Məhkəmə qərarları › İş №2(080)-148/2021

Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qətnamə — İş №2(080)-148/2021

23.08.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ordubad şəhəri İş № 2(080)-148/2021 23.08.2021 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Ordubad Rayon Məhkəməsinin sədri Tural Ziyat oğlu Haqverdiyevin sədrliyi, X13 məhkəmə iclas katibliyi, İddiaçı nümayəndəsi X8 və Cavabdeh nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin dəyişdirilməsi tələbinə dair mülki işə Ordubad Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı 26 iyul 2021-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Ordubad Rayon Məhkəməsinin 15 oktyabr 2020-ci il tarixli, 2(080)-125/2020 nömrəli qətnaməsi ilə sabit pul məbləği ilə müəyyən edilmiş alimentin dəyişdirilməsi, alimentin onun əmək haqqından 1/3 hissəsi qədər tutularaq cavabdehə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Ordubad Rayon Məhkəməsində 2(080)-125/2020 saylı qətnaməsinə əsasən, İddiaçı və Cavabdeh arasında Ordubad rayon Qeydiyyat Şöbəsində 06 dekabr 2013-cü il tarixdə bağlanmış, həmin tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 91 nömrə ilə qeyd edilmiş nikah pozulmuşdur. Nikahın pozulmasından sonra 17 yanvar 2014-cü il tarixdə doğulmuş X5 və X2 Türkanə Ələsgər qızının yanında saxlanılması və bununla yanaşı, 17 yanvar 2014-cü il tarixdə doğulmuş X5 və X4 yetkinlik yaşına çatanadək saxlanması üçün bir uşaq üçün 100 manat olmaqla, hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment İddiaçı alınıb Cavabdeh qızına verilməsi qərarı verilmişdir. Ancaq heç bir yerdə işləmədiyi halda, ondan hər uşaq üçün 100 manat ümumilikdə 200 manat alimenti verməyi zamanla onu maddi sıxıntılara salmışdır.R. Əhmədzadə atasının təqaütü hesabına bir müddət alimenti ödəmişdir.İddiaçı indi Ordubad Rayon uşaq xəstəxanasında fəhlə kimi işə düzəlmiş, 351 manat 16 qəpik əmək haqqı alır. Ordubad Rayon Məhkəməsinin 2-(080)-125/2020-saylı qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarının dəyişdirlməsini, X5 və X1 üçün qazancının 1/3 hissəsi miqdarında aliment tutulması haqda qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçı E.Əhmədzadəyə məlumat verilmiş, o, məhkəmə iclasına gəlməmiş, məhkəmə iclasında iddiaçının nümayəndəsi iştirak etmişdir. Məhkəmə mülki işə iddiaçının iştirakı olmadan baxmışdır. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi X8 iddianı müdafiə etmiş, izahatında bildirmişdir ki, oğlu İddiaçı Cavabdeh ilə 2013-cü ildə rəsmi nikaha girmişlər, onların bu nikahdan iki qız övladları dünyaya gəlmişdir. Onlar bir müddət mehriban yaşasalar da sonralar bir-birini başa düşmədikləri üçün münasibətləri korlanmış və buna görə də 2020-ci ildə nikahlarının pozulması üçün oğlu Ordubad Rayon Məhkəməsinə müraciət etmişdir. Ordubad Rayon Məhkəməsində 2(080)-125/2020 saylı qətnaməsinə əsasən İddiaçı və Cavabdeh arasında bağlanmış nikah pozulmuşdur.Onlar arasında nikahın pozulmasından sonra 17 yanvar 2014-cü il tarixdə doğulmuş X5 və X2 Türkanə Ələsgər qızının yanında saxlanılmış, uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün 200 (iki yüz) manat sabit pul məbləğində aliment İddiaçı alınıb Cavabdeh qızına verilməsi qət edilmişdir. Oğlu Ramil heç bir yerdə işləmədiyindən hər uşaq üçün 100 manat ümumilikdə 200 manat alimenti verməyi zamanla oğlunu maddi sıxıntılara salmışdır. Onun təqaütü hesabına oğlu bir müddət alimenti ödəyib. İndi isə oğlu İddiaçı Ordubad Rayon uşaq xəstəxanasında fəhlə kimi işə düzəldiyindən Ordubad Rayon Məhkəməsinin 2-(080)-125/2020-saylı qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarının dəyişdirlməsini, X5 və X1 üçün qazancının 1/3 hissəsi miqdarında aliment tutulması haqda qətnamə çıxarılmasını Məhkəmədən xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçı Cavabdeh məlumat verilmiş, o, məhkəmə iclasına gəlməmiş, məhkəmə iclasında nümayəndəsi vasitəsi ilə təmsil olunmuşdur. Məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxmışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X10 iddianı qəbul etməmiş, izahatında bildirmişdir ki, hər uşaq üçün ödənilən 100 manat və cəm olaraq 200 manat bu günkü tələbatlar üçün az miqdardır. Ramilin aldığı əmək haqqının 1/3 hissədə aliment miqdarı iki uşaq üçün 117 manat edir və bu məbləğlədə iki uşağı saxlamaq qeyri mümkündür. Ailədə beş nəfər olduqları və bir tək onun Düyülün kəndi orta məktəbində təsərüfat müdiri vəzifəsində işləyir.Onun aldığı əmək haqqı və 200 manat aliment ilə ailəni çətinliklə də olsa saxlayır. Ramil alimenti vaxdında ödəmədiyindən hal hazırda 600 manat aliment borcu var. Alimentin miqdarının nə yüksəldilməsini nə də azaldılmasını istəmir. Halhazırda qızı və nəvələri onun yanında yaşayır.Türkanə heç bir yerdə işləmir.Alimentin azaldılmasını istəmir. Çünki iki uşağın bu gün üçün tələbatlarını 200 manat ödəmir. Aliment azaldılarsa uşaqların böyüdüylməsində və təminatlarının qarşılanmasında çətinlik çəkərlər.İddia tamamilə əsassızdır. İş materiallarına əlavə olunmuş- 856454 və 856453 nömrəli doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, 17 yanvar 2014-cü il tarixdə X5 və X9 doğulmuş, atası İddiaçı , anası Cavabdehdır. Ordubad Rayon Məhkəməsinin 15 oktyabr 2020-ci il tarixli, 2(080)-125/2020 nömrəli qətnamənin surətindən görünür ki, Ordubad Rayon Məhkəməsinin 15 oktyabr 2020-ci il tarixli, 2(080)-125/2020 nömrəli qətnaməsi ilə tərəflər arasında olan nikah pozulmuş, 17 yanvar 2014-cü il tarixdə doğulmuş X5 və X2 Türkanə Ələsgər qızının yanında saxlanılmış, uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün 200 (iki yüz) manat sabit pul məbləğində aliment İddiaçı alınıb Cavabdeh qızına verilməsi qət edilmişdir. Naxçıvan MR-ın Ordubad Rayon Uşaq xəstəxanasının 25 nömrəli, 02 iyul 2021-ci il tarixli arayışına əsasən, İddiaçı Ordubad Rayon Uşaq Xəstəxanasında fəhlə işləyir və tutqular çıxıldıqdan sonra əmək haqqı 351 manat 16 qəpikdir . Məhkəmə iddiaçının nümayəndəsi, cavabdehin nümayəndəsinin izahatını dinləyib, həmçinin işin faktiki hallarını və toplanmış sübutları tədqiq edib onları əlaqəli şəkildə qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Ordubad Rayon Məhkəməsinin 15 oktyabr 2020-ci il tarixli, 2(080)-125/2020 nömrəli qətnaməsi ilə tərəflər arasında olan nikah pozulmuş, 17 yanvar 2014-cü il tarixdə doğulmuş X5 və X2 Türkanə Ələsgər qızının yanında saxlanılmış, uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün 200 (iki yüz) manat sabit pul məbləğində aliment İddiaçı alınıb Cavabdeh qızına verilməsi qət edilmişdir.Aliment miqdarı müəyyən olunduqdan sonra 02 iyul 2021-ci il tarixdə İddiaçı Naxçıvan MR-nın Ordubad Rayon Uşaq xəstəxanasının 25 nömrəli, 02 iyul 2021-ci il tarixli arayışına əsasən 01 iyun 2021-ci il tarixdən işə götürülməsi və iddiaçının 351,16 manat əmək haqqı aldığı görünür. Belə nəticəyə gəlmək olar ki, aliment müəyyən edildikdən sonra iddiaçının maddi vəziyyətində dəyişiklik olmuşdur. İddiaçının maddi vəziyyətində dəyişiklik olması iddiaçının nümayəndəsinin, cavabdehin nümayəndəsinin izahatlarında bildirdikləri, aliment borcunun yaranması ilə də təsdiqini tapır. İddiaçının alimentin azaldılması barədə tələbi Ailə Məcəlləsinin 112-ci maddəsinin tələbinə uyğun olsa da, məhkəmə hesab edir ki, iddianın təmin edilməsi, alimentin azaldılması, iddiaçının qazancının 1/3 hissəsi miqdarında, yəni iki uşaq üçün 117 manat aliment müəyyən edilməsi uşaqların mənafeyinə, maraqlarına ziddir. O ki, qaldı iddiaçı R.Əhmədzdənin 351,16 manat əmək haqqı almasına, qazancının az olmasına, Ailə Məcəllənin 56.1-ci maddəsinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər, həmin Məcəllənin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. İddiaçı qazancının olmamasından, qazancının məbləğindən asılı olmayaraq uşağının yaşayışı üçün zəruri olan xərclərin minimum səviyyədə ödənilməsinə məsuliyyət daşıyır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. İddiaçının əmək haqqının 351,16 manat olması iddiaçının uşağını saxlamaq vəzifəsindən tam və ya qismən azad etmir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə görə də valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitini təmin edilməsinə görə əsas məsuliyyət daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsində qeyd olunur ki, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Valideynlərin uşaqlar barəsində hüquq və vəzifələrinin həyata keçirilməsinə dövlət orqanlarının qarışmasına yalnız qanunla nəzərdə tutulmuş hallarda və uşağın maraqları naminə yol verilə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsində göstərilir ki, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 29.2-ci maddəsinə əsasən, analıq, atalıq, uşaqların tərbiyəsi və təhsili, eləcə də ailənin digər məsələləri ər-arvadın hüquq bərabərliyi prinsiplərinə uyğun olaraq birgə həll edilir. Qanun normalarının məzmunundan göründüyü kimi analıq, atalıq, uşaqların tərbiyəsi və təhsili, eləcə də ailənin digər məsələləri ər-arvadın hüquq bərabərliyi prinsiplərinə uyğun olaraq birgə həll edilir və uşaqların qayğısına qalmaq, tərbiyə etmək və uşaqları saxlamaq hər iki valideyinin vəzifəsidir. Beləliklə, yuxarıda göstərilən xüsusatları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməməli, Ordubad Rayon Məhkəməsinin 15 oktyabr 2020-ci il tarixli 2-(080)- 125/2020-saylı nömrəli qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarı dəyişdirilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia rədd edildiyindən iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 112.1.6-cı maddəsinə əsasən iddianın qiyməti ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda-ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edilir. Belə olan halda iddiaçı tərəfindən 200 manat məbləğində aliment ödənilməsini, iddiaçının qazancının, yəni 351,16 manat məbləğində pulun 1/3 hissəsi, yəni 117 manat məbləğində aliment müəyyən edilməsini tələb etməsini nəzərə alsaq, ödəmənin illik azaldıldığı məbləğ 1404 manat təşkil etdiyindən, iddiaçı tərəfindən 30 manat məbləğində dövlət büdcəsinə dövlət rüsumu ödənilmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinin 8.1.2-ci bəndində qeyd edilmişdir ki, iddianın qiyməti 500 manatdan çox olduqda, məhkəmələrə verilən iddia ərizələrinə görə 30 manat məbləğində dövlət rüsumu ödənilir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı aliment dəyişdirilməsi tələbi rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu ona aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Ordubad Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədr: Tural Haqverdiyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar