Məhkəmə qərarları › İş №2(088)-72/2025

Naxçıvan MR Sədərək Rayon Məhkəməsi Qətnamə — İş №2(088)-72/2025

04.06.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Heydərabad qəsəbəsi İş № 2(088)-72/2025 04.06.2025 NAXÇIVAN MR SƏDƏRƏK RAYON MƏHKƏMƏSİ Zülfüqarov Hüseyn Nadir oğlunun sədrliyi, İsmayılov Çingiz Məhərrəm oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı, Cavabdeh qarşı aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Vətəndaş İddiaçı nümayəndəsi Vəkil məhkəməyə iddia ərizəsi ilə müraciət edərək birgə nikahdan doğulmuş azyaşlı uşaqları xx.xx.2010-cu il təvəllüdlü X4, xx.xx.2012-ci il təvəllüdlü X1 və xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün bir uşağa görə 246 manat olmaqla üç uşağa görə 738 manat miqdarında sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki iş üzrə İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, heç bir üzürlü səbəb göstərmədən keçirilən məhkəmə iclaslarında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185.4-cü maddəsinə əsasən, tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Mülki iş üzrə iddiaçının nümayəndəsi Vəkil məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, İddiaçı ilə cavaddeh Cavabdeh aralarında bağlanmış nikah qeydinin Türkiyə Respublikası İstanbul Ailə Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2020/1083 saylı qərarına əsasən pozulduğunu, birgə nikahdan doğulmuş azyaşı uşaqları xx.xx.2010-cu il təvəllüdlü X4, xx.xx.2012-ci il təvəllüdlü X1 və xx.xx.2015-ci il təvəllüdlü X2 iddiaçının yanında saxlanılması müəyyən olunduğunu, İstanbul Ailə Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2020/1083 nömrəli qərarının Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 10(102)-73/2024 saylı qərarına əsasən Azərbaycan Respublikasında tanındığını və Sədərək rayon Qediyyat Şöbəsində xx.xx.2022-ci il tarixdə nikahın pozulması haqqında akt qeydləri kitabında 06 nömrə ilə rəsmi qeydiyyta alınaraq nikahın pozulması haqqında şəhadətnamə verildiyini, İstanbul Ailə Məhkəməsi tərəfindən birgə nikahdan doğulmuş uşaqlarının cavabdeh X8 ilə görüş-ünsiyyət qaydası müəyyən olunmasına, o cümlədən qız uşaqlarının böyüdükcə ana qayğısına daha çox ehtiyacları olmasına baxmayaraq cavabdehin uşaqlarla ümumiyyətlə maraqlanmadığı, onların bütün qayğısını iddiaçının çəkdiyini, uşaqların qayğısına qalmaqla yanaşı onların gündəlik zəruri tələbtlnnı qarşılamağın iddiaçı üçün çətin olduğunu, ona görə də cavabdehin birgə nikahdan oğulmuş azyaşlı uşaqlarımın yetkinik yaşlarına çatanadək saxlanılmalaı üçün ona aliment ödəməsini istədiyni, iddiaçı cavabdehlə aralarına olan ailə münasibətlərindən irəli gələn aliment tələbinə dair mübahisənin məhkəmədən kənar həll edilməsi məqsədi ilə Mediasiya Təşkilatına müraciət etsə də Cavabdeh X3 iştirak etmədiyini və Mediasiya Təşkilatı tərəfindən xx.xx.2024-cU il tarixdə X3 iştirak edilməməsi barədə MŞN/25-Ə-00038 saylı arayış verildiyini, ona görə də Cavabdeh qarşı aliment tələbi ilə məhkəməyə müraciət etmək zərurətinin yarandığını bildirərək tərəflərin birgə nikahlarından doğulmuş azyaşlı uşaqları xx.xx.2010-cu il təvəllüdlü X4, xx.xx.2012-ci il təvəllüdlü X1 və xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün bir uşağa görə 246 manat olmaqla üç uşağa görə 738 manat miqdarında sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı xeyrinə barədə qətnamə qəbul edilməsini xahiş etdi. Mülki iş üzrə Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, heç bir üzürlü səbəb göstərmədən keçirilən məhkəmə iclaslarında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Ona görə də məhkəmə İddiaçı və Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İş materialına əlavə edilmiş Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan müəyyən olunur ki, İddiaçı və Cavabdeh Sədərək rayon Dəmirçi kəndində qeydiyyatdadır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını, iddia ərizəsini və mülki iş üzrə toplanmış materialları araşdırıb, onlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işi araşdırarkən məlum oldu ki, tərəflər arasında bağlanmış nikah qeydi Türkiyə Respublikası İstanbul Ailə Məhkəməsində 2020-ci ildə dekabr ayının 12-də pozulmuş, birgə nikahlarından doğulmuş xx.xx.2010-cu il təvəllüdlü X4, xx.xx.2012-ci il təvəllüdlü X1 və xx.xx.2015-ci il təvəllüdlü X2 iddiaçının yanında qalması müəyyən edilmiş, tərəflərin yetinlik yaşına çatmamış uşaqları ayrıldıqları gündən atalarının yəni iddaçının himayəsində yaşamış, bu müddət ərzində cavabdeh uşaqları ilə maraqlanmamış və uşaqlarının saxlanmaları üçün heç bir maddi yardım etməmişdir. Buna görə də iddiaçı uşaqların saxlanılmasında maddi cəhətdən çətinlik çəkdiyindən məhkəməyə nümayəndəsi vasitəsi ilə müraciət edərək sabit pul məbləğində alimentin təyin olunmasını xahiş etmişdir. Yaşayış minumumu haqqında Azərbaycan Respublikasının qanununa əsasən, 2025-ci ildə ölkədə uşaqlar üçün yaşayış minumumu 246 manat müəyyən edildiyini nəzərə alaraq, məhkəmədə iddiaçının iddiası ilə bağlı iddianın qismən təmin edilməsi qənaətinə gəlmişdir. Hal-hazırda xx.xx.2010-cu il təvəllüdlü X9, xx.xx.2012-ci il təvəllüdlü X5 və xx.xx.2015-ci il təvəllüdlü X6 atası İddiaçı yanında yaşayır, iddiaçı uşağın saxlanmasında, tələbatlarının ödənilməsində maddi çətinlik çəkir və uşağın maddi tələbatını ödəyə bilmir. İş materiallarına əlavə olunmuş Naxçıvan MR Sədərək rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli AZ-İ 402114 nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, tərəflər arasında bağlanmış nikah qeydinə xx.xx.2022-ci il tarixdə xitam verilmişdir. İş materiallarına əlavə olunmuş Naxçıvan MR Şərur rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli doğum haqqında şəhadətnamələrin çıxarışına əsasən iş üzrə tərəflərin xx.xx.2010-cu il təvəllüdlü X9, xx.xx.2012-ci il təvəllüdlü X5 və xx.xx.2015-ci il təvəllüdlü X6 adlı uşaqları doğulduğu müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Sədərək rayon İcra Hakimiyyətinin Dəmirçi kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş 13 mart 2025-ci il tarixli, 5-26-3/A-233/2025 nömrəli və 17 mart 2025-ci il tarixli, 5-26-3/A-243/2025 arayışlarından görünür ki, iş üzrə İddiaçı və Cavabdeh Sədərək rayon Dəmirçi kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Naxçıvan MR Şərur rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli doğum haqqında şəhadətnamələrin çıxarışına əsasən iş üzrə tərəflərin xx.xx.2010-cu il təvəllüdlü X9, xx.xx.2012-ci il təvəllüdlü X5 və xx.xx.2015-ci il təvəllüdlü X2 atası İddiaçı, anası isə Cavabdehdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli 10(102)-73/2024 saylı qərardadından görünür ki, Türkiyə Respublikasının İstanbul 13. Ailə Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2020/1083 saylı qərarı nikahın pozulması hissəsində Azərbaycan Respublikasında tanınmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli MŞN/25-Ə-00038 saylı X3 (İMS) iştirak edilməməsi barədə arayışdan görünür ki, iddaçı İddiaçı mediasiya sessiyasında iştirak etsə də Cavabdeh həmin sessiyada iştirak etməmiş və nəticədə tərəflər arasında razılıq əldə olunmamışdır. Məhkəmə iclasında işə əlavə olunmuş sənədlər tədqiq edilərkən müəyyən olunur ki, tərəflərin rəsmi nikahdan olan 3 azyaşlı uşaqları atası İddiaçı himayəsində yaşayır və tərəflər uzun müddətdir ki, ayrı-ayrı ünvanlarda yaşayırlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları Konvensiyasının 1-ci maddəsində verilmiş tərifə görə, 18 yaşına çatmamış şəxs uşaq hesab olunur. Ona görə, valideynlərin öz uşaqlarını saxlamaq borcu onların yetkinlik yaşına çatana qədər davam edir. Uşağın qida, geyim, müalicə, istirahər və s. tələblərinin ödənilməsini nəzərdə tutan müddia “uşağı saxlamaq” anlayışı ilə əhatə olunur və bir qayda olaraq valideynlər tərəfindən məcbursuz icra edilir. Birləşmiş Millətlər Təşkilatının Baş Asambleyasının 20 noyabr 1959-cu il tarixli 1386 (XİV) saylı qətnaməsi ilə elan edilmiş uşaq hüquqları bəyannaməsinin 8-ci prinsipinə əsasən uşaq bütün şəraitdə ilk yardım olunanlar arasında olmalıdır. 12 noyabr 1989-cu ildə qəbul olunmuş Uşaq Hüquqları Haqqında BMT-nin Konvensiyasının 3-cü maddəsində göstərilir ki, sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdən uşağın maraqlarını daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. İştirakçı dövlətlər uşağın valideynlərinin, qəyyumlarının və ya onun üçün qanuna görə məsuliyyət daşıyan digər şəxslərin hüquq və vəzifələrini nəzərə alaraq, onun rifahı üçün zəruri olan müdafiə və qayğı ilə uşağı təmin etməyi öhdəyə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. Həmin konvensiyanın 26-cı maddəsinin 1-ci bəndində göstərilir ki, iştirakçı dövlətlər hər bir uşağın, sosial sığorta da daxil olmaqla, sığorta təminat imtiyazlarından istifadə etmək hüququnu tanıyır və öz milli qanunvericiliyinə uyğun olaraq bu hüququn tamamilə həyata keçirilməsinə nail olmaq üçün lazimi tədbirləri görürlər. «Uşaq Hüquqları Haqqında» Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasən uşaqlar barəsində Dövlət siyasətinin bir hissəsində hər bir uşağın zəruri maddi şəraitinin təmin edilməsinə yönəldilir. «Uşaq Hüquqları Haqqında» Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətindən uşaqların mənafeyini üstün tutmaqla, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktların və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı, onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüququ və mənafelərini məhdudlaşdıran hər hansı bir əqd etibarsızdır. Həmin qanunun 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial, hüquqi və digər tədbirləri görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsində isə göstərilir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. İstinad olunan qanunvericiliklərin tələbinə əsasən uşağın fiziki və əqli cəhətdən sağlam inkişaf etməsi üçün onun maddi təminatına həm beynəlxalq təşkilatlar, həm də dövlət təminat verir və onun minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ var. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının qanununa əsasən hal-hazırda 1 (bir) uşaq üçün minimum dolanacaq xərcləri 246 manat müəyyən edilmişdir. Lakin uşaqların saxlanması hər iki valideynin borcudur. Azərbaycan Respublikası Ailə məcəlləsinin 56-cı maddəsinin və Azərbaycan Respublikası Konstitusiyanın 17-ci maddəsinin 2-ci hissəsinə görə, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək ata-ananın borcudur. Bu borcun ana ilə ata arasında tən bölündüyü Konstitusiyada birbaşa yazılmasa da, həm ölkəiçi qanunvericilik, həm də Azərbaycanın qoşulduğu uşaq hüquqları ilə bağlı uluslararası normativ sənədlər onların bərabər məsuliyyətini vurğulayır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 18 və 27-ci maddələrinə görə ata-ana uşaqlarla bağlı birgə məsuliyyət daşıyırlar. Uşaqların ən ümdə maraqları ata-ananın əsas qayğılarının predmeti olmalıdır. İşə obyektiv və ədalətli qiymət verilərkən, iddiaçının yəni uşaqların atasının aylıq qazancının az olması və başqa qazanc yerinin olmamasına görə alimentin onun xeyrinə ödənilməsinə üstünlük verilir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələbinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Qanunun mənasına görə heç bir yerdə işləməmək, yaxud az gəlir əldə etmək valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak təlabatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı həm də vacib hüquqi vəzifəsidir. Məhkəmə işə nəticə verərkən iddiaçının təqdim etdiyi sübutlara və cavabdehin göndərdiyi etiraz ərizəsinə də qiymət verərək işdə olan digər halları da nəzərə alır. Belə ki, İddiaçı Cavabdeh harada işləməsi və aylıq qazancı barədə məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “ 20 ” dekabr 2024-cü il tarixli 15 nömrəli qərarının 8.4-1 bəndinə əsasən, alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minumum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minumum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Bu baxımdan Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, bir uşağa görə hər ay ölkə üzrə müəyyən olunmuş minumum əmək haqqının (400x0.30=120 manat) 0.30 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Alimentin ödənilməsi xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. İddia qalan hissədə rədd edilməlidir. Ona görə ki, Azərbaycan Respublikasının Ailə məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxdan tutulur. Azərbaycan Respublikası MPM-nin 108.1.1-ci maddəsinə əsasən, iddia ərizələri verildikdə, dövlət rüsumu ödənilir. Həmin məcəllənin 112.3-cü maddəsinə əsasən, iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəməsi məcmusu ilə müəyyən edilir. Həmin məcəllənin 112.4-cü maddəsinə əsasən, iddianın qiyməti iddiaçı tərəfindən göstərilir. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə alimentin məbləği bir il ərzində 1000 (min) manatdan çox olduğu üçün, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 8.1.2-ci maddəsinə əsasən 63.20 (altmış üç manat, iyirmi qəpik) manat məbləğində dövlət rüsumu ödənilməlidir. Lakin həmin qanunun 9.1.1-ci maddəsinə əsasən, İddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyinə görə, Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən, dövlət rüsumu cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilən xüsusatlara və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 358.0.3, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. xx.xx.2010-cu il təvəllüdlü X4, xx.xx.2012-ci il təvəllüdlü X1 və xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşılarna çatana kimi (on səkkiz yaşına kimi) saxlanılması üçün Cavabdeh, İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minumum əmək haqqının (400 x 0.30=120 manat) 0.30 misli həddində sabit pul məbləğində aliment tutulsun. Alimentin tutulması 07 aprel 2025-ci il tarixdən hesablansın. Qətnamə dərhal icra olunsun. Qətnamənin icrası Sədərək rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Cavabdeh 63.20 (altmış üç manat, iyirmi qəpik) manat məbləğində pul dövlət rüsumu olaraq alınıb dövlət nəfinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, qətnamə tərəflərə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində “Elektron məhkəmə informasiya sistemində” yaradılan elektron kabinetdən Sədərək rayon məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim: Hüseyn Zülfüqarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar