Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(079)-82/2021 02.02.2021 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən е t d i: İddiaçı iddia ərizəsi ilə xx xxxxxx 2021-ci ildə Babək Rayon Məhkəməsinə müraciət edərək, xx xxxx 2016-cı il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay Cavabdeh qazancının (başqa gəlirlərinin) dörddə bir hissəsi miqdarında alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq qeyd etmişdir ki, Cavabdeh ilə xx xxx 2015-ci il tarixdə Babək rayon qeydiyyat şöbəsində nikahımızı 59 nömrə ilə rəsmləşdirməklə ailə həyatı qurmuşuq. Birgə nikahımızdan xx xxxx 2016-cı il təvəllüdlü X4 adlı övladımız dünyaya gəlmişdir. Bizim birgə nikahımız rəsmi olaraq davam etsə də təxminən yeddi aydır ki, Kamal nə mənə, nə də uşağına baxmır və bizimlə ayrı yaşayır. Hal-hazırda yetkinlik yaşına çatmayan övladımız Məleykə mənim himayəmdə yaşayır və mən heç bir yerdə işləmirəm. 2020-ci ilin avqust ayından uşağımızı təkbaşıma böyüdürəm, həyat yoldaşım Cavabdeh övladımızın saxlanması üçün bu günədək heç bir köməklik etməmiş uşağımızın saxlanması üçün aliment ödəməmişdir. Uşağımıza yalnız mən baxıram, amma onun maddi təminatını artıq tək ödəməkdə çətinliklər çəkirəm. Uşaq elə yaş həddindədir ki, onun gündəlik qulluğuna, təhsilinə və sair ehtiyaclarına pul lazım olur. Tək qadın olaraq mən bunların öhdəsindən gəlməkdə əziyyət çəkirəm. Bu səbəbdən də dolanışığımız çətin vəziyyətdədir və övladımın saxlanması üçün maddi köməkliyə ehtiyacım var. Cavabdeh hal-hazırda Müddətdən artıq xidmət edən hərbi qulluqçudur və sürücü vəzifəsində işləyir. Aylıq qazancı təxminən 1000 manata yaxındı. Bu səbəbdən də hesab edirəm ki, bu günkü gün bir uşaq üçün ayda qazancının (başqa gəlirlərinin) dörddə bir hissəsi miqdarında aliment yetərli olar və cavabdehin də bu məbləği ödəmək imkanı vardır. İddiaçı məhkəmədə verdiyi izahatında tələbini müdafiə etdiyini, 2015-ci ildə Kamalla tanış olaraq ailə qurduğunu, birgə nikahlarından bir qız övladının dünyaya gəldiyini, cavabdehlə evləndikdən sonra üç il normal yola getsə də, son iki il ərzində aralarında olan münasibətlərin tamamı ilə pozulduğunu, bunun isə Kamalın başqa qadınla olan münasibəti olmasından və onunla birlikdə yaşamasından qaynaqlandığını, qızı Məleykəyə görə ailəsini dağıtmamağa çalışdığını, hazırda cavabdehlə aralarında bağlanmış nikahın pozulmadığını, bir neçə dəfə Kamalla birlikdə yaşadığı evə gedib qayıtdığını, hazırda isə 2021-ci ilin yanvar ayının birindən cavabdehlə ayrı yaşadığını, birgə nikahlarından olan uşağın isə öz yanında qaldığını, 2020-ci ilin avqust ayından cavabdehin ailəsi-uşağı ilə ümumiyyətlə maraqlanmadığını, ayrıldığı vaxtadək onunla bir evin içərisində yaşadığı vaxt belə Kamalın uşağın qayğıları ilə məşğul olmadığını, qızı Məleykənin tələbatlarını qayınatası və qayınanasının qarşıladığını, hazırda özünün işləmədiyini, atasının yanında yaşasa da onun maddi vəziyyətinin yaxşı olmadığını, uşağı saxlamaqda maddi cəhətdən çətinlik çəkdiyini, Kamalın isə hərbi qulluqçu olduğunu qeyd edib məhkəmədən iddiasının təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə cavabdehə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydada rəsmi məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclaslarında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 172.2 və 185-ci maddələrinə müvafiq olaraq məhkəmə cavabdehin iştirakı olmadan məhkəmə baxışı iclasının keçirilməsini mümkün hesab etmişdir. Mülki işin materiallarını tədqiq edərək məhkəmə qeyd edir ki, tərəflərin xx xxx 2015-ci tarixdə nikaha daxil olması, onların birgə nikahından bir uşağın dünyaya gəlməsi, tərəflərin hazırda ayrı yaşaması, onların birgə nikahından olan uşağın İddiaçı yanında qalması işin mübahisəsiz hallarıdır. Bu faktların işin mübahisəsiz halları olması aşağıdakılarla təsdiq olunur: -iş materiallarına əlavə edilmiş Babək rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx xxx 2015-ci il tarixli, AZ-İ seriyalı, 784467 nömrəli nikah haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən Cavabdeh ilə Tarverdiyeva Röya Çapay qızı arasında xx xxx 2015-ci il tarixdə nikah bağlanması, nikah bağlanması zamanı iddiaçının özünə cavabdehin soyadını, yəni “İmanova” soyadını seçməsi; -iş materiallarına əlavə edilmiş Babək rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx xxxxx 2016-cı il tarixli, AZ-İİİ seriyalı, 536408 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən iş üzrə tərəflərin xx xxxx 2016-cı il tarixdə X4 adlı uşağının anadan olması; -iddia tələbindən və işdə iştirak edən şəxsin məhkəmə iclasında verdiyi izahatından tərəflərin hazırda ayrı yaşaması, onların birgə nikahından olan uşağın isə İddiaçı yanında qalması aydın olur. Sonuncu qeyd edilən halla bağlı məhkəmə iddiaçının qeyd etdiklərinə əsaslanması ilə bağlı onu da qeyd edir ki, məhkəmə tərəfindən xx xxxxxx 2021-ci il tarixli məktubla iddia ərizəsi və iddia ərizəsinin icraata götürülməsi və mülki işin baxılmağa hazırlanması haqqında qərardadın surəti cavabdehə göndərilərək ona iddia ərizəsi üzrə rəy və ya etirazlarını və bu etirazlarını əsaslandıran sübutlarını Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 154.1-ci maddəsinə əsasən işə baxılana kimi, ona qarşı izahat verilə bilən müddətdə məhkəməyə təqdim edə bilməsi, sübutların və etirazın təqdim edilməməsi işdə mövcud olan sübutlar əsasında işə baxılmasına mane olmaması izah olunsa da, cavabdeh tərəfindən iddia tələbinə qarşı hər hansı bir etiraz daxil olmamışdır. Mülki iş materiallarına əlavə edilmiş sifarişli poçt göndərişinin verilməsi haqqında xəbərnamədən müəyyən olunur ki, yuxarıda qeyd edilən məhkəmə sənədləri cavabdehə “09” yanvar 2021-ci il tarixdə təqdim edilmişdi. İşin mübahisəli halı isə iddiaçının cavabdehdən uşağın saxlanılması üçün aliment tələb etməsidir. Belə ki, iddiaçı iddia ərizəsində övladı X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay qazancının (başqa gəlirlərinin) dörddə bir hissəsi miqdarında aliment tutularaq ona verilməsini tələb etmişdir. İşin mübahisəli halını həlli ilə bağlı məhkəmə istinad etdiyi maddi və prosessual hüquq normaları ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci hissəsində qeyd olunur ki, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə əsasən valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi həmçinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsində və “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsində əks olunmuşdur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda, uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Aliment öhdəliyi dedikdə, ailə münasibətlərinin iştirakçısı olan şəxslər arasında yaranan elə hüquq münasibətləri başa düşülür ki, burada bir tərəf digər tərəfin saxlanılması üçün onlar arasında olan razılıq əsasında və ya qanunvericiliyə uyğun olaraq məcburi qaydada müəyyən edilən vəsaiti, yəni alimenti ödəməyə borclu olur. Ailə qanunvericiliyinin tələbinə əsasən məhkəmə qaydasında alimentin tutulmasının iki qaydası müəyyən edilib: aliment ödəyənin aylıq qazancının (gəlirinin) müəyyən hissəsi miqdarında və sabit pul məbləğində. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78-ci maddəsində uşağın saxlanılması üçün alimentin sabit pul məbləğində tutulmasını əsası kimi şəxsin bu barədə olan xahişi qeyd olunmuşdur. Qeyd olunan maddi hüquq normalarını mülki iş materialları ilə qarşılıqlı şəkildə əlaqələndirən məhkəmə belə hesab edir ki, iddiaçının tələbi əsaslıdır və təmin olunmalıdır. Alimentin miqdarının müəyyən edilməsinə gəldikdə isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78-ci maddəsində uşağın saxlanılması üçün alimentin sabit pul məbləğində tutulmasını əsası kimi şəxsin bu barədə olan xahişi qeyd olunmuşdur. Hazırki vəziyyətdə iddiaçı tərəfindən məhkəməyə belə bir xahiş ünvanlanmadığından və ya iddia ərizəsində belə bir tələb qeyd olunmadığından, iş materialları ilə tərəflərin bir uşağının olması sübuta yetirildiyindən məhkəmə qeyd edir ki, həmin Məcəllənin 76.1.1-ci maddəsinə 1 uşağa görə-qazancın (başqa gəlirlərin) dörddə bir hissəsi miqdarında aliment tutulmalıdır. Alimentin hansı vaxtdan tutulması məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinin tələbinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından aydın olur ki, İddiaçı Babək Rayon Məhkəməsinə xx xxxxxx 2021-ci il tarixdə müraciət etmişdir, buna görə də alimentin tutulmasının əvvəli həmin tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsində dərhal icra olunmalı qətnamələrdən biri kimi şəxsin saxlanılması üçün vəsaitlərin o cümlədən alimentlərin alınması qeyd olunduğundan qətnamə dərhal icra edilməlidir. Məhkəmə həmçinin onu da qeyd edir ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunur. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən isə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq, cavabdehdən tutularaq dövlət gəlirinə alınır. Mülki işə baxılması zamanı isə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9-cu maddəsində göstərilən cavabdehin dövlət rüsumu ödəməkdən azad edilməsinə əsas olan hər hansı bir sübut məhkəməyə təqdim olunmadığından, məhkəmə belə nəticəyə gəlir ki, iddianın təmin edilmiş hissəsinə münasib olaraq dövlət rüsumu cavabdehdən tutulmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 8.1, 8.1.1 və 8.1.2-ci maddələrində məhkəməyə verilən iddia ərizələri üzrə iddia qiyməti 500 manatadək olduqda 20 manat, iddia qiyməti 500 manatdan çox olduqda isə 30 manat məbləğində dövlət rüsumu ödənilməsi nəzərdə tutulmuşdu. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 112.1 və 112.1.3-cü maddələrinin tələbinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Hazırki vəziyyətdə cavabdehin gəlirlərinin miqdarı barədə məhkəməyə hər hansı bir sübut təqdim edilmədiyindən və bu da özü-özlüyündə bir il ərzində ödənilməli olan alimentin miqdarının müəyyən edilməsində çətinlik yaratdığından məhkəmə belə hesab edir ki, cavabdehin vəziyyəti ağırlaşdırıla bilməz və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş aliment tələbinə dair iddialar üzrə dövlət rüsumunun ən aşağı məbləği əsas götürülməklə, ondan 20 (iyirmi) manat məbləğində dövlət rüsum tutulmalıdır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia təmin olunmalı; -xx xxxxxx 2021-ci il tarixdən hesablanmaqla, tərəflərin birgə nikahından olan xx xxxx 2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay qazancın (başqa gəlirlərin) dörddə bir hissəsi miqdarında aliment tutularaq, uşağın anası İddiaçı ödənilməli; - Cavabdeh 20 manat (iyirmi) miqdarında dövlət rüsumu tutularaq, dövlət büdcəsinə keçirilməli; - qətnamə alimentə dair hissədə dərhal icra olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia təmin edilsin. xx xxxxxx 2021-ci il tarixdən hesablanmaqla, tərəflərin birgə nikahından olan xx xxxx 2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay qazancın (başqa gəlirlərin) dörddə bir hissəsi miqdarında aliment tutularaq, uşağın anası İddiaçı ödənilsin. Cavabdeh 20 manat (iyirmi) miqdarında dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamə alimentə dair hissədə dərhal icra olunsun. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamiq Əliyev. İş № 2(079)-82/2021 Azərbaycan Respublikası adından Qətnamədən çıxarış Babək Rayon Məhkəməsi «02» fevral 2021-ci ildə Babək şəhərində Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq q ə t e t d i: İddia təmin edilsin. xx xxxxxx 2021-ci il tarixdən hesablanmaqla, tərəflərin birgə nikahından olan xx xxxx 2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay qazancın (başqa gəlirlərin) dörddə bir hissəsi miqdarında aliment tutularaq, uşağın anası İddiaçı ödənilsin. Cavabdeh 20 manat (iyirmi) miqdarında dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamə alimentə dair hissədə dərhal icra olunsun. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: imza Zamiq Əliyev. Düzdür, Babək Rayon Məhkəməsinin sədri: Zamiq Əliyev. “02” fevral 2021-ci il
Məhkəmə qərarları › İş №2(079)-82/2021
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-82/2021
02.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver