Azərbaycan Respublikası adından QƏTNAMƏ Ordubad şəhəri İş № 2(080)-230/2024 19.09.2024 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Ordubad rayon məhkəməsinin hakimi əvəzi Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin sabit pul məbləğində təyin edilməsi tələbinə dair mülki işə Ordubad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Abdinova X10 iddia ərizəsi ilə Ordubad Rayon Məhkəməsinə müraciət etmiş, Ordubad Rayon Məhkəməsinin 2(080)-109/2021 nömrəli, 18 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarının dəyişdirilməsi, cavabdeh X2 hər ay 235 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir İddiaçı Abdinova X10 iddiasını onunla əsaslandırmışdır ki, 09 oktyabr 2014-cü il tarixdə Cavabdeh ilə ailə qurmuşlar, birgə nikahlarından 16 may 2018-ci il tarixdə Məmmədov Yusif doğulmuşdur. Cavabdehlə aralarında olan nikah Ordubad rayon Məhkəməsinin 2(080)-109/2021 saylı, 18 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə pozulmuş, X3 onun yanında saxlanılması və uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay Cavabdeh qazancının, başqa gəlirlərinin ¼ hissəsi miqdarında alimentin alınıb ona verilməsi qət edilmişdir. Cavabdeh aliment müəyyən edilən zaman hərbi qulluqçu olmuş, aliment onun əmək haqqının ¼ hissəsi miqdarında tutularaq ona verilmiş, daha sonra cavabdehin hərbi xidmətdən ehtiyata buraxılmış, belə olan halda əmək haqqı olmadığından aliment ala bilməmiş, bu səbəbdən də cavabdehdən alimentin sabit pul məbləğində tutularaq ona verilməsi barədə məhkəmənin qərar qəbul etməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçı Abdinova X8 məlumat verilmiş, o, məhkəmə iclasına gəlməmiş, məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iştirak etmişdir. Məhkəmə mülki işə iddiaçının iştirakı olmadan baxmışdır. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi Nümayəndə iddianı müdafiə etmiş, izahatında bildirmişdir ki, İddiaçı və cavabdeh 09 oktyabr 2014-cü ildə ailə qurmuşlar. Birgə nikahlarından 16 may 2018-ci il tarixdə Yusif adlı uşaqları doğulmuşdur. Tərəflər arasında bağlanmış nikah Ordubad Rayon Məhkəməsinin 2(080)-109/2021 nömrəli, 18 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə pozulmuş, Yusif iddiaçının yanında saxlanılmış, Yusifin saxlanılması üçün cavabdehdən hər ay qazancının, başqa gəlirlərinin ¼ hissəsi miqdarında alimentin alınıb iddiaçıya verilməsi qət edilmişdir. Cavabdeh artıq işləmir və belə olan halda əmək haqqı almır, buna görə də Ordubad Rayon Məhkəməsinin 18 oktyabr 2021-cı il tarixli, 2(080)-109/2021 nömrəli qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarının dəyişdirilməsini, cavabdehdən hər ay 235 manat məbləğində alimentin alınaraq X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Abdinova X8 verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddianı qismən qəbul etmiş, izahatında bildirmişdir ki, iddiaçı ilə 09 oktyabr 2014-cü il tarixdə ailə qurmuşlar. Birgə nikahlarından 16 may 2018-ci il tarixdə Yusif doğulmuşdur. Aralarında bağlanmış nikah Ordubad Rayon Məhkəməsinin 2(080)-109/2021 nömrəli, 18 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə pozulmuş, Yusif iddiaçının yanında saxlanılmış, Yusifin saxlanılması üçün hər ay qazancının, başqa gəlirlərinin ¼ hissəsi miqdarında aliment müəyyən edilmişdir. Hərbi qulluqçu işlədiyi müddətdə hər ay uşağın saxlanılması üçün aylıq qazancına uyğun olaraq 280-320 manat məbləğində aliment ödəmişdir. 16 iyun 2023-cü il tarixdən işləmir, bir neçə ay 120 manat aliment ödəmiş, aliment borcu da vardır. Hazırda işləmir, xəstədir, müalicə alır, buna baxmayaraq uşağın saxlanılması üçün iddiaçıya hər ay 150 manat aliment ödəyə bilər. İddianın qismən təmin edilməsini məhkəmədən xahiş edir. İş materiallarına əlavə olunmuş- 40074 nömrəli nikahın pozulması barədə şəhadətnamənin surətindən görünür ki, X6 və X5 arasında olan nikah ləğv edilmiş, bu barədə 03 dekabr 2013-cü il tarixdə akt qeydləri kitabında 44 nömrə ilə qeyd edilmiş, qadına Quliyeva soyadı verilmişdir. 960671 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 16 may 2018-ci il tarixdə doğulmuş, doğum haqqında şəhadətnamənin ata qrafasında Cavabdeh, ana qrafasında X7 qeyd edilmişdir. Ordubad Rayon Məhkəməsinin 2(080)-109/2021 nömrəli, 18 oktyabr 2021-ci il tarixli qətnaməsinin surətindən müəyyən olunur ki, 16 may 2018-ci il tarixdə doğulmuş X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay Cavabdeh qazancının, başqa gəlirlərinin ¼ hissəsi miqdarında aliment alınıb X4 verilməsi qət edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyanın 60-cı maddəsində qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1 və 4.2-ci maddələrində isə qeyd olunur ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Məhkəmə iddiaçının nümayəndəsinin, cavabdehin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Alimentin miqdarının dəyişdirilməsi barədə iddiaçının tələbi qeyd olunan maddənin göstərişinə uyğundur. Belə ki, cavabdehdən 16 may 2018-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehin qazancının, başqa gəlirlərinin ¼ hissəsi miqdarında alimentin tutulması 2021-ci ildə qət edilmişdir. Cavabdeh hazırda işləmir, qazancı yoxdur. Həmçinin uşaq böyüdükcə onun ehtiyaclarının ödənilməsi üçün çəkilməli olan xərclərin miqdarı artır. Həmçinin hazırkı dövrdə istehlak mallarının əldə edilməsi üçün çəkilməli olan xərclərin miqdarı, habelə uşağın həyati əhəmiyyətli digər ehtiyaclarının ödənilməsi üçün çəkilməli olan xərclərin miqdarı 2021-ci ildəki xərclərin miqdarından fərqlənir, iddiaçı artıq pul xərcləməli olur və belə olan halda iddiaçının maddi vəziyyəti pisləşir. İddiaçı Abdinova X10 alimentin miqdarının dəyişdirilərək 235 manat məbləğində müəyyən edilməsini tələb etsə də, cavabdehin qazancı və ya başqa gəlirləri barədə Məhkəməyə sübut təqdim etməmişdir. Cavabdeh isə işləmədiyini, qazancının olmadığını bildirmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa... uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə qeyd edir ki, qazancının olub-olmadığından asılı olmayaraq uşağın atası uşağını saxlamağa borcludur. Cavabdehin aylıq qazancı barədə məlumat olmadığından, məhkəmə hesab edir ki, aliment ölkə üzrə yaşayış minimumuna əsasən müəyyən edilməlidir. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Ailə Məcəlləsinin 56.1-ci maddəsinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi tərəflər üçün bərabərdir, uşaqlar üçün yaşayış minimumu kimi müəyyən edilən məbləği valideynlər bərabər olaraq ödəməlidirlər. Lakin Məhkəmə uşağın saxlanması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini onun diqqətəlayiq mənafeyi kimi nəzərə alaraq hesab edir ki, 2024-cü ildə uşaqlar üçün yaşayış minimumu kimi müəyyən olunmuş məbləğin yarıdan çox hissəsini- yəni 180 manatını cavabdeh iddiaçıya sabit pul məbləğində aliment olaraq ödəməyə borcludur. Beləliklə, yuxarıda göstərilən xüsusatları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 16 may 2018-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanması hər ay 180 manat sabit pul məbləğində aliment Cavabdeh alınaraq Abdinova X8 verilməlidir. Məhkəmə alimentin tutulmasının hansı tarixdən hesablanması ilə bağlı məsələni müzakirə edərək belə hesab edir ki, alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatanmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərindən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarının 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən, azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə tutulacaq dövlət rüsumu ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edildiyindən, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət nəfinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına görə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə müvafiq olaraq iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmələrin məcmusu ilə müəyyən edildiyinə görə iş üzrə 41.60 manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrinin tələblərini rəhbər tutaraq, Məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Ordubad Rayon Məhkəməsinin 2(080)-109/2021 nömrəli, 18 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarı dəyişdirilsin. Cavabdeh hər ay 180 (bir yüz səksən) manat sabit pul məbləğində aliment alınaraq 16 may 2018-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Abdinova X8 verilsin İddia qalan hissədə təmin edilməsin. Alimentin ödənilməsi qətnamə qanuni qüvvəyə mindiyi andan hesablansın. Cavabdeh 41.60 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Ordubad Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mehrab Məmmədov
Məhkəmə qərarları › İş №2(080)-230/2024
Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qətnamə — İş №2(080)-230/2024
19.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver