Azərbaycan Respublikası adından QƏTNAMƏ Ordubad şəhəri İş № 2(080)-32/2022 16.03.2022 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Ordubad Rayon Məhkəməsinin hakimi Tural Ziyat oğlu Haqverdiyevin sədrliyi, X18 məhkəmə iclas katibliyi ilə, iddiaçı "xxxx" Açıq Səhimdar Cəmiyyətinin Cavabdeh oğluna qarşı “pul tələbi barədə mülki işə Ordubad Rayon Məhkəməsinin inzibati binasinda açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı, "xxxx" Açıq Səhimdar Cəmiyyəti iddia ərizəsi ilə Ordubad Rayon Məhkəməsinə müraciət etmiş, Cavabdeh subroqasiya qaydasında "xxxx" Açıq Səhimdar Cəmiyyətinin xeyirinə 305 manat sığorta ödənişi məbləğinin və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" Açıq Səhimdar Cəmiyyəti iddiasını onunla əsaslandırmışdır ki, Atasığorta” Açıq Səhimdar Cəmiyyəti ilə X11 arasında 19.06.2018-ci ildə PAA********** saylı sığorta müqaviləsi bağlanmış və “Opel Astra” markalı ** OL *** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq avtonəqliyyat vaistəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta təminatı almışdır. Cavabdeh oğlu 20 dekabr 2018-ci ildə “Opel Astra” markalı ** OL *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Bakı şəhəri Yasamal rayonu Haqverdiyev küçəsində yol nəqliyyat hadisəsi törətmiş və “Vaz 21074” markalı ** NA *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vumuşdur.Qeyd olunan zərərin aradan qaldırılması üçün "xxxx" Açıq Səhimdar Cəmiyyəti 305 manat məbləğində sığorta ödənişi həyata keçirmişdir.Yasamal RPİ DYPŞ-nin "xxxx" Açıq Səhimdar Cəmiyyətinə təqdim etdiyi 29.01.2019-cu il tarixli ***-*******9 saylı Arayışa əsasən Cavabdeh oğlu yol- nəqliyyat hadisəsində təqsirli bilininmiş və nəticədə cavabdeh zərərin aradan qaldırılmasına dair mülki məsuliyyəti yaranmışdır. Cəmiyyətə təqdim edilmiş nəqliyyat vaistəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki “Opel Astra” markalı ** OL *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X9r. Cavabdeh oğluna isə “Opel Astra” markalı ** OL *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək üçün etibarnamə verilməmişdir. Odur ki, yolnəqliyyat hadisəsinin baş verdiyi vaxt Cavabdeh “Opel Astra” markalı ** OL *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək üçün etibarnamə verilməmişdir. İddiaçı sözügedən zərərin aradan qaldırılması üçün ödədiyi 305 manat sığorta ödənişinin məbləğini cavabdehdən tələb etmək hüququna malikdir. Atasığorta” Açıq Səhimdar Cəmiyyəti tərəfindən Cavabdeh oğlunun ünvanına 24.09.2019-cu il tarixli AS-19/3262 saylı geriyə tələb(subroqasiya ) məktubu göndərilsə də müvafiq sığorta ödənişi məbləği bu günədək "xxxx" Açıq Səhimdar Cəmiyyətinə ödənilməmişdir.Bu səbəbdən də 305 manat sığorta ödənişi məbləğinin və 30 manat dövlət rüsumunun cəmi 335 manat pul vəsaitinin cavabdehdən tutulub iddiaçı "xxxx" Açıq Səhimdar Cəmiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 13 sentyabr 2021-ci il tarixli etibarnamədən görünür ki X.İ.İsmayılov Fərzəliyev Toğrul Əliverdi oğluna "xxxx" Açıq Səhimdar Cəmiyyətini təmsil etməyi və sığorta ödənişlərinin alınması ilə əlaqədar zəruru hərəkətləri yerinə yetirməyi etibar etmişdir. AB 655416 nömrəli Nəqliyyat vaistəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki “Vaz 21047” markalı ** NA *** dövlət qeydiyyat nişanlı avtomobil X4 mülkiyyətindədir. 14 dekabr 2017-ci il tarixli Etibarnamədən görünür ki X2 21047” markalı ** NA *** dövlət qeydiyyat nişanlı avtomobili beş il on bir ay on doqquz gün müddətinə Xudaverdiyev Elşən Ağagül oğluna idarə etmək hüququ vermişdir. 19.06.2018-ci il tarixli icbari sığorta müqaviləsindən görünür ki "xxxx" Açıq Səhimdar Cəmiyyəti ilə “Opel Astra” markalı ** OL *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X12 arasında “Opel Astra” markalı ** OL *** dövlət qeydiyyat nişanlı avtomobilin sığortalanması haqqında 5000 manat dəyərində sığorta müqaviləsi bağlanmışdır.
25. fevral 2019-cu ul tarixli 19-01693/02/AA-1262/19 nömrəli Sığorta aktından görünür ki “Vaz 21047” markalı ** NA *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 305 manatdır və sığorta ödənişini alan şəxs isə X6r. 27.022019-cu il tarixli Ödəniş tapşırığından görünür ki X7 305 manat sığorta ödənişi ödənilmişdir. Bakı şəhəri Baş polis İdarəsi Yasamal Rayon Polis İdarəsinin Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə 29.01.2019-ci il tarixli arayışdan görünür ki, X19 qızının mülkiyyətçısi olduğu “Opel Astra” markalı ** OL *** dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsini etibarnamə olmadan idarə etmiş Cavabdeh törətdiyi yol nəqliyyat hadisəsi nəticəsində X4 mülkiyyətində olan “Vaz 21047” markalı ** NA *** dövlət qeydiyyat nişanlı avtomobilə əmlak zərəri vurmuşdur. 20.12.2018-ci il tarixli Yasamal RPİ DYPŞ-in İnzibati xəta haqqında protokolundan görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. İddiaçı "xxxx" Açıq Səhimdar Cəmiyyətinə məhkəmə iclaslarının vaxtı və yeri barədə məlumat verilmiş, iddiaçı məhkəmə iclaslarında iştirak etməmiş mülki işə iştirakları olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişlər. Məhkəmə mülki işə "xxxx" Açıq Səhimdar Cəmiyyətinin nümayəndəsininin iştirakı olmadan baxmışdır. Cavabdeh oğlunun məhkəmə iclaslarının vaxtı və yeri barədə məlumat verilmiş lakin cavabdeh məhkəmə baxışında iştirak etməmişdir. Qeyd olunan sığorta aktlarının surətlərindən aydın olur ki, müvafiq sığorta ödənişlərinin ödənilməsinə görə barəsində subroqasiya tələbi irəli sürülməli şəxs Cavabdehdur. Məhkəmə təqdim olunmuş sübutları araşdırıb, sübutları hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunan hüquq normaları ilə əsaslandırır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci və 21.2-ci maddələrinə müvafiq olaraq zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. İcbari sığorta haqqında Azərbaycan Respublikası Qanununun 50.1-ci maddəsinə görə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası mexaniki avtonəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində fiziki şəxslərin sağlamlığına, həmçinin fiziki və hüquqi şəxslərin əmlakına vurduğu zərərlərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir Həmin Qanunun 52.1-ci maddəsinə görə avtonəqliyyat vasitəsinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində zərərçəkən üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab olunur. Həmin Qanunun 53.1-ci maddəsinə görə mülkiyyətində avtonəqliyyat vasitəsi olan, yaxud avtonəqliyyat vasitəsinə faktiki sahibliyi həyata keçirən, yəni onu icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya etibarnamə əsasında idarə edən, yaxud digər qanuni əsaslarla istismar edən şəxslər bu Fəslin məqsədləri üçün avtonəqliyyat vasitəsinin sahibi hesab olunurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə görə subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi (həyat sığortası siniflərinə və fərdi qəza sığortasına aid olan hallarda subroqasiya hüququ tətbiq edilmir) nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Müli Məcəllənin 936.2-ci maddəsinə uyğun olaraq faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Mülki Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1-ci və 25.1.3-cü maddələrinə görə sığorta şəhadətnaməsində göstərilən əmlak onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilərsə, sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində həmin şəxsə qarşı subroqasiya hüququ yaranır. Həmin Qanunun 25.2-ci maddəsinə görə, Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Cavabdeh, Cavabdeh sığorta hadisəsinin baş verməsində təqsirli olması 20.12.2018-ci il tarixli Yasamal RPİ DYPŞ-in İnzibati xəta haqqında protokolu ilə də təsdiqini tapır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış sübutlara işin faktiki hallarına tətbiq edilməli olan qanun normalarının tələblərinə uyğun qiymət verərək hesab edir ki, 305 manat məbləğində pul cavabdeh, Cavabdeh alınaraq iddiaçı "xxxx" Açıq Səhimdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Məhkəmə ödənilmiş dövlət rüsumunun tələbi ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, iddia təmin edildiyindən, 30 manat məbləğdə pul cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin olunsun. Cavabdeh 305 (üç yüz beş) manat məbləğində pul tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə verilsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul Cavabdeh tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Ordubad Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Tural Haqverdiyev