Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Ordubad şəhəri İş № 2(080)-132/2020 07.09.2020 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Mən Ordubad Rayon Məhkəməsinin X1, Kreditor” MMC-nin Naxçıvan MR, Ordubad Rayonu Əylis kəndində qeydiyyatda olan Borclu qarşı pul məbləğinin ödənilməsi tələbi barədə məhkəmə əmrinin verilməsinə dair ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək müəyyən etdi: Kreditor MMC-nin əmr icraatı qaydasında ərizə ilə məhkəməyə müraciət edərək pul məbləğinin ödənilməsinə dair məhkəmə əmrinin verilməsini xahiş etmişdir. Kreditor MMC-nin məhkəməyə təqdim etdiyi məhkəmə əmrinin verilməsinə dair ərizədən və ərizəyə əlavə olunmuş sənədlərdən görünür ki, Kreditor “Kreditor ” MMC-nin Naxçıvan MR, Ordubad Rayonu Əylis kəndində qeydiyyatda olan Borclu arasında xx.xx.2018-ci il tarixdə bağlanmış FSK3036 №-li Nisyə satış müqaviləsinə əsasən borc alana 516 manat məbləğində Samsung Gallaxy A20 32GB Black markalı mobil telefonu 12 ay müddətinə kredit yolu ilə verilmiş, Borclu 12 ay müddətinə ödəməyi öhdəsinə götürsə də ödəməmişdir. Ərizəyə əlavə olunmuş sənədlərdən görünür ki, kreditorun pul məbləğinin ödənilməsi tələbi aşkardır.Həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə və rəsmi qaydada bağlanmış əqdə əsaslanır.Buna görədə tələbkar borcludan pul məbləğinin ödənilməsi barəsində ərizə tələbi ilə əmr icraatı qaydasında məhkəməyə müraciət etməkdə haqlıdır.Belə olan halda, hesab edirəm ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 276-cı maddəsinə əsasən məhkəmə əmri verilə bilər. Məcəlləsinin 276.1 və 276.2.2-ci -ci maddələrinə əsasən, kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa və yaxud sadə yazılı formada bağlanmış əqdə əsaslanırsa məhkəmə əmri verilə bilər. Azərbaycan Respublikasının MM-nin 385.1.-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası MM-nin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası MM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 275-276, 280-284-cü maddələrini rəhbər tutaraq Əmr edirəm: xx.xx.2018-ci il tarixdə bağlanmış FSK3036 №-li Nisyə satış müqaviləsi üzrə 516 manat əsas borcun, həmçinin ərizə verilməsi üçün ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun, xx.xx.1981-cı il tarixdə Ordubad rayonu Əylis kəndində anadan olmuş, Naxçıvan MR, Ordubad Rayonu Əylis kəndində qeydiyyatda olan Borclu alınaraq ünvan 1 ünvanında yerləşənKreditor MMC-nin hesabına ödənilsin. Borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətinə əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Sədr : Tural Haqverdiyev.
Məhkəmə qərarları › İş №2(080)-132/2020
Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Məhkəmə əmri — İş №2(080)-132/2020
07.09.2020 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver