Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-592/2023 11.12.2023 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X3 məhkəmə iclas katibliyi ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n е t d i: İddiaçı “19” oktyabr 2023-cü ildə iddia ərizəsi ilə Babək Rayon Məhkəməsinə müraciət edərək 14 aprel 2009-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh hər ay 220 (iki yüz iyirmi) manat məbləğində aliment tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. O, tələbini əsaslandıraraq qeyd etmişdir ki, Cavabdeh ilə 21 aprel 2008-ci il tarixdə Babək rayon qeydiyyat şöbəsində rəsmi nikah qeydiyyatından keçməklə nikahımızı rəsmiləşdirmişik. Bizim birgə nikahımızdan 11 avqust 2007-ci il təvəllüdlü X8 və 14 aprel 2009-cu il təvəllüdlü X9 dünyaya gəlmişdir. Ailə həyatı qurandan münasibətlərimiz yaxşı olmuşdur. Ancaq zaman keçdikcə münasibətlər pozulmağa başladı. Buna görə də cavabdeh ilə Babək Rayon Məhkəməsində 06 dekabr 2022-ci il tarixli qətnaməyə əsasən nikahımız pozuldu. Həmin vaxt bir uşaq üçün 110 (bir yüz on) manat olmaqla, hər iki uşağa cəmi sabit 220 (iki yüz iyirmi) manat miqdarında aliment təyin edilmişdir. Cavabdeh ilə müvəqqəti birgə yaşadığımız üçün mənim 03 fevral 2023-cü il tarixli ərizəmə əsasən aliment ödənilməsinə xitam verilmişdi. Hal-hazırda o, uşaqlarla maraqlanmır. Ayrı qaldığımız müddətdən uşağın saxlanılmasında heç bir maddi olaraq köməklik etmir. Özüm hal-hazırda heç bir yerdə işləmirəm. Uşaq böyüdükcə xərci artır buna görə də mən uşağın saxlanılmasında çətinlik çəkirəm. Bildirirəm ki, hal-hazırda övladım 11 avqust 2007-ci il təvəllüdlü X1 Muxtar Respublikası Heydər Əliyev adına Hərbi Liseydə kursant olaraq təhsil alır və bütün təminat xərci dövlət tərəfindən qarşılandığı üçün digər övladım 14 aprel 2009-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün cavabdehdən hər ay sabit pul məbləği olan minimum yaşayış üçün 220 (iki yüz iyirmi) manat pul vəsaitinin ödənilməsini istəyirəm. İddiaçı X5 məhkəmədə verdiyi izahatında 2003-cü ildə cavabdehlə ailə qurduğunu, birgə nikahlarından iki uşağın olduğunu, aralarında bağlanmış nikahın 06 dekabr 2022-ci ildə pozulduğunu, həmin qətnaməyə əsasən Zöhrabdan hər ay bir uşaq üçün 110 manat aliment tutulmasının müəyyən edildiyini, lakin uşaqlarının təkidi ilə sonradan onunla yenidən barışdığını, həmin vaxt Zöhrab spirtli içki içməyəcəyinə söz versə də buna əməl etmədiyini, buna görə də təqribən 2023-cü ilin mart ayının sonu, aprel ayının əvvəlində ondan ayrıldığını, hazırda qohumlarının ona ata həyətində tikdiyi bir otaqlı evdə yaşadığını, böyük övladının hərbi liseydə kursant olduğunu, onun bütün xərcinin dövlət tərəfindən qarşılandığını, oğlunun həftənin şənbə günləri evə gəlib, bazar günü qayıtdığını, bu səbəbdən də onunla bağlı aliment tələbinin olmadığını, balaca oğlunun isə doqquzuncu sinifdə oxuduğunu, özünün hazırda işləmədiyini, cavabdehin isə ayrılan bir gündən uşaqların saxlanılmasında ona köməklik etmədiyini, eşitdiyinə görə Zöhrabın hazırda Türkiyə Respublikasında işlədiyini, lakin onun qazancı barədə sübutunun olmadığını qeyd etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmi məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasında iştirak etməmişdi. İddiaçı 23 noyabr 2023-cü ildə məhkəməyə ərizə ilə müraciət edərək maddi imkanı olmadığı üçün məhkəmə iclasında iştirak edə bilməyəcəyini, də onun iştirakı olmadan işə baxılmasını və iddiasının təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdi. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanmaqla tərəflərin iştirakı olmadan məhkəmə baxışı iclasının keçirilməsini mümkün hesab etmişdir. Mülki işin materiallarını işdə iştirak edən şəxsin izahatı ilə qarşılıqlı şəkildə tədqiq edərək məhkəmə müəyyən edir ki, tərəflərin 21 aprel 2008-ci il tarixdə nikaha daxil olması, onların birgə nikahından X8 və X9 adlı ümumi uşaqlarının olması, tərəflər arasında bağlanmış nikahın pozulması, onların birgə nikahından olan uşaqların iddiaçının yanında qalması, Babək Rayon Məhkəməsinin 06 dekabr 2022-ci il tarixli, 2(079)- 340/2022 nömrəli qətnaməsi ilə uşaqların saxlanılması üçün cavabdehdən aliment tutulması, həmin qətnamə üzrə alimentin tutulması ilə bağlı çıxarılmış icra sənədinin icraatına xitam verilməsi işin mübahisəsiz hallarıdır. Bu faktların işin mübahisəsiz halları olması aşağıdakılarla təsdiq olunur: - "Elektron Məhkəmə" informasiya sistemindən çıxarılmış Babək Rayon Məhkəməsinin 06 dekabr 2022-ci il tarixli, 2(079)-340/2022 nömrəli qətnaməsindən Cavabdeh ilə İddiaçı arasında 21 aprel 2008-ci il tarixdə nikah bağlanması, bunun nikahın bağlanması haqqında akt qeydləri kitabında 68 nömrə ilə qeyd edilməsi, nikah bağlanması zamanı iddiaçının özünə cavabdehin soyadını, yəni “Axundova” soyadını seçməsi; - iddia ərizəsinə əlavə edilən və Babək rayon qeydiyyat şöbəsi tərəfindən 13 oktyabr 2023-cü il tarixdə verilmiş AZ-İİ seriyalı, 164939 nömrəli akt qeydindən çıxarışdan tərəflərin 11 avqust 2007-ci il tarixdə X8 adlı övladının dünyaya gəlməsi; - iddia ərizəsinə əlavə edilən və Babək rayon qeydiyyat şöbəsi tərəfindən 13 oktyabr 2023-cü il tarixdə verilmiş AZ-İİ seriyalı, 336298 nömrəli akt qeydindən çıxarışdan iş üzrə tərəflərin 14 aprel 2009-cu il tarixdə X9 adlı övladının dünyaya gəlməsi; - "Elektron Məhkəmə" informasiya sistemindən çıxarılmış Babək Rayon Məhkəməsinin 06 dekabr 2022-ci il tarixli, 2(079)-340/2022 nömrəli qətnaməsindən və iddia ərizəsinə əlavə edilmiş AZ-İ seriyalı, 401876 nömrəli, 24 may 2023-cü il tarixli nikahın pozulması haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən tərəflər arasında bağlanmış nikahın pozulması və bunun dövlət qeydiyyatına alınması zamanı iddiaçının özünə “Hümbətova” soyadı seçməsi; - "Elektron Məhkəmə" informasiya sistemindən çıxarılmış Babək Rayon Məhkəməsinin 06 dekabr 2022-ci il tarixli, 2(079)-340/2022 nömrəli qətnaməsindən tərəflər arasında bağlanmış nikahın pozulmasından sonra onların birgə nikahından olan uşaqların iddiaçının yanında qalması və onların saxlanılması üçün 06 dekabr 2022-ci il tarixdən hesablanmaqla, Cavabdeh hər ay bir uşaq üçün 110 (bir yüz on) manat olmaqla, ümumilikdə iki uşağa görə 220 (iki yüz iyirmi) manat miqdarında aliment tutularaq uşaqların anası X2 ödənilməsinin qət edilməsi; - iddia ərizəsinə əlavə edilən Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Babək Rayon İcra və Probasiya Şöbəsinin 13 oktyabr 2023-cü il tarixli, 295118/2023 nömrəli məktubundan Babək Rayon Məhkəməsinin 06 dekabr 2022-ci il tarixli, 2(079)- 340/2022 nömrəli qətnaməsi üzrə alimentin tutulması ilə bağlı çıxarılmış icra sənədinin icraatına xitam verilməsi aydın olur. Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Bundan əlavə olaraq məhkəmə onu da qeyd edir ki, “Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 23 fevral 2016-cı il tarixli qərarında qeyd olunur ki, mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazın predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Məhkəmənin yuxarıda qeyd olunan normativ hüquqi aktları qeyd etməkdə məqsədi tərəflərinin nəzərinə Babək Rayon Məhkəməsinin 06 dekabr 2022-ci il tarixli, 2(079)- 340/2022 nömrəli qətnaməsi ilə müəyyən edilmiş halların hazırki vəziyyətdə işə baxan məhkəmə üçün məcburi xarakter daşımasını çatdırmaqdır. İşin mübahisəli halı isə iddiaçının cavabdehlə birgə evliliyindən olan övladı X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay Cavabdeh 220 (iki yüz iyirmi) manat miqdarında aliment tutulmasını tələb etməsidir. İşin bu mübahisəli halını həlli ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Aliment öhdəliyi dedikdə, ailə münasibətlərinin iştirakçısı olan şəxslər arasında yaranan elə hüquq münasibətləri başa düşülür ki, burada bir tərəf digər tərəfin saxlanılması üçün onlar arasında olan razılıq əsasında və ya qanunverciliyə uyğun olaraq məcburi qaydada müəyyən edilən vəsaiti, yəni alimenti ödəməyə borclu olur. Ailə qanunvericiliyinin tələbinə əsasən məhkəmə qaydasında alimentin tutulmasının iki qaydası müəyyən edilib: aliment ödəyənin aylıq qazancının (gəlirinin) müəyyən hissəsi miqdarında və sabit pul məbləğində. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci hissəsində qeyd olunur ki, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə əsasən valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsində və “Uşaq hüquqları haqqında Azərbaycan Respublikası Qanunun 19-cu maddəsində əks olunmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78-ci maddəsində uşağın saxlanılması üçün alimentin sabit pul məbləğində tutulmasını əsası kimi şəxsin bu barədə olan xahişi qeyd olunmuşdur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də, aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq, qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Qeyd olunan maddi hüquq normalarını mülki iş materialları ilə qarşılıqlı şəkildə əlaqələndirən məhkəmə belə hesab edir ki, iddiaçının tələbi əsaslıdır. Alimentin miqdarının müəyyən edilməsinə gəldikdə isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq, müəyyən edilir. İddiaçı övladı X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 220 (iki yüz iyirmi) manat miqdarında aliment tələb də, həmin məbləğlə bağlı öz tələbini əsaslandıran faktları təsdiq edəcək sübutları məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə tərəflərin nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövZəhraudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Alimentin miqdarı ilə bağlı iddiaçı tərəf öz tələbini əsaslandıran halları sübuta yetirə bilmədiyindən məhkəmə qanunvericiliyin tələbini nəzərə alaraq belə hesab edir ki, alimentin miqdarının qanunverciliyin tələbləri nəzərə alınmaqla təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında formalaşdırdığı hüquqi mövqe isə ondan ibarətdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, həmin Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Göstərilən hallara qiymət verərkən isə məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərZəhralərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, 2023-cü ildə ölkədə yaşayış minimumu uşaqlar üçün 220 (iki yüz iyirmi) manat məbləğində müəyyən edilmişdir. "Elektron Məhkəmə" informasiya sistemindən çıxarılmış məlumatlardan İddiaçı və Cavabdeh adına qazanc, gəlir və ya nəqliyyat vasitəsinin olmasına rast gəlinmir. Məhkəmə yuxarıda göstərilən maddi hüquq normalarını, uşaqlar barəsində valideynlərin bərabər hüquq və vəzifələrə malik olmasını, uşağın təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını, 2023-cü ildə ölkədə yaşayış minimumunun uşaqlar üçün 220 (iki yüz iyirmi) manat məbləğində müəyyən edilməsini, uşağın iddiaçının yanında qalması, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu vaxt ərzində onun üzərinə düşməsini, aliment ödənilməli olan uşağın sayını, saxlanılması üçün aliment təyin edilməsi tələb edilən uşağın yaşını nəzərə alaraq belə nəticəyə gəlir ki, iddiaçının tələbi qismən təmin edilməli və yetkinlik yaşına çatmayan uşağın saxlanması üçün hər ay cavabdehdən 155 (bir yüz əlli beş) manat məbləğində aliment tutulmalıdır. Aliment sabit pul məbləğində müəyyənləşdirilərkən o nəzərə alınmışdır ki, uşağın saxlanması üçün aliment tələb edən iş üzrə iddiaçı isə alimentin sabit pul məbləğində müəyyənləşdirilməsini xahiş edir. Alimentin hansı vaxtdan tutulması məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinin tələbinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından aydın olur ki, İddiaçı Babək Rayon Məhkəməsinə 19 oktyabr 2023-cü il tarixdə müraciət etmişdir, buna görə də alimentin tutulmasının əvvəli həmin tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsində dərhal icra olunmalı qətnamələrdən biri kimi şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması qeyd olunduğundan qətnamə dərhal icra edilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına görə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə müvafiq olaraq, iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmələrin məcmusu ilə müəyyən edildiyindən, iddianın (12x220=2640) təmin edilmiş hissəsinə (12x155=1860) mütənasib olan 32 (otuz iki) manat, 48 (qırx səkkiz) qəpik miqdarında dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq, cavabdehdən tutularaq dövlət gəlirinə alınır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia qismən təmin olunmalı; - 19 oktyabr 2023-cü il tarixdən hesablanmaqla, 14 aprel 2009-cu ildə anadan olan X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay Cavabdeh 155 (bir yüz əlli beş) manat miqdarında aliment tutularaq uşağın anası İddiaçı ödənilməli; - Cavabdeh 32 (otuz iki) manat, 48 (qırx səkkiz) qəpik miqdarında rüsum tutularaq dövlət büdcəsinə keçirilməli; - qətnamə alimentə dair hissədə dərhal icra olunmalı; - iddia qalan hissədə əsaslı olmadığından rədd edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia qismən təmin edilsin. 19 oktyabr 2023-cü il tarixdən hesablanmaqla, 14 aprel 2009-cu ildə anadan olan X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay Cavabdeh 155 (bir yüz əlli beş) manat miqdarında aliment tutularaq uşağın anası İddiaçı ödənilsin. Cavabdeh 32 (otuz iki) manat, 48 (qırx səkkiz) qəpik miqdarında rüsum tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamə alimentə dair hissədə dərhal icra olunsun. İddia qalan hissədə əsaslı olmadığından rədd edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamiq Əliyev.
Məhkəmə qərarları › İş №2(079)-592/2023
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-592/2023
11.12.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver