Məhkəmə qərarları › İş №2(080)-167/2020

Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qətnamə — İş №2(080)-167/2020

23.12.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ordubad şəhəri İş № 2(080)-167/2020 23.12.2020 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Ordubad Rayon Məhkəməsinin sədri Haqverdiyev Tural Ziyad oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdehn iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin sabit pul məbləğində təyin olunması tələbinə dair mülki işə Ordubad Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Ordubad Rayon Məhkəməsinin 2(080)-116/2020 nömrəli, xx xxxxxxxx 2020-ci il tarixli Qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarının dəyişdirilməsi, Cavabdeh xx.xx.2009-cu il təvəllüdlü X5 və xx.xx.2012ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanması üçün hər ay 170 manat olmaqla, cəm olaraq 340 manat sabit pul məbləğinin alimentin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddiasını müdafiə etmiş, izahatında bildirmişdir ki, Cavabdeh ilə xx xxxx 2008-ci il tarixdə Ordubad rayon Biləv kənd İƏDÜN-də rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşlar.Onların birgə nikahlarından xx.xx.2009-cu il tarixdə X5 və xx.xx.2012-ci il tarixdə X6 anadan olmuşdur.İddiaçı Cavabdehla nikaha daxil olduqdan sonra ailə münasibətləri normal olmuş, bir-birini başa düşmüş və onlar arasında narazılıq olmamışdır.Lakin sonralar Cavabdeh spirtli içki qəbul etdiyinə görə İddiaçı ilə aralarında narazılıqlar olmuş, hal-hazırda ayrı yaşayırlar.Onlar ayrı yaşadıqları müddətdə Cavabdeh uşaqların saxlanılması üçün hər hansı bir maddi köməklik göstərilmədiyinə görə müraciəti əsasında Ordubad Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(080)-116/2020 saylı qətnaməsi ilə Cavabdeh qazancının və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında aliment təyin edilmişdir.İddiaçı övladları ilə birgə atası evində atasının köməkliyi ilə övladlarını saxlayır, lakin uşaqların yeyib-içməyini, geyimini və digər tələbatlarını ödəyə bilmir.Cavabdeh Gəmiqaya şirkətində işləyir, 850 manat əmək haqqı alır, bunun 450 manat karta köçürmə yolu ilə , 400 manat isə nəğd şəkildə əmək haqqı aldığı üçün 450 manatın 1/3 hissəsi formasında 155 manat aliment tutulub ona ödənilir.İki uşağın isə tələbatını 155 manatla qarşılamaq qeyri mümkündür.Ona görə də İddiaçı Cavabdeh alimentin sabit pul məbləğində təyin olunmasını istəyir. İddiaçı bu səbəbdən Ordubad Rayon Məhkəməsinin 2(080)-116/2020 nömrəli, xx xxxxxxxx 2020-ci il tarixli Qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarının dəyişdirilməsi, Cavabdeh xx.xx.2009-cu il təvəllüdlü X5 və xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanması üçün hər ay 170 manat olmaqla, cəm olaraq 340 manat sabit pul məbləğinin alimentin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında cavabdeh qismində iştirak etmiş Cavabdeh izahatında iddianı qismən qəbul etdiyini, İddiaçı ilə xx xxxx 2008-ci il tarixdə Ordubad rayon Biləv kənd İƏDÜN-də rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşlar.xx.xx.2009-cu il tarixdə X5 və xx.xx.2012-ci il tarixdə X6 anadan olmuşdur.İddiaçı ilə nikaha daxil olduqdan sonra ailə münasibətləri normal olmuş, bir-birini başa düşmüş və onlar arasında narazılıq olmamışdır.Övladlarına baxmaq onun borcudur,xx xxxxxx 2020-ci il tarixdən Gəmiqaya şirkətində müvəqqəti olaraq işlər dayandığından hal-hazırda işləmədiyindən 340 manat aliment ödəmək iqtidarında olmadığını bildirmişdir. İş materiallarında olanxx xxxxxxx 2020-ci il tarixli, 172 nömrəli arayışdan görünür ki, İddiaçı Ordubad rayonu Biləv kəndində qeydiyyatdadır. xx xxxxxxx 2020-ci il tarixli, 172 nömrəli arayışdan görünür ki, Cavabdeh Ordubad rayonu Behrud kəndində qeydiyyatdadır. ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1983-cü ildə Ordubad rayonu Biləv kəndində anadan olmuş, Ordubad rayonu Biləv kəndində qeydiyyatdadır. 255742 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və İddiaçı arasında nikah xx xxxx 2008-ci il tarixdə bağlanmış, bu barədə akt qeydləri kitabında 04 nömrə ilə qeyd edilmişdir. 851200 və 331148 saylı doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, xx.xx.2009-cu il tarixdə X5 və xx.xx.2012-ci il tarixdə X6 doğulmuş, uşaqların atası Cavabdeh, anası İddiaçıdır. Azərbaycan Respublikasının Konstitusiyanın 60-cı maddəsində qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1 və 4.2-ci maddələrində isə qeyd olunur ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıb, sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Alimentin miqdarının dəyişdirilməsi barədə iddiaçının tələbi qeyd olunan maddənin göstərişinə uyğundur. Ordubad Rayon Məhkəməsinin 2(080)-116/2020 nömrəli, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə uşağın saxlanması üçün cavabdehin qazancının 1/3 hissəsi miqdarında aliment müəyyən edilmiş, cavabdeh hər ay uşağın saxlanması üçün iddiaçıya 155 manat aliment ödəmiş, lakin cavabdeh isə hal-hazırda işdən azad olduğu barədə arayış təqdim etmişdir.Cavabdehin hal-hazırda qazancı bəlli deyil, alimentin sabit pul məbləğində müəyyən edilməsi üçün əsasdır. İddiaçı aliment miqdarının dəyişdirilərək sabit pul məbləğində 170 manat məbləğində müəyyən edilməsini tələb etsə də, cavabdehin qazancı və ya başqa gəlirləri barədə Məhkəməyə sübut təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, qazancının olubolmamasından asılı olmayaraq uşağın atası uşağını saxlamağa borcludur. Həmçinin cavabdehin qazancı barədə sübutun təqdim edilməməsi alimentin sabit pul məbləğində müəyyən edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa... uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə hesab edir ki, cavabdehin qazancı barədə məlumat olmadığından alimentin məbləği Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən sabit pul məbləğində ölkə üzrə yaşayış minimumuna əsasən müəyyən edilməlidir. Nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə uşağın hazırda iddiaçının yanında yaşamasını, uşağın gündəlik qayğılarının iddiaçının üzərinə düşməsini diqqətəlayiq hal kimi nəzərə alır, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimum saxlanmasını əsas tutur və nikahın pozulmasından sonra Cavabdeh uşağın saxlanması üçün ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş 170 manat yaşayış minimumunun yarıdan çox hissəsini, yəni hər ay hər uşq üçün 120 manat, cəm olaraq 240 manat sabit pul məbləğində aliment kimi tutulmasını məqsədəuyğun hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur; Konstitusiyanın 34-cü maddəsinin İV hissəsinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının xx xxx 1998-ci il tarixli Qanununun 13-cü maddəsində qeyd olunmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016cı il tarixli 82/2016 saylı qərarının 8.2-ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” xx xxxx 2016-cı il tarixli qərarına əsasən nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Məhkəmə alimentin tutulmasının hansı tarixdən hesablanması ilə bağlı məsələni müzakirə edərək belə hesab edir ki, alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatanmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərindən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx xxxx 2016-cı il tarixli Qərarının 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən, azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə tutulacaq dövlət rüsumu ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edildiyindən, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət nəfinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına görə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə müvafiq olaraq iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmələrin məcmusu ilə müəyyən edildiyinə görə iş üzrə 30 (otuz) manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 -ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi İddia qismən təmin edilsin. Ordubad Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(080)-116/2020 nömrəli qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarı dəyişdirilsin. Cavabdeh bir uşaq üçün 120 manat olmaqla, hər ay 240 manat sabit pul məbləğində aliment alınaraq xx.xx.2009-cu il tarixdə doğulmuş X5 və xx.xx.2012-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşlarına çatanadək saxlanması üçün İddiaçı verilsin. Alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Cavabdeh 30 manat alınaraq dövlət büdcəsinə keçirilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Ordubad Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədr: Tural Haqverdiyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar