Məhkəmə qərarları › İş №2(088)-139/2024

Naxçıvan MR Sədərək Rayon Məhkəməsi Qətnamə — İş №2(088)-139/2024

10.12.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Heydərabad qəsəbəsi İş № 2(088)-139/2024 10.12.2024 NAXÇIVAN MR SƏDƏRƏK RAYON MƏHKƏMƏSİ Zülfüqarov Hüseyn Nadir oğlunun sədrliyi, İsmayılov Çingiz Məhərrəm oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı, Cavabdeh qarşı alimentin təyin edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Vətəndaş İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh yetkinlik yaşına çatmayan xx.xx.2008-ci il təvəllüdlü X1, xx.xx.2009-cu il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanması üçün sabit pul məbləğində hər ay bir uşaq üçün 235 manat olmaqla, üç uşağın saxlanması üçün hər ay cəmi 705 manat alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki iş üzrə İddiaçı məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, Cavabdeh ilə xx.xx.2007-ci il tarixdə el adət-ənənələrinə uyğun nikahlarını dövlət orqanlarında rəsmi qeydə aldırmadan ailə həyatı qurduqlarını, xx.xx.2008-ci il təvəllüdlü X1, xx.xx.2009-cu il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X4 dünyaya gəldiyini, ailə qurduqdan sonra ailə münasibətlərinin yaxşı olduğunu, aralarında hər hansı bir ailə-məişət zəmnində mübahisələrinin olmadığını, bir müddət birgə yaşadıqdan sonra xasiyyətlərinin uyğun gəlməməsini, cavabdehin aliəyə soyuq münasibət bəsləməsi səbəbindən tez-tez- ailə-məişət zəmnində mübahisələr etməyə başladıqlarını o, da onların ailə münasibətlərində souqluğun yaranamasına səbəb olduğunu, 2024-cü ilin fevral ayından cavabdehlə ayrı yaşadığını, üç azyaşlı övladı ilə birlikdə Sədərək rayon Dəmirşi kəndində qardaşının evində yaşadığını, ayrı yaşadıqları müddətdə Cavabdeh nə onunla nədə uşaqları ilə maraqlanmadığını, gündəlik zəruri təlabatlarının qarşılanmasında maddi köməklik etməməsini bildirərək xx.xx.2008-ci il təvəllüdlü X1, xx.xx.2009-cu il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanması üçün sabit pul məbləğində hər ay bir uşaq üçün 235 manat olmaqla, üç uşağın saxlanması üçün hər ay cəmi 705 manat alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Mülki iş üzrə Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, heç bir üzürlü səbəb göstərmədən keçirilən məhkəmə iclaslarında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185-ci maddəsində göstərilən müddəalara əsaslanan məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Ona görə də məhkəmə Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını, iddia ərizəsini və mülki iş üzrə toplanmış materialları araşdırıb, onlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işi araşdırarkən məlum oldu ki, tərəflər 2007-ci ildə qeyri rəsmi olaraq ailə həyatı qurmuş, birgə evlilikdən xx.xx.2008-ci il təvəllüdlü X3, xx.xx.2009-cu il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X6 dünyaya gəlmiş, cavabdeh uzun müddətdir ki, ailəsini ataraq Türkiyə Respublikasına getmiş və nəticədə tərəflər ayrı-ayrı ünvanlarda yaşamağa davam etmişlər, tərəflərin az yaşlı uşaqları ayrıldıqları gündən analarının yəni iddaçının himayəsində yaşamış, bu müddət ərzində cavabdeh uşaqları ilə maraqlanmamış və uşaqlarının saxlanmaları üçün heç bir maddi yardım etməmişdir. Buna görə də iddiaçı heç bir yerdə işləmədiyindən və uşaqların saxlanılmasında maddi cəhətdən çətinlik çəkdiyindən məhkəməyə müraciət edərək sabit pul məbləğində alimentin təyin olunmasını xahiş etmişdir. Yaşayış minumumu haqqında Azərbaycan Respublikasının qanununa əsasən, 2024-cü ildə ölkədə uşaqlar üçün yaşayış minumumu 235 manat müəyyən edildiyini nəzərə alaraq, məhkəmədə iddiaçının iddiası ilə bağlı iddianın qismən təmin edilməsi qənaətinə gəlmişdir. Hal-hazırda xx.xx.2008-ci il təvəllüdlü X3, xx.xx.2009-cu il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X6 anası İddiaçı yanında yaşayır, iddiaçı uşaqların saxlanmasında, tələbatlarının ödənilməsində maddi çətinlik çəkir və uşaqların maddi tələbatlarını ödəyə bilmir. İş materiallarına əlavə olunmuş Şərur rayon Dəmirçi kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli AZ-V 211465 nömrəli, Şərur rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli AZ-İİ 337218 nömrəli və Şərur rayon Nikah Evi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli AZ-V 213194 nömrəli doğum haqqında şəhadətnamələrin natarius təsdiqli surətlərinə əsasən iş üzrə tərəflərin xx.xx.2008-ci il təvəllüdlü X3, xx.xx.2009-cu il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X6 adlı uşaqları doğulduğu müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Sədərək rayon İcra Hakimiyyəti Dəmirçi kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş 30 sentyabr 2024-cü il tarixli, 714 nömrəli arayışından görünür ki, iş üzrə İddiaçı Sədərək rayon Dəmirçi kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Sədərək rayon İcra Hakimiyyəti Dəmirçi kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş 30 sentyabr 2024-cü il tarixli, 715 nömrəli arayışın qeyd hissəsindən görünür ki, iş üzrə İddiaçı azyaşlı övladları X3, X5 və X6 ilə bilikdə Sədərək rayon Dəmirçi kəndində yaşayırlar. İş materiallarına əlavə edilmiş Şərur rayon Dəmirçi kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli AZ-V 211465 nömrəli, Şərur rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli AZ-İİ 337218 nömrəli və Şərur rayon Nikah Evi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli AZ-V 213194 nömrəli doğum haqqında şəhadətnamələrin notarius təsdiqli surətlərinə əsasən iş üzrə tərəflərin xx.xx.2008-ci il təvəllüdlü X3, xx.xx.2009-cu il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X6 ataları Cavabdeh, anaları isə İddiaçıdır. Mülki işə əlavə olunmuş atalığın müəyyən edilməsi haqqında şəhadətnamələr də bir daha təsdiq edir ki, xx.xx.2008-ci il təvəllüdlü X3, xx.xx.2009-cu il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X4 ataları Cavabdehdur. Məhkəmə iclasında işə əlavə olunmuş sənədlər tədqiq edilərkən müəyyən olunur ki, tərəflərin faktiki nikahdan olan üç azyaşlı uşaqları anası İddiaçı himayəsində yaşayırlar və tərəflər uzun müddətdir ki, ayrı-ayrı ünvanlarda yaşayırlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları Konvensiyasının 1-ci maddəsində verilmiş tərifə görə, 18 yaşına çatmamış şəxs uşaq hesab olunur. Ona görə, valideynlərin öz uşaqlarını saxlamaq borcu onların yetkinlik yaşına çatana qədər davam edir. Uşağın qida, geyim, müalicə, istirahər və s. tələblərinin ödənilməsini nəzərdə tutan müddia “uşağı saxlamaq” anlayışı ilə əhatə olunur və bir qayda olaraq valideynlər tərəfindən məcbursuz icra edilir. Birləşmiş Millətlər Təşkilatının Baş Asambleyasının 20 noyabr 1959-cu il tarixli 1386 (XİV) saylı qətnaməsi ilə elan edilmiş uşaq hüquqları bəyannaməsinin 8-ci prinsipinə əsasən uşaq bütün şəraitdə ilk yardım olunanlar arasında olmalıdır. 12 noyabr 1989-cu ildə qəbul olunmuş Uşaq Hüquqları Haqqında BMT-nin Konvensiyasının 3-cü maddəsində göstərilir ki, sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdən uşağın maraqlarını daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. İştirakçı dövlətlər uşağın valideynlərinin, qəyyumlarının və ya onun üçün qanuna görə məsuliyyət daşıyan digər şəxslərin hüquq və vəzifələrini nəzərə alaraq, onun rifahı üçün zəruri olan müdafiə və qayğı ilə uşağı təmin etməyi öhdəyə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. Həmin konvensiyanın 26-cı maddəsinin 1-ci bəndində göstərilir ki, iştirakçı dövlətlər hər bir uşağın, sosial sığorta da daxil olmaqla, sığorta təminat imtiyazlarından istifadə etmək hüququnu tanıyır və öz milli qanunvericiliyinə uyğun olaraq bu hüququn tamamilə həyata keçirilməsinə nail olmaq üçün lazimi tədbirləri görürlər. «Uşaq Hüquqları Haqqında» Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasən uşaqlar barəsində Dövlət siyasətinin bir hissəsində hər bir uşağın zəruri maddi şəraitinin təmin edilməsinə yönəldilir. «Uşaq Hüquqları Haqqında» Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətindən uşaqların mənafeyini üstün tutmaqla, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktların və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı, onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüququ və mənafelərini məhdudlaşdıran hər hansı bir əqd etibarsızdır. Həmin qanunun 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial, hüquqi və digər tədbirləri görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsində isə göstərilir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. İstinad olunan qanunvericiliklərin tələbinə əsasən uşağın fiziki və əqli cəhətdən sağlam inkişaf etməsi üçün onun maddi təminatına həm beynəlxalq təşkilatlar, həm də dövlət təminat verir və onun minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ var. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının qanununa əsasən hal-hazırda 1 (bir) uşaq üçün minimum dolanacaq xərcləri 235 manat müəyyən edilmişdir. Lakin uşaqların saxlanması hər iki valideynin borcudur. Azərbaycan Respublikası Ailə məcəlləsinin 56-cı maddəsinin və Azərbaycan Respublikası Konstitusiyanın 17-ci maddəsinin 2-ci hissəsinə görə, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək ata-ananın borcudur. Bu borcun ana ilə ata arasında tən bölündüyü Konstitusiyada birbaşa yazılmasa da, həm ölkəiçi qanunvericilik, həm də Azərbaycanın qoşulduğu uşaq hüquqları ilə bağlı uluslararası normativ sənədlər onların bərabər məsuliyyətini vurğulayır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 18 və 27-ci maddələrinə görə ata-ana uşaqlarla bağlı birgə məsuliyyət daşıyırlar. Uşaqların ən ümdə maraqları ata-ananın əsas qayğılarının predmeti olmalıdır. İşə obyektiv və ədalətli qiymət verilərkən, iddiaçının yəni uşaqların anasının heç bir yerdə işləməməsi, başqa qazanc yerinin olmamasına görə alimentin onun xeyrinə ödənilməsinə üstünlük verilir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələbinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Qanunun mənasına görə heç bir yerdə işləməmək, yaxud az gəlir əldə etmək valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak təlabatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı həm də vacib hüquqi vəzifəsidir. Məhkəmə işə nəticə verərkən iddiaçının təqdim etdiyi sübutlara da qiymət verərək işdə olan digər halları da nəzərə alır. Belə ki, İddiaçı Cavabdeh harada işləməsi və aylıq qazancı barədə məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək, belə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, xx.xx.2008-ci il təvəllüdlü X1, xx.xx.2009cu il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanmaları üçün bir uşağa hər ay 120 manat olmaqla üç uşağa ümumilikdə 360 manat sabit pul məbləğində aliment pulun Sədərək rayon Dəmirçi kəndində qeydiyyatda olan Cavabdeh alınaraq iddiaçı Sədərək rayonu, Dəmirçi kəndində yaşayan uşaqların anası İddiaçı xeyrinə ödənilməlidir. Alimentin ödənilməsi 14 oktyabr 2024-cü il tarixdən hesablanmalıdir. Ona görə ki, Azərbaycan Respublikasının Ailə məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxdan tutulur. Azərbaycan Respublikası MPM-nin 108.1.1-ci maddəsinə əsasən, iddia ərizələri verildikdə, dövlət rüsumu ödənilir. Həmin məcəllənin 112.3-cü maddəsinə əsasən, iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəməsi məcmusu ilə müəyyən edilir. Həmin məcəllənin 112.4-cü maddəsinə əsasən, iddianın qiyməti iddiaçı tərəfindən göstərilir. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə alimentin məbləği bir il ərzində 1000 (min) manatdan çox olduğu üçün, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 8.1.2-ci maddəsinə əsasən 63.20 (altmış üç manat, iyirmi qəpik) manat məbləğində dövlət rüsumu ödənilməlidir. Lakin həmin qanunun 9.1.1-ci maddəsinə əsasən, İddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyinə görə, Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən, dövlət rüsumu cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilən xüsusatlara və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 358.0.3, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı, Cavabdeh qarşı alimentin təyin edilməsi tələbinə dair iddiası qismən təmin edilsin. xx.xx.2008-ci il təvəllüdlü X1, xx.xx.2009-cu il təvəllüdlü X2, xx.xx.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanmaları üçün bir uşağa görə hər ay 120 manat olmaqla üç uşağın saxlanılması üçün ümumilikdə 360 (üç yüz altmış) manat sabit pul məbləğində aliment pulun Sədərək rayon Dəmirçi kəndində qeydiyyatda olan Cavabdeh alınaraq iddiaçı Sədərək rayonu, Dəmirçi kəndində yaşayan uşaqların anası İddiaçı xeyrinə ödənilsin. Alimentin tutulması 14 oktyabr 2024-cü il tarixdən hesablansın. Qətnamə dərhal icra olunsun. Qətnamənin icrası Sədərək rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Cavabdeh 63.20 (altmış üç manat iyirmi qəpik) manat məbləğində pul dövlət rüsumu olaraq alınıb dövlət nəfinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, qətnamə tərəflərə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Sədərək rayon məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim: Hüseyn Zülfüqarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar