Məhkəmə qərarları › İş №2(088)-159/2025

Naxçıvan MR Sədərək Rayon Məhkəməsi Qətnamə — İş №2(088)-159/2025

15.12.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Heydərabad qəsəbəsi İş № 2(088)-159/2025 15.12.2025 NAXÇIVAN MR SƏDƏRƏK RAYON MƏHKƏMƏSİ Zülfüqarov Hüseyn Nadir oğlunun sədrliyi, İsmayılov Çingiz Məhərrəm oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə. İddiaçı cavabdeh Seyı̇ dova Havva Mı̇ rkamil qızına qarşı alimentin azaldılması tələbinə dair mülki işə Sədərək Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı nümayəndəsi Nümayəndə1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Şərur Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(110)-111/2025 nömrəli məhkəmə qərardadı ilə İddiaçı aliment tutularaq xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün alimentin ödənilməsi barədə məhkəmə qərardadında dəyişiklik edilərək xx.xx.2012-ci il təvəllüdlü X1 üçün hər ay 150 manat sabit pul məbləğində alimentin tutularaq Cavabdeh ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi əsasında məhkəmədə mülki iş başlanmışdır. Məhkəmə iddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi olaraq məlumat versə də iddiaçı məhkəmə iclaslarına gəlməmiş gəlməməsi barədə heç bir üzürlü səbəb göstərməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. İddiaçının nümayəndəsi məhkəmədə verdiyi izahatında 2011-ci ildə iddiaçının Cavabdeh ilə rəsmi nikah qeydindən keçməklə evləndiklərini, birgə nikahdan bir övladlarının xx.xx.2012-ci il təvəllüdlü X2 doğulduğunu, cavabdehlə xasiyyətləri uyğun gəlmədiyindən aralarında bağlanmış nikahın Şərur Rayon Məhkəməsinin qətnaməsinə əsasən 2019-cu ildə pozulduğunu, Şərur Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(110)-426/2019 nömrəli məhkəmə qətnaməsinə əsasən İddiaçı bir uşağın saxlanılması üçün 100 manat miqdarında sabit pul məbləğində alimentin tutulmasının müəyyən olunduğunu, Şərur Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(110)-111/2025 nömrəli məhkəmə qərardadına əsasən tərəflərin birgə nikahlarından doğulmuş övladlarının saxlanılması üçün xx.xx.2019-cu il tarixli 2(110)- 426/2019 nömrəli məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin indeksasiya edilərək sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.55 misli həddində aliment müəyyən olunduğunu, yəni bir uşağın saxlanılması üçün 220 manal alimentin iddiaçıdan tutulmasının müəyyən olunduğunu, iddiaçının artıq beş ildir ki, yenidən ailə qurduğunu, himayəsində xx.xx.2023-cü il təvəllüdlü X5 adlı övladının olduğunu, əlavə olaraq həyat yoldaşının ikinci uşaq üçün iki aylıq hamilə olduğunu, iddiaçının isə iş yerinin olmadığını, iş düşəndə fəhləlik etdiyini, aylıq gəlirinin təqribən 300-400 manat olduğunu, cavabdehin də yenidən ailə qurduğunu, yeni ailəsi ilə birlikdə Türkiyədə yaşadıqlarını, iddiaçının maddi gəliri az olduğundan təyin edilən 100 manat alimenti güclə ödədiyini, aliment artırıldıqdan sonra bir manat da olsun artım pulunu ödəyə bilmədiyini, iddiaçının haliyyədə coxlu aliment borcu yığıldığını ona görə də xx.xx.2012-ci il təvəllüdlü X1 üçün Şərur Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(110)-111/2025 nömrəli qərardadına əsasən müəyyən olunmuş alimeniin tutulmasının iddiaçının aylıq gəlirinə uyğun təmin olunmasını, tələb olunan aliment məbləğinin azaldılaraq xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 150 manat sabit pul məbləğində alimentin müəyyən olunmasını xahiş etdi. Məhkəmə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi olaraq məlumat versədə cavabdeh məhkəmə iclaslarına gəlməmişdir. Lakin xx.xx.2025-ci il və xx.xx.2025ci il tarixlərində məhkəmənin mail ünvanına məlumat göndərərək hal-hazırda ölkə xaricində olduğu üçün məhkəmə prosesində iştirak edə bilməyəcəyini, üzürlü sayılmasını, nümayəndəsi olan anası Nümayəndə2 məhkəmə iclasında iştirak edəcəyini, özünün maddi imkanının yaxşı olduğunu, özünə və uşağına yaxşı baxdığını, ancaq uşağın yəni övladının haqqının atasına buraxılmamasını, iddiaçının və özünün Türkiyə Respublikasında işlədiyini, gəlirlərinin yaxsı olduğunu, iddiaçının nümayəndəsinin qızının xəstəliyinin yalan olduğunu dediyini, anasına xəstəxana kağızlarını verdiyini və məhkəməyə gətirəcəyini, qızının haqqının atasına buraxılmamasını, avqust ayının 10-dan etibarən aliment qaldırılsada iddiaçının hələ də 100 manat ödədiyini və keçən ay umumiyətlə aliment almadıqlarını, məhkəmə tərəfindən alimentin ödənilməsinə də köməklik göstərilməsini bildirmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Cavabdehin nümayəndəsi Nümayəndə2 məhkəmədə verdiyi izahatında iddianı qəbul etmədiyini, cavabdeh Havvanın anası olduğunu, tərəflər rəsmi ayrıldıqdan sonra övladları xx.xx.2012-ci il təvəllüdlü X2 anasının yanında qalmasının müəyyən olunduğunu, ancaq Havva Türkiyyə Respublikasında yaşadığından və orada işlədyinə görə nəvəsi xx.xx.2012ci il təvəllüdlü X2 Sədərək Rayon Dəmirçi kəndində onun yanında yaşadığını, iş üzrə İddiaçı 2019-cu ildən bu günə kimi uşağına hər ay 100 manat aliment ödədiyini, 2025-ci ilin iyul ayından aliment artırılaraq 220 manat olduğunu, lakin iddiaçı bir manat da olsun artım pulu ödəmədiyini, əvvəlki kimi hər ay 100 manat aliment pulu ödədiyini, qızı Havvanın maddi imkanı yaxşı olsada övladına yetərincə yaxşı baxsada uşağın atasıda Türkiyyədə işlədiyini və yaxşı qazanc əldə etdiyini, bu baxımdan iddiaçı da uşağına yaxşı aliment ödəməsinə borclu olduğunu bildirdi. Məhkəmə belə hesab edir ki, mülki işə tərəflərin iştirakı olmadan baxıla bilər. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş üzrə təqdim edilmiş sübutları məcmu halında tam, hərtərəfli, obyektiv araşdıraraq və hüquqi qiymət verib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İddia ərizəsinə əlavə olunmuş Sədərək rayon İH-nin Dəmirçi kənd İƏD-si üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli yaşayış yeri haqqında arayışdan məlum olur ki, iddiaçı Abbasov X4 rayon Dəmirçi kəndində qeydiyyatda durur. İddia ərizəsinə əlavə olunmuş Sədərək Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli AZ İİ № 859179 nömrəli doğum haqqında şəhadətnamənin çıxarışından müəyyən olunur ki, tərəflər xx.xx.2012-ci il təvəllüdlü X2 valideynləridir. İddia ərizəsinə əlavə olunmuş Şərur Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(110)-111/2025 nömrəli qərardadından müəyyən olunur ki, Şərur Rayon Məhkəməsinin 2(110)-426/2019 nömrəli xx.xx.2019-cu il tarixli qətnaməsi ilə İddiaçı hər ay xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh xeyrinə qət edilən alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minumum əmək haqqı məbləğinin 0.55 misli həddində indeksasiya edilməsi qərara alınmışdır. İddia ərizəsinə əlavə olunmuş Naxçıvan MR Sədərək rayon Qeydiyyat şöbəsinin xx.xx.2022-ci il tarixli AZ İİ № 155021 nömrəli nikah haqqında şəhadətnamədən müəyyən olunur ki, İddiaçı ilə X3 arasında xx.xx.2022-ci il tarixdə 40 saylı rəsmi nikah bağlanmışdır. İddia ərizəsinə əlavə olunmuş Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, İddiaçı xx.xx.2023-cü il təvəllüdlü X5 adlı bir oğlan uşağı vardır. İddia ərizəsinə əlavə olunmuş Mediasiya təşkilatı tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli MŞN/25-A-01408 nömrəli ilkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı və iddiaçının nümayəndəsi Nümayəndə1 həmin sessiyada iştirak etsədə Cavabdeh sesiyada iştirak etmədiyindən hər-hansı bir razılıq əldə edilə bilməmişdir. Mülki işə əlavə edilmiş Sədərək rayon İcra və Probasiya bölməsinin xx.xx.2025-ci il tarixli məktubundan müəyyən olunur ki, icra sənədi üzrə borclu İddiaçı indeksasiya edilmiş aliment tələbi üzrə bu günədək heç bir ödəniş etməmişdir. Məhkəmə verilmiş iddia tələbinə hüquqi qiymət verərək aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, xx.xx.2025-ci il tarixli 8(110)-111/2025 nömrəli qərardadına əsasən Şərur Rayon Məhkəməsinin 2(110)-426/2019 nömrəli xx.xx.2019-cu il tarixli qətnaməsi ilə İddiaçı hər ay xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh xeyrinə qət edilən alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minumum əmək haqqı məbləğinin 0.55 misli həddində indeksasiya olunmuşdur. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, tərəflər arasında olan nikah Şərur Rayon Məhkəməsinin 2(110)-426/2019 nömrəli xx.xx.2019-cu il tarixli qətnaməsi ilə pozulmuşdur. İddiaçının irəli sürdüyü tələbdən görünür ki, iddiaçı yeni ailə həyatı qurmuş, həmin nikahdan bir övladı olmuş, həyat yoldaşı ikinci övlad üçün hamilədir, onun ailə və maddi vəziyyətində dəyişiklik olmuşdur. Onun ata olaraq övladlarına aliment ödəmək borcudur, lakin maddi durumunun zəif olduğu üçün, hər ay bir uşaq üçün 220 manat sabit pul məbləğində aliment ödəmək imkanında deyil. O, alimentdən imtina etmir, lakin o məbləği hər ay bir uşağa ödəməyə gücü çatmır. Bu səbəbdən iddiaçının nümayəndəsi Şərur Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(110)-111/2025 nömrəli məhkəmə qərardadı ilə İddiaçı aliment tutularaq xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün alimentin ödənilməsi barədə məhkəmə qərardadında dəyişiklik edilərək xx.xx.2012-ci il təvəllüdlü X1 üçün hər ay 150 manat sabit pul məbləğində alimentin tutularaq Cavabdeh ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2016-cı il tarixli qərarına əsasən:

1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir.

2. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. «Uşaq Hüquqları haqqında» Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ailə məcəlləsinin: 56-cı maddəsinin və Azərbaycan Respublikası Konstitusiyanın 17-ci maddəsinin 2-ci hissəsinə görə, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək ata-ananın borcudur. Bu borcun ana ilə ata arasında tən bölündüyü Konstitusiyada birbaşa yazılmasa da, həm ölkə içi qanunvericilik, həm də Azərbaycanın qoşulduğu uşaq hüquqları ilə bağlı beynəlxalq normativ sənədlər onların bərabər məsuliyyətini vurğulayır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 18 və 27-ci maddələrinə görə ata-ana uşaqlarla bağlı birgə məsuliyyət daşıyırlar. Uşaqların ən ümdə maraqları ata-ananın əsas qayğılarının predmeti olmalıdır. 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın müəyyən hissəsi kimi müəyyən edilə bilər. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2016-cı il tarixli Qərarının 8.13-cü bəndinə əsasən alimentin miqdarının dəyişdirilməsi barədə qətnamə qəbul edilərkən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydaya əməl edilməli olduğu nəzərə alınmalıdır. Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Belə ki, qanunvericiliyin yuxarıda göstərilən tələblərindən göründüyü kimi alimentin azaldılmasına o halda yol verilir ki, tərəflərdən birinin maddi vəziyyətində hər hansı dəyişiklik olsun. İddiaçının iddia ərizəsinə əlavə etdiyi sənədlərdən və nümayəndəsinin verdiyi izahatından müəyyən olunmuşdur ki, iddiaçı nikah qeydiyyatından keçməklə yenidən ailə həyatı qurmuş, həmin nikahdan bir övladı doğulmuş, cavabdeh də (iddiaçının dediyinə görə) yenidən ailə həyatı qurmuş və haliyyədə yeni ailəsi ilə Türkiyə Respublkasında işləməklə orada yaşayır. İddiaçı isə Türkiyyə Respublikasında günə muzd işlərdə çalışmaqla qeyri-sabit qazanc əldə edir. Bu baxımdan iddiaçı rəsmi nikah qeydiyyatından keçməklə yeni ailə qurması və həmin ailəsindən bir övladının olması, bir övladının isə dünyaya gəlməsi gözləntisi onun ailə vəziyyətində olan dəyişiklikdən və Türkiyyə Respublikasında əvvəlki illərdə olduğu kimi fəhləlik etməsi, daimi iş yerinin olmaması, haliyyədə daimi işlərin olmaması və ara sıra günə muzd fəhləlik etməsi isə onun maddi vəziyyətində olan dəyişiklik kimi qiymətləndirilir. Cavabdehin nümayəndəsi izahatında iddiaçının Türkiyyə Respublikasında işləməsi və yaxşı qazanc əldə etməsini bildirsədə bununla bağlı məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmişdir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “ 20 ” dekabr 2024-cü il tarixli 15 nömrəli qərarının 8.4-1 bəndinə əsasən, alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minumum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minumum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək, belə hesab edir ki, tərəflərin ailə və maddi vəziyyətində dəyişiklik olduğundan iddia tələbi qismən təmin edilməli, Şərur Rayon Məhkəməsinin 2(110)-426/2019 nömrəli xx.xx.2019cu il tarixli qətnaməsi ilə İddiaçı hər ay xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh xeyrinə təyin olunan alimentin indeksasiya olunmasına dair Şərur Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(110)-111/2025 nömrəli qərardadında göstərilən alimentin miqdarı dəyişdirilərək alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minumum əmək haqqının (400x0.40=160 manat) 0.40 misli həddində sabit pul məbləğində aliment təyin edilməlidir. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsini müzakirə edərə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərci olaraq ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Qət etdi:

İddia qismən təmin edilsin. Şərur Rayon Məhkəməsinin 2(110)-426/2019 nömrəli xx.xx.2019-cu il tarixli qətnaməsi ilə İddiaçı hər ay xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh xeyrinə təyin olunan alimentin indeksasiya olunmasına dair Şərur Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(110)-111/2025 nömrəli qərardadında göstərilən alimentin miqdarı dəyişdirilərək alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minumum əmək haqqının (400x0.40=160 manat) 0.40 misli həddində sabit pul məbləğində aliment təyin edilsin. Qətnamə qanunu qüvvəsini aldıqdan sonra icra olunması üçün Sədərək Rayon İcra və Probasiya şöbəsinə göndərilsin. Məhkəmə xərci olaraq ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən tərəflərə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində “Elektron məhkəmə informasiya sistemində” yaradılan elektron kabinetdən Sədərək rayon məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti vermək olar.

Sədrlik edən: Hüseyn Zülfüqarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar