Məhkəmə qərarları › İş №2(088)-74/2025

Naxçıvan MR Sədərək Rayon Məhkəməsi Qətnamə — İş №2(088)-74/2025

29.05.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Heydərabad qəsəbəsi İş № 2(088)-74/2025 29.05.2025 NAXÇIVAN MR SƏDƏRƏK RAYON MƏHKƏMƏSİ Zülfüqarov Hüseyn Nadir oğlunun sədrliyi, İsmayılov Çingiz Məhərrəm oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Vətəndaş İddiaçı nümayəndəsi Nümayəndə məhkəməyə iddia ərizəsi ilə müraciət edərək xx.xx.2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmasına görə Cavabdeh məhkəməyə müraciət olunduğu vaxtdan etibarən hər ay 235 manat sabit pul məbləğində və qazancının, başqa gəlirlərinin dörddə bir hissəsi məbləğində alimentin tutulması, İddiaçı xeyrinə tutulması, Mediasiya prosesinə çəkilən xərcin və 200 manat (iki yüz manat) məbləğində vəkil xidmət haqqının Cavabdeh tərəfindən İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki iş üzrə İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, heç bir üzürlü səbəb göstərmədən keçirilən məhkəmə iclaslarında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185.4-cü maddəsinə əsasən, tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Mülki iş üzrə iddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, xx.xx.2008-ci il tarixdə tərəflərin rəsmi nikah qeydiyyatından keçməklə ailə həyatı qurduqlarını, tərəflər arasında ailə münasibətləri pozulduğundan 21 noyabr 2014-cü il tarixdə Sədərək Rayon Məhkəməsinin 2(088)-54/2014 saylı qətnaməsinə əsasən İddiaçı ilə Cavabdeh arasında bağlanmış rəsmi nikahın pozulduğunu, birgə nikahdan bir uşaqlarının xx.xx.20009-cı il təvəllüdlü X1 doğulduğunu, cavabdehin azyaşlı doğulan andan onun maddi vəziyyətilə maraqlanmadığını, heç bir kömək göstərmədiyini, uşağı saxlamağın iddiaçı üçün maddi cəhətdən çətin olduğunu, onun qazancı ilə uşağın təminatını ödəməyin mümkün olmadığını, birgə nikahdan olan X1 iddiaçının yanında yaşaması barədə razılıq əldə olunduğunu, cavabdehin harada yaşaması, işləməsi və aylıq qazancı barədə onlarda heç bir məlumat olmadığını,iddiaçının haliyyədə yeni ailə qurduğunu və yetkinlik yaşına çatmayan övladı ilə birlikdə Bakı şəhərində yaşadığını, məhkəməyə müraciət etməzdən əvvəl qarşı cavabdehə mediasiya prosesinin tətbiqi barədə təklif göndərildiyini, lakin qarşı tərəf mediasiya prosesində iştirak etmədiyini, məhkəməyə müraciət edilməsi məqsədilə iddia ərizəsinin tərtib olunmasına görə iddiaçı tərəfindən 200 manat vəkil xidmət haqqının ödənildiyini bildirərək, xx.xx.2009cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmasına görə Cavabdeh məhkəməyə müraciət olunduğu vaxtdan etibarən hər ay 235 manat sabit pul məbləğində və qazancının, başqa gəlirlərinin dörddə bir hissəsi məbləğində alimentin tutulması, İddiaçı xeyrinə tutulması, ilkin mediasiya prosesinə çəkilən xərcin və 200 manat (iki yüz manat) məbləğində vəkil xidmət haqqının Cavabdeh tərəfindən İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Mülki iş üzrə Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, heç bir üzürlü səbəb göstərmədən keçirilən məhkəmə iclaslarında iştirak etməmişdir. Lakin, cavabdeh xx.xx.2025-ci il tarixdə məhkəməyə etiraz ərizəsi göndərək iddianın qismən təmin edilməsini, alimentin 100-150 manat civarında kəsilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Ona görə də məhkəmə İddiaçı və Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını, iddia ərizəsini və mülki iş üzrə toplanmış materialları araşdırıb, onlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işi araşdırarkən məlum oldu ki, tərəflər 2008-ci ildə rəsmi olaraq ailə həyatı qurmuş, birgə nikahlarından xx.xx.2009-cu il təvəllüdlü X3 dünyaya gəlmiş, tərəflərin yetinlik yaşına çatmamış uşağı ayrıldıqları gündən analarının yəni iddaçının himayəsində yaşamış, bu müddət ərzində cavabdeh uşağı ilə maraqlanmamış və uşağın saxlanmaları üçün heç bir maddi yardım etməmişdir. Buna görə də iddiaçı heç bir yerdə işləmədiyindən və uşaqların saxlanılmasında maddi cəhətdən çətinlik çəkdiyindən məhkəməyə müraciət edərək sabit pul məbləğində və qazancının, başqa gəlirlərinin dörddə bir hissəsi məbləğində alimentin təyin olunmasını xahiş etmişdir. Yaşayış minumumu haqqında Azərbaycan Respublikasının qanununa əsasən, 2025-ci ildə ölkədə uşaqlar üçün yaşayış minumumu 246 manat müəyyən edildiyini nəzərə alaraq, məhkəmədə iddiaçının iddiası ilə bağlı iddianın qismən təmin edilməsi qənaətinə gəlmişdir. Hal-hazırda xx.xx.2009-cu il təvəllüdlü X3 anası İddiaçı yanında yaşayır, iddiaçı uşağın saxlanmasında, tələbatlarının ödənilməsində maddi çətinlik çəkir və uşağın maddi tələbatını ödəyə bilmir. İş materiallarına əlavə olunmuş Naxçıvan MR Sədərək rayon İ/H-nin Sədərək kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli AZ-İİ 333826 nömrəli doğum haqqında şəhadətnamənin natarius təsdiqli surətinə əsasən iş üzrə tərəflərin xx.xx.2009-cu il təvəllüdlü X3 adlı uşaqları doğulduğu müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Sədərək rayon İcra Hakimiyyətinin Sədərək kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş 31 yanvar 2025-ci il tarixli, 126 nömrəli arayışından görünür ki, iş üzrə İddiaçı Sədərək rayon Sədərək kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Sədərək rayon İcra Hakimiyyətinin Sədərək kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş 02 fevral 2025-ci il tarixli, 157 nömrəli arayışından görünür ki, iş üzrə Cavabdeh Sədərək rayon Sədərək kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Naxçıvan MR Sədərək rayon İ/H-nin Sədərək kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli AZ-İİ 333826 nömrəli doğum haqqında şəhadətnamənin notarius təsdiqli surətlərinə əsasən iş üzrə tərəflərin xx.xx.2009-cu il təvəllüdlü X1 atası Cavabdeh, anası isə İddiaçıdır. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli MŞN/25-i-00285 saylı X2 (İMS) iştirak edilməməsi barədə arayışdan görünür ki, iddaçı İddiaçı mediasiya sessiyasında iştirak etsə də Cavabdeh həmin sessiyada iştirak etməmiş və nəticədə tərəflər arasında razılıq əldə olunmamışdır. Əlavə olaraq xx.xx.2025-ci il tarixli qəbzdən müəyyən olunur ki iddiaçı mediasiya xərci olaraq 50 manat pul ödəmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü i tarixli mədaxil orderindən iddiaçı tərəfindən Bakı şəhəri 34 saylı vəkil bürosuna 200 manat Bank vasitəsi ilə ödənildiyi müəyyən edilsədə hər hansı əqd və ya müqavilə olmadığından həmin məbləğin hansı səbəbdən və nə məqsəd üçün ödənildiyi müəyyən edilə bilməmişdir. Məhkəmə iclasında işə əlavə olunmuş sənədlər tədqiq edilərkən müəyyən olunur ki, tərəflərin rəsmi nikahdan olan bir azyaşlı uşaqları anası İddiaçı himayəsində yaşayır və tərəflər uzun müddətdir ki, ayrı-ayrı ünvanlarda yaşayırlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları Konvensiyasının 1-ci maddəsində verilmiş tərifə görə, 18 yaşına çatmamış şəxs uşaq hesab olunur. Ona görə, valideynlərin öz uşaqlarını saxlamaq borcu onların yetkinlik yaşına çatana qədər davam edir. Uşağın qida, geyim, müalicə, istirahər və s. tələblərinin ödənilməsini nəzərdə tutan müddia “uşağı saxlamaq” anlayışı ilə əhatə olunur və bir qayda olaraq valideynlər tərəfindən məcbursuz icra edilir. Birləşmiş Millətlər Təşkilatının Baş Asambleyasının 20 noyabr 1959-cu il tarixli 1386 (XİV) saylı qətnaməsi ilə elan edilmiş uşaq hüquqları bəyannaməsinin 8-ci prinsipinə əsasən uşaq bütün şəraitdə ilk yardım olunanlar arasında olmalıdır. 12 noyabr 1989-cu ildə qəbul olunmuş Uşaq Hüquqları Haqqında BMT-nin Konvensiyasının 3-cü maddəsində göstərilir ki, sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdən uşağın maraqlarını daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. İştirakçı dövlətlər uşağın valideynlərinin, qəyyumlarının və ya onun üçün qanuna görə məsuliyyət daşıyan digər şəxslərin hüquq və vəzifələrini nəzərə alaraq, onun rifahı üçün zəruri olan müdafiə və qayğı ilə uşağı təmin etməyi öhdəyə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. Həmin konvensiyanın 26-cı maddəsinin 1-ci bəndində göstərilir ki, iştirakçı dövlətlər hər bir uşağın, sosial sığorta da daxil olmaqla, sığorta təminat imtiyazlarından istifadə etmək hüququnu tanıyır və öz milli qanunvericiliyinə uyğun olaraq bu hüququn tamamilə həyata keçirilməsinə nail olmaq üçün lazimi tədbirləri görürlər. «Uşaq Hüquqları Haqqında» Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasən uşaqlar barəsində Dövlət siyasətinin bir hissəsində hər bir uşağın zəruri maddi şəraitinin təmin edilməsinə yönəldilir. «Uşaq Hüquqları Haqqında» Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətindən uşaqların mənafeyini üstün tutmaqla, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktların və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı, onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüququ və mənafelərini məhdudlaşdıran hər hansı bir əqd etibarsızdır. Həmin qanunun 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial, hüquqi və digər tədbirləri görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsində isə göstərilir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. İstinad olunan qanunvericiliklərin tələbinə əsasən uşağın fiziki və əqli cəhətdən sağlam inkişaf etməsi üçün onun maddi təminatına həm beynəlxalq təşkilatlar, həm də dövlət təminat verir və onun minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ var. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının qanununa əsasən hal-hazırda 1 (bir) uşaq üçün minimum dolanacaq xərcləri 246 manat müəyyən edilmişdir. Lakin uşaqların saxlanması hər iki valideynin borcudur. Azərbaycan Respublikası Ailə məcəlləsinin 56-cı maddəsinin və Azərbaycan Respublikası Konstitusiyanın 17-ci maddəsinin 2-ci hissəsinə görə, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək ata-ananın borcudur. Bu borcun ana ilə ata arasında tən bölündüyü Konstitusiyada birbaşa yazılmasa da, həm ölkəiçi qanunvericilik, həm də Azərbaycanın qoşulduğu uşaq hüquqları ilə bağlı uluslararası normativ sənədlər onların bərabər məsuliyyətini vurğulayır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 18 və 27-ci maddələrinə görə ata-ana uşaqlarla bağlı birgə məsuliyyət daşıyırlar. Uşaqların ən ümdə maraqları ata-ananın əsas qayğılarının predmeti olmalıdır. İşə obyektiv və ədalətli qiymət verilərkən, iddiaçının yəni uşağın anasının heç bir yerdə işləməməsi, başqa qazanc yerinin olmamasına görə alimentin onun xeyrinə ödənilməsinə üstünlük verilir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələbinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Qanunun mənasına görə heç bir yerdə işləməmək, yaxud az gəlir əldə etmək valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak təlabatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı həm də vacib hüquqi vəzifəsidir. Məhkəmə işə nəticə verərkən iddiaçının təqdim etdiyi sübutlara və cavabdehin göndərdiyi etiraz ərizəsinə də qiymət verərək işdə olan digər halları da nəzərə alır. Belə ki, İddiaçı Cavabdeh harada işləməsi və aylıq qazancı barədə məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Cavabdeh isə başqa qadınla rəsmi nikah qeydiyyatına düşməklə ailə qurduğunu və yeni ailəsindən bir övladı olduğunu heç yedə işləmədiyini iddianı qismən təmin etməklə 100-150 manat civarında təmin edilməsini xahiş etmişdir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “ 20 ” dekabr 2024-cü il tarixli 15 nömrəli qərarının 8.4-1 bəndinə əsasən, alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minumum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minumum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Bu baxımdan Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, bir uşağa görə hər ay ölkə üzrə müəyyən olunmuş minumum əmək haqqının (400x0.43=172 manat) 0.43 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Alimentin ödənilməsi xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. İddiaçı tərəfindən ödənilmiş 50 manat mediasiya xərci cavabdehdən alınaraq Sədərək rayon Sədərək kəndində qeyddiyyatda olan İddiaçı xeyrinə ödənilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Ona görə ki, Azərbaycan Respublikasının Ailə məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxdan tutulur. Azərbaycan Respublikası MPM-nin 108.1.1-ci maddəsinə əsasən, iddia ərizələri verildikdə, dövlət rüsumu ödənilir. Həmin məcəllənin 112.3-cü maddəsinə əsasən, iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəməsi məcmusu ilə müəyyən edilir. Həmin məcəllənin 112.4-cü maddəsinə əsasən, iddianın qiyməti iddiaçı tərəfindən göstərilir. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə alimentin məbləği bir il ərzində 1000 (min) manatdan çox olduğu üçün, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 8.1.2-ci maddəsinə əsasən 40.64 (qırx manat, altmış dörd qəpik) manat məbləğində dövlət rüsumu ödənilməlidir. Lakin həmin qanunun 9.1.1-ci maddəsinə əsasən, İddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyinə görə, Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən, dövlət rüsumu cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilən xüsusatlara və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 358.0.3, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. xx.xx.2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi (on səkkiz yaşına kimi) saxlanılması üçün Cavabdeh, İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minumum əmək haqqının (400 x 0.43=172 manat) 0.43 misli həddində sabit pul məbləğində aliment tutulsun. İddiaçı tərəfindən ödənilmiş 50 manat mediasiya xərci cavabdehdən alınaraq Sədərək rayon Sədərək kəndində qeyddiyyatda olan İddiaçı xeyrinə ödənilsin. Alimentin tutulması 09 aprel 2025-ci il tarixdən hesablansın. Qətnamə dərhal icra olunsun. Qətnamənin icrası Sədərək rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Cavabdeh 40.64 (qırx manat, altmış dörd qəpik) manat məbləğində pul dövlət rüsumu olaraq alınıb dövlət nəfinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, qətnamə tərəflərə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində “Elektron məhkəmə informasiya sistemində” yaradılan elektron kabinetdən Sədərək rayon məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim: Hüseyn Zülfüqarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar