Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-91/2024 14.02.2024 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X2 məhkəmə iclas katibliyi, iddiaçının vəkil-nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı xx.xx.2024-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, övladları 09 iyun 2014-cü il təvəllüdlü X1 və 27 avqust 2015-ci il təvəllüdlü X3 yetkinlik yaşma çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay qazancının və (və ya) başqa gəlirlərinin 1/3 hissəsi məbləğində alimentin alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddiasını əsaslandıraraq bildirmişdir ki, Cavabdeh ilə 14 iyun 2013-cü ildə rəsmi nikah qeyd etdirərək evlənmişik. Birgə nikahdan iki övladımız 09 iyun 2014-cü il təvəllüdlü X4 və 27 avqust 2015-ci il təvəllüdlü X5 olmuşdur. Qeyd edirəm ki, Cavabdeh ilə yola getmədiyimizdən Naxçıvan Şəhər Məhkəməsinin 20 dekabr 2017-ci il tarixli qətnaməsi ilə nikahımız pozulmuş və Cavabdeh qazancından iki uşağın saxlanması üçün ümumilikdə 220 manat sabit məbləğdə alimentin alınıb mənim xeyrimə ödənilməsi müəyyən edilmişdir. 3 il aliment ödədikdən sonra Əhsənin xahişi ilə alimentdən imtina etdim. Belə ki, müəyyən səbəblərdən onun aliment verməsinin bilinməsini istəmirdi. Sonradan alimenti vaxtında ödəyirdi. Son 8 aydır ki, alimenti vaxtında ödəmir. Buna görə uşaqların saxlanılmasında çətinlik çəkdiyimdən yenidən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışam. Bildirmək istəyirəm ki, cavabdeh Babək rayon tam orta məktəbində direktor vəzifəsində işlədiyindən ondan uşaqların saxlanılması üçün hər ay qazancının və (və ya) başqa gəlirlərinin 1/3 hissəsi məbləğində alimentin alınaraq mənə verilməsi istəyirəm. Tələbimin əsası kimi istinad etdiyim fakt və halları sübutlar siyahısı olaraq təsdiq edilmiş doğum haqqında şəxsiyyət vəsiqəsinin surətini, doğum haqqında şəhadətnamənin surətini, Naxçıvan Şəhər Məhkəməsinin 20 dekabr 2017-ci il tarixli qətnaməsinin surətini və mediasya təşkilatında arayışını ərizəmə əlavə edirəm. Həmçinin bildirirəm ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq cavabdeh 28 noyabr 2023-cü il tarixdə keçirilən ilkin mediasiya sesiyasında iştirak etməmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə mülki işə iddiaçının iştirakı olmadan baxmışdır. İddiaçının vəkil-nümayəndəsi Nümayəndə məhkəmə iclasında verdiyi izahatında iddia ərizəsində qeyd edilən faktlara istinad etmiş, həmçinin iddiaçının artıq öz ailəsi yaşamaq istəmədiyindən kirayə mənzilə çıxmaq fikrində olduğunu və bunun da uşaqların saxlanılması üçün vəsaitin də məbləğinə təsirinin olacağıbı bildirmişdir. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, mən cavabdehlə aramızda alimentlə bağlı olan bundan əvvəlki məhkəmə prosesində hələ 2017-ci ildə yaşayış minimumu indikindən xeyli az olanda 1 uşaq üçün 110 manat aliment təyin edilməsinə özüm razılıq vermişəm. Heç vaxt uşaqların məsuliyyətini üzərimdən atmamışam. Uşaqlarımı çox sevirəm. Özüm Naxışnərgiz kənd orta məktəbinin direktoruyam, övladlarımın mənim kimi vətəninə bağlı, savadlı gənclər olaraq yetişməsini istəyirəm və onlar üçün əlimdən gələni etməyə hazıram. Hazırda da alimenti ödəməyə heç bir etirazım yoxdur. Sadəcə olaraq aliment təyinatı üzrə uşaqlara xərclənmir. Dekabr ayında iddiaçıya 500 manat pul göndərmişəm. Lakin göndərilən pulları ancaq özü üçün xərcləyir, qızıl mağazasına, saat və telefon mağazalarına borcu vardır, bahalı geyimlər geyinir. Mağaza sahibləri mənə zəng edib iddiaçının borclarını ödəməsini tələb edir. Göndərdiyim pulu isə belə şeylərə və başqa adamlara xərcləyir. İddiaçının öz atası da bütün bunları təsdiq edir, özünün də işləməsinə baxmayaraq uşaqlar üçün lazım olan şeyləri alıb gətirmədiyini bildirir. İddiaçının bacısı isə Bakıdan mənə təhqiredici sözlər yazıb nəyə görə uşaqlarıma baxmadığımı, uşaqlara lazım olan pal-paltarı özünün aldığını bildirir. Uşaqları isə görməyə, onların ehtiyacları ilə maraqlanmağa imkan vermir. İddiaçı özü ədəbiyyat muzeyində işləyir, işdə olduğu vaxt ərzində uşaqlara heç kim baxmır, təhsilləri ilə heç kim maraqlanmır. Uşaqlara lazımi diqqət və qayğı göstərmir. Onların kiçik toyunu etdirmişəm. İddiaçı və bacısı da toyda iştirak edib və toydan yığılan 1000 manata yaxın pulu isə götürüb aparıblar. Uşaqlarımın hər zaman qayğısına qalıram. Sadəcə aliment təyinatı üzrə xərclənmədiyindən buna etiraz edirəm. Hazırda isə uşaqların alınıb verilməsi ilə bağlı mediasiya prosesini başlatmışam, uşaqların geyimi, təmizliyi və qidalanması pis gündədir. Uşaqların məktəb xərclərini, 1 həftədir xəstə olduqları üçün hər zamankı kimi müalicəsini, hazırlıq pullarını özüm ödəyirəm. Əlavə olaraq uşaqların saçının vurulmasını, geyimini və s. mən qarşılayıram. Alimentdən imtina edildiyi vaxtdan 2023-cü ilin dekabr ayına qədər isə hər ay iddiaçıya 250 manat pul verirdim. Məhkəməyə müraciət edildikdən sonra aliment ödənilməsini saxlamışam. Aylıq vəzifə maaşım 700 manatdır. Dərs yükünə görə ***-**** manat aralığında dəyişir, lakin elektron sistemdə qeyd olunan məbləğdə əmək haqqı almıram, vergilərdən azad olunmamış bütün məbləğ qeyd olunmuşdur. Uşaqların anadan alınıb mənə verilməsi ilə bağlı iddia qaldırmaq niyyətim vardır. Hazırda isə iddianı iki uşağa birlikdə 250 manat sabit pul məbləğində alimentin ödənilməsinə dair hissədə qəbul edirəm, əmək haqqının 1/3 hissəsi miqdarında alimentin tutulmasına razı deyiləm. Mülki işin materiallarını tədqiq edən məhkəmə qeyd edir ki, 09 iyun 2014-cü il təvəllüdlü X1 və 27 avqust 2015-ci il təvəllüdlü X3 atalarının Cavabdeh, analarının isə İddiaçı olduğu işin mübahisəsiz hallarıdır. İş materiallarına əlavə edilmiş AZ-İİİ seriyalı, 079691 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən belə məlum olur ki, atası Cavabdeh, anası İddiaçı olan X4 xx.xx.2014-cü ildə doğulmuşdur. Həmçinin iş materiallarına əlavə edilmiş AZ-İİİ seriyalı, 309175 nömrəli doğum akt qeydləri kitabından çıxarışdan belə məlum olur ki, atası Cavabdeh, anası İddiaçı olan X5 xx.xx.2015-ci ildə doğulmuşdur. Məhkəmə araşdırması nəticəsində isə cavabdehin uşaqları saxlamaq vəzifəsini lazımınca yerinə yetirmədiyi məlum olur. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı normaları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci hissəsində qeyd olunur ki, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə əsasən valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi həmçinin Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra - “AM”) 75.1-ci maddəsində və “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsində əks olunmuşdur. AM-in 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. AM-in 75.1 və 75.2-ci maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. AM-in 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. AM-in 76.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: - 76.1.1-ci maddəsinə əsasən 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; - 76.1.2-ci maddəsinə əsasən 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; - 76.1.3-cü maddəsinə əsasən 3 və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı. AM-in 76.2-ci maddəsinə əsasən bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Məhkəmələrinin Elektron Məhkəmə İnformasiya Sistemindən cavabdehin gəlir məlumatları üzrə çıxarışdan belə məlum olur ki, o, işəgötürəni Babək Rayon Təhsil Şöbəsi olmaqla direktor vəzifəsində işləyir və 1336 (bir min üç yüz otuz altı) manat əmək haqqı alır. Azərbaycan Respublikası Məhkəmələrinin Elektron Məhkəmə İnformasiya Sistemindən iddiaçının gəlir məlumatları üzrə çıxarışdan belə məlum olur ki, o, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyində köməkçi heyət vəzifəsində işləməklə 491 (dörd yüz doxsan bir) manat əmək haqqı alır. İş materialları ilə tərəflərin yetkinlik yaşına çatmamış iki uşaqlarının olması müəyyən edildiyindən məhkəmə hesab edir ki, AM-in 76.1.2-ci maddəsinə əsasən 2 uşağa görə-qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında aliment tutulmalıdır. Məhkəmə tərəflərin ailə və maddi vəziyyətini nəzərə alaraq belə hesab edir ki, sözügedən payların miqdarının hazırki vəziyyətdə dəyişdirilməsi (azaldılması və ya artırılması) üçün hər hansı diqqətəlayiq hallar müəyyən olunmamışdır. AM-in 55.2-ci maddəsinə əsasən aliment, pensiyalar, müavinətlər şəklində uşağa ödənilən məbləğ valideynlərin (onları əvəz edən şəxslərin) sərəncamına daxil olur, onlar tərəfindən uşaqların saxlanmasına, tərbiyəsinə və təhsilinə xərclənir. Yetkinlik yaşına çatmayan uşaqların ananın (iddiaçının) yanında saxlanılmasını və yuxarıda qeyd edilən normanın mahiyyətini nəzərə alan məhkəmə qeyd edir ki, uşaqların saxlanılması üçün müəyyən edilən aliment məbləği iddiaçının sərəncamına daxil olmalı, aliment uşaqların anasına ödənilməlidir. AM-in 77-ci maddəsinə əsasən uşaqlar üçün valideynlərinin aliment tutulan, manat və xarici valyuta ilə aldıqları əmək haqqının və (və ya) başqa gəlirlərinin növləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. AM-in 100.2-ci maddəsinin tələbinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İddiaçının iddia ərizəsi isə Babək Rayon Məhkəməsinin icraatına xx.xx.2024cü il tarixdə daxil olmuşdur. Aliment tələbinin icra edilməsi anı ilə bağlı isə məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 234.2.1-ci maddəsində dərhal icra olunmalı qətnamələrdən biri kimi şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması qeyd olunmuşdur. MPM-in 112.1 və 112.1.3-cü maddələrinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1 və 9.1.2-ci maddələrinə əsasən aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. MPM-in 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh 73.40 manat (yetmiş üç manat qırx qəpik) miqdarında dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, xx.xx.2024-cü il tarixdən hesablanmaqla, 09 iyun 2014-cü il təvəllüdlü X1 və 27 avqust 2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün iş üzrə Cavabdeh hər ay qazancının və ( və ya) başqa gəlirlərinin 1/3 hissəsi məbləğində aliment tutulub uşaqların anası İddiaçı ödənilməli, qətnamə alimentə dair hissədə dərhal icra olunmalı, Cavabdeh 73.40 manat (yetmiş üç manat qırx qəpik) məbləğində dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia təmin edilsin. Alimentin tutulmasının əvvəli 08 yanvar 2024-cü il tarixdən hesablanmaqla, 09 iyun 2014-cü il təvəllüdlü X1 və 27 avqust 2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün iş üzrə Cavabdeh hər ay qazancının və ( və ya) başqa gəlirlərinin 1/3 hissəsi məbləğində aliment tutulub uşaqların anası İddiaçı ödənilsin. Cavabdeh 73.40 manat (yetmiş üç manat qırx qəpik) məbləğində dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə dərhal icra olunsun. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(079)-91/2024
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-91/2024
14.02.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver