Azərbaycan Respublikası adından QƏRARDAD Babək şəhəri İş № 2(079)-599/2024 30.09.2024 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X6 məhkəmə iclas katibliyi ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq müəyyənetdi: İddiaçı xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək Cavabdeh 16 aprel 2017-ci il təvəllüdlü X2 və 25 iyun 2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay hər uşağa sabit 235 (iki yüz otuz beş) manat olmaqla, cəmi 470 (dörd yüz yetmiş) manat miqdarında alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini əsaslandıraraq bildirmişdir ki, Cavabdeh ilə 10 avqust 2016-cı il tarixdə, 184 nömrəli qeydlə Babək rayon Qeydiyyat şöbəsində nikaha daxil olmaqla nikahımızı rəsmiləşdirib ailə qurmuşuq. Birgə nikahımızdan 16 aprel 2017-ci il təvəllüdlü X4 və 25 iyun 2020-ci il təvəllüdlü X5 doğulmuşdur. Cavabdeh yetkinlik yaşına çatmayan uşaqların saxlanılmasında heç bir maddi köməklik göstərmir. Ailənin ehtiyacları üçün mənim tərəfimdən bankdan götürülən kredit pulunu mən təkbaşına ödəyirəm. Özüm Nəzərabad kənd orta məktəbində müəllimə işləyirəm, aylıq əmək haqqımla yalnız banka olan kredit borcunu ödəyirəm. Uşaqlar böyüdükcə xərci artır buna görə də mən uşaqların saxlanılmasında çətinlik çəkirəm. Biz 2 ay olar ki, ayrı yaşayırıq. 16 aprel 2017-ci il təvəllüdlü X4 və 25 iyun 2020-ci il tavallüdlü X1 üçün Cavabdeh uşaqların yetkinlik yaşına çatana qadar saxlanılması üçün yaşayış minumumu üçün hər ay hər uşağa sabit 235 (iki yüz otuz beş) manat olmaqla, cəmi 470 (dörd yüz yetmiş) manat miqdarında aliment ödənilməsini istəyirəm. İddia ərizəsi məhkəməyə 05 sentyabr 2024-cü il tarixində daxil olmuş, icraata qəbul edilərək məkhəmə hazırlıq iclası təyin edilmişdir. Tərəflərə və iddiaçının vəkil-nümayəndəsinə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 185-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə mülki işə tərəflər və iddiaçının vəkil-nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının vəkil-nümayəndəsi xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında elektron kabinet vasitəsilə məhkəməyə müraciət edərək iddiaçı iddiadan imtina etdiyindən MPM-in 264.0.4-cü maddəsinə əsasən iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin ərizəsini nəzərdən keçirib bildirir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170.1-ci maddəsində qeyd olunur ki, bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenum qərarının 2-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur. Qanunvericiliyin tələblərini və iddiaçının nümayəndəsinin ərizəsinin məqsədini nəzərə alan məhkəmə hesab edir ki, iddia ərizəsi iddiaçının vəsatəti ilə hazırlıq iclasında geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263.1-ci maddəsinin tələbinə görə məhkəmə işi mahiyyəti üzrə həll etmədikdə məhkəmə aktını qərardad formasında çıxarır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170.3-cü maddəsinə əsasən bu məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170.3, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq qəraraaldı: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardaddan şikayət, qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində qərardadı çıxaran məhkəməyə verilə bilər.
Məhkəmə qərarları › İş №2(079)-599/2024
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərardad — İş №2(079)-599/2024
30.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver