Məhkəmə qərarları › İş №2(089)-119/2020

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qətnamə — İş №2(089)-119/2020

04.08.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Culfa rayon İş № 2(089)-119/2020 04.08.2020 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim əvəzi Haqverdiyev Tural Ziyad oğlunun sədrliyi, X1iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə Culfa Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı xx.xx.2020-ci il tarixdə iddia ərizəsi ilə Culfa Rayon Məhkəməsinə müraciət etmiş, Cavabdeh xx xxxxxx 2014-cü il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün qazancının 1/4 hissəsi miqdarında alimentin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddiasını müdafiə etmiş, izahatında bildirmişdir ki, Cavabdehlə xx xxxxxxx 2011-ci il tarixdə ailə qurmuşlar. Birgə nikahlarından xx xxxxxx 2014-cü il tarixdə X5 anadan olmuşdur.İddiaçı Cavabdehlə ailə qurduğu vaxtdan təxminən bir il sonra ailə münasibətləri pozulmuşdur.Cavabdeh İddiaçı hörmət etməmiş, ailəyə qarşı laqeyid münasibət göstərmiş, bu səbəbdən iki aydır ayrı yaşayırlar.Ayrı yaşadıqları müddətdə Cavabdeh İddiaçı uşağın saxlanılması üçün maddi köməklik etməmişdir.İddiaçı isə uşağın təlabatlarını qarşılamaqda maddi cəhətdən çətinlik çəkmişdir.İddiaçı heç yerdə işləmir, valideyinlərinin himayəsində yaşayır.Cavabdeh Naxçıvan MR Fövqaladə Hallar Nazirliyində işləyir, ***-**** manat əmək haqqı alır. İddiaçı Cavabdeh xx xxxxxx 2014-cü il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün qazancının 1/4 hissəsi miqdarında alimentin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh iddianı qəbul etmiş, izahatında bildirmişdir ki, o, heç bir vaxt ailəsindən ayrı yaşamamışdır.İşi ilə əlaqədar Naxçıvan şəhərində yaşayır, ailəsindən ayrılmaq istəmir.Övladının saxlamnılmasü üçün ( başqa gəlirlərinin) 1/4 hissəsi miqdarında aliment müəyyən edilməsinə etirazı yoxdur. 604399 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və İddiaçı arasında nikah xx xxxxxxx 2011-ci il tarixdə bağlanmış, bu barədə akt qeydləri kitabında 15 nömrə ilə qeyd edilmişdir. 076193 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx xxxxxx 2014-cü il tarixdə X5 doğulmuş, uşaqların atası Cavabdeh, anası İddiaçıdır. 120 nömrəli xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, İddiaçı Culfa rayon Bənəniyar kəndində qeydiyyatdadır. 119 nömrəli xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Cavabdeh Culfa rayon Bənəniyar kəndində qeydiyyatdadır, Naxçıvan şəhərində yaşayır. Azərbaycan Respublikasının Konstitusiyanın 60-cı maddəsində qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1 və 4.2-ci maddələrində isə qeyd olunur ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməli, iki uşağın saxlanması üçün Cavabdeh aylıq qazancının (başqa gəlirlərinin) 1/4 hissəsi miqdarında aliment müəyyən edilməlidir. Belə ki, İddiaçı iddia ərizəsində, izahatında Cavabdehlə xx xxxxxxx 2011-ci il tarixdə ailə qurmuşlar. Birgə nikahlarından xx xxxxxx 2014-cü il tarixdə X5 anadan olmuşdur.İddiaçı Cavabdehlə ailə qurduğu vaxtdan təxminən bir il sonra ailə münasibətləri pozulmuşdur.Cavabdeh İddiaçı hörmət etməmiş, ailəyə qarşı laqeyid münasibət göstərmiş, bu səbəbdən iki aydır ayrı yaşayırlar. Ayrı yaşadıqları müddətdə Cavabdeh İddiaçı uşağın saxlanılması üçün maddi köməklik etməmişdir.İddiaçı isə uşağın təlabatlarını qarşılamaqda maddi cəhətdən çətinlik çəkmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Odur ki, qazancının olubolmamasından və ya qazancının məbləğindən asılı olmayaraq cavabdeh uşaqların yaşayışı üçün zəruri olan xərclərin minimum səviyyədə ödənilməsi üçün məsuliyyət daşıyır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə görə də valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitinin təmin edilməsinə görə əsas məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1.1-ci maddəsinə görə aliment ödənilməsi barədə razılıq olmadıqda valideynlərdən hər ay iki uşağa görə qazancın (başqa gəlirlərin) 1/4 hissəsi miqdarında aliment tutulur. Beləliklə, Məhkəmə hesab edir ki, aliment tələbi təmin olunmalı, Cavabdeh xx xxxxxx 2014-cü il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay aylıq qazancının (başqa gəlirlərin) 1/4 hissəsi miqdarında aliment alınıb İddiaçı verilsin. Məhkəmə alimentin tutulmasının hansı tarixdən hesablanması ilə bağlı məsələni müzakirə edərək belə hesab edir ki, alimentin tutulması İddiaçı məhkəməyə müraciət etdiyi gündən hesablanmalıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Odur ki, hazırki qətnamə ilə müəyyən edilən aliment məbləği bu barədə məhkəməyə müraciət olunan vaxtdan, yəni xx.xx.2020-ci il tarixdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 234.2-ci maddəsinə əsasən qətnamə dərhal icra olunmalıdır. Məhkəmə tutulacaq dövlət rüsumu ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edildiyindən, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət nəfinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına görə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə müvafiq olaraq iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmələrin məcmusu ilə müəyyən edildiyinə görə iş üzrə 30 (otuz) manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi İddia təmin edilsin. Cavabdeh xx xxxxxx 2014-cü il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay aylıq qazancının (başqa gəlirlərin) 1/4 hissəsi miqdarında aliment alınıb İddiaçı verilsin. Alimentin tutulması xx xxxx 2020-ci il tarixdən hesablansın. Qətnamə dərhal icra edilsin Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Culfa Rayon Məhkəməsi vasitəsilə X4 Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədr əvəzi: Tural Haqverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar