Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(079)-94/2021 11.02.2021 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X3 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı xx xxxxxx 2021-ci ildə iddia ərizəsi ilə Babək Rayon Məhkəməsinə müraciət edərək xx xxxxxx 2018-ci il tarixdə doğulmuş X1 və xx xxxxxx 2020-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün hər ay cavabdehin qazancının və (və ya başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarda alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. O, iddiasını əsaslandıraraq qeyd etmişdir ki Cavabdeh ilə el adəti üzrə xx xxxx 2017-ci il tarixdə faktiki olaraq evlənib, xx xxxxxx 2020-ci ildə nikah bağlamışıq. Birgə yaşadığımız müddətdə bizim xx xxxxxx 2018-ci il tarixdə X4 və xx xxxxxx 2020-ci il tarixdə X5 adlı iki övladımız doğulmuşdur. Ceyhunla ailə qurandan demək olar ki, normal yola getməmişik, aramızda daim problemlər yaranıb. Mən dəfələrlə cavabdehlə olan mübahisəmizə görə onunla birlikdə yaşadığım evi tərk edərək atamın evinə getmək məcburiyyətində olsam da, uşaqlarıma görə onunla yenidən barışıb, heç bir şey olmamış kimi ailə həyatımı davam etdirməyə çalışmışam. Bizim aramızda baş verən problemlərin əsas səbəbi kənar şəxslərin müdaxiləsindən qaynaqlanır. Sonuncu dəfə xx xxxxxx 2020-ci il tarixdə Ceyhunla aramızda olan mübahisəyə səbəb mənim ad günümə valdeynlərimin gəlməməsi və mənə nəsə alıb verməmələrinə görə baş verib. Həmin gün mən uşaqları da götürüb atamın evinə getməyə məcbur oldum və hazırda da onun yanında yaşayıram. Təqribən ayrı yaşadığımız bir aya yaxın müddətdə Ceyhunla bir dəfə əlaqəmiz olsa da, ailənin bərpası üçün heç bir razılığa gəlməmişik. Birgə yaşadığımız müddətdə Ceyhun uşaqlarını maddi olaraq təmin etsə də ayrı yaşadığımız vaxtdan indiyə kimi onlarla maraqlanmamış, uşaqların maddi təlabtlarının ödənilməsində mənə heç bir köməklik etməmişdir. Mən özüm heç bir yerdə işləmirəm, valdeynlərimin köməkliyi ilə uşaqlarımı bir təhər saxlayıram. Mən hesab edirəm ki, uşaqları saxlamaq, onların zəruri ehtiyaclarını ödəmək mənim olduğu qədər, bir ata kimi Ceyhunun da borcudur. İddia ərizəsi Babək Rayon Məhkəməsinin “21” yanvar 2021-ci il tarixli qərardadı ilə icraata qəbul edilmiş və mülki iş məhkəmə iclasında baxılmağa təyin edilmişdir. İddiaçı xx xxxxxx 2021-ci il tarixdə keçirilən məhkəmə iclasında ərizə ilə müraciət edərək, iddia ərizəsi ilə Cavabdeh qarşı aliment tələbinə dair iddia qaldırdığını, hazırda cavabdehlə barışdığını və ona görə də iddiadan imtina etdiyini bildirərək, mülki işin icraatına xitam verilməsini xahiş etmişdi. İddiaçının iddiadan imtina etməsi ilə bağlı məhkəmə qeyd edir ki, hüququn hamılıqla qəbul olunmuş dispozitivlik prinsipi onu nəzərdə tutur ki, tərəflər bu prinsipdən çıxış edərək pozulmuş hüquqlarının müdafiəsinin zəruriliyi məsələsini özləri həll edir, müdafiə üçün məhkəməyə müraciət etmək və ya etməmək, iddia qaldırmaq, onu geri götürmək, mübahisədən imtina etmək, yaxud da tələb olunan müdafiənin həcmini müəyyən etmək şəxsin özündən asılı olur. Bundan irəli gələrək, öz məqsədinə nail olmaq üçün prosessual vasitələri seçmək də onun sərbəst sərəncamında olmalıdır. Lakin bununla bərabər mülki prosessual qanunvericilikdə qeyd olunur ki, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır (maddə 52.5). Məhkəmə iddiaçının Cavabdeh qarşı aliment tələbinə dair iddiasından imtina etməsi haqqında ərizəsini müzakirə edib, belə nəticəyə gəlir ki, işdə iddiadan imtinanın qəbul edilməməsi üçün əsas verən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52.5-ci maddəsinə göstərən hallar yoxdur. Bu səbəbdən də, İddiaçı iddiadan imtinası məhkəmə tərəfindən qəbul olunmalı və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 191.2-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina etdikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 261.0 və 261.0.4-cü maddələrinə əsasən, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. Göstərilənləri, Azərbaycan Respublikası Konstitusiyasının 129, “Məhkəmələr və Hakimlər haqqında Qanun”un 5-ci və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 262-264, 267- 268-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r v e r d i: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki iş üzrə iddiaçının iddiadan imtinası qəbul olunsun və iş üzrə icraata xitam verilsin. Qərardaddan şikayət, qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində qərardadı çıxaran məhkəməyə verilə bilər. Qərardad ondan şikayət vermək hüququna malik olan şəxslərin yanında elan edilmişdirsə, şikayət vermə müddəti qərardadın elan olunduğu vaxtdan hesablanır. Sədrlik edən: Zamiq Əliyev.
Məhkəmə qərarları › İş №2(079)-94/2021
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərardad — İş №2(079)-94/2021
11.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver