Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-669/2025 19.11.2025 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X5 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin azaldılması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n е t d i: İddiaçı 01 oktyabr 2025-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Babək Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(079)-251/2021 saylı qətnaməsinə əsasən cavabdehlə birgə nikahdan doğulmuş uşaqları xx.xx.2012-ci il təvəllüdlü X10, xx.xx.2013-cü il təvəllüdlü X12 və xx.xx.2015-ci il təvəllüdlü X1 üçün müəyyən olunmuş alimentin indeksasiya olunması barədə Babək Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(079)-55/2025 saylı qərardadı ilə ölkə üzrə müəyyən olunmuş minumum əmək haqqının 0.42 misli miqdarında sabit pul məbləğində müəyyən olunmuş alimentin azaldılaraq, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minumum əmək haqqının 0.30 misli miqdarında müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq qeyd etmişdir ki, Cavabdeh ilə 2013-cü il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşuq. Birgə nikahımızdan üç uşağımız - xx.xx.2012ci il təvəllüdlü X10, xx.xx.2013-cü il təvəllüdlü X12 və xx.xx.2015-ci il təvəllüdlü X13 doğulmuşdur. Babək Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(079)-08/2020 saylı qətnaməsilə cavabdehlə aramızda bağlanmış nikah pozulmuş, birgə nikahımızdan doğulmuş uşaqlarımızın cavabdehin yanında qalmaları və uşaqların yetkinlik yaşınadək saxlanılması üçün hər ay hər uşağa 90 manat olmaqla, ümumilikdə 3 uşağa görə 270 manat sabit pul məbləğində alimentin tutularaq cavabdehə ödənilməsi qət edilmişdir. Eyni zamanda cavabdehin müraciəti əsasında Babək Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(079)- 251/2021 saylı qətnaməsilə müəyyən olunmuş aliment miqdarı artırılaraq xx.xx.2012-ci il təvəllüdlü X10, xx.xx.2013-cü il təvəllüdlü X12 və xx.xx.2015-ci il təvəllüdlü X7 yetkinlik yaşınadək saxlanılması üçün hər ay hər uşağa 105 manat olmaqla, ümumilikdə 3 uşağa görə 315 manat sabit pul məbləğində alimentin məndən tutularaq cavabdehə ödənilməsi qət edilmişdir. Sonradan cavabdeh müəyyən olunmuş alimentin indeksasiya olunması məqsədilə məhkəməyə müraciət etmiş və Babək Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(079)- 55/2025 saylı qərardadına əsasən Babək Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(079)- 251/2021 saylı qətnaməsilə xx.xx.2012-ci il təvəllüdlü X4, xx.xx.2013-cü il təvəllüdlü X8 və xx.xx.2015-ci il təvəllüdlü X7 yetkinlik yaşınadək saxlanılması üçün məndən hər ay hər uşağa görə Cavabdeh xeyrinə tutulması qət edilən alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minumum əmək haqqı məbləğinin 0.42 misli həddində indeksasiya edilməsi qərara alınmışdır. Qeyd edim ki, mən N saylı hərbi hissədə retken texnik vəzifəsində işləyirəm aylq əmək haqqım 25% mükafatla 677.09 manat, mükafatsız isə 547.27 manat təşkil edir. Eyni zamanda qeyd etdiyim 25% mükafat isə hər ay verilməyə bilir. Məhkəmənin qərardadına əsasən mən hər ay 3 uşağa görə 504 manat aliment ödəmək məcburiyyətində qalacam. Eyni zamanda əlavə olaraq Babək Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(079)-314/2023 saylı qətnaməsinə əsasən ikinci evliliyimdən olan uşağım 12 noyabr 2021-ci il təvəllüdlü X2 üçün 100 manat məbləğində aliment ödəyirəm. Qeyd edim ki, mənə hər ay mükafat ödənilsə belə alimentləri ödədikdən sonra mənə ümumilikdə 73.09 manat əmək haqqımdan pul qalır ki, bu pul mənim günlük yol xərcimi belə etmir. Həmçinin özümün yaşamaq üçün zəruri xərclərimi hansı vəsait hesabına ödəcəyimi bilmirəm. Bildirirəm ki, cavabdeh Türkiyə Respublikasında yaşayır, uşaqlarım isə Şərur rayon Dizə kəndində cavabdehin anası ilə yaşayır. Mən uşaqlarımın anadan alınaraq mənə verilməsi tələbilə Babək Rayon Məhkəməsinə müraciət etsəmdə, Babək Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(079)-42/2024 saylı qətnaməsilə iddia tələbim əsassız hesab edilmişdir. Mənim əmək haqqıdan başqa heç bir yerdən gəlirim yoxdur. Eyni zamanda himayəmdə heç bir yerdə işləməyən, pensiya yaşına çatmayan atam və anam var. Həmçinin qeyd edim ki, cavabdeh Türkiyə Respublikasında yaşayır, orada işləyərək zəruri vəsaitə malikdir. İddiaçı məhkəmə iclasında verdiyi izahatında iş yerindən arayış təqdim etdiyini, hazırki işdən əlavə 100 manat da əlavə aliment ödənişinin olduğunu, aldığı əmək haqqının alimenti ödəmədiyini, özünün necə yaşayacağını bilmədiyini, aylıq 570 manat əmək haqqı aldığını, mükafat verildiyi halda 650 manat olduğunu, indeksasiyadan sonra 3 uşağa 504 manat və digər nikahdan olan uşağa isə 100 manat aliment ödədiyini, 2500 manat bank borcunun olduğunu, indeksasiyaya qədər 3 uşağa 315 manat aliment ödədiyini, heç bir problemin olmadığını, alimenti vaxtında ödədiyini, alimentin hər uşağa görə 120 manat təyin edilməsini xahiş etdiyini, belə olan halda normal şəkildə alimenti ödəyə biləcəyini, həmçinin cavabdehin uşaqlara baxmadığını, Türkiyə Respublikasına gedib orada yaşadığını, anasının uşaqlara baxdığını, cavabdehlə birgə nikahlarından 3 uşağın dünyaya gəldiyini, digər nikahdan isə 2021-ci il təvəllüdlü X9 dünyaya gəldiyini, Turalın saxlanılması üçün məhkəmə qətnaməsi əsasında hər ay 100 manat aliment ödədiyini, əlavə heç bir gəlirinin olmadığını, mülkiyyətində mopedinin olduğunu, mülkiyyətində avtomobil və ya daşınmaz əmlakın olmadığını, əlavə olaraq uşaqların müalicəsi, əlavə ehtiyacları ilə maraqlandığını, bütün xəstəxana və dərman xərclərini qarşıladığını, həmin müddətdə alimenti də ödədiyini, yay tətillərində özü ilə qaldıqlarını, bildirmiş, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə mülki işə iddiaçının şəxsən iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki işin materiallarını işdə iştirak edən şəxslərin izahatları ilə əlaqəli şəkildə tədqiq edərək məhkəmə müəyyən edir ki, tərəflər arasında bağlanmış nikah pozulduqdan sonra tərəflərin birgə nikahından olan üç uşağın cavabdehin yanında saxlanılması, qətnamə ilə hər uşağın saxlanılması üçün 105 manat sabit pul məbləğində alimentin müəyyən olunması, qərardadı ilə aliment məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0,42 misli həddində indeksasiya edilməsi, iddiaçının başqa nikahdan olan uşağa münasibətdə aliment öhdəliyinin mövcudluğu işin mübahisəsiz hallarıdır. Belə ki, iş materiallarına əlavə edilmiş: - Babək rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2025-c il tarixli, AZ-İ seriyalı, 221248 nömrəli çıxarışdan İddiaçı ilə Cavabdeh arasında nikahın xx.xx.2020-ci il tarixdə pozulması; - Babək rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, AZ-İİ seriyalı, 854331 nömrəli doğum akt qeydləri kitabından çıxarışdan tərəflərin birgə nikahından xx.xx.2012-ci il təvəllüdlü X4 doğulması; - Babək rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, AZ-İİİ seriyalı, 077240 nömrəli doğum kitabından çıxarışdan tərəflərin birgə nikahından xx.xx.2013-cü il təvəllüdlü X8 anandan olması; - Babək rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, AZ-İİİ seriyalı, 535120 nömrəli doğum kitabından çıxarışdan tərəflərin birgə nikahından xx.xx.2015-ci il təvəllüdlü X7 anandan olması; - Babək Rayon Məhkəməsinin 8(079)-55/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadının təsdiq olunmuş surətindən Babək Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(079)-251/2021 nömrəli qətnaməsi ilə xx.xx.2012-ci il təvəllüdlü X11, xx.xx.2013-cü il təvəllüdlü X12 və xx.xx.2015-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh İddiaçı hər ay hər uşağa görə Cavabdeh xeyrinə tutulması qət edilən alimentin məbləğinin sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0,42 misli həddində indeksasiya edilməsinin qərara alınması; - Babək Rayon Məhkəməsinin 2(079)-314/2023 nömrəli, 24.0.2023-cü il tarixli qətnaməsindən Babək Rayon Məhkəməsinin "26" may 2022-ci il tarixli, 2(079)-187/2022 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi, qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmaqla, 12 noyabr 2021-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı hər ay 100 (bir yüz) manat miqdarında alimentin tutularaq uşağın anası X3 ödənilməsinin qət edildiyi müəyyən olunur. İddia tələbinin qanuni əsasını təşkil edən Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. İddiaçı aliment məbləğinin azaldılması ilə bağlı tələbini qətnamə ilə müəyyən olunmuş aliment məbləğinin indeksasiya olunması nəticəsində bir uşağa görə 168 manat, ümumilikdə üç uşağa 504 manat aliment ödəməli olması, ikinci dəfə ailə həyatı qurması, hazırda həmin nikahdan doğulmuş bir övladı üçün də məhkəmə qətnaməsi əsasında bir uşaq üçün 100 (bir yüz) manat miqdarında aliment ödməsi, əmək haqqı məbləğinin aliment məbləğləri tutulduqdan sonra özünün şəxsi ehtiyaclarını ödəməyə kifayət etməməsi, əmək haqqından başqa gəlirlərinin olmaması ilə əsaslandırmışdır. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirməsi üçün tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olması, yaxud diqqətəlayiq başqa maraqlar mövcud olmalıdır. İddiaçının Elektron Məhkəmə İnformasiya Sistemindən sorğulanmış gəlir məlumatları üzrə çıxarışdan N nömrəli hərbi hissədə rentgen texnik işlədiyi, 686 manat əmək haqqı aldığı müəyyən olunur. İddiaçının həmçinin Babək Rayon Məhkəməsinin 2(079)-314/2023 nömrəli qətnaməsi ilə bir uşağa 100 manat məbləğində əlavə aliment öhdəliyinin mövcudluğu müəyyən edilir. Məhkəmə qeyd edir ki, qanunvericiliyin normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanılmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi alimentin tutulması zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Məhkəmə İddiaçı nəzərinə çatdırır ki, məhkəmə bu qəbildən olan işlərə baxarkən, ilk öncə daha çox qayğıya ehtiyacı olan uşağın mənafeyini, daha sonra valideynlərin mənafeyini nəzərə almağa borcludur. Bununla birlikdə hər bir uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərcləri ilə təmin edilməsində hər iki valideyn bərabər və eyni öhdəliyə sahibdir. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2025-ci il üçün ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 246 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, Ailə Məcəlləsinin aliment öhdəlikləri ilə bağlı normalarında bilavasitə “Yaşayış minumumu haqqında” Azərbaycan Respublikası Qanununa istinad olunmasa da, «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsində deyilir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat hüququ vardır. Uşağın minimum dolanacaq xərcləri isə “Yaşayış minumumu haqqında” Qanunla müəyyən edilmişdir. Babək Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə qət edilən aliment məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0.42 misli həddində indeksasiya edilməsi iddiaçının ayda 504 (beş yüz dörd) manat məbləğində aliment öhdəliyinin yaranmasına səbəb olmuşdur. Bütün bunları ümumiləşdirən məhkəmə İddiaçı müəyyən olunan aylıq gəlirinin məbləğinin məhkəmə qətnamələri ilə ödəməli olan alimentin miqdarından xeyli aşağı olmasını, sübutetmə yükünün bölüşdürülməsinin ümumi qaydasını, alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0.42 misli həddində indeksasiya edilməsi nəticəsində 1 uşağa görə 168 manat, üç uşağa görə ümumilikdə 504 manat aliment öhdəliyinin yaranması nəticəsində iddiaçının özünün şəxsi ehtiyaclarını ödəmək qabiliyyətindən məhrum olmasına gətirib çıxara biləcəyini, hər iki valideynin uşağın saxlanılmasında bərabər öhdəliklərə malik olmasını, ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumunun məbləğini, şəxsin məhkəmə qətnaməsi ilə ödənilməli olan digər aliment öhdəliyinin mövcudluğunu diqqətəlayiq hallar kimi nəzərə alaraq iddianı qismən əsaslı hesab edir. Belə ki, məhkəmənin qənaətinə görə iddiaçının əsaslandığı alimentin miqdarı müəyyən olunduqdan sonra onun ailə və ya maddi vəziyyətində baş vermiş dəyişikliklər müvafiq olaraq alimentin azadılması üçün əsas kimi qəbul edilməlidir. Cavabdeh tərəfindən iddiaya qarşı etiraz irəli sürülməmişdir. Məhkəmə yuxarıda göstərilənləri, uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasının zəruriliyini, 2025-ci ildə ölkədə yaşayış minimumunun uşaqlar üçün 246 (iki yüz qırx altı) manat məbləğində müəyyən edilməsini, uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun mövcudluğunu nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Babək Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(079)-251/2021 nömrəli qətnaməsi ilə xx.xx.2012-ci il təvəllüdlü X6, xx.xx.2013-cü il təvəllüdlü X12 və xx.xx.2015-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh İddiaçı hər ay hər uşağa görə Cavabdeh xeyrinə tutulması qət edilən və həmin məhkəmənin 8(079)-55/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı indeksasiya edilən aliment məbləği azaldılaraq ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0.32 misli həddində müəyyən edilməli, iddia qalan hissədə əsaslı olmadığından rədd edilməlidir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublİkasının Qanununun 100- cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlar və məhkəmə iclasında tədqiq olmuş həqiqi və tədqiq olunmuş hallar üzrə çıxarılır. Məhkəmə iddianın qismən təmin edilməsi nəzərə alınmaqla təmin edilmiş hissəsinə mütənasib olan dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi məsələsinə münasibətdə bildirir ki, alimentin azaldılması ilə bağlı iddianın alimentin indeksasiyasının nəticəsi olaraq irəli sürülməsini və iddianın qismən təmin olunmasının cavabdehin məhkəmə xərcləri ilə bağlı məhrumiyyətlərə məruz qalmağa səbəb olacaq iradəsinin nəticəsi olmadığını nəzərə alaraq məhkəmə belə hesab edir ki, ödənilmiş dövlət rüsumu bütünlüklə iddiaçıya aid edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia qismən təmin edilsin. Babək Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(079)-251/2021 nömrəli qətnaməsi ilə xx.xx.2012-ci il təvəllüdlü X11, xx.xx.2013-cü il təvəllüdlü X12 və xx.xx.2015-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh İddiaçı hər ay hər uşağa görə Cavabdeh xeyrinə tutulması qət edilən, həmin məhkəmənin 8(079)-55/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı indeksasiya edilən aliment məbləği azaldılaraq ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0.32 misli həddində müəyyən edilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(079)-669/2025
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-669/2025
19.11.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver