Azərbaycan Respublikası adından QƏTNAMƏ Ordubad şəhəri İş № 2(080)-105/2023 05.07.2023 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Ordubad Rayon Məhkəməsinin hakimi Haqverdiyev Tural Ziyat oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı ailə münasibətləri üzrə paylı mülkiyyətdə olan əmlakın-payın dəyərinin ödənilməsi tələbinə dair mülki işə Ordubad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Cavabdeh paylı mülkiyyətdə olan Ordubad rayon,Vənənd kəndində yerləşən daşınmaz əmlakın - fərdi yaşayış evinin V 2 hissədə payın və ümum sahəsi 0.0689 ha olan torpaq sahəsindən isə ona çatan 1/3 hissədə pay dəyərinin cavabdeh tərəfindən ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsinin məzmununa uyğun olaraq izahatında iddianı müdafiə etmiş, izahatında bildirmişdir ki, Ordubad rayon Məhkkəməsinin 28 iyun 2019-cu il tarixli qətnaməsi ilə sabiq həyat yoldaşı Cavabdeh ilə birgə nikah dövründə əldə etdikləri əmlak (Ordubad rayonu Vənənd kəndində yerləşən ümumi sahəsi 108,21 kv-m olan fərdi yaşayış evinin birgə nikah dövründə əldə edilmiş əmlak kimi tanınmaqla 1/2 hissədə payın və ümumi sahəsi 0,0689 ha olan torpaq sahəsindən isə ona çatan 1/3 hissədə payın müəyyən olunması qət edilmişdir. Bundan sonra cavabdehlə müəyyən bir razılığa gəlmək üçün təkliflər etmişdir. Belə ki, evdən çıxmaq müqabilində müəyyən məbləğdə kompensasiya təklifini qəbul etməyərək,başqa bir yaşayış evi almağını tələb etdi. İddiaçı bir neçə ev göstərərək, bəyənərsə alacağını bildirmiş, lakin cavabdeh heç bir təklifini müsbət qarşılamamışdı. İddiaçı aydın olmuş ki, bu yolla Cavabdeh Eməmmədovu bezdirib evdən uzaqlaşdırmaq istəyir. İddiaçı isə başqa yerdə yaşamağa yeri yoxdur. Cavabdehlə faktiki ailə münasibətlərinə son qoyduğu üçün bir yerdə yaşamaları mümkün deyil. Üstəlik İddiaçı yeni ailə həyatı qurmuş, uzun illər min-bir əziyyətlə tikib başa çatdırdığı evdə o yaşaya bilmir.Bir mülkiyyətçi kimi İddiaçı o evdə hüquqları olsa da, bu hüquqlarını normal şəkildə həyata keçirə bilmir. Bu səbəbdən də mülkiyyətdən ona çatan payın nuturada ayrılmasını tələb etmiş, lakin mülkiyyətdə olan mübahisəli mənzilin real bölgüsü mümkün olmadığından və cavabdeh tərəfdən kompensasiya ödənilməsi ilə bağlı məbləğdə razılıq əldə edilmədiyindən iddia tələbi rədd edilmişdir. Paylı mülkiyyətdə olan Ordubad rayon,Vənənd kəndində yerləşən daşınmaz əmlakın - fərdi yaşayış evinin ½ hissədə payın və ümum sahəsi 0.0689 ha olan torpaq sahəsindən isə ona çatan 1/3 hissədə pavın dəyərinin cavabdeh tərəfindən ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. 05 iyul 2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, O, Ordubad rayon,Vənənd kəndində yerləşən evlərində yaşayır.Onun imkanı yoxdur İddiaçı pul versin, evin satılmasına da razı deyil. İş materallarnda olan- Ordubad Rayon Məhkəməsinin 28 iyun 2019-cu il tarixli qətnaməsi ilə müəyyən olunmuş 108.21 kv-m olan fərdi yaşayış evinin ½ hissə və ümumi sahəsi 0,0689 ha olan torpaq sahəsindən isə ona çatan 1/3 hissə olmaqla İddiaçı mülkiyyət payları müəyyən edilmişdir. Ordubad Rayon Məhkəməsinin xx.xx.2021 ci il tarixli 2(080)-55/2021 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı Ordubad Rayon Vənənd kəndində yerləşən 1/2 hissədə evdən, ümumi sahəsi 0,0689 ha orpaq sahəsindən ona düşən 1/3 hissədə payın naturada ayrılması tələbi barədə iddiası rədd edilmişdir. Аzərbаycаn Rеspublikаsının Mülki məcəlləsinin 220-ci maddəsinin tələbinə əsasən bu məcəllənin 220.3-20.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması aşıq aşkar mümkün olmadıqda məhkəmə əmlakın aşıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Həmin Məcəllənin: Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. (220.1.) Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. (220.3.) Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. (220.2.) Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. (220.4.) Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. (220.6.) Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər.( 220.5.) Аzərbаycаn Rеspublikаsının Konstitusiya Məhkəməsinin Azərbaycan respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəəlarının şərh edilməsinə dair 4 aprel 2014-cü il il tarixli plenum qərarının qey edilirik ki, məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın aşıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilə arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Аzərbаycаn Rеspublikаsının Mülki məcəlləsinin 220.3-20.5-ci maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Beləliklə məhkəmə yuxarıda qeyd olunan Mülki Məcəlləsinin müddəalarına və Аzərbаycаn Rеspublikаsının Konstitusiya Məhkəməsinin 4 aprel 2014-cü il il tarixli plenum qərarına əsaslanaraq belə nəticəyə gəlir ki İddiaçı iddiası rədd olunmalıdır. Belə ki Ordubad Rayon məhkəməsi İddiaçı iddia ərizəsi əsasında 28 iyun 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasında birgə nikah dövründə qazanılmış əmlakın bölünməsi qaydasında iddiaçı və cavabdehin payları müəyyən olunmuşdur. İddiaçı 01 fevral 2021-ci il tarixli iddia ərizəsi ilə yenidən Ordubad rayon Məhkəməsinə müraciət edərək Ordubad Rayon Məhkəməsinin 28 iyun 2019-cu il tarixli qətnaməsi ilə müəyyən olunmuş 108.21 kv-m olan fərdi yaşayış evinin ½ hissə və ümumi sahəsi 0,0689 ha olan torpaq sahəsindən isə ona çatan 1/3 hissədə payın naturada ayrılmasını məhkəmədən xahiş etmiş, Ordubad Rayon Məhkəməsinin xx.xx.2021 ci il tarixli 2(080)-55/2021 saylı qətnaməsi ilə iddiası rədd edilmişdir. İş üzrə toplanmış sübutları araşdırarkən məhkəmə müəyyən etmişdir ki, İddiaçı Ordubad Rayon Vənənd kəndində yerləşən Ordubad Rayon Məhkəməsinin xx.xx.2021 ci il tarixli 2(080)-55/2021 saylı qətnaməsi ilə müəyyən olunmuş 108.21 kv-m olan fərdi yaşayış evinin ½ hissə və ümumi sahəsi 0,0689 ha olan torpaq sahəsindən isə ona çatan 1/3 hissə payın naturada bölünüb verilməsi mümkün olmadığından rədd edilmişdir. Cavabdeh isə pulu olmadığından iddiaçıya əmlakın dəyərinin 23800 manatın yarısını ödəyə bilmir. 100 manat məbləğində dövlət rüsumunun ilə bağlı məsələni müzakirə edib, belə nəticəyə gəlir ki, iddia rədd edildiyindən ödənilmiş məsrəflərin və 100 manat məbləğində dövlət rüsümu iddiaçıya aid edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Аzərbаycаn Rеspublikаsının Mülki-Prosessual Məcəlləsinin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Аzərbаycаn Rеspublikаsının Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Аzərbаycаn Rеspublikаsının Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə göstərilənləri, Аzərbаycаn Rеspublikаsının MPM-nin 216-220-ci mаddələrini rəhbər tutаrаq qət etdi: İddiaçı Cavabdeh qarşı paylı mülkiyyətdə olan Ordubad Rayon Vənənd kəndində yeləşən daşınmaz əmlakın fərdi yaşayış evinin 1/2 hissədə payın və ümumi sahəsi 0.0689 ha olan torpaq sahəsindən isə ona çatan 1/3 hissədə payın dəyərinin Cavabdeh tərəfindən ona ödənilməsi barədə iddiası rədd edilsin. İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə Kapital Bank ASC-nə (qəbz nömrəsi- 26031) ödənilmiş 100 manat məbləğində dövlət rüsumu özünə aid edilsin. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində "Elektron məhkəmə" informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Tural Haqverdiyev
Məhkəmə qərarları › İş №2(080)-105/2023
Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qətnamə — İş №2(080)-105/2023
05.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver