Azərbaycan Respublikası adından QƏTNAMƏ Heydərabad qəsəbəsi İş № 2(088)-33/2021 26.05.2021 NAXÇIVAN MR SƏDƏRƏK RAYON MƏHKƏMƏSİ Zülfüqarov Hüseyn Nadir oğlunun sədrliyi İsmayılov Çingiz Məhərrəm oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə. İddiaçı, Cavabdeh sabit pul məbləğində aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə M ü ə y y ə n e t d i: Vətəndaş İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh 14 may 2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün sabit pul məbləğində 120 manat aliment tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə İddiaçı iddiasını müdafiə edərək öz izahatında Cavabdeh ilə 31 avqust 2019-cu il tarixdə rəsmi nikah qeydiyyatından keçməyərək faktiki olaraq ailə qurduğunu, birgə yaşadıqları müddətdə 14 may 2020-ci il təvəllüdlü X1 dünyaya gəldiyini, ailə qurduqdan sonra 1-2 ay münasibətlərinin yaxşı olduğunu, aralarında heç bir narazıçılığın olmadığını, bir müddət keçdikdən sonra ailə münasibətlərinin tədricən soyumağa başladığını, Rəcəbin onun yanında ola-ola başqa qadınlarla telefonda görüntülü danışamağa başladığını, evə spirtli içki qəbul edərək gəldiyini və ona qarşı nalayiq hərəkətlər etməyə başladığını, 15 mart 2021-ci il tarixdə əlaqələri tam kəsilərək onu atası evinə aparıb qoyduğunu, bir daha arayıb axtarmadığını, nəticədə o və atası zəng vurub Rəcəblə əlaqə yaratsalarda onu istəmədiyini bildirdiyini, 12 aprel 2021-ci il tarixdə 14 may 2020-ci il tarixdə doğulmuş X1 atalığın müəyyən edilməsi ilə bağlı şəhadətnamə çıxarılmış və həmin şəhadətnamənin ata qrafasında Cavabdeh göstərildiyini, Rəcəblə Əlaqəsinin kəsildiyi vaxtdan ona heç bir maddi və ya mənəvi köməklik göstərmədiyini, övladının xəstəxana xərclərini belə atası ödədiyini, hal-hazırda heç bir yerdə işləmədiyini və aylıq heç bir gəlirinin olmadığına görə uşağın saxlanmasında maddi cəhətdən çətinlik çəkdiyini, haliyədə 14 may 2020-ci il tarixdə doğulmuş X1 onun himayəsində olduğunu və atasına verməyə fikirinin olmadığını, ona görə də iddia ərizəsi məhkəməyə verildiyi tarixdən Cavabdeh 14 may 2020-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün sabit pul məbləğində 120 manat aliment tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini bildirdi. Cavabdeh öz izahatında iddianı qismən qəbul etdiyini, hər ay 30-40 manat aliment pulu ödəyə biləcəyini, heç bir dövlət işində işləmədiyini, iş olanda onun- bunun qapısında işlədiyini, arada düşəndə öz şəxsi maşını ilə taksı kimi fəaliyyət göstərdiyini, maddi çəhətdən özünündə müəyyən çətinliklər çəkdiyini, heç bir gəlirinin olmadığını, himayəsində birinci həyat yoldaşından iki azyaşlı övladının olduğunu, Uğurun doğulduğu gündən bu günə kimi iddiaçı ilə yaşadığını, bu günə kimi uşağının saxlanması üçün heç bir yardım etmədiyi, iddia ərizəsində göstərilən aliment miqdarının azaldılmasını bildirdi. Azərbaycan Respublikası Mülki Prosessual məcəlləsinin 172.2-ci maddəsinə əsasən, İşə bərpa, alimentin tutulması, dövlət orqanlarının, ictimai birliklərin, vəzifəli şəxslərin qərarlarının, hərəkətlərinin (və ya hərəkətsizliklərinin) düzgün olmaması barədə işlərə 1 ay müddətində baxılır və həll edilir. Məhkəmə iddiaçının və cavabdehin izahatını dinləyib və mülki iş üzrə toplanmış materialları araşdırıb, onlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işi araşdırarkən məlum oldu ki, tərəflər 31 avqust 2019-cu ildə qeyri rəsmi olaraq ailə həyatı qurmuş, birgə evlilikdən 14 may 2020-ci il təvəllüdlü X2 dünyaya gəlmiş, tərəflərin rəsmi nikahları olmadığından Uğura 12 aprel 2021-ci il tarixdə atalığın müəyyən edilməsi haqqında şəhadətnamə alınmış, Cavabdeh 2021-ci ilin mart ayından bu günədək uşağın saxlanılması üçün heç bir maddi və ya mənəvi köməklik göstərməmişdir. Buna görə də iddiaçı heç bir yerdə işləmədiyindən və uşağın saxlanılmasında maddi cəhətdən çətinlik çəkdiyindən məhkəməyə müraciət edərək sabit pul məbləğində alimentin təyin olunmasını xahiş etmişdir. Mülki işə əlavə olunmuş Şərur rayon Aşağı Daşarx kənd İƏD üzrə Nümayəndəliyinin 25 may 2021-ci il tarixli 05/173 saylı arayışından məlum olur ki, hal hazırda 14 may 2020-ci il təvəllüdlü X2 anası İddiaçı yanında yaşayır. İddiaçı uşağın saxlanmasında, tələbatlarının ödənilməsində maddi çətinlik çəkir və uşağın maddi tələbatlarını ödəyə bilmir. Mülki işə əlavə edilmiş 12 aprel 2021-ci il tarixli AZ-İ № 240443 nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən və 12 aprel 2021-ci il tarixli 29 nömrə ilə qeyd edilmiş AZ-İV № 461683 nömrəli doğum haqqında şəhadətnamənin surətindən də görünür ki, tərəflərin qeyri rəsmi nikahlarından 14 may 2020-ci il təvəllüdlü X1 atası Cavabdehdur. Məhkəmə iclasında tərəflərin izahatından müəyyən olundu ki, haliyyədə tərəflər ayrı-ayrı ünvanlarda yaşayır və tərəflərin qeyri rəsmi nikahdan olan uşağı X2 anası İddiaçı himayəsindədir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideyinlər uşaqları saxlamağa borcludurlar. Valideyinlər uşaqları saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideyinlərindən məhkəmə qaydasında tutulur. Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları Konvensiyasının 1-ci maddəsində verilmiş tərifə görə, 18 yaşına çatmamış şəxs uşaq hesab olunur. Ona görə, valideynlərin öz uşaqlarını saxlamaq borcu onların yetkinlik yaşına çatana qədər davam edir. Uşağın qida, geyim, müalicə, istirahət və s. tələblərinin ödənilməsini nəzərdə tutan müddia “uşağı saxlamaq” anlayışı ilə əhatə olunur və bir qayda olaraq valideynlər tərəfindən məcbursuz icra edilir. Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 20 noyabr 1959-cu il tarixli 1386 (XİV) saylı qətnaməsi ilə elan edilmiş uşaq hüquqları bəyannaməsinin 8-ci prinsipinə əsasən uşaq bütün şəraitdə ilk yardım olunanlar arasında olmalıdır. 12 noyabr 1989-cu ildə qəbul olunmuş Uşaq Hüquqları Haqqında BMT-nin Konvensiyasının 3-cü maddəsində göstərilir ki, sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdən uşağın maraqlarını daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. İştirakçı dövlətlər uşağın valideyinlərinin, qəyyumlarının və ya onun üçün qanuna görə məsuliyyət daşıyan digər şəxslərin hüquq və vəzifələrini nəzərə alaraq, onun rifahı üçün zəruri olan müdafiə və qayğı ilə uşağı təmin etməyi öhdəyə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. Həmin konvensiyanın 26-cı maddəsinin 1-ci bəndində göstərilir ki, iştirakçı dövlətlər hər bir uşağın, sosial sığorta da daxil olmaqla, sığorta təminat imtiyazlarından istifadə etmək hüququnu tanıyır və öz milli qanunvericiliyinə uyğun olaraq bu hüququn tamamilə həyata keçirilməsinə nail olmaq üçün lazimi tədbirləri görürlər. «Uşaq Hüquqları Haqqında» Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasən uşaqlar barəsində Dövlət siyasətinin bir hissəsində hər bir uşağın zəruri maddi şəraitinin təmin edilməsinə yönəldilir. «Uşaq Hüquqları Haqqında» Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətindən uşaqların mənafeyini üstün tutmaqla, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktların və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı, onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüququ və mənafelərini məhdudlaşdıran hər hansı bir əqd etibarsızdır. Həmin qanunun 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial, hüquqi və digər tədbirləri görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsində isə göstərilir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. İstinad olunan qanunvericiliklərin tələbinə əsasən uşağın fiziki və əqli cəhətdən sağlam inkişaf etməsi üçün onun maddi təminatına həm beynəlxalq təşkilatlar, həm də dövlət təminat verir və onun minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ var. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının qanununa əsasən hal-hazırda 1 (bir) uşaq üçün minimum dolanacaq xərcləri 175 manat müəyyən edilmişdir. Lakin uşaqların saxlanması hər iki valideynin borcudur. Azərbaycan Respublikası Ailə məcəlləsinin 56-cı maddəsinin və Azərbaycan Respublikası Konstitusiyanın 17-ci maddəsinin 2-ci hissəsinə görə, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək ata-ananın borcudur. Bu borcun ana ilə ata arasında tən bölündüyü Konstitusiyada birbaşa yazılmasa da, həm ölkə içi qanunvericilik, həm də Azərbaycanın qoşulduğu uşaq hüquqları ilə bağlı beynəlxalq normativ sənədlər onların bərabər məsuliyyətini vurğulayır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 18 və 27-ci maddələrinə görə ata-ana uşaqlarla bağlı birgə məsuliyyət daşıyırlar. Uşaqların ən ümdə maraqları ata-ananın əsas qayğılarının predmeti olmalıdır. İşə obyektiv və ədalətli qiymət verilərkən, iddiaçının yəni uşağın anasının heç bir yerdə işləməməsi, başqa qazanc yerinin olmamasına görə alimentin onun xeyrinə ödənilməsinə üstünlük verilir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələbinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Qanunun mənasına görə heç bir yerdə işləməmək, yaxud az gəlir əldə etmək valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak təlabatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı həm də vacib hüquqi vəzifəsidir. “Elşolts Almaniyaya qarşı” işi üzrə Avropa Məhkəməsinin qərarında deyilir ki, Konvensiyanın 8-ci maddəsi tələb edir ki, dovlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynlərin maraqları arasında ədalətli tarazlığa riayət etsinlər və tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. Xüsusən, 8-ci maddəyə əsasən valideyn uşağın sağlamlığına və inkişafına ziyan yetirə bilən tədbirlər görmək hüququna malik ola bilməz . Məhkəmə işə nəticə verərkən iddiaçının təqdim etdiyi sübutlara da qiymət verərək işdə olan digər halları da nəzərə alır. Belə ki, iddiaçı cavabdehin qazancı və ya gəlirləri barədə heç bir sübut təqdim etməmişdir. Belə şəraitdə məhkəmə sabit pul məbləğinin həddini müəyyən etmək üçün mümkün məntiqi meyar kimi, ”Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” qanuna istinad etmişdir. Həmin qanun uşaqlar üçün aylıq yaşayış minimumunun həddini 175 manat müəyyən etmişdir. Qanunun mənasına görə ay ərzində uşağın saxlanılmasından ötrü göstərilən məbləğdən az vəsaitin xərclənməsi uşağın bioloji varlığını, normal təminatını və inkişafını təhlükə altında qoyardı. Ona görə də məhkəmə təyin edəcəyi alimentin miqdarını tələb edilən yəni göstərilən məbləğdə, bir uşağa 120 manat həddində müəyyən etməyi məqsədə uyğun hesab edir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək, belə hesab edir ki, iddia tələbi təmin edilməli, 14 may 2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 120 manat olmaqla sabit pul məbləğində aliment pulu Sədərək rayon Qaraağac kəndində yaşayan Cavabdeh alınaraq iddiaçı Şərur rayonu, Oğuzkənd kəndində yaşayan uşaqların anası İddiaçı xeyrinə ödənilməlidir. Alimentin ödənilməsi 27 aprel 2021-ci il tarixdən hesablanmalıdir. Ona görə ki, Azərbaycan Respublikasının Ailə məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxdan tutulur. Azərbaycan Respublikası MPM-nin 108.1.1-ci maddəsinə əsasən, iddia ərizələri verildikdə, dövlət rüsumu ödənilir. Həmin məcəllənin 112.3-cü maddəsinə əsasən, iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəməsi məcmusu ilə müəyyən edilir. Həmin məcəllənin 112.4-cü maddəsinə əsasən, iddianın qiyməti iddiaçı tərəfindən göstərilir. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə alimentin artım məbləği bir il ərzində 500 (beş yüz) manatdan çox olduğu üçün, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 8.1.1-ci maddəsinə əsasən 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilməlidir. Lakin həmin qanunun 9.1.1-ci maddəsinə əsasən, İddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyinə görə, Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən, dövlət rüsumu cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilən xüsusatlara və Azərbaycan Respublikası MPM-nin 119, 216- 220,358.0.3, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. 14 may 2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 120 (yüz iyirmi) manat sabit pul məbləğində aliment pulu Sədərək rayonu, Qaraağac kəndində yaşayan Cavabdeh alınaraq iddiaçı Şərur rayonu, Oğuzkənd kəndində yaşayan uşağın anası İddiaçı xeyrinə ödənilsin. Alimentin tutulması 27 aprel 2021-ci il tarixdən hesablansın. Qətnamə dərhal icra olunsun. Cavabdeh 30 (otuz) manat məbləğində pul dövlət rüsumu olaraq alınıb dövlət nəfinə ödənilsin. Qətnamədən, qətnamə tərəflərə rəsmi qaydada təqdim edildikdən sonra 1 (bir) ay müddətində Sədərək rayon məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti vermək olar . Hakim Hüseyn Zülfüqarov
Məhkəmə qərarları › İş №2(088)-33/2021
Naxçıvan MR Sədərək Rayon Məhkəməsi Qətnamə — İş №2(088)-33/2021
26.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver