Məhkəmə qərarları › İş №2(080)-186/2021

Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qətnamə — İş №2(080)-186/2021

15.12.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ordubad şəhəri İş № 2(080)-186/2021 15.12.2021 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Ordubad Rayon Məhkəməsinin X10 Haqverdiyevin sədrliyi, X3 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment miqdarının azaldılması tələbinə dair mülki işə Ordubad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı 28 sentyabr 2021-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Ordubad Rayon Məhkəməsinin 19 mart 2020-ci il tarixli, 2(080)-68/2017 nömrəli qətnaməsi ilə sabit pul məbləği ilə müəyyən edilmiş alimentin dəyişdirilməsi, alimentin onun əmək haqqının ¼ hissəsi qədər tutularaq cavabdehə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddianı müdafiə etmiş, izahatında bildirmişdir ki, Ordubad Rayon məhkəməsinin 2(080)-68/2020-nömrəli 19 mart 2020- ci il tarixli qərarına əsasən, 19 fevral 2020 ci il tarixdən başlayaraq İddiaçı Cavabdeh xeyrinə 31 avqust 2018-ci ildə anadan olmuş X1 üçün hər ay üçün 110 manat məbləğində aliment tutulur.Məhkəmə tərəfindən qeyd olunan alimentin miqdarı təyin olunan vaxtı İddiaçı heç bir yerdə işləmirdi. Hazırda iddiaçı bir ildən artıqdır ki, Ordubad rayon su idarəsində işləyir, 248 manat əmək haqqı alır.İddiaçı digər gəlir yeri yoxdur. İddiaçı bu günə qədər alimenti valideyinlərinin köməkliyi ilə ödəyib. Bir ildən artıqdır ki, iddiaçının anası X5 aşağı ətrafların hərəkətsizliyindən əmək fəaliyyətini itirmiş, iki dəfə Türkiyədə Atatürk universiteti Araşdırma xəstəxanasında müalicə və əməliyyat olunmasına baxmayaraq vəziyyət qismən dəyişmişdir.Həyatı boyu müalicəyə ehtiyacı var. Bu səbəbdən iddiaçı valideyni üçün 8 min manat borclanmışdır. Ona görə də valideyni ona köməklik göstərə bilməz. İddiaçı iş qəzasında sol biləyi dağılmışdır. 05.06.2021-ci ildə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-tibb baş idarəsində İnplant əməliyyat olunmuşdur. Bu səbəbdən də 4 min manat borclanmışdır. Ordubad rayon Məhkəməsinin 2(080)- 68/2020 nömrəli-li «19» mart 2020 ci il tarixli qərarına əsasən cavabdehin xeyrinə 31 avqust 2018- ci ildə anadan olmuş X2 üçün tutulan alimentin miqdarının azaldılması və cavabdehin xeyrinə ondan 31 avqust 2018 ci ildə anadan olmuş X2 üçün hər ay əmək haqqımın ¼ hissəsi miqdarında aliment tutulması haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, o, məhkəmə iclasına gəlməmiş, ərizə ilə məhkəməyə müraciət etmiş, iddianı qəbul etmədiyini bildirmişdir. Bunu nəzərə alan məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə olunmuş- Ordubad Rayon Məhkəməsinin 19.03.2020-ci il tarixli, 2(080)-68/2020 nömrəli qətnamənin surətindən görünür ki, Ordubad Rayon Məhkəməsinin 19.03.2020-ci il tarixli, 2(080)-68/2020 nömrəli qətnaməsi ilə İddiaçı hər ay 110 manat sabit pul məbləğində alimentin tutularaq X4 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh verilməsi qət edilmişdir. 142 saylı 09 avqust 2021-ci il tarixli arayışından görünür ki, Quliyev X8 rayon Düylün kəndində yaşayır. 145 saylı 09 avqust 2021-ci il tarixli arayışından görünür ki, Cavabdeh Ordubad rayon Düylün kəndində qeydiyyatdadır. 960615 saylı 23.09.2021-ci il tarixdə verilmiş çıxarışdan görünür ki, X6 31.08.2018-cı il tarixdə anadan olmuş, atası qrafasında İddiaçı anası qrafasında Cavabdeh qeyd edilmişdir Məhkəmə iddiaçının izahatını dinləyib, həmçinin işin faktiki hallarını və toplanmış sübutları tədqiq edib onları əlaqəli şəkildə qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Ordubad Rayon Məhkəməsinin 19.03.2020-ci il tarixli, 2(080)-68/2020 nömrəli qətnaməsi ilə “31” avqust 2018 ci ildə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay İddiaçı 110 manat məbləğində alimentin tutularaq Cavabdeh verilməsi qət edilmişdir. İddiaçı aylıq əmək haqqının 248 manat olması barədə məhkəməyə sübut təqdim etmişdir. Belə nəticəyə gəlmək olar ki, aliment müəyyən edildikdən sonra iddiaçının maddi vəziyyətində dəyişiklik olmuşdur. İddiaçının maddi vəziyyətində dəyişiklik olması iddiaçının izahatlarında bildirdiyi, aliment borcunun yaranması ilə də təsdiqini tapır. İddiaçının alimentin azaldılması barədə tələbi Ailə Məcəlləsinin 112-ci maddəsinin tələbinə uyğun olsa da, məhkəmə hesab edir ki, iddianın təmin edilməsi, alimentin azaldılması, iddiaçının qazancının ¼ hissəsi miqdarında, yəni 62 manat aliment müəyyən edilməsi uşağın mənafeyinə, maraqlarına ziddir. O ki, qaldı İddiaçı əmək haqqının 248 manat olmasına, qazancının az olmasına, Ailə Məcəllənin 56.1-ci maddəsinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər, həmin Məcəllənin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. İddiaçı qazancının olmamasından, qazancının məbləğindən asılı olmayaraq uşağının yaşayışı üçün zəruri olan xərclərin minimum səviyyədə ödənilməsinə məsuliyyət daşıyır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. İddiaçının 248 manat əmək haqqının olması iddiaçının uşağını saxlamaq vəzifəsindən tam və ya qismən azad etmir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə görə də valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitini təmin edilməsinə görə əsas məsuliyyət daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsində qeyd olunur ki, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Valideynlərin uşaqlar barəsində hüquq və vəzifələrinin həyata keçirilməsinə dövlət orqanlarının qarışmasına yalnız qanunla nəzərdə tutulmuş hallarda və uşağın maraqları naminə yol verilə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsində göstərilir ki, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 29.2-ci maddəsinə əsasən, analıq, atalıq, uşaqların tərbiyəsi və təhsili, eləcə də ailənin digər məsələləri ər-arvadın hüquq bərabərliyi prinsiplərinə uyğun olaraq birgə həll edilir. Qanun normalarının məzmunundan göründüyü kimi analıq, atalıq, uşaqların tərbiyəsi və təhsili, eləcə də ailənin digər məsələləri ər-arvadın hüquq bərabərliyi prinsiplərinə uyğun olaraq birgə həll edilir və uşaqların qayğısına qalmaq, tərbiyə etmək və uşaqları saxlamaq hər iki valideyinin vəzifəsidir. Beləliklə, yuxarıda göstərilən xüsusatları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməməli, Ordubad Rayon Məhkəməsinin 19.03.2020-ci il tarixli, 2(080)- 68/2020 nömrəli qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarı dəyişdirilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia rədd edildiyindən iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Belə olan halda iddiaçı tərəfindən 110 manat məbləğində aliment ödənilməsini, iddiaçının qazancının, yəni 248 manat məbləğində pulun ¼ hissəsi, yəni 62 manat məbləğində aliment müəyyən edilməsini tələb etməsini nəzərə alsaq, ödəmənin illik azaldıldığı məbləğ 576 manat təşkil etdiyindən, iddiaçı tərəfindən 30 manat məbləğində dövlət büdcəsinə dövlət rüsumu ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinin 8.1.2-ci bəndində qeyd edilmişdir ki, iddianın qiyməti 500 manatdan çox olduqda, məhkəmələrə verilən iddia ərizələrinə görə 30 manat məbləğində dövlət rüsumu ödənilir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı aliment miqdarının azaldılması tələbi rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu ona aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Ordubad Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:Tural Haqverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar