Məhkəmə qərarları › İş №2(080)-26/2025

Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qətnamə — İş №2(080)-26/2025

16.01.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ordubad şəhəri İş № 2(080)-26/2025 16.01.2025 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Ordubad Rayon Məhkəməsinin hakimi Tural Ziyat oğlu Haqverdiyevin sədrliyi, X4 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “cehiz əşyalarının evdən çıxarılması tələbinə” dair mülki işə Ordubad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Məhəkəməyə müraciət edərək, Cavabdeh məxsus cehiz əşyalarını ona mülkiyyət hüququ ilə məxsus Ordubad Rayonu Dəstə kəndində yerləşən evindən çıxarılması və cavabdehdən ödənilmiş 100 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı X8 iddiasını müdafiə edərək, izahatında bildirmişdir ki, Ordubad rayonu, Dəstə kəndində yerləşən fərdi yaşayış evi Aqrar İslahat Komissiyasının 11 oktyabr 1999-cu il tarixli, 152 nömrəli qərarı ilə ailə üzvlərimdə daxil olmaqla onun mülkiyyətinə verilmişdir. Cavabdeh onun keçmiş gəlini olmuşdur. Cavabdeh ilə oğlu X1 arasındakı nikah Ordubad Rayon Məhkəməsinin 21 avqust 2024-cü il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Cavabdeh nikah pozulduqdan sora valideynlərinin yanında yaşayır, lakin buna baxmayaraq cavabdehə məxsus cehiz əşyaları onun mülkiyyət hüququ ilə məxus olan evdən çıxarılmayıbdır. Dəfələrlə əşyaların çıxarılması üçün cavabdehə sifariş göndərsə də, qarşı tərəf əşyalara ehtiyacının olmadığını, əşyaları yandırmağını ona bildirmişlər. Cavabdeh məxsus cehiz əşyalarının ona mülkiyyət hüququ ilə məxsus Ordubad rayonu, Dəstə kəndində yerləşən fərdi yaşayış evindən çıxarılması və cavabdehdən ödənilmiş 100 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. xx.xx.2024-cü il tarixdə keçrilən məhkəmə iclasında işirak edən Cavabdeh iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, iddia ərizəsini oxumuş və iddiaçının fikirləri ilə tanışdır. İddia ərizəsində göstərilən cehiz əşyalarına ehtiyacı yoxdur, həmin cehiz əşyalarını istəmir. İddaçı həmin əşyaları yandırıb, məhv edə bilər. İş materiallarında olan nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X1 və Cavabdeh arasında olan nikah Ordubad rayon Qeydiyyat Şöbəsində 14 oktyabr 2024-cü il tarixdə pozulmuş, həmin tarixdə nikahın pozulması haqqında akt qeydləri kitabında 39 nömrə ilə qeyd edilmişdır. İş materiallarında olan 0******* nömrəli şəxsiyyət vəsiqələrinin təsdiq edilmiş surətindən görünür ki, xx.xx.1957-ci il tarixdə İddiaçı Ordubad rayonu Dəstə kəndində anadan olmuş, Ordubad rayonu Dəstə kəndində qeydiyyatdadır. İş materiallarında olan Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən (JN- 1279A, KOD 1070001B) görünür ki, Ordubad rayonu Dəstə kəndində istifadədə olan torpaq sahəsi tam müliyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır. 450 saylı 25 noyabr 2024-cü il tarixli arayışından görünür ki, Cavabdeh Ordubad rayon Dəstə kənd yaşayır. İş materiallarında olan Xİİ-JQ № 288851 saylı doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1987-ci il doğulmuş, atası İddiaçı, anası X5r. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan sənədləri araşdıraraq və işin məhkəmə iclasında müəyyən olunmuş hallarına hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakılara əsasən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən, məhkəmə mübahisələri Azərbaycan Respublikasının Konstitusiyasına, referendumla qəbul edilən hüquqi aktlara, Azərbaycan Respublikasının tərəfdar olduğu beynəlxalq müqavilələrə, qanunlara, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarına və normativ xarakterli aktlara əsasən həll edir. Həmin Məcəllənin 13.7-ci maddəsinə görə Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Həmin Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinə görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə görə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı oğlu X1 Cavabdeh ilə ailə qurmuş, ailə qurduqdan sonra Cavabdeh cehiz əşyalarını da həmin evə aparmışdır. Onlar arasındakı nikah Ordubad Rayon Məhkəməsinin 21 avqust 2024-cü il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Cavabdeh nikah pozulduqdan sora valideynlərinin yanında yaşayır, lakin buna baxmayaraq cavabdehə məxsus cehiz əşyaları onun mülkiyyət hüququ ilə məxus olan evdən çıxarılmayıbdır. Dəfələrlə əşyaların çıxarılması üçün cavabdehə sifariş göndərsə də, qarşı tərəf əşyalara ehtiyacının olmadığını, əşyaları yandırmağını ona bildirmişlər. Hazırda İddiaçı yaşadığı Ordubad Rayonu Dəstə kəndində yerləşən fərdi yaşayış evindən Cavabdeh məxsus cehiz əşyalarının çıxarılmasını istəyir.Cavabde Cavabdeh isə iddia ərizəsində göstərilən cehiz əşyalarına ehtiyacı olmadığını, həmin cehiz əşyalarını istəmədiyini, iddaçının həmin əşyaları yandırıb, məhv etməsini bildirir. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla həmçinin müəyyən edilmişdir ki, Ordubad Rayonu Dəstə kəndində İddiaçı adına olan (JN-1279A, KOD 1070001B) torpaq sahəsinin üzərində inşa edilmiş daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçməmişdir. Lakin razılaşma əsasında Ordubad Rayonu Dəstə kəndində İddiaçı adına olan (JN-1279A, KOD 1070001B) torpaq sahəsinin üzərində ev inşa edilmişdir. Məhkəmə mübahisənin düzgün həll edilməsi üçün mübahisəli evin hansı hüquqi statusda olmasının müəyyən edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. İşin müəyyən olunmuş halları ilə təsdiq edilir ki, Ordubad Rayonu Dəstə kəndində İddiaçı adına olan (JN-1279A, KOD 1070001B) torpaq sahəsinin üzərində inşa edilmiş daşınmaz əmlak İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Lakin Ordubad Rayonu Dəstə kəndində İddiaçı adına olan (JN-1279A, KOD 1070001B) torpaq sahəsinin üzərində inşa edilmiş İddiaçı məxsus mülkdə razılaşdırılmış layihə sənədləri olmadan inşa edilmiş tikililərin qeydiyyata alınması mülkiyyətcinin gələcəkdə qeydiyyata alınması qərara alınmışdır. Həmin sərəncam hazırda qüvvədə olmaqla hər hansı şəxs tərəfindən mübahisələndirilməmişdir. Bu hal isə iddiaçının sahiblik və istifadəsində olan daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılması üçün əsasdır. Belə olduğu təqdirdə məhkəmə hesab edir ki, İddiaçı Ordubad Rayonu Dəstə kəndində yerləşən fərdi yaşayış evinə mülkiyyət hüququ gözləniləndir və bunun üçün iddiaçının müvafiq dövlət orqanına ərizə ilə müraciət etməsi yetərlidir. “Akimova Azərbaycana qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli, “Burdov Rusiyaya qarşı” iş üzrə, “Qarrax Çexiyaya qarşı” iş üzrə və digər bu kimi qərarlarında X11 məhkəməsi qeyd etmişdir ki, tələbin hüquqi cəhətdən reallaşması kifayət qədər müəyyən edilirsə, real mövcud olan əmlakı əldə etməyə gələcəkdə qanuni olaraq gözləmək hüququ “İnsan Hüquqları və X3 Haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsi baxımından mülkiyyət hüququ kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi də məsələyə yuxarıda göstərilən qaydada X11 məhkəməsinin mövqeləri ilə uyğun gələn mövqedən yanaşmış, V.Q.Teryoxinin şikayəti ilə əlaqədar xx.xx.2010-cu il tarixli, Viktor Ozerovun şikayəti ilə əlaqədar xx.xx.2011-ci il tarixli, Müşfiq Bayramovun şikayəti ilə əlaqədar xx.xx.2011-ci il tarixli qərarında və digər qərarlarında hesab etmişdir ki, tələbin hüquqi cəhətdən reallaşması kifayət qədər müəyyən edilirsə, real mövcud olan əmlakı əldə etməyə gələcəkdə qanuni olaraq gözləmək hüququ mülkiyyət hüququ kimi qiymətləndirilir. Ona görə də məhkəmə hesab edir ki, cavabdehə məxsus cehiz əşyalarının çıxarılması tələb olunan evə İddiaçı mülkiyyətində olan əmlak kimi baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə iddianın qanuni həll edilməsi üçün cavabdehin mübahisəli evə hər hansı hüququnun yaranması əsaslarının mövcud olub-olmamasının müəyyən edilməsini zəruri hesab edir. Yaşayış sahəsindən istifadənin hüquqi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. İş materiallarından göründüyü kimi İddiaçı ilə Cavabdeh arasında bu cür razılaşma olmamışdır. Məhkəmə həmçinin hesab edir ki, Cavabdeh iddiaçının ailə üzvü olub-olmaması məsələsi də müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinə əsasən, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Həmin Məcəllənin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Mənzil Məcəlləsinin 30.1 və 30.2ci maddələrinin şərh edilməsinə dair 16 dekabr 2014-cü il tarixli qərarında qeyd etmişdir ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci fəsillərinin müvafiq müddəalarına əsasən valideynlərin uşaqlarını saxlamağa borclu olması, əmək qabiliyyətini itirən və maddi yardıma ehtiyacı olan ər və arvadın bir-birinə kömək etməli olması, qardaş və bacıların yetkinlik yaşına çatmayan və əmək qabiliyyəti olmayan qardaş və bacılarını saxlamaq, baba və nənənin nəvələri saxlamaq, həmçinin nəvələrin baba və nənəni saxlamaq, yetirmələrinin öz faktiki tərbiyəçilərini saxlamaq, həmçinin ögey oğul və qızların ögey ata və ananı saxlamaq vəzifəsi müəyyən edilmişdir. Göründüyü kimi ailə qanunvericiliyinin istinad edilən müvafiq normalarında gəlin “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxil edilməmişdir. Həmçinin Cavabdeh ilə H.Məmmədxanov arasında bağlanmış nikah pozulmuşdur. Odur ki, məhkəmə hesab edir ki, hazırkı vəziyyətdə iddiaçının ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin qanuni sahibi olan İddiaçı ilə birlikdə mübahisəli mənzildən onun ailə üzvü kimi istifadə etmək hüququ yaranmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu yuxarida qeyd olunan qərarında formalaşdırdığı hüquqi mövqeyinə görə şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Məhkəmə, həmçinin nəzərə alır ki, Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir. Məhkəmə, öz qənaətini onunla əsaslandırır ki, Cavabdeh mübahisəli ev üzərində hər hansı bir əşya hüququ qeydə alınmadığından, habelə mübahisəli mənzilin qanuni sahibi ilə onun arasında müqavilə və ya ailə münasibətləri mövcud olmadığından, həmçinin Cavabdeh İddiaçı ailə üzvü hesab olunmadığından cavabdehin mübahisəli mənzilin yaşayış sahəsindən istifadə etmək hüququ yaranmamışdır. Ona görə də məhkəmə hesab edir ki, Cavabdeh məxsus əşyalar iddiaçının mənzilində qalmaqla sonuncunun mülkiyyət hüququndan daha rahat qaydada həyata keçirməyə maneələr yaradır. Beləliklə məhkəmə hesab edir ki, Cavabdeh məxsus olan cehiz əşyaları İddiaçı məxsus olan Ordubad Rayonu Dəstə kəndində yerləşən evindən çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 115.0.9-cu maddəsinə əsasən məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırılması üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. İddiaçı mülkiyyətində olan Ordubad rayonu Dəstə kəndində yerləşən fərdi yaşayış evindən Cavabdeh məxsus cehiz əşyaları olan, 1 ədəd Paltar asılan (Şfaner) Do ab, 1 ədəd taxt, 2 tumbuçka,1 ədəd Tirmo, 1 ədəd uşaq üçün Uşaq krovatı 1 ədəd xalça 1 ədəd ütü stolu 1 dəst taxt üçün yoröan -döşək 1 qutu çexol, 1 qutu şal-dəsmal, 4 ədəd dəsmal, 1 dəst hamam dəsti, 1 ədəd adyal, 1 ədəd pakrıval, 1 dəst adyal və pakrıval, 1 dəst çexol ,2 ədəd diz döşəyi, 1 uşaq üçün yorğan -döşək dəsti, 5 ədəd balınc və 1 adyal, 3 ədəd adyal, 1 dəst çay dəsti, 1 ədəd Tozsoran, 2 ədəd Serviz çay, 2 ədəd meyvə qabı, 1 konfet qabı, 6 ədəd mürəbbə qabı, 2 ədəd çərəz qabı, 58 ədəd nimçə, 36 ədəd qatıq qabı, 12 ədəd mürəbbə qabı,6 ədəd su qabı, 6 ədəd salat qabı, 2 ədəd qənd qabı, 2 ədəd yemək qabı, 1 ədəd tava, 1 ədəd çaynik, 2 ədəd podnus, 1 dəst fincan çay dəsti, 2 ədəd şüşə qab, 6 ədəd bıçaq, 1 ədəd Kotlet götürən, 12 ədəd çəngəl, 6 ədəd böyük qaşıq, 1 ədəd kartoçqa əzən, 3 ədəd Kəpkir, 2 ədəd duz qabı, 3 ədəd balaca qab, 4 ədəd qənd qabı, 2 ədəd konfet qabı, 2 ədəd kök çırtan, 1 ədəd konfet qabı, 3 ədəd çərəz qabı, 4 ədəd rumka, 3 ədəd vaz, 2 ədəd konfet qabı, 1 ədəd çaynik, 6 ədəd rumka, 6 ədədl fincan, 6 ədəd nəlbəki,1 ədəd pesox qabı, 1 ədəd[ qənd qabı, 8 ədəd konfet qabı, 6 ədəd nəlbəki, 12 ədəd mürəbbə qabı, 4 ədəd çərəz qabı. 1 ədəd yağ qabı. 2 ədəd şirniyyat qabı, 6 ədəd duz qabı, 1 dəsti Kofe qabı, 2 ədəd balaca çaynik,1 ədəd şotku, 7 ədəd şüşə qab, 1 ədəd salfetka qabı, 1 ədəd duz qabı, 6 ədəd çəngəl, 2 ədəd şüşə qab. 2 ədəd vaz, 3 ədəd konfet qabı, 1 dəst tort qabı, 6 ədəd nəlbəki, 2 ədəd çaynik. 1 dəst çölmək qabı. 7 ədəd qənd qabı, 1 ədəd çaynik, 6 ədəd mürəbbə qabı, 1 ədəd şüşə qabı, 6 ədəd nəlbəki, 2 ədəd suvinir (dəvə), 1 ədəd Lampa, 1 dəst şüşə fincan, 1 dəst serviz, 6 ədəd armudu stəkan, 6 ədəd nəlbəki, 7 ədəd fincan, 2 dəmir qənd qabı, 2 ədəd güldan, 1 ədəd gülab qabı, 1 ədəd duz qabı, 4 ədəd nəlbəki, 1 ədəd çölmək, 6 ədəd sok stəkanı, 6 ədəd rumka, 5 ədəd uzun şirə stəkanı, 6 ədəd mürəbbə qabı, 6 ədəd kafe fincanı, 6 ədəd limon qabı, 6 ədəd limon götürən, 8 ədəd balaca qaşıq, 1 ədəd tort qabı, 4 ədəd fincan, 1 ədəd suvinir. 24 ədəd paltar asan, 2 ədəd daraq, 1 ədəd üzərik salan qab, 3 ədəd gül, 1 ədəd dolça, 6 ədəd stəkan, 1 ədəd konfet qabı, 2 ədəd çaynik, 1 ədəd su qabı, 6 ədəd stəkan, 1 ədəd vaz, 1 ədəd tefal qab, 2 ədəd tort qabı. 1 ədəd ütü, 2 ədəd avtafa, 1. ədəd çaydan, 1 ədəd suvinir, 1 ədəd gül qabı, 6 ədəd çölmək qab, 4 ədəd süzgəc, 1 ədəd şirli sehin qab, 2 ədəd alminum tava, 4 ədəd bıçaq, 12 ədəd balaca qaşıq, 6 ədəd böyük qaşıq, 6 ədəd çəngəl, 2 ədəd vedrə, 1 ədəd şirli çölmək, 6 ədəd kabab şişi, 1 ədəd oflax, 1 ədəd vərdənə, 3 ədəd çölmək qabı, 1 ədəd vaz. 1 ədəd tort kəsən, 1 yumurta çalan qab, 1 ədəd kəpkir, 1 ədəd süz süzən qab, 1 ədəd kapron qab, 1 ədəd zibilyığan, 1 ədəd çuğun tava, 1 ədəd şirli tava, 1 ədəd podnus, 1 ədəd şirli çölmək, 2 ədəd kapron qab, 1 ədəd Miksel, 1 ədəd uşaq üçün Manej və uşaq üçün oyuncaqlar Cavabdeh tərəfindən məcburi qaydada çıxarılsın. İddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Ordubad Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Tural Haqverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar