Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Ordubad şəhəri İş № 2(080)-169/2021 17.09.2021 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Mən, Ordubad Rayon Məhkəməsinin hakimi Haqverdiyev Tural Ziyat oğlu Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti ev 120 ünvanında yerləşən Kreditor MMC-nin borclu Ordubad Rayonu A. Quliyev küçəsi, mənzil 27 ünvanında qeydiyyatda olan Borclu Rza qızından müqavilə üzrə qalıq borcun, cərimə və ödənilmiş dövlət rüsumunun tutulması haqqında məhkəmə əmrinin verilməsinə dair ərizəni və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək, müəyyən etdim : Kreditor MMC məhkəməyə ərizə ilə müraciət etmiş, Borclu Rza qızından 189,95 manat əsas 65.69 manat cərimə olmaqla cəmi 255.64 manat və 20 manat ödənilmiş dövlət rusumunun, alınaraq Kreditor MMC-nin hesabına ödənilməsi barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Kreditor ərizəsini onunla əsaslandırmışdır ki, borclu Borclu Rza qızı ilə Kreditor MMC-nin arasında 29.10.2017-ci il tarixli RTK05420 saylı nisyə alqı-satqı müqaviləsinə üzrə borcluya 289 manat dəyərində məişət məhsulu və 2 iyul 2017-ci il tarixli, RTK05082 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 838.95 manat dəyərində məişət avadanlığı almışdır. Müqavilənin və tərəflər arasında tərtib edilmiş “ödəniş qrafikinin” şərtlərinə borclu tərəfindən əməl edilməmiş və borcun qaytarılmasına dair öhdəliyi vaxtında və lazımı icra etməmişdir. Odur ki, borcludan 189.95 manat əsas borcun, 65.69 manat cərmə borcunun, cəmi 255.64 manat məbləğində pul vəsaitinin və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun alınaraq “Kreditor MMC-yə ödənilməsi barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Borclu Rza qızı üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, nəticədə kreditora 29.10.2017-ci il tarixli RTK05420 saylı və 2 iyul 2017-ci il tarixli, RTK05082 saylı müqavilələr üzrə 189.95 manat əsas borcu, 65.69 manat cərmə borcu üzrə, cəmi 255.64 manat borcu yaranmışdır. İş materiallarında olan 29.10.2017-ci il tarixli RTK05420 saylı və 2 iyul 2017-ci il tarixli, RTK05082 saylı müqavilələrdən görünür ki, Kreditor MMC ilə Borclu Rza qızı arasında müqavilə bağlanmış, Borclu Rza qızı kreditordan müqavilələr uyğun olaraq məişət avadanlığı almış, ilkin ödəniş etdikdən sonra qalan məbləği müqavilələr üzrə üzrə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 20 avqust 2021-ci il tarixli, maliyyə arayışlarından görünür ki, Borclu Rza qızının Kreditor MMC-nə 29.10.2017-ci il tarixli RTK05420 saylı və 2 iyul 2017-ci il tarixli, RTK05082 saylı müqavilələr üzrə 189.95 manat əsas borcu, 65.69 manat cərimə borcu üzrə ümumilikdə 255.64 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən borclu kreditorun xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, digər xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditor isə borcludan vəzifəsini icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikasının Mülki Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirmiş müddətdə icra edilməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 276.1-ci maddəsinə əsasən kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa bu hallarda məhkəmə əmri verilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 276.2.2-ci maddəsinə əsasən tələb sadə yazılı formada bağlanmış əqdə əsaslanırsa məhkəmə əmri verilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 280-cı maddəsinə əsasən məhkəmə əmri irəli sürülmüş tələb məhkəməyə daxil olan gündən 3 gün ərzində, məhkəmə baxışı keçirilmədən və izahatları dinləmək üçün tərəflər çağırılmadan çıxarılır. Ərizəyə əlavə olunmuş sənədlərlə Kreditor MMC-in tələbinin aşkar olduğu, tələbin sadə yazılı formada bağlanmış əqdə və borclunun mübahisə edilməyən vəzifəsinə əsaslandığı təsdiq olunur. Buna görə də həmin tələb üzrə məhkəmə əmri verilməsini mümkün hesab edirəm. Kreditorun ərizəsi təmin olunduğu üçün Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ərizə üzrə ödənilmiş 20 manat dövlət rüsumu borcludan tələbkarın xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-in 275, 276, 280-281-ci maddələrini rəhbər tutaraq , əmr etdim : 03 dekabr 1984-cü ildə ünvan 3 ünvanında qeydiyyatda olan Borclu Kreditor MMCnin xeyrinə 29.10.2017-ci il tarixli RTK05420 saylı və 2.07. 2017-ci il tarixli, RTK05082 saylı saylı müqavilələr üzrə 189.95 manat əsas borcu, 65.69 manat cərimə borcu üzrə ümumilikdə 255.64 manat borcun və 20 manat məbləğində ödənilmiş dövlət rüsumu pul tutulsun. Borclu məhkəmə əmrini aldığı gündən 10 gün ərzində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Sədr: Tural Haqverdiyev
Məhkəmə qərarları › İş №2(080)-169/2021
Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Məhkəmə əmri — İş №2(080)-169/2021
17.09.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver