Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-700/2025 02.12.2025 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X9 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin azaldılması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n е t d i: İddiaçı 15 oktyabr 2025-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Babək Rayon Məhkəməsinin 12 mart 2025-ci il tarixli, 2(079)-25/2025 nömrəli qətnaməsi ilə müəyyən olunmuş aliment miqdarının dəyişdirilərək üç uşağa ümumilikdə 235 (iki yüz otuz beş) manat alimentin müəyyən olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq qeyd etmişdir ki, mənimlə X6 arasında olan nikah Babək Rayon Məhkəməsinin 12 mart 2025-ci il tarixli qətnaməsi ilə pozulmuş, azyaşlı övladlarımız xx.xx.2012-ci il təvəllüdlü X7, xx.xx.2014-cü il təvəllüdlü X11 və xx.xx.2016-cı il təvəllüdlü X10 ananın yanında saxlanılmış və onlara sonrakı artımlar nəzərə alınmaqla hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minumum əmək haqqı məbləğinin 0.33 misli həddində sabit pul məbləğində aliment ödənilməsi qət edilmişdir. Qeyd edim ki, qeyd olunan alimenti ödəməkdə çətinlik çəkirəm. Özüm heç yerdə işləmirəm. Bu səbəbdən də alimentin miqdarının dəyişdirilməsi zərurəti yaranmışdır. Onuda qeyd edim ki, mən 2-ci qrup əliləm, parkinson xəstəliyindən əziyyət çəkirəm. Aldığım pensiya dərmanlarımı görmür. İddiaçı məhkəmə iclasında verdiyi izahatında evin kommunal xərclərini ödəyə bilmədiyi üçün qazın kəsiləcəyini, belə ki, 364 manat aliment verdiyini, sosial müavinət almaq üçün ƏƏSMN-ə müraciət etdiyini, amma bunun da baş tutmadığını, xəstə olduğunu, Parkinson xəstəliyi, həmçinin təzyiqdən əziyyət çəkdiyini və mütəmadi dərman qəbul etdiyini, məhkəmə qətnaməsi ilə 3 uşağın ananın yanında saxlanılmasına baxmayaraq oğlu Hüseynin 2024-cü ilin oktyabr ayından öz yanında qaldığını, hazırda 2 uşağa birlikdə 264 manat aliment ödədiyini, aylıq əlavə gəlirinin sabit olmadığını, 60 manata yaxın olduğunu, hər hansı qırıq və ya çıxıq şikayəti olan şəxs olanda gördüyü işə görə 2-3 manat pul aldığını, həmçinin 393 manat pensiya aldığını, oğlu Hüseynin ehtiyaclarını özünün qarşıladığını, əlavə olaraq da ananın yanında qalan 2 uşağa aliment ödədiyini bildirmiş, iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki işin materiallarını işdə iştirak edən şəxsin izahatı ilə əlaqəli şəkildə tədqiq edərək məhkəmə müəyyən edir ki, tərəflər arasında bağlanmış nikahın pozulması, məhkəmə qətnaməsi ilə birgə nikahdan olan üç uşağın ananın yanında saxlanılması, qətnamə ilə hər uşağın saxlanılması üçün 132 manat (ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0,33 misli həddində) sabit pul məbləğində alimentin təyin olunması, X3 qətnamə ilə atadan alınıb anaya verilməsi qət edilsə də tələbkarın ərizəsi ilə qətnamənin həmin hissədə icra olunmaması və hazırda X11 və X5 ananın, X3 isə atanın yanında qalması, atanın iki uşağa görə 264 manat aliment ödəməsi mülki işin mübahisəsiz hallarıdır. Belə ki, iş materiallarına əlavə edilmiş: - Babək Rayon Məhkəməsinin xx.xx.2025-c il tarixli, 2(079)-25/2025 nömrəli qətnaməsinin surətindən tərəflər arasında bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahından olan xx.xx.2012-ci il təvəllüdlü X7, xx.xx.2014-cü il təvəllüdlü X11 və xx.xx.2016-cı il təvəllüdlü X5 anası X2 yanında qalması, xx.xx.2012-ci il təvəllüdlü X7, xx.xx.2014-cü il təvəllüdlü X11 və xx.xx.2016-cı il təvəllüdlü X1 üçün İddiaçı X2 xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0.33 misli həddində sabit pul məbləğində alimentin tutulub uşaqların anası X4 ödənilməsinin qət edildiyi; - Naxçıvan “ASAN xidmət” mərkəzinin qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3374 nömrəli arayışdan tərəflərin birgə nikahından xx.xx.2012-ci il təvəllüdlü X3 doğulması; - Naxçıvan “ASAN xidmət” mərkəzinin qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3373 nömrəli arayışdan tərəflərin birgə nikahından xx.xx.2014-cü il təvəllüdlü X8 doğulması; - Naxçıvan “ASAN xidmət” mərkəzinin qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3372 nömrəli arayışdan tərəflərin birgə nikahından xx.xx.2016-cı il təvəllüdlü X5 doğulması; - Babək rayon İcra Hakimiyyəti Zeynəddin kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 497 nömrəli arayış və iddiaçının izahatından X3 iddiaçının yanında qaldığı; İddia tələbinin qanuni əsasını təşkil edən Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. İddiaçı aliment məbləğinin azaldılması ilə bağlı tələbini bir uşağa görə 132 manat, ümumilikdə üç uşağa 396 manat alimentin təyin edilməsi, hazırda xx.xx.2012-ci il təvəllüdlü X3 öz yanında qalması, həm iki uşağa 264 manat aliment ödəməsi, həm də öz yanında qalan uşağın ehtiyaclarının onun üzərinə düşməsi, parkinson xəstəsi olmaqla mütəmadi müalicəyə ehtiyacının olması, gəlirinin aliment tutulduqdan sonra özünün şəxsi ehtiyaclarını ödəməyə və yanında qalan uşağa baxmaq üçün kifayət etməməsi ilə əsaslandırmışdır. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirməsi üçün tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olması, yaxud diqqətəlayiq başqa maraqlar mövcud olmalıdır. Məhkəmə qeyd edir ki, qanunvericiliyin normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanılmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi alimentin tutulması zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Məhkəmə İddiaçı nəzərinə çatdırır ki, bu qəbildən olan işlərə baxılarkən, ilk öncə daha çox qayğıya ehtiyacı olan uşağın mənafeyi, daha sonra valideynlərin mənafeyini nəzərə alınır. Bununla birlikdə hər bir uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərcləri ilə təmin edilməsində hər iki valideyn bərabər və eyni öhdəliyə sahibdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.3-cü maddəsinə görə tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir. Hazırda məhkəmə araşdırması zamanı tərəflərin hər ikisi ilə uşaq qaldığı, belə ki, xx.xx.2014 və xx.xx.2016-cı il təvəllüdlü uşaqların ananın, xx.xx.2012-ci il təvəllüdlü uşağın isə atanın yanında qaldığı müəyyən olunur. İddiaçının Elektron Məhkəmə İnformasiya Sistemindən sorğulanmış gəlir məlumatları üzrə çıxarışdan əmək müqaviləsi üzrə gəlirləri müəyyən edilmir, həmçinin 2-ci qrup əlil olmaqla 393.32 manat pensiya aldığı müəyyən olunur. Cavabdehin Elektron Məhkəmə İnformasiya Sistemindən sorğulanmış gəlir məlumatları üzrə çıxarışdan isə “Babək Rayon Kommunal Müəssisələr Kombinatı”nda “süpürgəçi” işləyib 450 manat əmək haqqı aldığı müəyyən olunur. Məhkəmə hazırda cavabdehin də yanında uşağın qalmasını və həmin uşağın saxlanılması xərclərinin də aliment ödəyən şəxsin üzərinə düşməsini, şəxsin ikinci dərəcə əlilliyi müəyyən olunmaqla əmək qabiliyyətinin məhdudluğunu, onun aylıq gəlirinin məhkəmə qətnaməsi ilə ödənilməli olan alimentin miqdarından aşağı olmasını, həmçinin xeyrinə aliment ödənilən şəxsin aylıq gəlirinin mövcudluğunu, sözügedən alimentin iddiaçının özünün şəxsi ehtiyaclarını ödəmək qabiliyyətindən məhrum olmasına gətirib çıxara biləcəyini, hər iki valideynin uşaqların saxlanılmasında bərabər hüquq və öhdəliklərə malik olmasını nəzərə alaraq aliment məbləğinin azaldılması üçün diqqətəlayiq hal hesab edir və belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin olunmalıdır. Cavabdeh tərəfindən iddiaya qarşı etiraz irəli sürülməmişdir. Məhkəmə sonda belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Babək Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(079)-25/2025 nömrəli qətnaməsi ilə xx.xx.2014-cü il təvəllüdlü X11 və xx.xx.2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh İddiaçı hər ay hər uşağa görə X2 xeyrinə tutulması qət edilən aliment məbləği azaldılaraq ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0.23 misli həddində müəyyən edilməli, iddia qalan hissədə əsaslı olmadığından rədd edilməlidir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublİkasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlar və məhkəmə iclasında tədqiq olmuş həqiqi və tədqiq olunmuş hallar üzrə çıxarılır. Məhkəmə iddianın qismən təmin edilməsi nəzərə alınmaqla təmin edilmiş hissəsinə mütənasib olan dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi məsələsinə münasibətdə bildirir ki, alimentin azaldılması ilə bağlı iddianın alimentin indeksasiyasının nəticəsi olaraq irəli sürülməsini və iddianın qismən təmin olunmasının cavabdehin məhkəmə xərcləri ilə bağlı məhrumiyyətlərə məruz qalmağa səbəb olacaq iradəsinin nəticəsi olmadığını nəzərə alaraq məhkəmə belə hesab edir ki, ödənilmiş dövlət rüsumu bütünlüklə iddiaçıya aid edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia qismən təmin edilsin. Babək Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(079)-25/2025 nömrəli qətnaməsi ilə xx.xx.2014-cü il təvəllüdlü X11 və xx.xx.2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh İddiaçı hər ay hər uşağa görə X2 xeyrinə tutulması qət edilən aliment məbləği azaldılaraq ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0.23 misli həddində müəyyən edilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(079)-700/2025
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-700/2025
02.12.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver