Azərbaycan Respublikası adından QƏRARDAD Heydərabad qəsəbəsi İş № 2(088)-61/2022 05.08.2022 NAXÇIVAN MR SƏDƏRƏK RAYON MƏHKƏMƏSİ Hakim əvəzi X2 oğlunun sədrliyi, Abdullayev Ceyhun Cəbrayıl oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək yetkinlik yaşına çatmayan xx.xx.2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 193 manat miqdarında sabit pul məbləğində alimentin tutulması və Mediasiya təşkilatına dövlət rüsumu olaraq ödədiyi 50 manat pulun Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında dindirilən İddiaçı izahatında işin məhkəmə baxışı ərzində cavabdehlə barışdıqlarını, iddiasından imtina etdiyini bildirdi və bu barədə olan ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə iclasında dindirilən Cavabdeh da iddiaçının qeyd etdiklərini təsdiqləyərək iş üzrə müvafiq qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddiaçının iddiadan imtinası qəbul edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə iddiaçının iddiadan imtina etməsinin qəbul edilməməsi üçün Azərbaycan Respublikasının MPM-nin 52.5-ci maddəsində nəzərdə tutulmuş əsasları müəyyən etməmişdir. Azərbaycan Respublikasının MPM-nin 191.2-ci maddəsinin tələbinə əsasən iddiaçının iddiadan imtina etməsi məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Həmçinin Azərbaycan Respublikasının MPM-nin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının MPM-nin 261.0.4, 262, 263, 264, 267, 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar verdi: İddiaçı Cavabdeh qarşı alimentin təyin edilməsi tələbinə dair mülki iş üzrə İddiaçı iddiadan imtinası qəbul edilsin və həmin iş üzrə icraata xitam verilsin. Qərardaddan o, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sədərək Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zülfüqar Əhmədov
Məhkəmə qərarları › İş №2(088)-61/2022
Naxçıvan MR Sədərək Rayon Məhkəməsi Qərardad — İş №2(088)-61/2022
05.08.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver