Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(079)-83/2021 09.02.2021 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X4 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin sabit pul məbləğində tutulması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı xx xxxxxx 2021-ci Cavabdeh qarşı iddia ərizəsi ilə Babək Rayon Məhkəməsinə müraciət edərək, övladları X1, X2 və X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşaq üçün 90 manat olmaqla, ümumilikdə 270 manat sabit pul məbləğində alimentin cavabdehdən alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdi. İddiaçı iddiasını əsaslandıraraq qeyd etmişdir ki, Cavabdeh ilə xx xxxxxxx 2006-cı il tarixdə nikaha daxil olaraq evlənmişəm. Birgə nikahımızdan xx xxxxxx 2006-cı il təvəllüdlü X5, xx xxxxxx 2008-ci il təvəllüdlü X6 və xx xxxx 2015-ci il təvəllüdlü X7 adlı övladlarımız anadan olmuşlar. Nikaha daxil olduqdan sonra ailə münasibətlərimiz normal olmuşdur. Bir-birimizi başa düşmüşük və aramızda heç bir narazılıq olmamışdır. Bir müddət keçdikdən sonra ailə münasibətlərimiz tədricən soyumuş, Babək Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(079)-201/2020 nömrəli qətnaməsi ilə aramızdakı nikah pozulmuş, yetkinlik yaşına çatmayan uşaqlarımızın saxlanılması üçün hər birinə 90 manat olmaqla, ümumilikdə 270 manat aliment ödənilməsi qət olunmuşdur. Qətnamənin icra mərhələsində biz cavabdehlə barışdığımız üçün alimentin ödənilməsindən imtina etdim. Lakin sonradan cavabdehlə aramızda problemlər olduğundan biz yenə də ayrıldıq. Hazırda ailə münasibətlərimiz tamamilə kəsilmişdir. Biz ayrı-ayrılıqda yaşayırıq. Yetkinlik yaşına çatmayan uşaqlarımız isə mənim himayəmdədirlər. Cavabdeh onların maddi vəziyyəti ilə maraqlanmır, heç bir kömək göstərmir. Mən özüm isə heç bir eyrdə işləmirəm. Qeyd olunan iddia ərizəsi Babək Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli qərardadı ilə icraata qəbul edilmiş və mülki iş məhkəmə iclasında baxılmağa təyin edilmişdir. İddiaçı məhkəməyə xx xxxxxx 2021-ci il tarixdə məhkəməyə ərizə təqdim edərək, Babək Rayon Məhkəməsində Cavabdeh qarşı alimentin sabit pul məbləğində tutulması tələbinə dair iddia qaldırdığını, hazırda Cavabdeh ilə barışıb birgə yaşadıqlarından iddia tələbindən imtina etdiyini bildirərək, iş üzrə icraata xitam verilməsini xahiş etmişdi. İddiaçının iddiadan imtina etməsi ilə bağlı məhkəmə qeyd edir ki, hüququn hamılıqla qəbul olunmuş dispozitivlik prinsipi onu nəzərdə tutur ki, tərəflər bu prinsipdən çıxış edərək pozulmuş hüquqlarının müdafiəsinin zəruriliyi məsələsini özləri həll edir, müdafiə üçün məhkəməyə müraciət etmək və ya etməmək, iddia qaldırmaq, onu geri götürmək, mübahisədən imtina etmək, yaxud da tələb olunan müdafiənin həcmini müəyyən etmək şəxsin özündən asılı olur. Bundan irəli gələrək, öz məqsədinə nail olmaq üçün prosessual vasitələri seçmək də onun sərbəst sərəncamında olmalıdır. Lakin bununla bərabər mülki prosessual qanunvericilikdə qeyd olunur ki, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır (maddə 52.5). Məhkəmə iddiaçının Cavabdeh qarşı alimentin sabit pul məbləğində tutulması tələbinə dair iddiasından imtina etməsi haqqında ərizəsini müzakirə edib, belə nəticəyə gəlir ki, işdə iddiadan imtinanın qəbul edilməməsi üçün əsas verən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52.5-ci maddəsinə göstərən hallar yoxdur. Bu səbəbdən də, İddiaçı iddiadan imtinası məhkəmə tərəfindən qəbul olunmalı və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 191.2-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina etdikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 261.0 və 261.0.4-cü maddələrinə əsasən, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 262-264, 267- 268-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r v e r d i: İddiaçı Cavabdeh qarşı alimentin sabit pul məbləğində tutulması tələbinə dair mülki iş üzrə iddiaçının iddiadan imtinası qəbul olunsun və iş üzrə icraata xitam verilsin. Qərardaddan şikayət, qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində qərardadı çıxaran məhkəməyə verilə bilər. Qərardad ondan şikayət vermək hüququna malik olan şəxslərin yanında elan edilmişdirsə, şikayət vermə müddəti qərardadın elan olunduğu vaxtdan hesablanır. Sədrlik edən: Zamiq Əliyev.
Məhkəmə qərarları › İş №2(079)-83/2021
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərardad — İş №2(079)-83/2021
09.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver