Azərbaycan Respublikası adından QƏTNAMƏ Culfa rayon İş № 2(089)-1/2022 21.02.2022 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X4 iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə Culfa Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Cavabdeh 12 may 2020-ci il tarixdə doğulmuş X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancın və ya başqa gəlirlərinin dörddə bir hissəsi miqdarinda alimentin, özünün maddi ehtiyaclarının ödənilməsi üçün X11 3 yaşına çatanadək Cavabdeh hər ay 100 manat alimentin alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddiasını müdafiə etmiş, izahatında bildirmişdir ki, Cavabdeh ilə 03 iyul 2019-cu il tarixdə ailə qurmuşlar. Ailə qurduqdan sonra 2020-ci ilin yanvar ayınadək cavabdehlə birlikdə Rusiya Federasiyasında yaşamışlar. Cavabdehlə birlikdə yaşadıqları müddətdə münasibətləri yaxşı olmamışdır. Cavabdeh ona qarşı biganə olmuş, tez-tez gecə evə gəlməmiş, onunla maraqlanmamışdır. 2020-ci ilin yanvar ayının 26-da Bakı şəhərinə, fevral ayının 03-də Naxçıvan Muxtar Respublikasına gəlmişdir. Naxçıvana gəlməsinə səbəb hamilə olması olmuşdur. Cavabdehlə birgə nikahlarından 12 may 2020-ci il tarixdə Rauf adlı uşaqları doğulmuşdur. Cavabdeh onunla, uşaqla maraqlanmadığından Rusiya Federasiyasına qayıtmamışdır. İşləmir, qazancı yoxdur. Uşağını valideynlərinin maddi köməkliyi ilə saxlayır. Uşaq böyüdükcə ehtiyacları da artır. Cavabdeh uşağın saxlanılması üçün ona maddi köməklik etmir. Cavabdeh işləyir, qazancı var, lakin onun qazancı barədə məhkəməyə sübut təqdim edə bilmir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh məlumat verilmiş, o, məhkəmə iclasına gəlməmiş, ərizə ilə məhkəməyə müraciət etmiş, 21 fevral 2022-ci il tarixə təyin edilmiş məhkəmə iclasında iştirak edə bilmədiyini, hazırda 19 min rubl əmək haqqı aldığını, həmin məbləğdən Rusiya Federasiyasının qanunvericiliyinə əsasən, 13793 rubl əmək qabiliyyətli əhali üçün yaşayış minimumu olduğunu, yaşayış minimumunun toxunulmaz olduğunu, vətəndaşın həyatı üçün nəzərdə tutulduğunu, həmçinin mənzilinin olmadığını, 8000 rublu mənzil kirayəsi üçün verməli olduğunu, ikinci övladı, 08 dekabr 2013-cü il tarixdə doğulmuş X9 üçün aliment ödədiyini, uşağa aliment ödəmək üçün əlavə vəsaitinin olmadığını, Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən iki uşağa görə 33 faiz aliment ödənildiyini, Hacıyevaya ödəməli olduğu aliment 19000 rublun 16,5%-i olduğunu, həmin məbləğin 3135 rubl, yəni 62,7 manat təşkil etdiyini, 22.06.2020-ci il tarixdən 16.03.2021-ci il tarixədək işləmədiyini, istintaq təcridxanasında olduğunu bildirmiş, ağır maddi vəziyyəti və qeyri-sabit qazancının olması səbəbindən məhkəmədən 3135 rubl (yəni 62,7 manat) məbləğində aliment müəyyən edilməsini, İddiaçı saxlanılması üçün ödənişdən azad edilməsini, 27.09.2020-ci il tarixdən aliment üzrə borcdan azad olunmasını xahiş etmişdir. Məhkəmə mülki işə Cavabdeh iştirakı olmadan baxmışdır. İş materiallarında olan- İ-OT 780706 nömrəli nikah haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, tərəflər arasında nikah Amur vilayətinin VVAQ idarəsinin Blaqoveşensk şəhər və Blaqoveşensk rayon üzrə VVAQ şöbəsində 03 iyul 2019-cu il tarixdə bağlanmış, həmin tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında ********************3 nömrə ilə qeyd edilmişdir. 464381 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 12 may 2020-ci il tarixdə doğulmuş, atası Cavabdeh oğlu, anası İddiaçıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 443.0 və 443.0.4-cu maddələrinə əsasən alimentin alınması və atalığın müəyyən edilməsi işlərində iddiaçı Azərbaycan Respublikasında yaşayış yerinə malik olduqda Azərbaycan Respublikasının məhkəmələri xarici şəxslərin iştirakı ilə işlərə baxmağa haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 446.0 və 446.0.1-ci maddələrinə əsasən əgər ər-arvaddan biri Azərbaycan Respublikasının vətəndaşıdırsa və ya nikah bağlanarkən Azərbaycan Respublikasının vətəndaşı olmuşdursa, nikah münasibətlərindən əmələ gələn məhkəmə işlərində Azərbaycan Respublikasının məhkəmələri beynəlxalq səlahiyyətə malikdirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 153-cü maddəsinə əsasən valideynlərin və uşaqların hüquq və vəzifələri, o cümlədən valideynlərin uşağı saxlamaq vəzifəsi onların birgə yaşadıqları ölkənin qanunvericiliyinə uyğun müəyyənləşdirilir. Əgər uşaqlarla ataananın birgə yaşayış yeri yoxdursa, uşaqların və ata-ananın hüquq və vəzifələri uşağın vətəndaşı olduğu ölkənin qanunvericiliyi ilə müəyyənləşdirilir. Aliment öhdəliklərinə və valideynlərlə uşaqlar arasında digər münasibətlərə, iddiaçının tələbi ilə, ərazisində uşaq daimi yaşayan ölkənin qanunvericiliyi tətbiq oluna bilər. Həmin Məcəllənin 154-cü maddəsinə əsasən ailə üzvlərinin aliment vəzifələri ərazisində birgə yaşadıqları ölkənin qanunvericiliyi ilə müəyyənləşdirilir. Birgə yaşayış yeri olmayan ailədə iddiaçı yaşadığı ölkənin qanunvericiliyinə uyğun olaraq aliment alır. Azərbaycan Respublikasının Konstitusiyanın 60-cı maddəsində qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1 və 4.2-ci maddələrində isə qeyd olunur ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Məhkəmə iddiaçının izahatını dinləyib, cavabdehin məhkəməyə təqdim etdiyi sənədləri, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıb, sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh oğlundan hər ay aylıq qazancının 1/4 hissəsi miqdarında aliment alınıb uşağın saxlanılması üçün İddiaçı verilməli, qalan hissədə iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. İddiaçı cavabdehin aylıq qazancı barədə məhkəməyə sübut təqdim etməmiş, Cavabdeh məhkəməyə göndərdiyi müraciətində 19 min rubl əmək haqqı aldığını, həmin məbləğdən Rusiya Federasiyasının qanunvericiliyinə əsasən, 13793 rubl əmək qabiliyyətli əhali üçün yaşayış minimumu olduğunu, yaşayış minimumunun toxunulmaz olduğunu, vətəndaşın həyatı üçün nəzərdə tutulduğunu, mənzilinin olmadığını, 8000 rublu mənzil kirayəsi üçün verməli olduğunu, 08 dekabr 2013-cü il tarixdə doğulmuş ikinci övladı X9 üçün aliment ödədiyini, uşağa aliment ödəmək üçün əlavə vəsaitinin olmadığını, Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən iki uşağa görə 33 faiz aliment ödənildiyini, Hacıyevaya ödəməli olduğu aliment 19000 rublun 16,5%-i olduğunu, həmin məbləğin 3135 rubl, yəni 62,7 manat təşkil etdiyini, 22.06.2020-ci il tarixdən 16.03.2021-ci il tarixədək işləmədiyini, istintaq təcridxanasında olduğunu bildirmiş, ağır maddi vəziyyəti və qeyri-sabit qazancının olması səbəbindən məhkəmədən 3135 rubl (yəni 62,7 manat) məbləğində aliment müəyyən edilməsini, İddiaçı saxlanılması üçün ödənişdən azad edilməsini, 27.09.2020-ci il tarixdən aliment üzrə borcdan azad olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsində göstərilir ki, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Odur ki, qazancının olub olmadığından və ya qazancının məbləğindən asılı olmayaraq cavabdeh uşaqlarının yaşayış üçün zəruri olan xərclərinin minimum səviyyədə ödənilməsi üçün məsuliyyət daşıyır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə görə də valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitini təmin edilməsinə görə əsas məsuliyyət daşıyırlar. Cavabdeh əmək qabiliyyətlidir, sağlamdır, uşağının zəruri xərclərini heç olmasa minimum səviyyədə ödəməyə imkan verən qazanc əldə etmək qabiliyyətinə malikdir. İddiaçı cavabdehdən bir uşağın saxlanılması üçün qazancının (başqa gəlirlərinin) ¼ hissəsi miqdarında aliment tutulmasını xahiş etmiş, Cavabdeh məhkəməyə göndərdiyi müraciətində 08 dekabr 2013-cü il tarixdə doğulmuş X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün X3cının (başqa gəlirlərinin) ¼ hissəsi miqdarında aliment ödədiyini bildirmiş, lakin Cavabdeh 08 dekabr 2013-cü il tarixdə doğulmuş X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün qazancının (başqa gəlirlərinin) ¼ hissəsi miqdarında aliment müəyyən edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini təqdim etməmişdir. Cavabdeh məhkəməyə göndərdiyi 02 sentyabr 2021-ci il tarixli, 850/26-56 nömrəli arayışda isə qeyd edilmişdir ki, “Cavabdeh Amur vilayəti üzrə Rosqvardiya İdarəsinin əməkdaşı olub və onun 08.06.2018-ci il tarixli B-556 № li raportuna əsasən onun pul müavinətindən 2018-ci ilin iyunundan 2020-ci ilin iyulunadək X5 xeyrinə azyaşlı uşağı 08.12.2013-cü il təvəllüdlü X1 üçün 25 % aliment tutulurdu”. Arayışdan da görünür ki, Cavabdeh 2020-ci ilin iyul ayınadək aliment ödəmişdir. Məhkəmə hesab edir ki, İddiaçı tələbi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76-cı maddəsinin tələbinə uyğundur. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1.1-ci maddəsinə əsasən bir uşağın saxlanılması üçün valideynlərdən hər ay qazancın və (və ya)başqa gəlirlərinin ¼ hissəsi miqdarında aliment tutulur. Məhkəmə gəldiyi nəticəni “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli qərarında göstərilən hüquqi mövqeyi baxımından da qanuni və ədalətli hesab edir. Belə ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli qərarının 8.2-ci bəndində qeyd edilmişdir ki, “uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir”. .Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Odur ki, hazırki qətnamə ilə müəyyən edilən aliment məbləği İddiaçı məhkəməyə müraciət etdiyi vaxtdan, yəni 05 oktyabr 2020-ci il tarixdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 234.2-ci maddəsinə əsasən aliment dərhal icra edilməlidir. İddiaçı özünün maddi ehtiyaclarının ödənilməsi üçün X11 3 yaşına çatanadək Cavabdeh hər ay 100 manat alimentin tutulub ona verilməsi barədə tələbi ilə bağlı məhkəmə bildirir ki, həmin hissədə iddia təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84-cü maddəsinə əsasən ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər. Məhkəmə araşdırması zamanı iddiaçı uşağın doğulduğu gündən üç il ərzində cavabdehin ona maddi cəhətdən köməklik etməsi ünün cavabdehin buna zəruri vəsaitinin olması barədə məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Həmçinin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh (cavabdehin bildirdiyinə görə) 19000 rubl əməkhaqqı alır, həmçinin 08 dekabr 2013-cü il tarixdə doğulmuş X1 üçün aliment ödəyir və 12 may 2020-ci il tarixdə doğulmuş X2 üçün aliment ödəyəcək. Məhkəmə tutulacaq dövlət rüsumu ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edildiyindən, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət nəfinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına görə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə müvafiq olaraq iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmələrin məcmusu ilə müəyyən edildiyinə görə iş üzrə 42.57 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi : İddia qismən təmin edilsin. 12 may 2020-ci il tarixdə doğulmuş X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay aylıq qazancının və (və ya) başqa gəlirlərinin ¼ hissəsi miqdarında aliment alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. X2 üçün müəyyən edilmiş alimentin tutulması 05 oktyabr 2020-ci il tarixdən hesablansın. Qətnamə dərhal icra edilsin. Cavabdeh oğlundan 42.57 manat alınıb Azərbaycan Respublikasının büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Culfa Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Mehrab Məmmədov
Məhkəmə qərarları › İş №2(089)-1/2022
Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qətnamə — İş №2(089)-1/2022
21.02.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver