Azərbaycan Respublikası adından QƏTNAMƏ Ordubad şəhəri İş № 2(080)-99/2025 07.05.2025 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Ordubad Rayon Məhkəməsinin hakimi Tural Ziyat oğlu Haqverdiyevin sədrliyi, X5 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə,İddiaçı cavabdeh Cəfərlı (Məmmədova) İlahə Bəylər qızına qarşı alimentin miqdarının dəyişdirilməsi tələbinə dair mülki işə Ordubad Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Cəfərlı (Məmmədova) İlahə Bəylər qızına qarşı alimentin miqdarının dəyişdirilməsi tələbinə dair iddia ərizəsi ilə Ordubad Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlə birgə nikahlarından doğulmuş 29 may 2013-cü ildə doğulmuş X8, 18 avqust 2015-ci ildə doğulmuş X6 və 24 oktyabr 2020-ci ildə doğulmuş X1 üçün hər ay onun qazancının və əlavə gəlirlərinin yarısı hissəsində aliment tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı izahatında göstərmişdir ki, o Cavabdeh ilə 11 noyabr 2010-cu ildə rəsmi nikah qeydiyyatından keçməklə evlənmişlər və birgə nikahlarından 29 may 2013-cü ildə doğulmuş X8, 18 avqust 2015-ci ildə doğulmuş X6 və 24 oktyabr 2020-ci ildə doğulmuş X4 doğulmuşdur. Cavabdeh müraciəti əsasında Ordubad rayon məhkəməsinin 2(080)-165/2024 saylı «04» noyabr 2024-cü il tarixli qərarına əsasən «04» noyabr 2024-cü il tarixdən başlayaraq məndən cavabdehin xeyrinə 29 may 2013-cü il tarixdə doğulmuş X8, 18 avqust 2015-ci ildə doğulmuş X6 və 24 oktyabr 2020-ci ildə doğulmuş X1 üçün hər ay bir uşaq üçün 130 (bir yüz otuz) manat, cəm olaraq 390 manat sabit pul məbləğində aliment tutulur. Məhkəmə tərəfindən qeyd olunan alimentin miqdarı təyin olunan vaxtı o Ordubad rayon Parağa kənd kukubunda mədəni təşkilatçı vəzifəsində işləyirdi və onun maaşı 464.93 manat təşkil edirdi. Digər gəlir yeri yoxdur. Bu günə qədər alimenti valideyininin köməkliyi ilə ödəmişdir. Artıq valideyinləri köməklik etmir, əvvəlki miqdarda təyin olunmuş aliment ödəyəndə, həyatda yaşamağı üçün özünə vəsait çatmır. Belə ki, aliment miqdarını ödədikdən sonra özünə 74 manat pul qalır.Bir insanın bir ayda 74 manatla yaşaması mümkün deyil. Ondan tutulan alimentin ümumi miqdarı onun qazancının 84 %-ni təşkil edir və qanunda nəzərdə tutulan hissədən artıq olur. Bu da onun maddi vəziyyətini pisləşdirir. Qeyd edilənlərə əsasən, o, iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh Cəfərli (Məmmədova) İlahə Bəylər qızı məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının: 17-ci maddəsinin İ və İİ hissələrinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. 34-cü maddəsinin İV bəndinə əsasən, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: 856440 nömrəli doğum haqqında şəhadətnamənin çıxarışından görünür ki, X8 29 may 2013-cü ildə tarixdə doğulmuş, atası İddiaçı, anası X7r. 530471 nömrəli doğum haqqında şəhadətnamənin çıxarışından görünür ki, X6 18 avqust 2015-ci ildə tarixdə doğulmuş, atası İddiaçı, anası X7r. 461996 nömrəli doğum haqqında şəhadətnamənin çıxarışından görünür ki, X4 24 oktyabr 2020-ci ildə tarixdə doğulmuş, atası İddiaçı, anası X7r. -Ordubad Rayon Məhkəməsinin 2(080)-165/2024 saylı «04» noyabr 2024-cü nömrəli qətnaməsi ilə iddia ərizəsi qismən təmin edilmiş, cavabdeh İddiaçı 29 may 2013cü ildə doğulmuş X8, 18 avqust 2015-ci ildə doğulmuş X6 və 24 oktyabr 2020-ci ildə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün «04» noyabr 2024-cü il tarixdən başlayaraq, hər ay hər bir uşaq üçün 130 (bir yüz otuz) manat olmaqla, olaraq ümumilikdə, cəmi 390 manat sabit pul məbləğində aliment iddiaçı Cəfərli (Məmmədova) İlahə Bəylər qızının xeyrinə tutulması, qətnamənin alimentin tutulması hissəsində dərhal icra olunması qət edilmişdir. -Mədəniyyət Nazirliyi Ordubad Rayon Mədəniyyət idarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-24-18-4/2-45/2024 saylı iş yeri məlumatından görünür ki, İddiaçı “Parağa kənd kulubunda Mədəni təşkilatçı” vəzifəsində işləyir və aylıq əmək haqqı 464.93 manat təşkil edir. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, İddiaçı ilə cavabdeh Cəfərli (Məmmədova) İlahə Bəylər qızı ilə xx.xx.2010-cu il tarixdə nikaha daxil olmuş və tərəflərin birgə nikahlarından 29 may 2013cü ildə doğulmuş X8, 18 avqust 2015-ci ildə doğulmuş X6 və 24 oktyabr 2020-ci ildə doğulmuş X4 anadan olmuşdur. Ordubad Rayon Məhkəməsinin 2(080)-165/2024 saylı «04» noyabr 2024-cü nömrəli qətnaməsi ilə iddia ərizəsi qismən təmin edilmiş, cavabdeh İddiaçı 29 may 2013-cü ildə doğulmuş X8, 18 avqust 2015-ci ildə doğulmuş X6 və 24 oktyabr 2020-ci ildə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün «04» noyabr 2024-cü il tarixdən başlayaraq, hər ay hər bir uşaq üçün 130 (bir yüz otuz) manat olmaqla, olaraq ümumilikdə, cəmi 390 manat sabit pul məbləğində aliment iddiaçı Cəfərli (Məmmədova) İlahə Bəylər qızının xeyrinə tutulması, qətnamənin alimentin tutulması hissəsində dərhal icra olunması qət edilmişdir. Həmin qətnamə icraya yönəldilmiş və hazırda, iddiaçı maddi çətinliyi ilə əlaqədar olaraq alimentin tam şəkildə ödənilməsinin mümkünsüzlüyünü irəli sürərək alimentin miqdarının azaldılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra mətndə Ailə Məcəlləsi adlanacaq): 55.2. maddəsinə əsasən, aliment, pensiyalar, müavinətlər şəklində uşağa ödənilən məbləğ valideynlərin (onları əvəz edən şəxslərin) sərəncamına daxil olur, onlar tərəfindən uşaqların saxlanmasına, tərbiyəsinə və təhsilinə xərclənir. 75.1. və 75.4. maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 76.1. maddəsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 76.1.1. 1 uşağa görə-qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 76.1.2. 2 uşağa görə-qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 76.1.3. 3 və daha çox uşağa görə-qazancın (başqa gəlirlərin) yarısı. 76.2. maddəsinə əsasən, bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. 78.2. maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Qanunun tələblərindən göründüyü kimi, qanunvericilik yetkinlik yaşına çatmayan uşaqların saxlanılmasını valideynlərin vəzifəsi kimi müəyyən etmiş və bunun qaydasını və formasını müəyyənləşdirməkdə onlara müstəqillik vermişdir. Lakin uşaqların saxlanılmasından boyun qaçıran valideynlər bu vəzifəni həyata keçirməyə məhkəmə qaydasında məcbur edilə bilərlər. Aliment öhdəliyi dedikdə, ailə münasibətlərinin iştirakçısı olan ər-arvad, valideynlər və uşaqlar arasında yaranan elə hüquq münasibətləri başa düşülür ki, burada bir tərəf digər tərəfin saxlanılması üçün onlar arasında olan razılıq əsasında və ya qanunvericiliyə uyğun olaraq məcburi qaydada müəyyən edilən vəsaiti (alimenti) ödəməyə borclu olur. Beləliklə də, məhkəmə araşdırması zamanı iddiaçının izahatından göründüyü kimi, Ordubad Rayon Məhkəməsinin 2(080)-165/2024 saylı «04» noyabr 2024-cü nömrəli qətnaməsi ilə iddia ərizəsi qismən təmin edilmiş, cavabdeh İddiaçı azyaşlıların saxlanılması üçün hər ay hər bir uşaq üçün 130 (bir yüz otuz) manat olmaqla, olaraq ümumilikdə, cəmi 390 manat sabit pul məbləğində alimentin tutulması qət edilmiş və həmin aliment məbləği cavabdehin əmək haqqından tutulmaqla təmin edilmişdir. Hazırda əmək haqqının aliment miqdqrını ödədikdən sonra özünə 74 manat pul qaldığını, 74 manatla yaşaması mümkün olmadığını, ondan tutulan alimentin ümumi miqdarı onun qazancının 84 %-ni təşkil etdiyi üçün alimentin azalmasını əsas gətirərək, iddiaçı 390 manat alimentin ödənilməsinin mümkünsüzlüyü səbəbindən aliment məbləğinin azaldılmasını və hər ay onun qazancının və əlavə gəliurlərinin yarısı hissəsində aliment tutulmasıı xahiş etmişdir. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarındakı hüquqi mövqeyə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu Qərarın nəticə hissəsinin 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Eyni zamanda, ailə qanunvericiliyi hər iki qaydada tutulan alimentin miqdarını müəyyən edərkən məhkəmənin üzərinə bəzi hüquq və vəzifələr qoymuşdur. Qanunverici bu maddədə alimentin miqdarı müəyyən olunarkən məhkəmənin üzərinə bir sıra məsələlərin araşdırılması vəzifəsini qoymuşdur: tərəflərin maddi və ailə vəziyyəti; diqqətəlayiq digər hallar; uşağın əvvəlki təminatının səviyyəsi. Məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurubqurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olubolmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir. Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olubolmamasını və s. məsələləri nəzərə almalıdır. Beləliklə, məhkəmə qanunun tələblərinə və Konstitusiya Məhkəməsinin Plenum Qərarındakı hüquqi mövqeyə istinad edərək uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun olmasını nəzərə alaraq hesab edir ki, hazırki mülki iş üzrə alimentin miqdarının azaldılması azyaşlı uşaqların yaşı, təhsili, maddi və digər ehtiyacları nəzərə alınmaqla onun mənafeyinə uyğun deyildir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş Ordubad Rayon Məhkəməsinin 2(080)-165/2024 saylı «04» noyabr 2024-cü il tarixli qətnaməsi ilə qət edilmiş aliment məbləği məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşaqların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilmiş, həmin aliment məbləğinin azaldılması isə uşaqların mənafeyi ilə ziddiyyət təşkil etməklə yanaşı, qanunvericiliyin tələblərinin də kobud şəkildə pozulması ilə nəticələnmiş olacaqdır. Belə ki, məhkəmə hesab edir ki, iddiaçı işini dəyişmiş olsa da, bu hal iddiaçının uşaqların yaşı, təhsili, cavabdehin maddi vəziyyəti və diqqətəlayiq digər hallar nəzərə alınmaqla alimentin miqdarının azaldılmasına səbəb olmamalıdır. Məhkəmə qeyd edir ki, iddiaçının hazırda aldığı 464.63 manat əmək haqqının yarısı hissəsi 232 manat təşkil edir ki, bu məbləğ 3 uşağın minimum dolanışıq xərclərini qarşılaya bilməz. Qanunvericiliyin, eyni zamanda, Nazirlər Kabinetinin Qərarına, həmçinin, mülki iş materiallarına istinad edərək, məhkəmə müəyyən etmişdir ki, iddiaçıdan uşağın saxlanılması üçün tutulan aliment məbləği onun əmək haqqısı nəzərə alınmaqla təmin edilmişdir. İddiaçı iş yerini dəyişməsini və əmək haqqının azaldığını qeyd etsə də, bununla belə, məhkəmə bir valideyn olaraq iddiaçının övladlarını saxlamaq üçün müəyyən olunmuş aliment məbləğinin azaldılması üçün heç bir əsas görmür. Ona görə də, aliment ödənişinin uşaqların təminatı üçün nəzərdə tutulmuş vəsait olmasından irəli gələrək, iddia tələbi əsaslı olmadığından təmin edilməməsi qənaətinə gəlir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə görə, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 7 saylı Protokolunun 5-ci maddəsinə görə, ərlə arvad bərabər hüquqlara malikdirlər və uşaqları ilə münasibətlərdə, habelə nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. “Uşaq hüquqları haqqında” Qanunun 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyə əsasən, iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir. Eyni zamanda “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında X2 və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5№li qərarının 2-ci bəndinə əsasən, Azərbaycan Respublikası «İnsan hüquqlarının və Əsas azadlıqların Müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu 2002-ci ilin aprel ayının 15-də ratifikasiya etmiş dövlət kimi Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericiliklə yanaşı, Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki Prosessual Məcəllənin:
107. maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.2. maddəsinə əsasən, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Beləliklə, məhkəmə iddia ərizəsini, qanunvericiliyin tələblərini paralel şəkildə qiymətləndirərək hesab edir ki, iddia tələbinin əsasını sübuta yetirmək vəzifəsi daşıyan iddiaçı həmin halları sübuta yetirmədiyindən, eyni zamanda, aliment məbləğinin azaldılmasına heç bir əsas olmadığından iddia tələbi əsaslı deyildir, ona görə də təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia rədd edilsin. İddiaçı cavabdeh Cəfərli (Məmmədova) İlahə Bəylər qızına qarşı Ordubad Rayon Məhkəməsinin 2(080)-165/2024 saylı «04» noyabr 2024-cü il tarixli qətnaməsinin dəyişdirilərək 29 may 2013-cü il tarixdə doğulmuş X8, 18 avqust 2015-ci ildə doğulmuş X6 və 24 oktyabr 2020-ci ildə doğulmuş X1 üçün hər ay onun qazancının və əlavə gəlirlərinin yarısı hissəsində aliment tutulması tələbinə dair iddiası əsassız olduğundan rədd edilsin. İddia rədd edildiyindən İddiaçı tərəfindən ödənilmiş 50 manat dövlət rüsumu özünə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ordubad Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən:Tural Haqverdiyev