Azərbaycan Respublikası adından QƏTNAMƏ Heydərabad qəsəbəsi İş № 2(088)-10/2023 10.03.2023 NAXÇIVAN MR SƏDƏRƏK RAYON MƏHKƏMƏSİ Zülfüqarov Hüseyn Nadir oğlunun sədrliyi, İsmayılov Çingiz Məhərrəm oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə İddiaçı, Cavabdeh qarşı alimentin təyin edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh, xx.xx.2010-cu il təvəllüdlü X1, xx.xx.2012-ci il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək bir uşağın saxlanılması üçün 220 manat olmaqla üç uşağın saxlanması üçün 660 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki iş üzrə İddiaçı izahatında bildirmişdir ki, 2006-cı ildə Cavabdeh ilə nikah qeydiyyatından keçməklə ailə həyatı qurduqlarını, birgə nikahdan xx.xx.2010-cu il təvəllüdlü X1, xx.xx.2012-ci il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X2 dünyaya gəldiyini, Sədərək rayon Məhkəməsinin 2(088)-2/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən nikahlarının pozulduğunu, yetkinlik yaşına çatmayan uşaqların Tünzaləyə verildiyini və hər uşağın saxlaması üçün 100 manat olmaqla üç uşağın saxlanması üçün 300 manat alimentin müəyyən edildiyini, uşaqlardan Amil və Orxanın anaları ilə birgə Bakı şəhərinə getdiyini Ramilin isə onunla birlikdə yaşadığını, övladları ilə görüşmək üçün məhkəmə qaydasında görüşün müəyyən edildiyini, uşaqları görmək üçün Bakı şəhərinə getdiyini, həmin zaman uşaqların təhsildən yayındığını gördüyünü, cavabdehin razılığı ilə uşaqlarla birlikdə yaşadığı ünvan olan Sədərək rayonuna gələrək birlikdə yaşamağa başladıqlarını, sonra uşaqların onun yanında qalması tələbi ilə bağlı Sədərək rayon Məhkəməsinə müraciət etdiyini, Sədərək rayon Məhkəməsinin 2(088)- 36/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2010-cu il təvəllüdlü X1, xx.xx.2012-ci il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X2 atalarının yanında qalmasının müəyyən edildiyini, uşaqları təkbaşına böyütdüyünü, Tünzalə ilə birlikdə yaşadıqları müddətdə də Tünzalənin heç bir yerdə işləmədiyini, özünün Türkiyədə və rayonda işləyərək uşaqlarının maddi təminatını tək ödədiyini,Tünzalənin övladları ilə maraqlanmadığını, qanunvericiliyin tələbinə əsasən hər bir valideyinin uşağı saxlamaq həm vəzifəsi həm də borcu olduğunu, cavabdehin həmin vəzifə borcunu yerinə yetirmədiyini, tək başına üç övladını saxladığını, uşaqların bütün xərclərini çəkdiyini amma tam qarşılaya bilmədiyini, bu gün uşaqlarının təminatını ödəsədə gələcəkdə yaxşı təhsil almaları və yaxşı mənzil şəraitlərinin olmaları üçün cavabdehdən aliment tələb etdiyini bildirərək iddiasının təmin edilməsini və hər ay hər bir uşağa 220 manat, üç uşağa 660 manat sabit pul məbləğində alimentin cavabdehdən alınaraq ona verilməsini xahiş etdi. Məhkəmədə Cavabdeh izahatında bildirdi ki, iddiaçının məhkəmədə qaldırdığı iddianı qəbul etmədiyini, iddiaçı ilə aralarında rəsmi nikahlarının xx.xx.2021 ci il tarixində rəsmi qaydada pozulduğunu və yetkinlik yaşına çatmayan uşaqların analarının yanında qalmalarının müəyyən edildiyini, nikahları pozulduqan sonra iş üzrə iddiaçı olan Elnurun onu və uşaqları hər gün bezdirdiyi üçün uşaqlarını götürüb Bakı şəhərinə ailəsinin yanına köçdüyünü, Elnurun yenə də ondan əl çəkmədiyini hər gün telefonla zəng edərək ona hədə qorxu gəldiyini və uşaqları öyrətdiyini, bir neçə dəfə də Bakı şəhərinə gedərək uşaqlarını görmək üçün səs-küy saldığını, qonşulardan utandığından uşaqları Elnura müvəqqəti görməsi üçün verdiyini, sonra xx.xx.2022-ci il tarixdə Sədərək rayon Məhkəməsinin qətnaməsinə əsasən azyaşlı uşaqların atasının yanında qalmasının müəyyən edildiyini, dəfələrlə Bakı şəhərindən Sədərək rayonuna gəlib uşaqlarını görmək istəsədə Elnurun buna mane olduğunu, hətda uşaqlarını görməsi üçün Sədərək rayon Polis şöbəsinə də dəfələrlə müraciət etdiyini, lakin heç bir nəticəsinin olmadığını, iki ilə yaxın müddətdir ki Bakı şəhərində atası ilə birgə kirayədə yaşadığını, xəstə olduğu üçün heç bir yerdə işləmədiyini, haliyədə ödündə daş olduğu üçün əməliyata hazırlaşdığını və atasının himayəsində olduğunu, maddi vəziyyətinin aşağı olmasını, lakin maddi vəziyyətinin aşağı olmasına baxmayaraq övladlarını Elnurdan hər zaman alıb saxlamağa hazır olduğunu, Elnurun uşaqlara baxmağa maddi imkanı çatmırsa uşaqların hər üçünü də götürüb saxlamağa hazır olduğunu bildirərək iddianın rədd olunması barədə qərar qəbul olunmasını xahiş etdi. İşin mübahisəsiz hallları. İş materiallarına əlavə olunmuş Sədərək Rayon Məhkəməsinin 05 may 2022-ci il tarixli 2(088)-36/2022 nömrəli qətnaməsinə əsasən xx.xx.2010-cu il təvəllüdlü X1, xx.xx.2012-ci il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X2 ataları İddiaçı yanında qalmaları müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş Sədərək rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ 670505 nömrəli, AZ-İİ 666856 nömrəli və AZ-İİİ 304832 nömrəli 26 oktyabr 2022-ci il tarixli doğum haqqında şəhadətnamədən çıxarışlara əsasən iş üzrə tərəflərin xx.xx.2010-cu il təvəllüdlü X5, xx.xx.2012-ci il təvəllüdlü X8 və xx.xx.2015-ci il təvəllüdlü X6 adlı uşaqları doğulmuşdur. İş materiallarına əlavə edilmiş Sədərək Rayon İcra Hakimiyyəti Qaraağac kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş 01 dekabr 2022-ci il tarixli, 21/120 nömrəli arayışından görünür ki, iş üzrə İddiaçı Sədərək rayon Qaraağac kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Sədərək Rayon İcra Hakimiyyəti Qaraağac kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş 17 noyabr 2022-ci il tarixli, 21/10 nömrəli arayışından görünür ki, iş üzrə Cavabdeh Sədərək rayon Qaraağac kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Sədərək rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ 670505 nömrəli, AZ-İİ 666856 nömrəli və AZ-İİİ 304832 nömrəli 26 oktyabr 2022-ci il tarixli doğum haqqında şəhadətnamələrinin çıxarışından müəyyən edilir ki, xx.xx.2010cu il təvəllüdlü X1, xx.xx.2012-ci il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X2 ataları İddiaçı, anaları isə Cavabdehdır. İş üzrə iddiaçı tərəfindən başqa sübutlar təqdim olunmamışdır. İş üzrə cavabdeh tərəfindən 27 yanvar 2023-cü il tarixli Sədərək rayon Məşğulluq Mərkəzinin arayış və 20 iyun 2022-ci il tarixli “X13” tərəfindən verilmiş analizin cavablarına dair nəticələr məhkəməyə təqdim edilmişdir. Məhkəmə iddiaçının və cavabdehin izahatlarına və iş üzrə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh aliment tələbi barədə iddiası qismən təmin edilməlidir. Belə ki, işdə iştirak edən şəxslərin izahatları və tədqiq olunmuş sübutlarla müəyyən olunur ki, iş üzrə tərəflər 2006-cı ildə rəsmi nikah qeydiyyatından keçməklə evlənmişlər. Birgə nikahlarından xx.xx.2010-cu il təvəllüdlü X5, xx.xx.2012-ci il təvəllüdlü X8 və xx.xx.2015-ci il təvəllüdlü X6 adlı övladları doğulmuş, tərəflər arasında bağlanmış nikah aktı Sədərək rayon Məhkəməsinin 2(088)-2/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən pozulmuş, həmin qətnamədə tərəflərin yetkinlik yaşına çatmayan uşaqları - xx.xx.2010-cu il təvəllüdlü X1, xx.xx.2012-ci il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X2 anaları Cavabdeh yanında qalmasının müəyyən edilmiş və uşağın təminatının mümkün qədər maksimal saxlanması məqsədilə İddiaçı xx.xx.2010-cu il təvəllüdlü X1, xx.xx.2012-ci il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay bir uşağa 100 manat olmaqla üç uşağın saxlanılması üçün 300 manat məbləğində pulun alınıb Cavabdeh ödənilməsi qət olunmuşdur. Sədərək rayon Məhkəməsinin 2(088)-36/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2010-cu il təvəllüdlü X1, xx.xx.2012-ci il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X2 ataları İddiaçı yanında qalmaları müəyyən edildiyindən, adı çəkilən qətnaməyə əsasən, Sədərək rayon icra və Probasiya bölməsinin icra məmuru tərəfindən “alimentin alınıb verilməsi” ilə bağlı icra sənədinin icraatına xitam verilmişdir. İddiaçı iddia ərizəsində uşaqlarını tək başına böyütdüyünü, Tünzalənin isə uşaqlarını düşünməyərək öz kefində yaşadığını, uşaqların maddi təminatını tam qarşılaya bilmədiyini göstərmişdir. Lakin, iddiaçı əsaslandığı və istinad etdiyi halllara dair məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Məhkəmə bununla bağlı ilk növbədə onu qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (Azərbaycan Respublikası MPM, maddə 14.2, 77.1 və 88 maddələri). İddiaçının cavabdehdən üç uşaqların saxlanması üçün hər ay sabit pul məbləğində 660 manat vəsaitin tutulması tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə hesab edir ki, cavabdehdən üç uşağın saxlanması üçün hər ay sabit pul məbləğində 660 manat vəsaitin tutulması tələbi ilə bağlı sübutetmə yükü təkzib edənin, yəni cavabdehin deyil, bilavasitə iddiaçının üzərinə düşür. Bununla bağlı, “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutlar qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənanətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Eyni zamanda məhkəmə qeyd edir ki, alimentin tutulması ilə bağlı mübahisələr davam edən xarakter daşıdığı üçün, həmin tələblə yenidən məhkəməyə müraciət edilməsinə yol verilir. Lakin bu günkü iddia ilə əlaqədar məhkəmə qeyd edir ki, hazırki iş üzrə Cavabdeh haliyyədə heç bir yerdə işləməməsi və hər hansı gəlirinin olmamasını, (öd və böyrəyində yaranan daşlardan) xəstəlikdən əziyyət çəkməklə müalicə aldığını, haliyədə atasının himayəsində yaşaması tələbin qismən təmin edilməsinə əsaslanır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 99-cu maddəsinə əsasən ailə üzvləri arasında aliment ödənilməsi barədə saziş olmadıqda, bu Məcəllənin 13-16-cı fəsillərində göstərilmiş şəxslər aliment tutulması barədə məhkəməyə müraciət edə bilərlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası MPM-nin 4.2-ci maddəsinə əsasən, məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Hazırki iddia tələbinə tətbiq olunmalı olan Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsində qeyd olunur ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Yuxarıda qeyd olunan maddənin məzmunundan da aydın göründüyü kimi, ailə qanunvericiliyi uşaqların valideynlər tərəfindən saxlanılmasının hər iki valideyinin vəzifəsi kimi müəyyən etsə də, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunarkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasının əsas tutulmasını, eyni zamanda tərəflərdən hər biri ilə uşaq qalıbsa bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay aliment tutulmasını müəyyən etmişdir, göründüyü kimi məhkəmə mübahisəyə baxarkən əsas kimi nəzərə almalı olduğu meyar az təminatlı olan valideynin müəyyən olunmasıdır. Həmçinin buda xüsusi ilə qeyd olunmalıdır ki, məhkəmələr tərəfindən alimentlə bağlı mübahisələrə baxılarkən ilk növbədə tərəflərin marağı deyil qanuna uyğun olaraq uşaqların mənafeyi üstün götürülməlidir. İş hərtərəfli araşdırılarkən və tərəflərin izahatlarından bir daha məlum olur ki, iş üzrə cavabdeh iddiaçı ilə birgə nikah dövründə yaşadıqları müddət və ondan sonra da bu günədək heç bir yerdə işləməməsi və heç bir qazancı və gəliri olmaması iddiaçının yanında qalan uşaqlarının əvvəlki maddi təminatının səviyəsinin dəyişməsinə heç bir təsir etməmişdir. Belə ki, iddiaçının isə tam əmək qabliyyətli olması, azyaşlı uşaqlarını anasından təkidlə tələb edib öz yanında saxlaması, uzun zamandır qaynaqçı işlədiyini, birgə nikah dövründə də ailə başçısı kimi işləməklə ailəsinin maddi təminatını özü ödəmişdir. Bu halda uşaqların bugünkü və əvvəlki maddi təminatında çox ciddi dəyişikliyin olmadığı müəyyən olunur. Məhkəmə işə əlavə olunan sübutlara münasibətdə qeyd edir ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə uyğun olaraq valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam şəraitdə böyütməli, ümumtəhsil və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Qanunvericiliyin normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi sabit pul məbləğində alimentin müəyyən edilməsi zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 82/2016 nömrəli, 28 mart 2016-cı il tarixli Qərarının 8.2-ci bəndinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Buna görə də hazırki mülki iş üzrə Cavabdeh birgə nikahdan doğulmuş xx.xx.2010-cu il təvəllüdlü X1, xx.xx.2012-ci il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmasında iddiaçı ilə birlikdə iştirak etməli və aliment ödəməlidir. Məhkəmə yekun olaraq bu qənaətə gəlir ki, İddiaçı Cavabdeh, xx.xx.2010-cu il təvəllüdlü X1, xx.xx.2012-ci il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək bir uşağın saxlanılması üçün 220 manat olmaqla üç uşağın saxlanması üçün 660 manat sabit pul məbləğində alimentin tələbinə dair iddiası qismən təmin edilməli, iddianın verildiyi 19 yanvar 2023-cü il tarixdən hesablanmaqla Cavabdeh hər bir uşağa 60 (altmış) manat olmaqla üç uşaq üçün ümumilikdə 180 (yüz səksən) manat aliment qismində hər ay tutularaq birgə nikahdan doğulmuş xx.xx.2010-cu il təvəllüdlü X1, xx.xx.2012-ci il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün İddiaçı ödənilməli və qətnamə dərhal icra edilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Məhkəmə qanunun normalarına istinat etməklə yanaşı onu da nəzərə alır ki, məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox Qərarlarında (“Delcourt Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli Qərarı, "Riersack Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli Qərarı, “X9rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli Qərarı) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh hər bir uşağa 60 (altmış) manat olmaqla üç uşaq üçün ümumilikdə 180 (yüz səksən) manat aliment qismində hər ay tutularaq birgə nikahdan doğulmuş xx.xx.2010-cu il təvəllüdlü X1, xx.xx.2012-ci il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün İddiaçı ödənilsin. Alimentin hesablanması iddia ərizəsi məhkəməyə daxil olduğu gündən 19 yanvar 2023-cü il tarixdən hesablansın. Qətnamə dərhal icra edilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Sədərək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Hüseyn Zülfüqarov
Məhkəmə qərarları › İş №2(088)-10/2023
Naxçıvan MR Sədərək Rayon Məhkəməsi Qətnamə — İş №2(088)-10/2023
10.03.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver