub mənə ödənilməsi qət edilmişdir. X4 2 aylıqdır. Onun tələbatını ödəmək daha çox vəsait tələb edir. Cavabdeh hərbi qulluqçudur. xx.xx.2025-ci il təvəllüdlü X1 yetkinlik yaşma çatanadək saxlanılması üçün cavabdehin qazancının və digər gəlirlərinin dörddə bir hissəsi həddində aliment tutularaq mənə ödənilməsini istəyirəm. Nikahın pozulması ilə bağlı Mediasiya Təşkilatına müraciət olunsa da cavabdeh mediasiya prosesində iştirak etmədiyindən Mediasiya Təşkilatı tərəfindən arayış verilmişdir. İddia ərizəsi Babək Rayon Məhkəməsinin icraatına qəbul edilmiş, 23 sentyabr 2025-ci il tarixə təyin edilmiş məhkəmə hazırlıq iclası təxirə salınmış, 08 oktyabr 2025-ci ilə təyin olunmuşdur. Mülki iş üzrə məhkəmə hazırlıq iclasının təyin edilməsi barədə məhkəmə bildirişi iddiaçı və cavabdehə poçt göndərişi vasitəsilə rəsmi qaydada verilməsinə baxmayaraq onlar məhkəmə iclasında iştirak etməmiş və işə onların iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etməmişlər. Mülki iş materiallarına əlavə edilmiş sifarişli poçt göndərişinin verilməsi haqqında xəbərnamələrdən aydın olur ki, məhkəmə bildirişi tərəflərə müvafiq olaraq xx.xx.2025-ci il tarixdə təqdim edilmişdir. Həmçinin işdə iştirak edən şəxslərə iddia ərizəsində qeyd olunmuş əlaqə nömrələri üzərindən sms xəbərdarlıqlar “AZEMİS” vasitəsilə göndərilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinin tələbinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.4-cü maddəsinə görə isə tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6-cı və 259.0.7-ci maddələri tətbiq edilir. MPM-in 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. İş materiallardan da aydın olur ki, hazırki iş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış, onlar isə məhkəmə iclasına gəlməmiş və işə onların iştirakı olmadan baxılıb-baxılmaması barədə məhkəməyə rəsmi qaydada məlumat verməmişlər, cavabdeh isə işə mahiyyəti üzrə baxılmasını məhkəmədən xahiş etməmişdir. Yəni hazırki vəziyyətdə yaranmış hüquqi şərait mülki işə baxmağa imkan vermir. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenum qərarının 2-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Sözügedən qərarın 9.1-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəmə iclasına gəlmədikdə ərizə baxılmamış saxlanılır. Beləliklə məhkəmə hesab edir ki İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Həmçinin tərəflərə izah olunmalıdır ki, MPM-in 260.5-ci maddəsinə müvafiq olaraq məhkəmə iddiaçı və ya cavabdehin vəsatəti üzrə, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzrlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etdikdə, həmin Məcəllənin 259.0.6 və 259.0.7-ci maddələrində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv edir. Ərizə baxılmamış saxlanıldıqda məhkəmə baxışı qərardad qəbul edilməklə başa çatdırılır. Belə ki, MPM-in 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanılması haqqında məhkəmə qərardad çıxarır, 260.3-cü maddəsinə görə isə qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının MPM-in 260, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r v e r d i: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Tərəflərə izah olunsun ki, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzrlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim edərsə, bu zaman məhkəmə ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv edir. Qərardaddan şikayət, qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində qərardadı çıxaran məhkəməyə verilə bilər.
Məhkəmə qərarları › İş №2(079)-588/2025
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərardad — İş №2(079)-588/2025
08.10.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver