Məhkəmə qərarları › İş №2(080)-55/2021

Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qətnamə — İş №2(080)-55/2021

03.08.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ordubad şəhəri İş № 2(080)-55/2021 03.08.2021 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Ordubad Rayon Məhkəməsinin X4 Haqverdiyevin sədrliyi, X2 məhkəmə iclas katibliyi, İddiaçı Məmməd oğlunun, Cavabdeh iştirakı ilə, İddiaçı Məmməd oğlunun Cavabdeh qarşı “payın naturada bölünməsi ” tələbinə dair mülki işə Ordubad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Məmməd oğlunu iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, cavabdeh Muradova Qızbəsti Telman qızı ilə birgə nikah dövründə əldə etdikləri Ordubad Rayon Vənənd kəndində yerləşən ½ hissədə evdən və ümumi sahəsi 0,0689 ha sahəsi olan torpaq sahəsindən ona düşən 1/3 hissədə payın naturada ayrılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Məmməd oğlu iddia ərizəsinin məzmununa uyğun olaraq məhkəmə iclasında iddiasını müdafiə etmiş, izahatında bildirmişdir ki, Ordubad Rayon Məhkəməsinin 28 iyun 2019-cu il tarixli qətnaməsi ilə sabiq həyat yoldaşı Muradova Qızbəsti Telman qızı ilə əldə etdikləri Ordubad Rayon Vənənd kəndində yerləşən 108.21 kv-m olan fərdi yaşayış evinin birgə nikah dövründə əldə edilmiş əmlak kimi tanınmaqla ½ hissədə payın və ümumi sahəsi 0,0689 ha olan torpaq sahəsindən isə ona çatan 1/3 hissədə payın müəyyən olunması qət olunmuşdur. Bundan sonra cavabdehjlə müəyyən razılığa gəlmək üçün müəyyən təkliflər etdiyini belə ki cavabdehə evdən çıxmaq müqabilində müəyyən məbləğdə kompensasiya təklifini qəbul etməyərək cavabdehin ondan başqa bir ev almağını tələb etdiyini o isə bir neçə ev göstərərək bəyənərsə alacağının lakin cavabdeh onun heç bir təklifinin müsbət qarşılamadığını və bu yolla cavabdehin onu bezdirib evdən uzaqlaşdırmağ istədiyini onun isə yaşamağa başqa bir evi olmadığını, cavabdehlə faktiki ailə münasibətlərinə son qoyulduğunu bu səbəbdən də mülkiyyətindən ona çatan payın naturada ayrılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdeh Q. Muradovaya məlumat verilmiş, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin hər hansı üzrlü səbəbdən olması barədə məhkəməyə məlumat təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Bunu nəzərə alan məhkəmə işə Cavabdeh Q. Muradovanın iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materallarnda olan- Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq məsələləri Üzrə Dövlət Komitəsinin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyesterindən ******* nömrəli çıxarışından görünür ki Ordubad Rayon Vənənd kəndində yerləşən 108.21 kv-m olan fərdi yaşayış evi və ümumi sahəsi 0,0689 ha olan torpaq sahəsi mülkiyyət hüququ üzrə İddiaçı Məmməd oğlunun adına qeydiyyata alınmışdır. Ordubad rayon Vənənd kənd İƏDÜ-üzrə nümayəndəliyinin 15 yanvar 2021-cu il tarixli arayışından görünür ki İddiaçı Məmməd oğlu Ordubad rayon Vənənd kəndində yaşayır və qeydiyyatdadır. Ordubad rayon Vənənd kənd İƏDÜ-üzrə nümayəndəliyinin 15 yanvar 2021-cu il tarixli arayışından görünür ki Muradova X3 rayon Vənənd kəndində yaşayır və qeydiyyatdadır. Mülki işə əlavə edilmiş Ordubad Rayon Məhkəməsinin 15 aprel 2021-ci il tarixli qərardadından görünür Ordubad Rayon Məhkəməsi İddiaçı Məmməd oğlunun Ordubad Rayon Məhkəməsinin 28 iyun 2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilərək ona düşən payın naturada bölünüb verilməsinin mümkünlüyünün müəyyən edilməsi üçün məhkəmə tikinti-texniki ekspertizası təyin etmiş və Ekspertizanın aparılmasını Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə etmişdir. Mülki işə əlavə edilmiş Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə X1 Rayon məhkəməsinə göndərilmiş 08 iyun 2021-ci il tarixli rəyində göstərilmişdir ki, Ordubad Rayon Məhkəməsinin 28 iyun 2019-cu il tarixli qətnaməsi ilə müəyyən olunmuş 108.21 kv-m olan fərdi yaşayış evinin ½ hissə və ümumi sahəsi 0,0689 ha olan torpaq sahəsindən isə ona çatan 1/3 hissə olmaqla İddiaçı Məmməd oğluna aid hissənin təcrid olunmuş qaydada ayrılaraq verilməsi (bölünməsi) texniki cəhətdən mümkün olmadığını rəyində qeyd edilmişdir. Аzərbаycаn Rеspublikаsının Mülki məcəlləsinin 220-ci maddəsinin tələbinə əsasən bu məcəllənin 220.3-20.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması aşıq aşkar mümkün olmadıqda məhkəmə əmlakın aşıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Аzərbаycаn Rеspublikаsının Konstitusiya Məhkəməsinin Azərbaycan respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəəlarının şərh edilməsinə dair 4 aprel 2014-cü il il tarixli plenum qərarının qey edilirik ki, məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın aşıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilə arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Аzərbаycаn Rеspublikаsının Mülki məcəlləsinin 220.3-20.5-ci maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Beləliklə məhkəmə yuxarıda qeyd olunan Mülki Məcəlləsinin müddəalarına və Аzərbаycаn Rеspublikаsının Konstitusiya Məhkəməsinin 4 aprel 2014-cü il il tarixli plenum qərarına əsaslanaraq belə nəticəyə gəlir ki İddiaçı Məmməd oğlunun iddiası rədd olunmalıdır. Belə ki Ordubad Rayon məhkəməsi İddiaçı Məmməd oğlunun iddia ərizəsi əsasında 28 iyun 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı Məmməd oğlu ilə Cavabdeh arasında birgə nikah dövründə qazanılmış əmlakın bölünməsi qaydasında iddiaçı və cavabdehin payları müəyyən olunmuşdur. İddiaçı 01 fevral 2021-ci il tarixli iddia ərizəsi ilə yenidən Ordubad rayon Məhkəməsinə müraciət edərək Ordubad Rayon Məhkəməsinin 28 iyun 2019-cu il tarixli qətnaməsi ilə müəyyən olunmuş 108.21 kv-m olan fərdi yaşayış evinin ½ hissə və ümumi sahəsi 0,0689 ha olan torpaq sahəsindən isə ona çatan 1/3 hissədə payın naturada ayrılmasını məhkəmədən xahiş etmişdir. Ordubad rayon Məkəməsi 15 aprel 2021-ci il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin etmiş və Ekspertizanın aparılmasını Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə etmişdir. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi isə Ordubad Rayon Məhkəməsinə göndərilmiş 08 iyun 2021-ci il tarixli rəyində göstərilmişdir ki, Ordubad Rayon Məhkəməsinin 28 iyun 2019-cu il tarixli qətnaməsi ilə müəyyən olunmuş 108.21 kv-m olan fərdi yaşayış evinin ½ hissə və ümumi sahəsi 0,0689 ha olan torpaq sahəsindən isə ona çatan 1/3 hissə payın İddiaçı Məmməd oğluna aid hissənin təcrid olunmuş qaydada ayrılaraq verilməsi (bölünməsi) texniki cəhətdən mümkün olmadığını bildirmişdir. Аzərbаycаn Rеspublikаsının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İş üzrə toplanmış sübutları araşdırarkən məhkəmə müəyyən etmişdir ki, iddiaçı İddiaçı Məmməd oğlunun Ordubad Rayon Vənənd kəndində yerləşən Ordubad Rayon Məhkəməsinin 28 iyun 2019-cu il tarixli qətnaməsi ilə müəyyən olunmuş 108.21 kv-m olan fərdi yaşayış evinin ½ hissə və ümumi sahəsi 0,0689 ha olan torpaq sahəsindən isə ona çatan 1/3 hissə payın naturada bölünüb verilməsi mümkün deyil. X6 Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə X1 Rayon Məhkəməsinə göndərilmiş 08 iyun 2021-ci il tarixli rəyi də təsdiq edir. Beləliklə, iş üzrə toplanmış sübutları araşdırıb onlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia təmin edilə bilməz. Məhkəmə məsrəflərin və 30 manat məbləğində dövlət rüsumunun ilə bağlı məsələni müzakirə edib, belə nəticəyə gəlir ki, iddia rədd edildiyindən ödənilmiş məsrəflərin və 30 manat məbləğində dövlət rüsümu iddiaçıya aid edilməlidir. Аzərbаycаn Rеspublikаsı Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Belə ki, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Аzərbаycаn Rеspublikаsının Mülki-Prosessual Məcəlləsinin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Аzərbаycаn Rеspublikаsının Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır Аzərbаycаn Rеspublikаsının Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə göstərilənləri, Аzərbаycаn Rеspublikаsının MPM-nin 216-220-ci mаddələrini rəhbər tutаrаq qət etdi: İddiaçı Cavabdeh qarşı Ordubad Rayon Vənənd kəndində yerləşən 1/2 hissədə evdən, ümumi sahəsi 0,0689 ha orpaq sahəsindən ona düşən 1/3 hissədə payın naturada ayrılması tələbi barədə iddiası rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Ordubad Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:Tural Haqverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar