Məhkəmə qərarları › İş №2(080)-116/2020

Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qətnamə — İş №2(080)-116/2020

09.09.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ordubad şəhəri İş № 2(080)-116/2020 09.09.2020 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Ordubad Rayon Məhkəməsinin sədri Haqverdiyev Tural Ziyad oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin əmək haqqına görə təyin olunması tələbinə dair mülki işə Ordubad Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı xx xxxxxx 2020-ci il tarixdə iddia ərizəsi ilə Ordubad Rayon Məhkəməsinə müraciət etmiş, Cavabdeh xx.xx.2009-cu il təvəllüdlü X5 və xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanması üçün qazancının və (və ya) başqa gəlirlərinin 1/3 hissəsi miqdarından alimentin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddiasını müdafiə etmiş, izahatında bildirmişdir ki, Cavabdeh ilə xx xxxx 2008-ci il tarixdə Ordubad rayon Biləv kənd İƏDÜN-də rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşlar.Onların birgə nikahlarından xx.xx.2009-cu il tarixdə X5 və xx.xx.2012-ci il tarixdə X6 anadan olmuşdur.Onlar evləndikdən sonra Naxçıvan şəhərində kirayədə yaşamışlar.İddiaçı Naxçıvan şəhər 4 saylı uşaq bağçasında tərbiyəçi, Cavabdeh isə Gəmiqaya şirkətində işləyirlər.Evləndikləri ilk vaxtlarda mehriban yaşamışlar. Sonradan İddiaçı ilə Cavabdeh onun spirtli içki qəbul etdiyindən ailə münasibətlərində narazıçılıq olmuşdur.Halhazırda onlar 2 aydır ayrı yaşayırlar.İddiaçı Biləv kəndində övladları ilə birgə atasının himayəsində yaşayır.Onlar ayrı yaşadıqları dövürdə Cavabdeh uşaqların saxlanılması üçün İddiaçı heç bir maddi köməklik etməmişdir.Cavabdeh Gəmiqaya şirkətində işləyir, 850 manat əmək haqqı alır, onun 450 manatını kart vasitəsi ilə, 400 manatını isə əmək haqqı cədvəli ilə alır.İddiaçı Cavabdeh uşaqlara maddi köməklik etmədiyindən aliment tələb etmək qərarına gəlmişdir. İddiaçı bu səbəbdən xx.xx.2009-cu il tarixdə doğulmuş X5 və xx.xx.2012-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün üçün hər ay Cavabdeh qazancının və (və ya) başqa gəlirlərinin 1/3 hissəsi miqdarında aliment alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh rəsmi qaydada məlumat verilmiş, Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin hər hansı bir üzrlü səbəbdən olması barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Bunu nəzərə alan məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə olunmuş- ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1983-cü ildə Ordubad rayonu Biləv kəndində anadan olmuş, Ordubad rayonu Biləv kəndində qeydiyyatdadır. 255742 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və İddiaçı arasında nikah xx xxxx 2008-ci il tarixdə bağlanmış, bu barədə akt qeydləri kitabında 04 nömrə ilə qeyd edilmişdir. 851200 və 331148 saylı doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, xx.xx.2009-cu il tarixdə X5 və xx.xx.2012-ci il tarixdə X6 doğulmuş, uşaqların atası Cavabdeh, anası İddiaçıdır. xx xxxx 2020-ci il tarixli, 123 nömrəli arayışdan görünür ki, Cavabdeh Ordubad rayonu Behrud kəndində qeydiyyatdadır. xx xxxx 2020-ci il tarixli, 124 nömrəli arayışdan görünür ki, İddiaçı Ordubad rayonu Biləv kəndində qeydiyyatdadır. Azərbaycan Respublikasının Konstitusiyanın 60-cı maddəsində qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1 və 4.2-ci maddələrində isə qeyd olunur ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməli, iki uşağın saxlanması üçün Cavabdeh aylıq qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında aliment müəyyən edilməlidir. Belə ki, İddiaçı iddia ərizəsində, izahatında Cavabdeh xx.xx.2009-cu il tarixdə doğulmuş X5 və xx.xx.2012-ci il tarixdə doğulmuş X6 yetkinlik yaşına çatanadək saxlanması üçün aylıq qazancının 1/3 hissəsi miqdarında alimentin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etsə də, məhkəmə araşdırması zaman Cavabdeh əmək haqqı alması barədə məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Odur ki, qazancının olubolmamasından və ya qazancının məbləğindən asılı olmayaraq cavabdeh uşaqların yaşayışı üçün zəruri olan xərclərin minimum səviyyədə ödənilməsi üçün məsuliyyət daşıyır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə görə də valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitinin təmin edilməsinə görə əsas məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1, 76.1.2-ci maddələrinə görə aliment ödənilməsi barədə razılıq olmadıqda valideynlərdən hər ay iki uşağa görə qazancın (başqa gəlirlərin) 1/3 hissəsi miqdarında aliment tutulur. Beləliklə, Məhkəmə hesab edir ki, aliment tələbi təmin olunmalı, Cavabdeh xx.xx.2009-cu il tarixdə doğulmuş X5 və xx.xx.2012-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay aylıq qazancının (başqa gəlirlərin) 1/3 hissəsi miqdarından aliment alınıb İddiaçına verilməlidir. Məhkəmə alimentin tutulmasının hansı tarixdən hesablanması ilə bağlı məsələni müzakirə edərək belə hesab edir ki, alimentin tutulması İddiaçı məhkəməyə müraciət etdiyi gündən hesablanmalıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Odur ki, hazırki qətnamə ilə müəyyən edilən aliment məbləği bu barədə məhkəməyə müraciət olunan vaxtdan, yəni xx xxxxxx 2020-ci il tarixdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 234.2-ci maddəsinə əsasən qətnamə dərhal icra olunmalıdır. Məhkəmə tutulacaq dövlət rüsumu ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edildiyindən, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət nəfinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına görə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə müvafiq olaraq iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmələrin məcmusu ilə müəyyən edildiyinə görə iş üzrə 30 (otuz) manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi İddia təmin edilsin. xx.xx.2009-cu il tarixdə doğulmuş X5 və xx.xx.2012-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay Cavabdeh qazancının və (və ya) başqa gəlirlərinin 1/3 hissəsi miqdarında aliment alınıb İddiaçı verilsin. Alimentin tutulması xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Ordubad Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədr: Tural Haqverdiyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar