Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-861/2025 04.02.2026 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X2 məhkəmə iclas katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı “19” dekabr 2025-ci ildə iddia ərizəsi ilə Babək Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh 20 sentyabr 2022-ci il təvəllüdlü X6 ilə 31 mart 2024-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay aylıq qazancının və (və ya) başqa gəlirlərinin hissəsi miqdarında alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. O, tələbini əsaslandıraraq qeyd etmişdir ki, Cavabdeh ilə 07 yanvar 2020-ci ildə Şahbuz rayon Qeydiyyat şöbəsində nikah qeyd etdirərək evlənmişlər. Birgə nikahdan iki övladları olmuşdur: 20 sentyabr 2022-ci il təvəllüdlü X6 və 31 mart 2024-cü il təvəllüdlü X7. Qayınanasının müdaxiləsi üzündən 04 dekabr 2025-ci il tarixdən Orxanla ayrı yaşayırlar. Bu müddətdə cavabdeh heç bir formada övladlarına maddi köməklik etməmişdir. Bununla bərabər aliment verməyəcəyini bildirmişdir. Özü işləmir. Uşaqların saxlanılmasında çətinlik çəkir. Buna görə, alimentlə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Orxan N saylı hərbi hissədə hərbi qulluqcu kimi xidmət edir. Aylıq əmək haqqı olaraq N manat aldığı halda uşaqlarının tələbatları ilə maraqlanmamışdır. Buna görə də cavabdehdən aylıq qazancının və (və ya) başqa gəlirlərinin ⅓ hissəsi miqdarında alimentin tutularaq ona ödənilməsini istəyir. İddiaçı məhkəmə iclasında verdiyi izahatında yoldaşının evə baxmadığını, kirayə xərcləri və marketə olan borclarının yığışıb qaldığını, cavabdehlə 04 dekabr 2025-ci il tarixdən ayrı yaşadıqlarını, ayrı qaldıqları vaxt ərzində cavabdehin uşağın saxlanılması üçün ona heç bir maddi yardım etmədiyini, 21 dekabr 2025-ci il tarixədək anası ilə birlikdə kirayədə yaşadıqlarını, həmin vaxtdan sonra atasının evində yaşadığını, cavabdehin “050” nömrəli hərbi hissədə gizir işlədiyini, N manat əmək haqqı aldığını, özünün isə hər hansı gəlirinin olmadığını, tələbinin təmin olunmasını bildirmişdir. Cavabdehin nümayəndəsi Nümayəndə məhkəmə iclasında verdiyi izahatında Orxanın alimenti ödəyəcəyini, amma onların ailəsinə cavabdehin valideynlərinin müdaxilə etdiklərini, iddiaçının iddia ərizəsində Orxanın uşaqlarına baxmadığı, onların tələbatını ödəmədiyi ilə bağlı bildirdiklərinin doğru olmadığını, cavabdehin gizir işlədiyini, 1950 manat əmək haqqı aldığını bildirmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxmışdır. Mülki işin materiallarını işdə iştirak edən şəxslərin izahatı ilə qarşılıqlı şəkildə tədqiq edən məhkəmə müəyyən edir ki, 07 yanvar 2020-ci il tarixdə tərəflər arasında nikahın bağlanması, onların birgə nikahından X6 və X4 doğulması, tərəflərin hazırda ayrı yaşaması və onların birgə nikahlarından doğulmuş uşaqların anası, yəni iş üzrə iddiaçının yanında qalması işin mübahisəsiz hallarıdır. Belə ki: - Şahbuz rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 07 yanvar 2020-ci il tarixli, AZ-İİ seriyalı, 157243 nömrəli nikah haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən Cavabdeh ilə X1 arasında 07 yanvar 2020-ci il tarixdə nikah bağlanması, bunun nikahın bağlanması haqqında akt qeydləri kitabında 01 nömrə ilə qeyd edilməsi; - Şahbuz rayon Qeydiyyat Şöbəsi tərəfindən verilən 11 oktyabr 2022-ci il tarixli, AZ-İV seriyalı, 785122 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən tərəflərin 20 sentyabr 2022-ci il tarixdə X6 adlı övladının dünyaya gəlməsi; - Şahbuz rayon Qeydiyyat Şöbəsi tərəfindən verilən 25 aprel 2024-cü il tarixli, AZ-V seriyalı, 214266 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən tərəflərin 31 mart 2024-cü il tarixdə X7 adlı övladının dünyaya gəlməsi; - iddia tələbindən və izahatlardan tərəflərin ayrı yaşaması, onların birgə nikahından olan uşaqların hazırda anası, yəni iş üzrə iddiaçının yanında qalması və cavabdehin uşaqların saxlanılmasında iştirak etməməsi aydın olur. Məhkəmə araşdırması nəticəsində cavabdehin uşaqları saxlamaq vəzifəsini yerinə yetirmədiyi məlum olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci hissəsində qeyd olunur ki, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə əsasən valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi həmçinin Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra - “AM”) 75.1-ci maddəsində və “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsində əks olunmuşdur. AM-in 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. AM-in 75.1 və 75.2-ci maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. AM-in 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. AM-in 76.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: - 76.1.1-ci maddəsinə əsasən 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; - 76.1.2-ci maddəsinə əsasən 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; - 76.1.3-cü maddəsinə əsasən 3 və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı. AM-in 76.2-ci maddəsinə əsasən bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. İş materialları ilə tərəflərin yetkinlik yaşına çatmamış iki uşaqlarının olması müəyyən edildiyindən məhkəmə hesab edir ki, AM-in 76.1.3-cü maddəsinə əsasən 2 uşağa görəqazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında aliment tutulmalıdır. Məhkəmə tərəflərin ailə və maddi vəziyyətini nəzərə alaraq belə hesab edir ki, sözügedən payların miqdarının hazırki vəziyyətdə dəyişdirilməsi (azaldılması və ya artırılması) üçün hər hansı diqqətəlayiq hallar müəyyən olunmamışdır. AM-in 55.2-ci maddəsinə əsasən aliment, pensiyalar, müavinətlər şəklində uşağa ödənilən məbləğ valideynlərin (onları əvəz edən şəxslərin) sərəncamına daxil olur, onlar tərəfindən uşaqların saxlanmasına, tərbiyəsinə və təhsilinə xərclənir. Yetkinlik yaşına çatmayan uşaqların ananın (iddiaçının) yanında saxlanılmasını və yuxarıda qeyd edilən normanın mahiyyətini nəzərə alan məhkəmə qeyd edir ki, uşaqların saxlanılması üçün müəyyən edilən aliment məbləği iddiaçının sərəncamına daxil olmalı, aliment uşaqların anasına ödənilməlidir. AM-in 77-ci maddəsinə əsasən uşaqlar üçün valideynlərinin aliment tutulan, manat və xarici valyuta ilə aldıqları əmək haqqının və (və ya) başqa gəlirlərinin növləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. AM-in 100.2-ci maddəsinin tələbinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İddiaçının iddia ərizəsi isə Babək Rayon Məhkəməsinin icraatına xx.xx.2025-ci il tarixdə daxil olmuşdur. Aliment tələbinin icra edilməsi anı ilə bağlı isə məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 234.2.1-ci maddəsində dərhal icra olunmalı qətnamələrdən biri kimi şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması qeyd olunmuşdur. MPM-in 112.1 və 112.1.3-cü maddələrinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1 və 9.1.2-ci maddələrinə əsasən aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. MPM-in 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh 30.00 manat (otuz manat) miqdarında dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, xx.xx.2025-ci il tarixdən hesablanmaqla, 20 sentyabr 2022-ci il təvəllüdlü X3 və 31 mart 2024-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün iş üzrə Cavabdeh hər ay qazancının və (və ya) başqa gəlirlərinin üçdə bir hissəsi məbləğində aliment tutulub uşaqların anası İddiaçı ödənilməli, qətnamə alimentə dair hissədə dərhal icra olunmalı, Cavabdeh 30 manat (otuz) məbləğində dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənləri və MPM-in 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia təmin edilsin. xx.xx.2025-ci il tarixdən hesablanmaqla, 20 sentyabr 2022-ci il təvəllüdlü X3 və 31 mart 2024-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün iş üzrə Cavabdeh hər ay qazancının və (və ya) başqa gəlirlərinin üçdə bir hissəsi məbləğində aliment tutulub uşaqların anası İddiaçı ödənilsin. Cavabdeh 30 manat (otuz manat) məbləğində dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə alimentin tutulmasına dair hissədə dərhal icra olunsun. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Günay İsmayıl
Məhkəmə qərarları › İş №2(079)-861/2025
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-861/2025
04.02.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver